Məhkəmə qərarları › İş №1(060)-321/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-321/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-321/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2-də yaşayan, barəsində xx.xx.2022-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “SSK” telefon mağazasının qarşısında ictimai asayişin pozulması ilə müşayət olunan baş vermiş münaqişə ilə əlaqədar hadisə yerinə gələn və onun münaqişə iştirakçısı olduğunu bildiyindən polis bölməsinə dəvət edən həmin vaxt xidmətdə olan hakimiyyət nümayəndəsi-Sumqayıt şəhər polis idarəsinin Post patrul xidməti taborunun İİ bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs qanuni tələbinə tabe olmayaraq sonuncunun xidməti silahına, çiyninə əl atıb xidməti geyim formasının paqonlarını qopararaq xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar boyunun sağ yan səthinin aşağı 1/3-də iki ədəd 7.1x0.2 sm və 6.2x0. sm ölçüdə, sağ çiyin nahiyyədə altı ədəd 4.2x0.2 sm-dən 2.3x0.2 sm ölçüdə, sağ budun aşağı 1/3-nin iç səthində 2.1x0.4 sm ölçüdə səthi zədələnməyən dəri səviyyəsindən aşağıda olan qırmızı rəngli qartmaqla örtülü sıyrıqlar kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə əvvəlcə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon, "Cövhər" marketlə üzbəüzdə yerləşən kafədə ad günü münasibətilə dostu Raminlə oturub yemək yeyib spirtli içki qəbul etmişdir. Bu zaman çöldən gələn səsküyü eşitdikdə çölə çıxmış və 2 nəfər narkomanın telefon mağazasının qarşısında dayanıb mübahisə etdiyini görüb sonunculardan çıxıb getmələrini tələb edərək söyüş söymüşdür. Bu vaxt telefon mağazasının sahibi adının sonradan Cavanşir olduğunu bildiyi şəxs söyüş söydüyünə görə ona iradını bildirmişdir. O, içkili olduğuna görə Cavanşirin ona irad bildirməsini səmimi qəbul etməmiş və sonuncu ilə kobud danışmışdır. Bu zaman Cavanşir ilə aralarında mübahisə baş vermiş, sonuncu onu itələmiş və arxası üstə yıxılaraq başından və qulağından xəsarət alaraq huşunu itirmişdir. Bundan sonra ətrafa toplaşan şəxslər ona kömək edərək üzünə su vuraraq onu ayıltmışdırlar. O, özünə gəldikdən sonra polis əməkdaşlarının gəldiyini görmüş və polislər ona yaxınlaşıb nə baş verdiyini soruşduqda nə baş verdiyini xatırlamadığını demişdir. Daha sonra polis əməkdaşları onu patrul avtomobilinə mindirib polis bölməsinə gətirmək istəyən zaman etirazını bildirərək polislərə heç kimdən şikayətinin olmadığını demişdir. Bu zaman polis əməkdaşları onu məcbur avtopatrula əyləşdirilib 3-cü polis bölməsinə gətirmişdirlər. Zərərçəkmiş şəxs xidməti silahına əl atmamış, polis formasının paqonlarını cırmamış və sonuncuya hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun üstünə gəldiyi üçün sonuncunu geri itələmişdir. Məhkəmənin davamında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək bildirdi ki, zərərçıkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2017-ci ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarına xidmətə qəbul olunmuş və hazırki vaxta kimi Sumqayıt şəhər polis idarəsinin PPXT-nun İİ bölüyünün polis nəfəri vəzifəsində işləyir. Vəzifəsi təhkim olunduğu ərazidə ictimai asayişi qorumaqdan ibarətdir. İş rejimi belədir ki, hər gün işə çıxır, bir ay səhər növbəsinə, bir ay isə gecə növbəsinə. Səhər növbəsi səhər saat 08:00-dan axşam saat 20:00 kimidir. Axşam növbəsi isə saat 20:00 dan saat 08:00-a kimidir. Təsdiq olunmuş qrafikə əsasən 20 sentybar 2021-ci il tarixdə saat 20:00-da gecə növbəsinə çıxmaq üçün Sumqayıt şəhər polis idarəsinin PPXT-na gəlmiş, orada axşam təlimatını keçdikdən sonra Sumqayıt şəhəri 9181 saylı avtopatrul marşrutunda xidmətə təyin olunmuşdur. Onunla birlikdə PPXT-nun polis nəfəri–Şahid1 da həmin marşrut üzrə xidmətə təhkim olunmuşdur. Ona eyni zamanda 9181 çağırışlı **-AP-*** dövlət qeydiyyat nişanlı «Fiat Dobla» markalı patrul maşını təhkim olunmuş və həmin avtomobili o, idarə etmişdir. 20 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində xidmət aparan zaman “SSK” telefon mağazasının qarşısında 15-20 nəfər şəxsin toplaşdığını görüb həmin yerə yaxınlaşmışdır. Həmin ərazidə bir nəfər şəxs huşsuz halda yerdə uzanıqlı vəziyətdə olmuş və sağ qulağından qan axmışdır. Bu zaman hadisə yerində olan vətəndaşlara yerdə uzanıqlı vəziyyətdə olan vətəndaşa əl vurmayın demiş və efir vasitəsilə Sumqayıt şəhər Polis idarəsinin Növbətçi hissəsinə “Çinara” məlumat verərək hadisə yerinə Təcili Tibbi yardım göndərmələrini istəmişdir. Sonradan adının Cavanşir olduğunu bildiyi şəxsin bacısı oğlu Əliyə qaç deməsini eşitmiş, sonuncu qaçaraq hadisə yerindən uzaqlaşmaq istədikdə post yoldaşı Şahid1 arxasınca qaçaraq patrul avtomobilinə əyləşdirmək istədikdə Hüseyn, Ramin və Elçin Əlinin üzərinə getmək istəmiş, lakin sonunculara imkan verməmişdir. Əli hadisə yerindən qaçmışdır. Həmin vaxt Hüseyn üzərinə gələrək xidməti silahına əl atdıqda geriyə doğru itələmiş, sonuncu yenidən üzərinə gələrək təpiklə sağ ayağına, sonra isə çiyninə əl ataraq polis formasının paqonlarını cırıb ona xəsarət yetirmişdir. Hüseyn, Elçin və Cavanşiri Sumqayıt şəhər polis idarəsinin 3-cü Polis Bölməsinə aparmışdırlar. Şahid1 Sumqayıt şəhər polis idarəsinin 3cü Polis Bölməsində raport yazıb olan hadisə barədə məlumat vermişdir. Hadisə zamanı onunla birlikdə xidmətdə olan polis nəfəri Şahid1 heç bir xəsarət yetirilməmiş, eyni zamanda sonuncuya qarşı heç zor tətbiq etmə də olmamışdır. Hüseyn onun üstünə hücum edərək zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə olan Elçin və Ramin Əlini patrul avtomobilinə mindirmək istəyərkən mane olmağa başlayaraq “biz şikayətçi deyilik, Əlini bölməyə aparmayın” demişdirlər. Hadisə vaxtı üzərində olan polis forması yararsız vəziyyətə düşdüyündən və hadisədən uzun müddət keçdiyindən həmin formanı tullamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, şikayəti və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 2012-ci ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarına xidmətə qəbul olunmuş və hazırki vaxta kimi Sumqayıt şəhər polis idarəsinin PPXT-nun İİ bölüyünün polis nəfəri vəzifəsində işləyir. Vəzifəsi təhkim olunduğu ərazidə ictimai asayişi qorumaqdan ibarətdir. İş rejiminə əsasən hər gün işə çıxır. Bir ay səhər növbəsinə, bir ay isə gecə növbəsinə çıxır. Səhər növbəsi səhər saat 08:00-dan axşam saat 20:00-a kimidir. Axşam növbəsi isə saat 20:00 dan saat 08:00-a kimidir. Təsdiq olunmuş qrafikə əsasən 20 sentybar 2021-ci il tarixdə saat 20:00-da gecə növbəsinə çıxmaq üçün Sumqayıt şəhər polis idarəsinin PPXT-na gəlmiş və orada axşam təlimatını keçdikdən sonra Sumqayıt şəhəri 9181 saylı avtopatrul marşrutunda xidmətə təyin olunmuşdur. Onunla birlikdə PPXT-nun polis nəfəri–Zərərçəkmiş şəxs da həmin marşrut üzrə xidmətə təhkim olunmuşdur. Onlara eyni zamanda 9181 çağırışlı **-AP-*** dövlət qeydiyyat nişanlı «Fiat Dobla» markalı patrul maşını təhkim olunmuş və həmin avtomobili Zərərçəkmiş şəxs idarə etmişdir. 20 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində xidmət aparan zaman “SSK” telefon mağazasının qarşısında 15-20 nəfər şəxsin toplaşdığını görüb həmin yerə yaxınlaşmışdır. Həmin ərazidə bir nəfər şəxs huşsuz halda yerdə uzanıqlı vəziyətdə olmuş və sağ qulağından qan axmışdır. Bu zaman hadisə yerində olan vətəndaşlara yerdə uzanıqlı vəziyyətdə olan vətəndaşa əl vurmayın demiş və efir vasitəsilə Sumqayıt şəhər Polis idarəsinin Növbətçi hissəsinə “Çinara” məlumat verərək hadisə yerinə Təcili Tibbi yardım göndərmələrini istəmişdirlər. Sonradan adının Cavanşir olduğunu bildiyi şəxsin bacısı oğlu Əliyə qaç deməsini eşitmiş, sonuncu qaçaraq hadisə yerindən uzaqlaşmaq istədikdə sonuncunun arxasınca qaçaraq tutmuşdur. O, Əlidən yerdə uzanıqlı vəziyyətdə olan şəxs barədə soruşduqda sonuncu həmin şəxsi dayısı Cavanşiri söydüyünə görə vurduğunu, hətta “vurmuşam, yaxşı etmişəm” demişdir. Cavanşir ona yaxınlaşaraq “Əlini aparmayın, öz aramızda həll edərik” demişdir. O, hadisə yerinə gəldikdə yerdə uzanıqlı vəziyyətdə olan şəxsin ayağa qalxdığını görmüş, sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Hüseyndir. O, Əlini avtopatrul avtomobilinə mindirmək üçün gətirdikdə Hüseyn adlı şəxsin dostu Ramin “Hüseyni kim vurub”-deyərək varyox söyüşü söymüş, Əli isə “mən vurmuşam” deyərək Raminin ünvanına varyox söyüşü söymüşdür. Həmin vaxt Hüseyn, Ramin və Elçin post yoldaşı Habilin yanına gələrək “Əlini buraxın, özümüz onu cəzalandıracağıq” demişdir. Hüseyn Habilin üzərinə gələrək təpiklə sağ ayağına, sonra isə çiyninə əl ataraq polis formasının paqonlarını cıraraq sonuncuya xəsarət yetirmişdir. Yaranmış vəziyyətdən istifadə edən Əli hadisə yerindən qaçmışdır. Hüseyn, Elçin və Cavanşiri Sumqayıt şəhər polis idarəsinin 3-cü Polis Bölməsinə aparmışdırlar. O, Sumqayıt şəhər polis idarəsinin 3-cü Polis Bölməsində raport yazıb olan hadisə barədə məlumat vermişdir. Hadisə zamanı ona heç bir xəsarət yetirilməmiş, eyni zamanda ona qarşı zor tətbiq etmə də olmamışdır. Hüseyn postacı yoldaşı Habilə hücum edərək ona qarşı zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə olan Elçin və Ramin Əlini patrul avtomobilinə mindirmək istəyərkən mane olmağa başlayaraq “biz şikayətçi deyilik, Əlini bölməyə aparmayın” demişdirlər. Şahid qismində dindirilmiş (axtarışda olduğundan, iştirakının təmin edilməsi mümkün olmadığından istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) Şahid2 Məhiyəddin oğlu göstərmişdir ki, Sumqayıt şəhəri 9-cu mikrorayonda “SSK” telefon mağazasın işlədir. 20 sentyabr 2021-ci il tarixdə təxminən saat 23 radələrində telefon mağazasının qarşısında telefonla danışmış, həmin vaxt əvvəllər tanıdığı Hüseyn adlı şəxs yanından keçərkən ucadan söyüş söyməyə başlamış, sonuncuya iradını bildirərək “görmürsən telefonla danışıram, niyə söyüş söyürsən” demişdir. Hüseyn onun üzərinə gələrək “mən hardan bilim sən telefonla danışırsan” dedikdə sonuncunu sinəsindən itələyərək “məndən kənarda dayan” demişdir. Bu zaman Hüseyn arxaya doğru bir-iki addım getdikdən sonra arxasıüstə yerə yıxılmışdır. Hüseynin hərəkətlərindən içkili olduğu hiss olunmuşdur. Bundan sonra ətrafa insanlar toplaşmağa başlamış və PPX-nin əməkdaşları hadisə yerinə gəlmişdirlər. Hadisə yerinə gələn polis əməkdaşları nə baş verdiyini soruşduqda o, Hüseyn adlı şəxslə aralarında mübahisə baş verdiyini demişdir. Polis əməkdaşları onu avtopatrul avtomobilinə mindirmək istədikdə bacısı oğlu Əli Zamanov sonunculara “dayımı aparmayın, mübahisə mənimlə Hüseyn arasında olub” demişdir. Polis əməkdaşları Əliyə yaxınlaşan zaman Hüseyin şikayətinin olmadığını deyərək Əli və onun polis bölməsinə aparılmasına etirazını bildirmişdir. Bu zaman polis əməkdaşlarının fikri Hüseyinə tərəf yönəldiyindən o, Əliyə polis bölməsinə getməyinin mənasız olduğunu bildirərək hadisə yerindən uzaqlaşmalı olduğunu demişdir. Əli isə hadisə yerindən uzaqlaşaraq qaçmağa başlamış və sonuncunun arxasınca polis əməkdaşının gəldiyi görüb geri qayıtmışdır. O, Əli ilə polis əməkdaşı arasında mübahisə ola biləcəyini ehtimal edərək sonuncunun arxasınca getmiş və birlikdə hadisə yerinə geri qayıtmışdırlar. Polis əməkdaşları onu və Əlini patrul avtomobilinə mindirmişdirlər. O, patrul avtomobilinə mindikdən sonra polis əməkdaşları səsküy olduğunu görüb həmin istiqamətə tərəf getmişdir. O, Əliyə çıxıb getməsini, onu müdafiə etməyə ehtiyac olmadığını demişdir. Əlinin patrual avtomobilindən düşərək qaçdığını görən polis əməkdaşları sonuncunun arxasınca qaçmağa başlamış o, bu dəfə də Əli ilə polis əməkdaşı arasında mübahisə ola biləcəyini ehtimal edərək sonuncunun arxasınca getmiş, sonuncunun tamamilə uzaqlaşdığına əmin olduqdan sonra polis əməkdaşı ilə geri qayıtmışdır. Polis əməkdaşları əvvəlcə onu daha sonra isə Hüseyn və Elçini də onun əyləşdiyi patrul avtomobilinə mindirmişdirlər. O, patrul avtomobilinə mindikdən sonra ətrafda nə baş verdiyindən xəbəri olmamış, yalnız polis bölməsində izahat verərkən ona məlum olmuşdur ki, Hüseyn Muradxanlı polis əməkdaşı Zərərçəkmiş şəxs zor tətbiq edərək xəsarət yetirmişdir. Əli onu müdafiə etmək üçün Hüseynlə onun arasında olan baş vermiş mübahisəni öz üzərinə götürmək istəmişdir. O və Əli polis əməkdaşlarına müqavimət göstərməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 26 yanvar 2022-ci il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən tutularaq müvvəqqəti saxlama yerinə təhvil verilmişdir.(i.v 83-84) İş materiallarında olan sənədlərdən və Sumqayıt Şəhər Məhkəməsində olan 4(060)- 54/2022 saylı işdəki məlumatlardan görünür ki, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinə təqdimat verilmiş, Sumqayıt Şəhər Məhkəməsində 27 yanvar 2022-ci il tarixdə saat 17:50-də həmin işə baxılmağa başlanmış və Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 54/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs tutulmsı bir gündən çox çəkmişdir. (i.v 110-116) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 117-119) İş materiallarında olan MTE-nın xx.xx.2022-ci il tarixli, 1252 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Boynun sağ yan səthinin aşağı 1/3-də iki ədəd 7.1x0.2 sm və 6.2x0. sm ölçüdə, sağ çiyin nahiyyədə altı ədəd 4.2x0.2 sm-dən 2.3x0.2 sm ölçüdə, sağ budun aşağı 1/3-nin iç səthində 2.1x0.4 sm ölçüdə sıyrıqlar. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.(i.v 33-35) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v 72-73) İş materiallarında olan xx.xx.2021-ci il tarixli, A/851 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, 20 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur.(i.v 14) İş materiallarında olan “Hadisə yerinə baxış haqqında” protokoldan görünür ki, baxış gündüz vaxtı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Cövhər” marketin qarşısında, təxminən 50 metr məsafədə yerləşən “SSK” telefon alqı-satqısı və təmiri maqazinin qarşısında keçirilmişdir. Baxış zamanı qeyd olunan “SSK” maqazinin giriş qapısının qarşısında yerə döşənmiş kvadrat daşların üzərində qan izləri müəyyən olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs həmin yerdə arxası üstə yıxıldığını bildirmişdir. Hadisə yerinin fotoşəkli şəkilərək protokola əlavə olunmuşdur.(i.v 15) İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, X2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 143) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı özünü təqsirli bilməməsi, polis əməkdaşına qarşı zor tətbiq etməməsi və. s. ilə bağlı xüsusatlara dair ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdidir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxsin göstərdiyi hallar araşdırılmış, işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışması, ilk dəfə məsuliyyətə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs tutularaq saxlandığı iki gün bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar