Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-321/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-ci ildə Ermənistan Respublikası, Qafan şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, dülgər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,089 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 01 noyabr 2022-ci il tarixdə saat 15:15 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən M.Hüseynzadə adına stadionun qarşısında Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,089 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə aydır narkotik vasitə istifadəçilərinin “nəşə” adlandırdığı, narkotik vasitə marixuana istifadə edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, “20 Yanvar” dairəsi ərazisində tanımadığı şəxsdən 60 (altmış) manata 01 (bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 15:15 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 7-8-12-ci məhəllə, Mehdi Hüseynzadə adına stadionun qarşısında olarkən 03 (üç) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmişdir. PB-yə getdikdən sonra ona şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, həmin siyahıdan X1. Həmin vəkil PB-yə gəldikdən sonra xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona saxlanılmağının səbəbi izah edilmiş, hüquq və vəzifələrinə dair protokol və müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edilmişdir. Şəxsi axtarışda iştirak edən, onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Ona üzərində qanunla qadağan olunmuş maddə varsa təqdim etməyi təklif edilən zaman üzərində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusu çıxarıb təqdim edərək onun “nəşə” olduğunu bildirmişdir. Həmin kibrit qutusu açıldıqda içərisindən narkotik vasitə marixuana aşkar edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Ona ünvanlanan suallara cavab olaraq həmin bitki kütləsini 01 (bir) gün əvvəl axşam saatlarında Bakı şəhəri, “20 Yanvar” dairəsi ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş kibrit qutusu elektron tərəzidə çəkilmiş və kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən təziqə məruz qalmadığını bildirmişdir. O, saxlanılarkən, 1-ci PB-yə aparılarkən və PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Həmin narkotik vasitə olan marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşman olmasını və himayəsində 03 (üç) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:15 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 7-8-12-ci məhəllə, Mehdi Hüseynzadə adına stadionun qarşısında o, 1-ci PB-nin kiçik inspektorları Şahid2 və Şahid3 tərəfindən saxlanılaraq ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlanılmasında və üzərində gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə 1-ci PB-yə getmişdir. PB-də olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan X1. Həmin vəkil PB-yə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs saxlanılmağının səbəbi izah edilmiş, sonra ona hüquq və vəzifələrinə dair protokol və müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edilmişdir. Şəxsi axtarışda iştirak edən o və 1-ci PB-nin kiçik inspektorları Şahid2 və Şahid3 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə varsa təqdim etməyi təklif edilən zaman üzərində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusu çıxarıb təqdim edərək onun “nəşə” olduğunu bildirmişdir. Həmin kibrit qutusu açıldıqda içərisindən narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bitki kütləsini 01 (bir) gün əvvəl axşam saatlarında Bakı şəhəri, “20 Yanvar” dairəsi ərazisində tanımadığı şəxsdən aldığını, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmadığını bildirmişdir. Aşkar edilmiş kibrit qutusu elektron tərəzidə çəkilmiş və kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şahmar Səfərov özünü təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah edib ona hüquq və vəzifələrinə dair protokol təqdim edir. Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edilir. Şəxsi axtarışda iştirak edən polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs üzərində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusu çıxarıb təqdim edərək onun “nəşə” olduğunu bildirir. Həmin kibrit qutusu açıldıqda içərisindən yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilmir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bitki kütləsini 01 (bir) gün əvvəl axşam saatlarında Bakı şəhəri, “20 Yanvar” dairəsi ərazisində tanımadığı şəxsdən aldığını bildirir. Aşkar edilmiş kibrit qutusu elektron tərəzidə çəkildikdə çəkisinin 9,46 qram olması müəyyən edilir və kağız zərfdə qablaşdırılaraq götürülür. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmadığını bildirir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Vətəndaş Təqsirləndirilən şəxs imza...” yazılan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,089 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 7,089 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 7,039 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7890 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 7,089 qram olan narkotik vasitə qurudulmuş marixuanadan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 7,039 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşaq vardır (xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 7,089 qram olan narkotik vasitə qurudulmuş marixuanadan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 7,039 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD- R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 88.00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, Murovdağ küçəsi, ev 10 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 7,039 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88.00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-321/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-321/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver