Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-321/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, X13, ev 5, mənzil 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Kauçuk” B/Y cəmiyyəti ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,248 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,128 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 04 oktyabr 2024-cü il tarixdə saat 18:10 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Renat” adlı şəxsə məxsus mebel sexinin yaxınlığında saxlanılaraq 2-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sağ yan cibindən həmin bükümlərdə narkotik vasitə heroin və və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 oktyabr 2024cü il tarixdə axşam saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar massivi “Sahil” B/Y cəmiyyəti ərazisində yerləşən 182 saylı bağ evinin əvvəlcə həyətinə hasardan tullanmış, sonra isə həyətdə olan bir mərtəbəli evin sol tərəfdə yerləşən qonaq otağının dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir parçası ilə qırmış, sonra evin plastikdən olan pəncərəsinin kilidini qıraraq içəri qanunsuz daxil olaraq evdən cəmi dəyəri 500 manat olan bir ədəd “LG” markalı, 50 dioqonallı televizoru anten aparatı ilə bir yerdə, cəmi dəyəri 75 manat olan 50 metr uzunluğunda, 15 mm qalınlıqda rezin materialdan su şlanqını, cəmi dəyəri 35 manat olan məişətdə istifadə olunan bıçaq dəstini, iki ədəd hər birinin dəyəri 20 manat, cəmi dəyəri 40 manat olan ağac budayan qayçını, üç ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 12 manat olan trayniki, iki ədəd hər birinin dəyəri 45 manat, cəmi dəyəri 90 manat olan, uzunluğu 5 metr olan dəmir boruları, cəmi dəyəri 15 manat olan bir ədəd mişarı, cəmi dəyəri 5,50 manat olan bir ədəd çəkici, cəmi dəyəri 9,40 manat olan bir ədəd kəlbətini, cəmi dəyəri 12 manat olan bir ədəd lomu, 5 dəst hər birinin dəyəri 45 manat, cəmi dəyəri 225 manat olan Türkiyə istaehsalı olan yorğan döşək üzlüyünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 1018,90 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,315 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 noyabr 2024-cü il tarixdə, saat 16:32 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirlərinin nəticəsində Sumqayıt şəhəri, X8 qəsəbəsi, Məktəbli küçəsində yerləşən Musiqi məktəbinin yaxınlığında küçədə saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 dekabr 2024-cü il tarixdə axşam saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar massivi “Şirvan” B/Y cəmiyyəti ərazisində yerləşən nömrəsiz bağ evinin əvvəlcə həyətinə daş hasardan tullanmış, sonra isə həyətdə olan bir mərtəbəli kürsülü evin giriş qapısının kilidini yerdən tapdığı bıçaqla açmağa çalışmış, aça bilmədiyindən evin plastikdən olan pencərənin kilidini həmin bıçaqla sıxıb açaraq qanunsuz içəri daxil olmaqla evin hamam otağından cəmi dəyəri 400 manat olan, bir ədəd Çin istehsalı olan “Marqius” markalı, MF 32\200B modelli su mühərrikini, evin həyətində yerləşən saxlanc otağının giriş qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə qıraraq içəridən cəmi dəyəri 30 manat olan bir ədəd Türkiyə istehsalı olan “Yapar Pro 3000” markalı əl arabasını, cəmi dəyəri 47 manat olan bir ədəd Çin istehsalı olan “Elektroniks” markalı, LX -2832 modelli elektrik qızdırıcını, cəmi dəyəri 35 manat olan bir ədəd Türkiyə istehsalı olan 10 kub metr tutumlu kiçik ölçülü qaz balonunu, cəmi dəyəri 60 manat olan bir ədəd Koreya istehsalı olan “Samsung” markalı, VC 18M312QVU modelli tozsoranı, cəmi dəyəri 189 manat olan bir ədəd Koreya istehsalı olan “Elektroniks” markalı, 300 SZB 171 modelli qaynaq aparatını, cəmi dəyəri 55 manat olan bir ədəd Rusiya istehsalı olan, uzunluğu 40 sm, hündürlüyü 74 sm, eni 44 sm olan təkərli çamadanı, cəmi dəyəri 50 manat olan bir ədəd Çin istehsalı olan “Elektroniks” markalı, LX -2832 modelli laqondanı, cəmi dəyəri 150 manat olan bir ədəd Çin istehsalı olan “Elektroniks” markalı, LX -2832 modelli pereferatoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1016 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 dekabr 2024-cü il tarixdə axşam saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar massivi “Kauçuk” B/Y cəmiyyəti ərazisində yerləşən 328 saylı bir mərtəbəli kürsülü bağ evinin əvvəlcə həyətinə daş hasardan tullanmış, sonra isə evin giriş qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə açmağa çalışmış, aça bilmədiyindən evin plastik pencərəsinin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə qırıb sonra pəncərənin şüşəsini sındırmaqla qanunsuz içəri daxil olmaqla içəridən cəmi dəyəri 80 manat olan bir ədəd Koreya istehsalı olan “Samsung” markalı, VC2OM25İ0WB modelli tozsoran aparatını, cəmi dəyəri 150 manat olan bir ədəd Koreya istehsalı olan “Samsung” markalı, “MAX VS53Q” modelli musiqi mərkəzini, cəmi dəyəri 57,65 manat olan bir ədəd Çin istehsalı olan “Skarlett” markalı, “SCEK21S98” modelli elektrik çaydanını, cəmi dəyəri 55 manat olan bir ədəd Rusiya istehsalı olan ölçü 65L olan təkərli əl çamadanını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 342,65 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilsə də, CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta radələrində Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında olarkən tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamini və bir büküm narkotik vasitə heroini 20 manata alıb üzərində saxlamışdır. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvandan tanışı Rəşad adlı şəxslə birlikdə taksiyə minib Zeynalabdin qəsəbəsinə gəlmişdir. Həmin gün saat 18 radələrində Zeynalabdin qəsəbəsi ərazisində Renat adlı şəxsə məxsus mebel sexinin yaxınlığında olarkən üç nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Ona nədə şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün 2-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş, onun özü, Rəşad və taksi sürücüsü Müğbil adlı şəxs və polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişlər. Bölmədə xidməti otaqların birində videoçəkiliş aparmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o, əynindəki şalvarın cibindən bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində bir ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri müəyyən edilmişdir. Sonra həmin bükümlər qablaşdırılmışdır. Eyni zamanda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Sumqayıt şəhəri, Yaşma bağlar massivində olarkən yerdən 01 büküm taparaq, içərisində narkotik vasitə heroin olduğunu görüb və istədiyi vaxt istifadə edə bilməsi üçün həmin narkotik vasitəni cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi ilə hərəkətdə olarkən musiqi məktəbinin yaxınlığında bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və nədə şübhəli olduğunu deyərək, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. O, şalvarının cibində olan 01 bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı mənzilə baxış keçirilmiş, mənzildən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Polis əməkdaşlarının dəvəti ilə sənədləşmə işlərinin aparılması üçün onlarla birlikdə 2-ci PB-nə getmişdir. Bölmədə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş və o, üzərində olan narkotik vasitəni təqdim etmişdir. CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə ifadəsində bildirmişdir ki, o, heç bir şey oğurlamamış, PB-də ona işgəncə verdikləri, döydükləri üçün məcbur olub həmin cinayətləri boynuna götürmüşdür. Həbs olunub 03 saylı cəzaçəkmə müəssisəsinə aparılan zaman bədənində döyülməsi ilə bağlı izlər olmuşdur. Qeyd etdiyi hallarla bağlı müvafiq orqanlara şikayət ünvanlamış, lakin heç bir nəticə verməmişdir. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün məcbur olub oğurluq hadisələrini öz boynuna götürmüşdür. Bildirir ki, polis əməkdaşları həmin əşyaları aparıb onun yaşadığı evin həyətinə qoymuş, sonradan isə saxta çəkiliş aparmışlar. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra oğurluq epizodlarına dair hissələrdə əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, o, 07 oktyabr 2024-cü il tarixdə axşam saat 23 radələrində Sumqayıt şəhəri, Yaşma bağlar massivində yerləşən həyət evlərindən birinə oğurluq məqsədilə daxil olmuş, əvvəlcə həyətə hasardan tullanmış, sonra isə həyətdə olan bir mərtəbəli evin sol tərəfində yerləşən qonaq otağının dəmir barmaqlığını dəmir parçası ilə qırmış, sonra evin plastikdən olan pencərəsinin kilidini qıraraq içəri daxil olaraq evdən bir ədəd televizor anten ilə bir yerdə, rezin materialdan su şlanqını, bıçaq dəstini, iki ədəd ağac budayan qayçını, üç ədəd trayniki, iki ədəd dəmir boruları, bir ədəd mişarı, bir ədəd çəkici, bir ədəd kəlbətini, bir ədəd lomu, 5 dəst yorğan döşək üzlüyünü oğurlayaraq eyni qaydada tanımadığı şəxslərə hissə hissə satmış, əldə etdiyi pulu da öz şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmiş, həmin evin sahibini tanımamış, sonradan polisə dəvət olunanda bilmişdir ki, evin sahibi Zərərçəkmiş şəxs1dır. Həmin şəxsi tanımır, onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı əraziyə çıxıb oğurluq etmək üçün ev axtarmağa başlamışdır. O, piyada Sumqayıt şəhəri Yaşma bağlar massivi ərazisində gəzişən zaman rastına bir həyət evi çıxmış, həmin evin işıqları sönülü olmuşdur. Evdə kimsənin olmamasına əmin olduqdan sonra hasardan evin həyətinə keçmiş, həyətdə olan birmərtəbəli, kürsülü evin giriş qapısını həyətdən tapdığı bıçaqla açmağa cəhd etsə də, qapını aça bilməmişdir. O, həmin bıçaqla evin plastikdən olan pəncərəsini sıxıb açıb içəriyə daxil olmuş, evin hamam-tualet otağından bir ədəd su matorunu oğurlayıb çölə çıxartmışdır. Eləcə də o, evin həyətində olan saxlanc yerinin qapısını yerdən tapdığı dəmir parçası ilə qıraraq, içəriyə daxil olub oradan bir ədəd əl arabasını, bir ədəd elektrik qızdırıcısını, bir ədəd kiçik ölçülü qaz balonunu, bir ədəd Samsung markalı tozsoran aparatını, bir ədəd qaynaq aparatını, bir ədəd təkərli çamadanı, bir ədəd laqondanı, bir ədəd pereferatoru yavaş yavaş evin həyətinə çıxarıb yığmış, daha sonra oğurladığı əşyaları bir-bir evin həyətindən hasardan keçirməklə həmin evdən aralı məsafədə çölə yığıb aparıb kolluqda gizlətmişdir ki, onları sonra hissə-hissə satıb pul əldə etsin. Bıçağı və dəmir parçasını da oradan uzaqlaşarkən küçədə kolluğa tullamış, harada tulladığını xatırlamır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında gizlətdiyi yerdən bir ədəd qaynaq aparatını, bir ədəd qaz balonunu, bir ədəd tozsoranı götürüb aparıb Bakı Quba yolunda tanımadığı yoldan keçən bir şəxsə 40 manata satmış, satdığı şəxsi tanımır, həmin şəxsə satarkən özünə məxsus olduğunu, istifadə etdiyi üçün ucuz satdığını, təcili pula ehtiyacı olduğunu bildirmişdir. Əşyaları alan şəxs ondan şübhələnməmişdir. Bir ədəd pereferator, bir ədəd laqonda aparatını, bir ədəd elektrik qızdırıcısını isə qohumu X3 yanına aparmış, özünə məxsus olduğunu, anasının müalicəsi üçün 30 manat pul lazım olduğunu deyərək pulu geri qaytaranda əşyaları geri alacağını bildirmişdir. Nuru Mütəllimov onunla razılaşmış, ondan şübhələnməmiş, 30 manat pulu vermiş, həmin əşyalar da onda qalmışdır. Pulu öz ehtiyacına sərf etmiş, heç kimə verməmişdir. Sözügedən oğurluq cinayətini özü tək törətmiş, ona kömək edən olmamış, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə axşam saat 23 radələrində təkrarən oğurluq etmək məqsədilə yaşadığı əraziyə çıxıb ev axtarmağa başlamışdır. O, piyada Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində gəzişən zaman rastına bir bağ evi çıxmışdır. Həmin evin işıqları sönülü olmuşdur. O, evdə kimsənin olmamasına əmin olduqdan sonra hasardan bağ evinin həyətinə keçmiş, daha sonra evin dəmirdən olan giriş qapısını orada həyətdən tapdığı dəmir parçası ilə açmağa cəhd etmiş, lakin qapını aça bilməmişdir. Bundan sonra o, həmin dəmir parçası ilə evin plastikdən olan pencərəsinin dəmir barmaqlıqlarını vurub yerindən çıxartmış, sonra dəmir parçası ilə pəncərənin şüşəsini sındırıb açmış və içəriyə daxil olaraq bir ədəd Samsung markalı tozsoran aparatını, bir ədəd musiqi mərkəzini, bir ədəd təkərli çamadanı, bir ədəd elektrik çaydanını yavaş-yavaş evin həyətinə çıxarıb yığmışdır. Daha sonra oğurladığı əşyaları bir-bir evin həyətindəki hasardan keçirməklə çölə yığıb aparıb yaşadığı evdə gizlətmişdir. Dəmir parçasını da oradan uzaqlaşarkən hasar kənarında kolluğa tullamış, harada tulladığını dəqiq bilmir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdə gizlətdiyi bir ədəd elektrik çaydanı, bir ədəd musiqi mərkəzini götürüb aparıb Bakı Quba yolunda yoldan keçən tanımadığı şəxsə 60 manata satmış, həmin pulu şəxsi ehtiyacına sərf etmiş, heç kimə verməmiş, bu barədə heç kimə bildirməmişdir. Sözügedən oğurluq cinayətini özü tək törətmiş, ona kömək edən olmamışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra oğurlayaraq gizlətdiyi bir ədəd tozsoranı, iki ədəd təkərli arabanı, bir ədəd su mühərrikini, bir ədəd əl arabasını polislərə təqdim etmiş, qalan bir ədəd elektrik qızdırıcısını, bir ədəd laqondanı, bir ədəd perefertoru isə qohumu X4 verdiyini, bunun müqabilində 30 manat pul aldığını bildirmişdir. Narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz olaraq istifadə etdiyinə görə əməlindən səmimi peşmandır, lakin oğurluq cinayətinin onun tərəfindən törədilmədilmədiyini bildirir. Odur ki, qeyd etdiklərini, anasının xəstəlikdən əziyyət çəkdiyini, ailənin yeganə dolanacaq mənbəyinin o, olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəa təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 3-cü mkr, ev 16/13, mənzil 43-də qeydiyyatda olmaqla yaşayır. Təxminən 20 il əvvəl Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Sahil” B/Y cəmiyyəti ərazisində yerləşən 182 nömrəli bağ sahəsi almış, bir neçə il həmin bağ sahəsində bağ bostan bitkilərinin əkilib becərilməsi üçün istifadə etmiş, 2000ci il tarixdən həmin bağ sahəsində fərdi ev tikmiş, bağ sahəsinin kənarlarına mişar daşından hasar çəkmişdir. Hazırda Sumqayıt şəhərində yerləşən evində qalsa da, həftənin 3 və 4-cü günləri həmin evdə qalırlar. Sonuncu dəfə Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Sahil” B/Y cəmiyyəti ərazisində yerləşən 182 nömrəli bağ evinə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ailə üzvləri ilə birlikdə gəlmiş və səhəri gün yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində evdən getmişlər. Sonradan xx.xx.2024-cü il tarixdə saat 12 radələrində bağa gələn zaman darvazanın bağlı olduğunu aşkar etmiş, oğlu hasardan keçib qapının arxadan bağlandığını görüb qapını açmışdır. Bundan sonra həyətə daxil olaraq evin qonaq otağının həyətə açılan pencərəsinin dəmir barmaqlığının sındırıldığını görüb 102 xidmətinə məlumat vermişlər. Bir qədər sonra polis əməkdaşları həmin ünvana gəlmiş və ünvana baxış keçirmişlər. Müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrindən xx.xx.2024-cü il tarixdə saat 12 radələrinədək olan müddət ərzində naməlum şəxslər evinə daxil olub oğurluq etmişlər. Evindən oğurlanmış əşyalar cəmi dəyəri 500 manat olan bir ədəd “LG” markalı, 50 dioqonallı televizor anten aparatı ilə bir yedə, cəmi dəyəri 75 manat olan 50 metr uzunluğunda, 15 mm qalınlıqda rezin materialdan su şlanqı, cəmi dəyəri 35 manat olan məişətdə istifadə olunan bıçaq dəsti, iki ədəd hər birinin dəyəri 20 manat, cəmi dəyəri 40 manat olan ağac budayan qayçı, üç ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 12 manat olan traynik, iki ədəd hər birinin dəyəri 45 manat, cəmi dəyəri 90 manat olan, uzunluğu 5 metr olan dəmir borular, cəmi dəyəri 15 manat olan bir ədəd mişar, cəmi dəyəri 5,50 manat olan bir ədəd çəkic, cəmi dəyəri 9,40 manat olan bir ədəd kəlbətin, cəmi dəyəri 12 manat olan bir ədəd lom, 5 dəst hər birinin dəyəri 45 manat, cəmi dəyəri 225 manat olan Türkiyə istaehsalı olan yorğan döşək üzlüyü olmuşdur. Hadisə nəticəsində oğurlanmış əşyalar onun özünə məxsusdur, ona dəymiş maddi ziyanın məbləği 1018,90 manatdır. Hadisəni törədən şəxsi tanımır, dəqiq şübhələndiyi kimsə yoxdur. Həmin əşyalardan başqa hər hansı əşya, pul oğurlanmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 98-də qeydiyyatda olmaqla yaşayır. Təxminən 10 il əvvəl Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Şirvan” B/Y cəmiyyəti ərazisindən 0,06 ha ərazisi olan bağ sahəsi almış, sonradan bağ sahəsində bir mərtəbəli kürsülü fərdi ev və həyətdə saxlanc yeri tikdirmişdir. Yay vaxtı tez tez, digər vaxtlarda isə 10 gündən bir bağa gedib gəlmişdir. Sonuncu dəfə bağda xx.xx.2024-cü il tarixdə olmuş, xx.xx.2025-ci il tarixdə bağa gedəndə bağın darvazasının bağlı olduğunu müəyyən etmişdir. Hasardan həyətə adlayandan sonra qapının arxadan bağlandığını, həyətdə olan saxlanc yerinin qapısının sındırıldığını müəyyən edib oğurluq olmasından şübhələnmiş, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları baxış zamanı evə naməlum şəxslərin daxil olmasını, evin istifadəyə verilməyən hamam-tualet otağından 2023-cü ildə 400 manata aldığı Çin istehsalı olan MF 32/200B modelli bir ədəd “Marqius” markalı su mühərrikinin, evin həyətində saxlanc yerindən dəyəri 30 manat olan bir ədəd əl arabasının, dəyəri 47 manat olan bir ədəd “Elektroniks” markalı elektrik qızdırıcının, dəyəri 35 manat olan bir ədəd 10 kub metr tutumlu kiçik ölçülü qaz balonu, dəyəri 60 manat olan bir ədəd “Samsung” markalı, tozsoranın, dəyəri 189 manat olan bir ədəd “Elektroniks” markalı, qaynaq aparatının, dəyəri 55 manat olan bir ədəd təkərli çamadanın, dəyəri 50 manat olan bir ədəd “Elektroniks” markalı laqondanın, dəyəri 150 manat olan bir ədəd “Elektroniks” markalı pereferatorun oğurlandığını müəyyən etmiş. Bu barədə 2-ci polis bölməsinə ərizə yazmış, həmin oğurluq nəticəsində ona ümumilikdə 1016 manat maddi ziyan dəymişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, Həmin əşyalardan bir ədəd “Marqius” markalı su mühərriki, əl arabası, elektrik qızdırıcı, təkərli çamadan, laqonda, pereferator 2-ci polis bölməsində onun özünə qaytarılmış, lakin qaz balonu, tozsoran, qaynaq aparatı qaytarılmamışdır. Oğurlanmış digər əşyaların qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. 1981-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində Socar Neft Şirkətinin Nəqliyyat Departamentində sürücü işləmiş, 1988-ci ildə ona Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Kauçuk” B/Y cəmiyyəti ərazisindən 0,06 ha bağ sahəsi ayrılmışdır. Sonradan o, həmin bağ sahəsini öz adına özəlləşdirib orada bir mərtəbəli bir otaqlı bağ evi tikdirmişdir. Sonuncu dəfə bağda xx.xx.2024-cü il tarixdə həftənin bazar günü olmuş, daha sonra isə bağa xx.xx.2025-ci il tarixdə getmişdir. Bağa daxil olmaq istəyərkən darvazanın arxadan bağlı olmasını görüb şübhələnmiş, hasardan bağa adlayıb darvazanın arxadan bağlandığını və evin pəncərəsinin dəmir barmaqlığının sındırılmasını müəyyən edib evindən oğurluq olmasını başa düşüb hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri Yaşma bağları “Kauçuk” B/Y cəmiyyəti ərzisində yerləşən 328 saylı bağ evində olmadığı müddətdə evinin plastik pencərəsinin dəmir barmaqlığını sındırmaqla evinə daxil olan şəxs tərəfindən evindən dəyəri 80 manat olan bir ədəd “Samsung” markalı tozsoran aparatı, dəyəri 150 manat olan bir ədəd “Samsung” markalı, musiqi mərkəzi, dəyəri 57,65 manat olan bir ədəd “Skarlett” markalı elektrik çaydanı, dəyəri 55 manat olan bir ədəd təkərli əl çamadanı oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 342,65 manat manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı əsasında əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindəki parkın ətrafında yerləşən mebel sexinin yaxınlığında küçədə saxlayaraq 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə PB-nə vəkil dəvət etmiş, hüquq və vəzifələri izah edilmiş, inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan şalvarının cibində saxladığı bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda xatırladığı qədərilə içərisində ayrı-ayrılıqda iki ədəd bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümlərdən birində metamfetaminə bənzər maddə, digərində isə narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Saxlanılan zaman yanında olan tanışı Rəşadın və taksi sürücüsü Müğbilin onun üzərində narkotik vasitə saxlamasından məlumatsız olduğunu bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 2-ci PB-nin sahə rəisi, polis leytenantı Bağırlı X7 İsmayılovun ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, sonuncunun Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı əsasında əməliyyat qrupu yaradaraq tədbirlər keçirmiş, tədbirlər nəticəsində 28 noyabr 2024-cü il tarixdə, saat 16:32 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Məktəbli küçəsində yerləşən Musiqi məktəbinin yaxınlığında küçədə saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanma səbəbini, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda o, əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxardaraq təqdim etmiş, həmin büküm götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Yaşma bağlar massivi “Kauçuk” B/Y cəmiyyəti ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz hər hansı əşya, predmet olmadığını, mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Mənzilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, mənzildə qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutlar ilə birlikdə 2-ci PB-nə gətirilmişdir. PB-də videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, müdafiəçi təqdim edilmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmiş və həmin kütlə elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili Şahid6 Şahid4 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ibtidai istintaq zamanı veriyi ifadəsi elan edilməklə tədqiq edilmiş, sonuncu Şahid4 ifadəsilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə, saat 16:32 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.34); 30 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ,i.v 62-63) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 30 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İ,i.v. 70-71); Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İ,i.v.72-73); “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan göründüyü kimi, 28 noyabr 2024cü il tarixdə, saat 16:32 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Məktəbli küçəsində yerləşən Musiqi məktəbinin yaxınlığında küçədə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, ona saxlama səbəbini izah etmiş, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmadığını soruşduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. (cild İ,i.v. 17-18) “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan göründüyü kimi, həmin tarixdə, saat 16:32 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra ona yaşadığı Yaşma bağlar massivi, “Kauçuk” B/Y cəmiyyəti ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi zərurəti yaranmış, o, yaşadığı ünvanda qanunsuz hər hansı əşya, predmet olmadığını, mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Mənzilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, videodisk protokola əlavə olunmuşdur. (cild İ,i.v. 19-21) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5326 nömrəli, 29 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №126” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,315 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Şəxsi axtarışın keçilirməsi və təqdim olunan əşyaların götürülməsi barədə” 28 noyabr 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncunun üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə videoçəkiliş altında tədbir iştirakçıkları tərəfindən götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra müvafiq sənədləşdirmə işlərinin aparılmasından ötrü üzərindən götürülmüş maddi sübutla birlikdə 2-ci PB-nə gətirilmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafıəsini təmin edəcək vəkili X6 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış, içərisində narkotik vasitəyə bənzər kütlənin olduğu 1 ədəd möhürlənmiş zərf videoçəkiliş altında təqdim edilmişdir. Götürülmüş paket açılmış və həmin “heroin”ə bənzər maddənin çəkisinin sellofanla çəkisinin 1,46 qram olması müəyyən edilmişdir. Həmin sellofan təkrar zərfə qoyularaq qablaşdırılmış ə DİN-nin möhrü ilə möhürlənmişdir. (i.v. 42-43). DVD disklərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni üzərində daşıyaraq gəzdirməsi müəyyən olunur. (i.v. 76,183). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1.315 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 1.215 qram qalığı cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 79). “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş, isintaq ********* nömrə ilə davam etdirilmişdir. (i.v. 85-86) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 96); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 04 oktyabr 2024-cü il tarixdə, saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 114); Təqsirləndirilən şəxs 06 oktyabr 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 169-170) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 06 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsilə bağlı ifadəsi alınmışdır. (i.v.177-179) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 180-181); “Şəxsi axtarışın keçirilməsi barədə” 04 oktybar 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağız bükümün içərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 1,71 qram, 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin"ə bənzər maddə elektron tərəzidə çəkilən zaman çəkisinin 1,81 qram olduğu müəyyən edilmiş və həmin maddələr ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri dünən Bakı şəhəri ərazisindən tanımadağı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını saxlanılan zaman yanında olan tanışı Rəşadın və taki sürücüsü Muğbilin onun üzərində narkotik vasitə saxlamasından məlumatsız olduğunu bildirmişdir. (i.v. 121-122). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4803 nömrəli, 05 oktybar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №126” dairəvi möhür əksi olan “Ş/S Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdə olan
1. №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,248 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.
2. №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,128 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixorop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 155-160). “Maddi sübut kimi tanıma haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,248 qram narkotik vasitə olan heroin və ilkin təmiz çəkisi 1,128 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,198 qram çəkidə heroin və 1,078 qram psixotrop maddə metamfetamin məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.192). Səhiyyə Nazirliyi Respublika X9 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 7642 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxsdə OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 208-209). “Baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Şirvan” B/Y cəmiyyəti ərazisində yerləşən evə və saxlanc yerinə baxış keçirilmişdir. Bu barədə foto-şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İ,i.v. 228-231) “Baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Kauçuk” B\Y cəmiyyəti ərazisində yerləşən evə baxış keçirilmişdir. Bu barədə foto-şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İ,i.v. 237- 241) “Baxış keçirilmsi və götürmə barədə” 07 yanvar 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ərazisindən oğurladığı 01 ədəd “Samsung” markalı tozsoran aparatına, 01 ədəd “Marqius” su mühərrikinə, 01 ədəd tünd göy və 01 ədəd qəhvəyi rəngli təkərli yük çantasına baxış keçirilmiş, sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (i.v 248-250). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10 radələrində CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ, i.v. 276-277); “Zərərçəmiş şəxs kimi tanınma barədə” 09 yanvar 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərşəkiş şəxs qismində tanınmışdır. (cild İİ, i.v. 286); “Zərərçəmiş şəxs kimi tanınma barədə” 09 yanvar 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, i.v. 292); 10 yanvar 2025-ci il tarixində Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİ, i.v. 301-302); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 10 yanvar 2025-c il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:20 radələrində dindirilmiş, sonuncunun ifadəsi alınmışdır. (cild İİ, i.v.309-311); Sumqayıt Şəhər Məhkəməsinn 10 yanvar 2025-ci il tarixli, 4(060)-14/2025 saylı qərarı ilə təqsirləndirilən şəxs Emil Hüseynov barəsində 03 ay müddətə həbs qəttimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İİ, i.v. 329-331); “Baxış keçirilməsi barədə” 11 oktyabr 2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhər, Yaşma bağlar massivi, Sahil B/Y cəmiyyəti ərazisində yerləşən 182 saylı bağ evinə baxış keçirilmiş, baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (cild İİ, i.v. 352-357); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14 yanvar 2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İİ, i.v. 366); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9570 nömrəli, 07 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş 03 adda malların yeni vəziyyətdə 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 54,50 manat müəyyən edilmişdir. Digər 08 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (cild İİ, i.v.385-388); Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1096 nömrəli, 26 fevral 2025ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş malların 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 758,55 manat müəyyən edilmişdir. (cild İİ, i.v.389-394); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İİ, i.v.401); 14 mart 2025-ci il tarixində Təqsirləndirilən şəxs CM-nin 234.1, 177.2.2 və 177.2.3cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (cild İİ, i.v.420-422); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30 radələrində CM-nin 234.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı dindirilmiş, sonuncunun ifadəsi alınmışdır. (cild İİ, i.v.428-430); “Sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs 234.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ittitam elan edilmiş, barəsində seçilmiş "həbs" qətimkan tədbiri nəzərə alınmışdır, iş üzrə şəxsiyyətləri istintaqa məlum olmayan oğurluq malları satın alan şəxslərin və X3 əməllərində CM-nin 194 və 307-ci maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir, iş üzrə Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2, 177.2.1, 177.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İlkin təhqiqat materialları, zərərçəkmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, xx.xx.2024-cü il tarixli şəxsi axtarış protokolları, xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” protokolu, xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsinə” dair protokol, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi barədə protokol, xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi” protokolu, xx.xx.2024-cü il tarixli “baxış keçiriləsi barədə” protokol, MEM-nin xx.xx.2024-cü il tarixli 3-16-16\2-6\4803 saylı, MEM-nin xx.xx.2024-cü il tarixli 3-16-l6\2- 6\5326 sayh rəyləri, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 7642 saylı rəyi, xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokollar, xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokol, MEM-nin xx.xx.2025-ci il tarixli 3-16- 16\2-9\9570\2025 sayh, MEM-nin xx.xx.2025-ci il tarixli 3-16-16\2-9\1096\2025 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən 02 ədəd DVD disklər maddi sübut kimi qiymətləndirilmiş, iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. iş üzrə Zərərçəkmiş şəxs2 qaytarılmış bir ədəd su matoru, bir ədəd əl arabası, bir ədəd elektrik qızdırıcısı, bir ədəd təkərli çamodan, bir ədəd laqonda, bir ədəd pereferator, Zərərçəkmiş şəxs3 qaytarılmış bir ədəd tozsoran aparatı, bir ədəd təkərli əl çamodanı maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,315 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin 1,215 qram qalıq çəkisinin məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,248 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin 1,198 qram qalıq çəkisinin məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,128 qram olan psixotrop maddə meamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra metamfetaminin 1,078 qram qalıq çəkisinin məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alın, qərarın surəti Sumqayıt Şəhər Prokuroruna göndərilmişdir. (cild İİ, i.v. 402-417); DİN BƏSİİ-dən alınmış 18 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 4 dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixində isə cəzasının sonu ilə azad edilmişdir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməlləri törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan cəzaçəkmənin son müddəti ilə azad edilsə də, həmin müddətdən məhkumluğun ödənilməsi üçün zəruri olan 2 (iki) il müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.1-ci maddəsinə münasibətdə ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla, CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə münasibətdə isə mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı oğurluq epizodları üzrə özünü təqsirli bilməyərək, oğurluq əməllərini törətmədiyini, ibtdai istintaq zamanı döyüldüyünü, bu səbəbdən ilkin istintaq zamanı etirafedici ifadələr verməsi barədə məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Emil Hüseynovun ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Rəşad Qarayev ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında xx.xx.2025-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən döyüldüyünü bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müvafiq sorğu ünvanlamış, sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs MSY-də olarkən xəsarət aldığını və özü özünə yetirdiyini bildirdiyi qeyd edilmişdir. Bundan başqa məktubda bədən baxışı zamanı Təqsirləndirilən şəxs sol baldır nahiyyəsinin ön səthində qərtməkli yara, hər iki said nahiyyəsinin ön və bayır səthində cızılmış-kəsilmiş yaralar, döş qəfəsinin sağ yan səthində qırmızımtıl rəngli qançır, təpə nahiyyəsində şişkinlik aşkar edildiyi də göstərilmişdir. Məhkəmə göstərilən halların ibtidai istintaq zamanı araşdırılıb-araşdırılmaması ilə bağlı Sumqayıt şəhər Prokurorluğuna sorğu göndərmiş, Sumqayıt şəhər Prokurorunun xx.xx.2025-ci il tarixli cavab məktubunda təqsərləndirilən şəxs Təqsirləndirilən şəxs 3 saylı İstintaq təcridxanasında bədəni üzərində xəsarətlərin aşkar olunması ilə əlaqdar Baş Prokurorluğununun Xidməti araşdırmalar İdarəsində araşdırma aparılaraq xx.xx.2025-ci il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən qeyd edilən hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli, 8 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin, həm də metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdardan artıq miqdar hesab edilir. CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnin əməli CM-nin 234.1 177.2.2 və 177.2.3-cü madddələri ilə düzgün tövsif edilmiş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 14-cü bəndinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsnin əməlindən peşman olmasını, ailənin yeganə gəlir mənbəyi olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi və təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxsnin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarı, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, əməlindən peşman olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar 179 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar 100 manat cəmi 279 manat məbləğində məhkəmə məsrəfləri vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantəmiz qalıq çəkiləri 1,215 qram və 1,198 qram narkotik vasitə heroin, 1,078 qram psixotrop maddə metanfetamin məhv edilməli, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi”ni əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 13 (on üç) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 05 (beş) iş saatı üçün 30 (otuz) manat, o cümlədən həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən vəkil Müdafiəçi 08 (səkkiz) iş saatı üçün 88 (səksən səkkiz) manat, cəmi 118 (bir yüz on səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetəmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdən 06 oktyabr 2024-cü il tarixədək və 28 noyabr 2024-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli həbsdə olduğu 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 279 (iki yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, təmiz qalıq çəkiləri 1,215 qram və 1,198 qram narkotik vasitə heroin, 1,078 qram psixotrop maddə metanfetamin məhv edilsin, eləcə də Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Marqius” markalı su mühərriki, əl arabası, elektrik qızdırıcı, təkərli çamadan, laqonda, pereferatorun, eləcə də Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd tozsoran aparatın, 01 ədəd təkərli əl çamadanının saxlanılması üçün sahiblərinə verilməsi nəzərə alınsın . Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi”ni əks etdirən 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 118 (bir yüz on səkkiz) manat manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Ramiz Quliyev