Məhkəmə qərarları › İş №1(060)-322/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-322/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-322/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtilai araşdırma zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1,686 qram çəkidə dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamin əldə edərək onu üzərində daşıyaraq saxlamış, 12 fevral 2021-ci il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq 3-cü PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan parçasına bükülmüş 1,686 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. 12 fevral 2021-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişdir. Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq onda psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, narkotikdən və psixotrop maddədən istifadə etdiyi üçün alıb özü üçün istifadə etmək məqsədi ilə həmin şəxsə metamfetamini neçəyə satdığını soruşduqda həmin şəxs metamfetamini 9 manata satdığını bildirmişdir. O, həmin şəxslə razılaşmış və 9 manat pul verib bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş metamfetamini ondan almışdır. O, həmin şəxsdən aldığı şəffaf rəngli sellofan parçasına bükülmüş metamfetamini əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra özü istifadə etsin. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün saat 22:10 radələrində həmin üzərində olan metamfetamini münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisinə gəlməyə başlamışdır. O, 6-cı mikrorayon ərazisi ilə gedərkən üç nəfər mülki geyimli, bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirərək özünü təqdim etməsini bildirmişlər. O, polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğumu bildirmişdir. Həmin vaxtı polis əməkdaşları ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Ona görə də Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də vəkilin iştirakı ilə üzərimdə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində olarkən ona vəkil təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşaraq həmin əşyanın onlara təqdim etməsini təklif etmişlər. O, həmin vaxtı əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan parçasına bükülmüş psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açıldıqda içərisində ağ rəngli, spesifik iyə malik kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin maddənin şüşə, yəni metamfetamin olduğunu, həmin metamfetamini həmin gün səhər saatlarında Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 9 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Metamfetamin tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir.Bununla bağlı protokol tərtib edilmişdir. Heç vaxt narkotik vasitələrin alqısatqısı ilə məşğul olmamışdır.Törətdiyi əməldən peşmandır. Yüngül cəza verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində 2019-cu ilin avqust ayından Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirərək mahiyyət üzrə göstərdi ki, 12.03.2021-ci il tarixdə Sumqayıt şəhər sakini Cavid adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 3-cü PB-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2, polis kapitanı Şahid3 və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 12.02.2020-ci il tarixdə saat 22:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisinə getmişdir. Təxminən saat 22:10 radələrində Cavid adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən onun üzərinə 3-cü PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə 3-cü PB-nə gəlmişlər. 3-cü polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil X2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülünü onlara təqdim etmişdir. Həmin bükülü tərəflərindən açıldıqda içərisində ağ rəngli, spesifik iyə malik kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan şüşə, yəni metamfetamin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 9 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayından Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12.03.2021-ci il tarixdə Sumqayıt şəhər sakini Cavid adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 3-cü PB-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2, Şahid1 və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 12.02.2020-ci il tarixdə saat 22:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisinə getmişdir. Təxminən saat 22:10 radələrində Cavid adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən onun üzərinə 3-cü PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə 3-cü PB-nə gəlmişlər. 3-cü polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil X2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülünü onlara təqdim etmişdir. Həmin bükülü tərəflərindən açıldıqda içərisində ağ rəngli, spesifik iyə malik kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan şüşə, yəni metamfetamin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 9 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən də görünür ki, o da ibtidai istintaq zamanı Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə maddi sübut kimi tanınmış və məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd DVD diskdəki videogörüntüdə 12 fevral 2021-cu il tarixdə, Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində narkotik vasitəyə bənzər kütlənin aşkar edilməsi əks etdirilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13.12.2021-ci il tarixli, 6/642 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,686 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,686 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1,636 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25.02.2021-ci il tarixli, 590 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibində narkotik vasitə olan metamfetamin aşkar olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Narkoloji Ekspertizası tərəfindən verilmiş 594 saylı 17 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. DİN BƏSİİ tərəfindən verilmiş 18.02.2021-ci il tarixli tələbnamədən görnür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 15 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt 4 saylı Şəhər poliklinikası tərəfindən verilmiş 283 saylı 15 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan sübutarın qiymətləndirilməsinə dair 30 mart 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Həbsdə saxlama müddətinin əvvəli 15 may 2021-ci il saat 03 :55-dən hesablanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal törətdiyi əməldən səmimi peşman olması və yaşayış yerindən müsbət xarakterizə edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan Halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş“polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və Sumqayıt ŞPİ-nin İŞ-də istintaq olunan digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2021-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,1636 qram çəkidə narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2021-cu il tarixli (iş № 1(060)-322/2021) qərarını icra edərək, 16 aprel 2021-ci il tarixli 336/2021 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi Mehdi Cəlalzadə məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və Sumqayıt ŞPİ-nin İŞ-də istintaq olunan digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,1636 qram çəkidə narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd «DVD» disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 manat (yüz doqquz manat doxsan qəpik Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar