Məhkəmə qərarları › İş №1(060)-322/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-322/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-322/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında xx.xx.1987-ci il tarixində Abşeron rayonunda anadan olmuş, evli, 3 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 140,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 24 yanvar 2022-ci il tarixində, saat 22:15-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 47-ci məhəllə, Socar yanacaqdoldurma məntəqəsinin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PBnə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin içəri hissəsində saxlamış olduğu, üzərində “Original Levis” sözləri yazılmış 01 ədəd polietilen sellofanın içərisindən 140,0 qram çəkidə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ara-ara narkotik vasitə olan qurudulmuş marixuananı çəkərək qəbul edirmiş. Belə ki, 24.01.2022-ci il tarixdə saat təxminən 22:15-də Sumqayıt şəhəri, 47-ci məhəllə, Socar yanacaqdoldurma məntəqəsinin yanında olan zaman, bir neçə nəfər ona yaxınlaşıb özlərini ona təqdim edərək polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişdilrər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət etmişdirlər. O, heç bir etiraz etməmişdir və sonuncularla birlikdə PB-nə gəlmişdir. Onlar PB- nə gəldikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və eyni zamanda hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X1 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt onun icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmışdır və şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin içəri hissəsindən üzərində “Original Levis” sözləri yazılmış 01 ədəd polietilen sellofan torba aşkar olunmuşdur, həmin torba açılan zaman onların içərisindən yaşıl rəngli ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı ondan həmin maddənin nə olduğu soruşulan zaman o, yaşıl rəngi ot kütləsinin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, aşkar olunmuş “qurudulmuş marixuana”nı təxminən həmin günü səhər saatlarında Bakı şəhəri, Şamaxinka deyilən yerdən, tanımadığı şəxsdən 100 manat pulu ödəyərək aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş yaşıl rəngli ot kütləsi tərəziyə qoyulub çəkilən zaman çəkisinin 153 qram olduğu müəyyən olunmuşdur, sonra həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılmışdır. Ona həmin kütləni satan şəxsi tanımamış, heç bir məlumatı olmamış, saxlanılarkən, ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 24.01.2022-ci il tarixində Xızı rayonu, Giləzi qəsəbə ərazi dairəsi, Giləzi qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1, kiçik inspektoru, polis baş serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Faiq Mirzəyevdən, kriminalistik-təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişdirlər. Saat 22:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən Socar yanacaqdoldurma məntəqəsinin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ərazisində yerləşən Socar yanacaqdoldurma məntəqəsinin qarşısına gəlmişdirlər və orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Saat 22:15 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar Təqsirləndirilən şəxs görüb onu saxlamış və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək sonuncudan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra sonuncuya hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili X1 təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsun saxladığı hər hansı predmet və ya əşya varsa qoymasını xahiş etmişdirlər. Təqsirləndirilən şəxs bu zaman əynindəki qara rəngli gödəkcəsinin içəri hissəsində saxlamış olduğu üzərində “original Levis” sözləri yazılmış 01 ədəd polietilen sellofan torbanı təqdim etmişdir. Həmin torba açıldıqda içərisində yaşıl rəngli kütlənin olduğu aşkar olunmuşdur. Həmin torbanın içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “Nəşə”, yəni narkotik vasitə olan «qurudulmuş marixuana» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 24.01.2022-ci il tarixdə Bakı şəhəri, Şamaxinka ərazisində tanımadığı şəxsdən 100 maanat pul ödəməklə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək üçün həmin torba elektron tərəzidə çəkilmişdir və çəkisinin 153 qram olması müəyyən olunmuşdur və protokol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüşdür, aşkar olunmuş kütlə qablaşdırılmışdır, möhürlənmişdir və iştirakçılar tərəfindən imzalanmışdır, sonra protokol tərtib olunmuşdur, ucadan oxunmuşdur və onlar həmin protokolu imzaları ilə təsdiq etmişdirlər. Sonra videoçəkiliş dayandırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid2 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuana aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X1 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin içəri hissəsində saxlamış olduğu 1 ədəd qırmızı rəngli, üzərində “Original Levis” sözləri yazılmışpolietilen sellofanın içərisində şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin büküm açılmış, bükümün içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitədir, aşkar olunmuş həmin maddəni həmin gün Bakı şəhərində, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 100 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 153 qram olması müəyyən olunmuş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuş və videoçəkilişin müddəti 22:55-dən 23:06-dək davam etmişdir. Eyni zamanda şəxsi axtarış zamanı istifadə olunmuş “Panasonic” markalı videokamerada həkk olunmuş video çəkiliş diskə köçürülmüş və “HP” markalı kompüterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan 24.01.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24.01.2022-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 26.01.2022-ci il tarixli qərardan görünür ki, 26.01,2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizasının 25.01.2022-ci il tarixli, 7/67 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan ağ rəngli kağız paketi açdıqda 1 (bir) ədəd qırmızı rəngli, üzərində “ORİGİNAL LEVİS” sözləri yazılmış polietilen paketdəki bir ədəd şəffaf sellofan torbanın içərisində təmiz çəkisi -140,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 27.01.2022-ci il tarixli qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 140,0 qram olan, tədqiqat və istintaq zamanı aparılmış biloji ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 139,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 27.01.2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 29.01.2022-ci il tarixli, 404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbul nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, məhkum olunmamış şəxsdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 3 azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat sərf etmişdir. Ona görə də, 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 24.01.2022-ci il tarixdən 26.01.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 140,0 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 139,98 qram narkotik vasitə marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 24.01.2022-ci il tarixdən 26.01.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Xızı rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 139,98 qram narkotik vasitə marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar