Məhkəmə qərarları › İş №1(060)-322/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-322/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-322/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu İcraatıma daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir. İttihama görə Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən, sahəsi 0,1407 ha olan torpaq sahəsində tikintisi başa çatdırılmamış 850 kvadrat metr ölçüdə birmərləbəli ticarət təyinatlı qeyriyaşayış sahəsi üçün 2022-ci ilin avqust ayının əvvəllərində işıq transformatoru quraşdıracağı barədə yalan vəd verib inandırmaqla, Sumqayıt şəhəri, “X1 Həyəli" yaşayış massivində yerləşən “AzərSun” Holdingin anbarının həyətində sonuncunun 15.000 manat məbləğində, ticarət təyinatlı qeyri-yaşayış sahəsinin pəncərələrini quraşdıracağı barədə yalan vəd verib inandırmaqla, 2022-ci ilin avqust ayının sonlarında həmin yerdə 25.000 manat məbləğində, obyektin yerləşdiyi torpaq sahəsinə və Şabran şəhəri. ünvan 2 ünvanda yerləşən, içərisində 77.50 kv.metr ölçüdə fərdi yaşayış evi olan 0.05 ha torpaq sahəsinə çıxarış alacağı barədə yalan vəd verib inandırmaqla, 2022-ci ilin sentyabr ayının ortalarında "X1 Həyəti" yaşayış massivində yerləşən “AzərSun" Holdingin anbarının həyətində bir neçə gün ərzində hissə-hissə, əvvəlcə 10.000 manat, sonra 10.000 manat və daha sonra 5.000 manat olmaqla ümumilikdə 25.000 manat məbləğində və təmir-tikinti işlərini başa çatdıracağı barədə yalan vəd verib inandırmaqla, 2022-ci ilin oktyabr ayının əvvəllərində həmin yerdə 14.600 manat məbləğində pulunu aldatma yolu ilə alıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 79.600 manat məbləğində, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə işi öyrənərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan sonuncunun Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsidir. Texniki yanlışlıq aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 292, 298ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №li cinayət işi səhvən Sumqayıt Şəhər Məhkəməsinə daxil olduğundan aidiyyəti üzrə göndərilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna geri qaytarılsın. Bu Qərardan apellyasiya şikayəti və ya protesti verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar