Məhkəmə qərarları › İş №1(060)-323/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-323/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-323/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, azərbaycanlı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdənsatış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,879 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 25 yanvar 2021-ci il tarixdə axşam sat 21:54-də Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşlarının Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PBnə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman gödəkçəsinin sol yan cibindən şəffaf sellofan bükümündə 0,879 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək göstərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2005-ci ildən narkotik vasitələr qəbul edir. 25 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsinə getmişdir. Masazır qəsəbəsində yolda tanımadığı bir nəfərlə rastlaşmış və onunla söhbət zamanı həmin şəxs üzərində narkotik vasitə qurudulmuş marixuanana və metamfetamin olduğunu və onu satmaq istədiyini bildirəndə, o, onları neçəyə satmasını soruşmuşdur. Həmin şəxs narkotik vasitələri 50 manata satdığını deyəndən sonra 50 manat ödəyib narkotik vasitələri ondan almışdır. Qurudulmuş marixuana kibrit qutusunda 13 ədəd kağız bükümlərdə, metamfetamin isə şəffaf sellofan bükümündə olmuşdur. Onları əynində olan idman gödəkçəsinin sol yan cibinə qoyub Sumqayıt şəhərinə yaşadığı evə gəlmişdir. Həmin gün axşam yenidən küçəyə çıxmış və saat 21:54-də Sumqayıt şəhəri, 17-ci məhəllə ilə yaşadığı evə gedən zaman 4-5 nəfər mülki geyimdə və polis geyimində olan şəxslər videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Polis Bölməsində xidməti otaqların birində onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki idman gödəkçəsinin sol yan cibində kibrit qutusundakı 13 ədəd kağız bükümlərdə olan qurudulmuş marixuana və şəffaf bükümündə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkarlanmışdır. Polis əməkdaşları şəffaf selofan bükümü açıb içərisində ağ rəngli kristallik hissəciklərini gördükdə o, həmin kütlənin metamfetamin, 13 ədəd kağız bükümlərdəki yaşıl rəngli, spesifik iyə malik kütlələrin isə narkotik vasitə qurudulmuş marixunana olduğunu demişdir. Polis əməkdaşları narkotik vasitələri haradan əldə etdiyini soruşanda bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitələri 25 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən 5 ədəd 20 qəpik əskinazları və dərman qutusu aşkar olunmuş, lakin onlar özünə qaytarılmışdır. Bundan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana və metamfetamin onun iştirakı ilə tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. O, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və əməliyyat müvəkkili, polis kapitanı Elşən Əmrahovun iştirakı ilə 25 yanvar 2021-ci il tarixdə axşam saat 21:54-də radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 15/13, mənzil 15-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib onu Sumqayıt ŞPİnin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olub-olmaması soruşulduqda o, etirazının olmadığını bildirmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vasif Allahverdiyevin əynindəki idman gödəkçəsinin sol yan cibində kibrit qutusundakı 13 ədəd kağız bükümlərdə olan yaşıl rəngli, spesifik iyə malik kütlələr və şəffaf bükümdə olan ağ rəngli kristallik hissəciklərdən ibarət kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəffaf selofan bükümündə olan ağ rəngli kristallik hissəciklərdən ibarət kütlənin metamfetamin, 13 ədəd kağız bükümlərdəki yaşıl rəngli, spesifik iyə malik kütlələrin isə narkotik vasitə qurudulmuş marixunana olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 25 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 5 ədəd 20 qəpik əskinazları və dərman qutusu aşkar olunmuş, lakin onlar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş yaşıl rəngli, spesifik iyə malik kütlələr və şəffaf bükümdə olan ağ rəngli kristallik hissəciklərdən ibarət kütlə Təqsirləndirilən şəxs iştirakı ilə tərəzidə çəkilmişdir. Ağ rəngli kristallik hissəciklərdən ibarət kütlənin şəffaf selofanla birlikdə çəkisinin 0, 48 qram, yaşıl rəngli, spesifik iyə malik kütlələrin isə ayrı-ayrılıqda kağız bükümlərlə birlikdə çəkilərinin 0,22 qram, 0,12 qram, 0,12 qram, 0,13 qram, 0,14 qram, 0,31 qram, 0,18 qram, 0,24 qram, 0,16 qram, 0,17 qram, 0,10 qram, 0,21 qram olması, ümumilikdə isə 1,86 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş X4 və Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2nun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 25.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdə saat 21:54-də Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində saxlanılmışdır.(i.v 20) İş materiallarında olan "Şəxsi axtraışın keçirilməsi barədə" 25.01.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X3 Azərbaycan Respublikası CPM-nin 51, 86, 246-cı maddələrinə əsasən Sumqayıt şəhər Pİnin NBM-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkilləri, polis kapitanları Şahid1, Şahid3, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevin iştirakı ilə həmi protokolu ondan ötrü tərtib etmişdir ki, ünvan 1 ünvanında eydiyyatda olan və ünvan 2şayan, xx.xx.1988-i il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, saxlaması barədə Sumqayıt şəhər Pİ-nin NBM-nin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında iştirakçılarla birlikdə 25.01.2021-ci il tarixdə, saat 21:54-də Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində olan zaman inspektor-kriminalist rəqəmsal tipli "Panasonic" markalı videokameranı işə salarkən uzaqdan daxil olmuş məlumatda göstərilən əlamətlərə uyğun 1 (bir) nəfər şəxsin gəldiyinin şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyini xahiş edən zaman həmin şəxs-Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını soruşan zaman ona bildirilmişdir ki, narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli biblindiyi üçün saxlanılmışdır. Həmin vaxt Allahveriyev Vasifə daxil olmuş məlumat ilə əlaqədar olaraq PB-də, xidməti otaqların birində Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilən zaman Təqsirləndirilən şəxs etiraz etməmiş, videoçəkiliş dayanmadan iştirakçılarla birlikdə PB-nə daxil olmuşlar, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş, vəkil Müdafiəçi2 təqdim olunmuş və onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qarışıq rəngli idman gödəkçəsinin sol yan cibindən şəffaf rəngli sellofan və 1 ədəd kibrit qutusu aşkar olunmuş, həmin vaxt şəffaf rəngli sellofanı açan zaman onun içərisindən spesifik iyə malik, kristal formada olan ağ rəngli maddə, kibrit qutusunun içərisindən isə siqaret kağızının müxtəlif rənglərinə və kağıza bükülmüş 14 büküm aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər açılan zaman oradan spesifik iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan bitki kütləsi nəşə, kristal fromada olan ağ rəngli maddə isə şüşədir. Aşkar olunmuş bitki kütləsini və maddəni bugün Abşeron rayonun, Masazır kəndində olan zaman tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş spesifik iyə malik, kristal formada olan ağ rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə şəffaf rəngli sellofan ilə birlikdə 0,48 qram, eyni zamanda spesifik iyə malik, yaşıl rəngli 13 bükümdə olan bitki kütləsi ilkin olaraq ayrı-ayrılıqda, sonradan isə ümumilikdə tərəziyə qoyulub çəkilən zaman bükümlər kağız ilə birlikdə ayrıayrılıqda 0,22, 0,12, 0,12, 0,13, 0,14, 0,14, 0,31, 0,18, 0,24, 0,16, 0,17, 0,10, 0,21 qram, lakin ümumilikdə isə 1,86 qram olduğu müəyyən olunmuş və bir neçə saniyədən sonra videoçəkiliş dayandırılmışdır.(i.v 28-29) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/105 saylı 26.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kibrit qutusunda 13 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkilərdə 0,249 qram, 0,218 qram, 0,235 qram, 0,190 qram, 0,241 qram, 0,267 qram, 0,169 qram, 0,281 qram, 0,210 qram, 0,191 qram, 0,211 qram, 0,220 qram, 0,259 qram, ümumi təmiz çəkisi 2,941 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v 41) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/346 saylı 26.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata tədqim edilmiş üzərində "....Təqsirləndirilən şəxs...." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,879 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahıİ) daxildir.(i.v 45-47) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-29/2021 saylı 27.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 80-81) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 82-83) İş materiallarında olan "Madi sübut kimi tanıma haqqında" 28.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatında sonra qalıq çəkisi 0,829 qram psixotrop maddə olan metamfetamin və qalıq çəkisi 2,681 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 88) İş materiallarında olan 18 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 103) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4928/2020 saylı 07.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.(i.v 104-105) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin 364 nömrəli 02.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhəri Narkoloji Dispanserində 11.2019-cu ildən narkomaniya diaqnozu ilə qeydiyyatdadır.(i.v 106) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 524 nömrəli 18.02.2021ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 127-128) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekpertizasının 549 saylı 12.03.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu formasında psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşümür. Bununla yanaşı qedy edilməlidir ki, Təqsirləndirilən şəxs üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v 130-131) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 02.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin və narkotik maddə olan qurudlumuş marixuananın maddi sübut qismində tanınması və ekspertiza tədqiqatından sonra 0,879 qram çəkidə psixotrop maddə olan metamfetamindən yerdə qalan 0,289 qram və 2,941 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuanadan yerdə qalan 2,681 qram Sumqayıt şəhər Pİ-nin saxlanc anbarında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 139- 144) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 04.02.2021-ci il tarixli tələbnaməsindən və Qobustan Rayon Məhkəməsinin 1(026)-15/2019 saylı 29.11.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 25 sentyabr 2019-cu il tarixdən 26 sentaybr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılmasının 4 gününə bərabər tutulub hesablanmaqla ona təyinedilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.(i.v 112-115) İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin böyük icar məmuru Səbuhi Cavadovun 1624 saylı 20.05.2021-ci il tarixli məktubundan görünür ki, Qobustan Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəzasında 11 ay 25 gününü çəkmiş, çəkilməmiş cəzası 25.01.2021-ci il tarixə 06 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,879 qram çəkidə psixotrop maddə olan metamfetamin və 2,941 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, sağlamlıq durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmü ilə hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 01 (bir) gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 153,82 (bir yüz əlli üç manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,829 qram psixotrop maddə olan metamfetamin və qalıq çəkisi 2,681 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdədir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 01 (bir) gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 14 (on dörd) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 02 (iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, mənzil 13-də yaşadığı evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 153,82 (bir yüz əlli üç manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,829 qram psixotrop maddə olan metamfetamin və qalıq çəkisi 2,681 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar