Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-324/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 57-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 22 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi fərdi yaşayış evinin sağ yan tərəfindəki plastik pəncərəni vintaçanla açıb içəri qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabında olan kişi kostyumunun sol qoltuq cibindən 1000 (min) manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 22 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi həyət evindən oğurluq etməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində X2 yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi həyət evindən oğurluq etmədiyi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs bitidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. O, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi məhəllə 5, fərdi həyət evində anası və iki qardaşı ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. İş olduqda fəhləlik edib öz ailəsini dolandırır. Əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. 22 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi həyət evində yaşayan xalası nəvəsi Ehtiramı görməyə gedən zaman yolun sağ istiqamətində olan tanımadığı evlərdən birinin işıqlarının yanmadığını və sönülü olduğunu görmüş, ona görə də həmin evə daxil olub oğurluq etmək qərarına gəlmiş, buna səbəb borclarının olması olmuşdur. Bundan sonra o, ətrafa göz gəzdirmiş, ətrafda heç kimin olmadığını görüb evə girmiş, o, mişar daşları ilə hasara alınmış evin sağ tərəfinə keçib daş hasardan tullanaraq evin həyətinə daxil olmuş, həyətə daxil olan zaman evin bir mətəbəli olduğunu, 4 tərəfdən hər tərəfi 2 plastik pəncərə ilə əhatə olunduğunu görmüş, evin qabaq və sağ tərəfindəki pəncərələri yoxlamış və bağlı olduğunu görmüşdür. Bu zaman evin həyətindən pəncərəni açmaq üçün iti bir əşya axtarmış və evin qabaq tərəfindən yerdən dəmir vintaçan tapmış, evin sağ tərəfindəki pəncərəni həmin vintaçanla sıxaraq açmış və evə daxil olmuşdur. Evə daxil olan zaman sağ tərəfində çarpayı görmüş, ilkin olaraq evə göz gəzdirmiş və həmin çarpayıdakı döşəklərin altına baxmış və heç nə tapmamışdır. Daha sonra qarşı otağa keçərək evdə adam olmadığına tam əmin olmuş və yenidən həmin yataq otağına qayıtmışdır. İçəri daxil olduğu plastik pəncərə ilə üzbəüz güzgüsü olan paltar dolabının qapısını açmış və orada olan paltarların ciblərini yoxlamağa başlamış, bir neçə paltarın ciblərini yoxladıqdan sonra qaranlıq olduğu üçün rəngini görmədiyi kişi kostyumunun sol qoltuq cibindən xeyli pul tapmış, həmin pulu oğurlayıb qarşıdakı zala keçmiş, bundan sonra zaldakı sol pəncərəni açaraq evdən çıxmışdır. Evdən çıxarkən pəncərələri bağlamamış, sonra qabaq hasardan tullanaraq oradan uzaqlaşmışdır. Oğurladığı pulu gizlin bir yer taparaq saymış və 10 ədəd 100 (yüz) manatlıq pulun olduğunu görmüşdür. Bundan sonra o, yaşadığı evə getmiş, həmin gün saat 21:00 radələrində oğurladığı 1000 (min) manat puldan barəsində Sumqayıt şəhər Polis idarəsinin 2-ci PB-də Arif adlı şəxsin evindən oğurladığı laqondaya görə Arifə 100 (yüz) manat, 23 yanvar 2021-ci il tarixdə yaşadığı məhəllədə Eldar və Nəzakət adlı şəxslərə ümumilikdə 110 (yüz on) manat borclu olduğu üçün qaytarmışdır. Qalan 90 manat pulu isə xalası nəvəsi İlham adlı şəxsə vermiş, yerdə qalan 700 (yeddi yüz) manat pulu isə öz tələbatı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi həyət evində öz ailəsi ilə birlikdə yaşayır. 22.01.2021-ci il tarixdə, saat 16:00 radələrində o, həyat yoldaşı Şamama ilə birlikdə yaşadığı evin işıqlarını söndürüb giriş qapısını açarla bağlayaraq digər məhəllədə yaşayan səhhətində problem olan qonşusu İlqara baş çəkmək üçün getmişdir. Həmin günü axşam saat 21:30 radələrində evə qayıtdıqda evin qabaq tərəfində olan 2 pəncərənin və evin sağ tərəfində olan pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, bundan əlavə evin sağ tərəfindəki pəncərənin torunun yerdə olduğunu və pəncərənin alt hissəsinin palçıqlı olduğunu görmüşdür. Bu zaman o, yaşadığı evə oğru girdiyini başa düşmüş, evin qapısının tutacağına əl atıb baxarkən qapının bağlı olduğunu və evə girən şəxsin evin yan pəncərəsindən daxil olduğunu başa düşmüşdür. Açarla qapını açıb evə daxil olarkən evin girişindəki otağın sağ tərəfində olan güzgülü termonun içərisindəki əşyaların yerdə dağınıq vəziyyətdə olduğunu, girişdən sol tərəfdə olan yataq otağındakı çarpayının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, dərhal girişdən sağ tərəfdə yerləşən yataq otağına daxil olaraq güzgülü paltar dolabındakı tünd göy rəngli pencəyinin sol içəri döş cibinə baxdıqda ora qoyduğu 1000 (min) manat pulunun yerində olmadığını görmüş və 10 ədəd 100 (yüz) manatlıq, ümumilikdə 1000 (min) manat pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Sonra o, istifadə etdiyi mobil telefonla bu barədə DİN-102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermiş, təxminən 20 dəqiqə sonra 2-ci PB-nin polis əməkdaşları onun yaşadığı evə gəlmiş və evə baxış keçirərək müəyyən sənətləşdirmə işləri görüb getmişdirlər. İş materiallarından görünür ki, iş üzrə maddi sübut sayılan "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, bir ədəd ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünr ki, Təqsirləndirilən şəxs 27.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 29.01.2021-ci il tarixdə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 228.4-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 21.05.2020-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. 13.11.2020-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, X1 azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmündəndən görünür ki, Təqsirləndirilən şəxs 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20.11.2020-ci il tarixdən 21.11.2020-ci il tarixədək həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində 02 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlan cinayət əməlindən əvvəl törətmiş və barəsində məhkəmənin qanuni qüvvəyə minmiş 18.03.2021ci il tarixli hökmü olduğundan ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli və cəzanın əvvəli tutulduğu vaxtdan yəni, 27.01.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində X2 yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi həyət evindən oğurluq etmədiyini bildirərək öz müdafiəsi üçün gətirdiyi dəlillər, onun ibtidai istintaq zamanı verdiyi öz ifadəsi, zərərçəmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış və digər istintaq hərəkəti protokolları, maddi sübutlar, eləcədə cinayət işin materialları ilə təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini inandırıcı hesab etmir. Özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək həmin ifadəyə tənqidi yanaşır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Fərmanov X3 Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbayan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 29 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 27.01.2021-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bundan başqa, Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 29 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27.01.2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanlsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-324/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-324/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver