Məhkəmə qərarları › İş №1(060)-324/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-324/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-324/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İ qrup əlil, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsdən satış məqsədi olmadan özü istifadə etmək üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,160 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021ci il tarixdə saat 19:10-da Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən «Lider» dönər evinin qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, idarə etdiyi «VAZ-2106» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağının əyləşmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində saxlamış olduğu qara rəngli pul qabının içərisindəki kiçik ciblikdə olan şəffaf rəngli selofanın içərisində olan 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, tədbirin davam olaraq avtomobilə baxış keçirilən zaman ön oturacaqda 01 ədəd üzərində psixatrop maddə olan metamfetamin izləri olan “Aosai” markalı elektron tərəzi və 01 ədəd gümüşü rəngli üzərində narkotik vasitə olan heroin izləri olan elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, narkotik vasitənin istifadəsində, yəni CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamışdır. O, xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində idarə etdiyi, lakin üzərində dövlət qeydiyyat nişanı olmayan mat qara rəngli «VAZ 2106» markalı **-OA-*** dövlət nömrə nişanlı avtomobili ilə Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində «Lider» dönər evinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlərdir. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Sonra isə onun üzərinə baxış keçirmişlər. Həmin vaxt pul qabının içərisində saxladığı 1 büküm narkotik maddə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, onu Sumqayıt şəhər polis idarəsinə aparılmış, polis əməkdaşlarından birinin telefonuna zəng gəlib danışdıqdan sonra bildirmişdir ki, onun saxlanması düzgün sənədləşdirilməmiş və yenidən çəkiliş aparılacaqdır. Bundan sonra, onu avtomobilə əyləşdirərək saxladındığı yerə, yəni Lider» dönər evinin qarşısına təkrar gətirmişlər, həmin vaxt ona məxsus qara rəngli «VAZ 2106» markalı **-OA-*** dövlət nömrə nişanlı avtomobili isə evakuatora qoyaraq həmin yerə qaytarılmış və ona bildirmişlər ki, onun üzərinə və avtomobilinə yenidən baxış keçiriləcəkdir. Avtomobilin açarı da polis əməkdaşlarında olmuş, çəkiliş zamanı ona yenidən qaytarılmışdır. Bundan sonra, müdafiəçi Qoşqar Abbasov dəvət olunmuş və onun üzərinə və avtomobilinə təkrar baxış keçirilmişdir. Baxış keçirilərkən videoçəkiliş aparılmış və o, pulqabının içərisində saxladığı 1 büküm narkotik maddəni təkrar çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə onun avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq sağ oturacağının üzərindən iki ədəd elektron tərəzi akşar edilərək götürülmüşdür. Həmin çəkiliş zamanı onun polis əməkdaşlarına təqdim etdiyi narkotik maddə onun özünə məxsus olub, lakin avtomobildən aşkar olunaraq götürülmüş 2 ədəd elektron tərəzi ona məxsus olmamışdır. Həmin elektron tərəziləri adını bilmədiyi polis əməkdaşları onun avtomobilinə qoymuşdurlar. Onun özünə məxsus elektron tərəzi olsa da, lakin o, həmin tərəzi həmin vaxt nə üzərində, nə də ki, avtomobilində olmamışdır. Həmin tərəzinin də rəngi qara olmuşdur. O, elektron tərəzidən yalnız narkotik maddə alarkən və narkotik qəbul edərkən istifadə etmişdir. O, narkotik maddələrin istifadəçisi olsa da heç bir vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyinə görə peşiman olduğunu, İ qrup əlil olduğunu və oğlunun İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu və oğlunun “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və mənəvi təzyiq olmamış, narkotik maddələrin satışı ilə məşqul olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, əvvəllər məhkum olunmamışdır. O xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində idarə etdiyi, lakin üzərində dövlət qeydiyyat nişanı olmayan mat qara rəngli «VAZ 2106» markalı **-OA-*** dövlət nömrə nişanlı avtomobili ilə Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində «Lider» dönər evinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər, ona özünü təqdim etməsini dedikdə, o da onlara özünü təqdim etmişdir. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Onun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirəcəklərini bildirmişlər, o da etiraz etməmişdir. Daha sonra həmin gün saat 19:28-də orada üzərinə və avtomobilinə videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o həmin bildirişlə tanış olmuş, sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində və avtomobilində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuş, o daavtomobilin ön sərnişin oturacağının üzərində saxlamış olduğum qara rəngli pul qabının içərisindəki kiçik ciblikdə olan şəffaf rəngli selofanı onlara təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan açıldıqda içərisində 01 ədəd gümüşü rəngli siqaret bükümünə bükülmüş heroin aşkar edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilən zaman avtomobilin ön oturacağının üzərindən 01 ədəd gümüşü və 01 ədəd qara rəngli elektron tərəzi də aşkar olunaraq, götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilərkən isə üzərimdən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübut aşkar olunmamışdır. Sorğu zamanı o aşkar olunan heroini təxminən 2 gün əvvəl tanımadığı şəxsin hesabına 20 manat pul ödəməklə Sumqayıt şəhəri Əşya bazarı adlanan ərazisindən götürdüyünü həmin maddənin bir qismini istifadə etdiyimi, qalanını isə üzərində saxladığını, tərəziləri isə həmin narkotik vasitələrin çəkisini müəyyən etməkdən ötrü saxladığını bildirmişdir. Bundan başqa pul qabında olan 479 manat pul və sənədlər, üzərindən aşkar olunmuş 01 ədəd «Kent» markalı siqaret və alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və müvafiq sənədləşdirmə aparmaq üçün şərait olmadığından çəkiliş dayandırılmış və o polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində heroin tərəzidə çəkilərək 02 ədəd tərəzilərlə birlikdə zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Narkotik vasitəni aldığı şəxsin adını və digər anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuş, 20 manat pul onun özünə məxsus olan pul olmuş, həmin narkotik vasitəni özü istifadə edəcəkdi, narkotik vasitəni almaqda ona kömək edən olmamışdır, bunu tək etmiş, o hüquqlarını bilmiş, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Ramil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında xx.xx.2021-cu il tarixdə, saat 19:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs idarə etdiyi, lakin üzərində dövlət qeydiyyat nişanı olmayan mat qara rəngli «VAZ-2106» markalı **-OA-*** dövlət nömrə nişanlı avtomobili ilə Sumqayit şəhəri 34-cü məhəllə ərazisində “Lider” dönər evinin qarşısında olarkən onlar tərəfindən saxlanılaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini dedikdə, o da onlara özünü təqdim etmişdir. Həmin vaxt ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını, üzərinə videoçəkilişlə şəxsi axtarış və avtomobilinə baxış keçirəcəklərini bildirmişlər, o da etiraz etməmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış və avtomobilinə baxışa başlanılmamışdan əvvəl hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. O, bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Bundan sonra videçəkiliş aparılmaqla ona üzərində və avtomobilimdə hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuş, o da avtomobilinin ön sərnişin oturacağının üzərində saxlamış olduğu qara rəngli pul qabının içərisindəki kiçik ciblikdə olan şəffaf rəngli selofanı onlara təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan açıldıqda içərisində 01 ədəd gümüşü rəngli siqaret bükümünə bükülmüş heroin aşkar edilmişdir. Daha sonra avtomobilə baxış keçirilən zaman avtomobilin ön oturacağının üzərindən 01 ədəd gümüşü və 01 ədəd qara rəngli elektron tərəzi də aşkar olunaraq, götürülmüş, onun üzərinə şəxsi axtarış keçirilərkən isə üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübut aşkar olunmamışdır. Sorğu zamanı o aşkar olunan heroini təxminən 2 gün əvvəl tanımadığı şəxsin hesabına 20 manat pul ödəməklə Sumqayıt şəhəri Əşya bazarı adlanan ərazisindən götürdüyünü həmin maddənin bir qismini istifadə etdiyini, qalanını isə üzərində saxladığını, tərəziləri isə həmin narkotik vasitələrin çəkisini müəyyən etməkdən ötrü saxladığını bildirmişdir. Bundan başqa pul qabında olan 479 manat pul və sənədlər, üzərindən aşkar olunmuş 01 ədəd «Kent» markalı siqaret və alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Daha sonra onun üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və müvafiq sənədləşdirmə aparmaq üçün şərait olmadığından çəkiliş dayandırılmış və o onlarla birlikdə Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində heroin tərəzidə çəkilərək 02 ədəd tərəzilərlə birlikdə zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və o həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, Ramil könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə ona əməliyyat məlumatı daxil olmamış, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs kimə hansı miqdarda nəyin qarşılığında narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir fiziki və ya psixi təsir göstərilməmiş, onun avtomobilinə elektron tərəzi polis əməkdaşları tərəfindən qoyulmamış, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə yalnlz bir dəfə baxış keçirilmişdir. Novruz Əhmədovun məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirmir, çünki o özünü müdafiə xarakterli ifadə verir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində və sonuncuya məxsus avtomobildə axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/5371 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:”şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərflərdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,160 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd üzərində “Aosai” yazızı olan elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin və bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. (Heroinin təmiz çəkisi-0,160 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,155 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 492 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədi ilə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydasının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı qismən etirafından və narkotik vasitənin cəmi 01 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni və psixoturop maddəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün etirafına və iki ədəd elektron tərəzinin aşkar olunmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəni əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkoyik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etməklə yanaşı, həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün elə olduğu vəziyyətdə, yəni 01 ədəd bükümdə əldə etdiyini, elektron tərəzilərin isə ona məxsus olmadığını, özündə olan tərəzi ilə isə yalnız narkotik vasitə alarkən və onu qəbul edərkən istifadə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında ona məxsus avtomobildən tərəzilərin aşkar olunmamasına dair hissəsində verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu avtomobildən aşkar olunaraq götürülmüş 2 ədəd elektron tərəzilərin ona məxsus olmamamsı barədə ifadəsi, həmçinin həmin elektron tərəzilərin onun avtomobilinə polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadəsi sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə həmin narkotik vasitəni üzərində gəzdirməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, məcburi müalicəyə ehtiyyacı olması onun tərəfindən ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istifadəsi üçün almasına dair özünün məhkəmədə göstərdiyi xüsusatı daha da, möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş 051964 və 171069 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup və anası X3 İİ qrup əlildirlər. İş materiallarına əlavə olunmuş 1-74922 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinat və təqaüd haqqında arayışın elektron çıxarışının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X5 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş və Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İ qrup əlil olmasını, anasının İİ qrup əlil olmasını, oğlunun “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını və Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılşması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 05 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəsisəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx- 1624 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin 3 saylı X1 müəssisəsinə daxil olmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, həmin qərarla Müdafiəçi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin sonuncunun xəstəliyi ilə bağlı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin olunaraq Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu və xx.xx.2022-ci il tarixdən hazırki günədək, yəni xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 05 ay 19 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,155 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, 03 mart 2022-ci il tarixli 387/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu və xx.xx.2022-ci il tarixdən hazırki günədək, yəni xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 05 ay 19 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 11 ay 08 gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yerləşən fərdi evi tərk etməmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,155 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar