Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-325/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Xızı rayonu, Şuraabad qəsəbəsidə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 07 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin Baş Sumqayıt stansiyasının, Sumqayıtçay dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Xanbala Muradov saxlanılaraq dəvət olunduğu həmin xətt polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən, əlində olan sellafon torbanın içərisindən 455,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışıdr. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni məhəllə adlanan ərazidə anası ilə birlikdə yaşayır, subaydır və heç bir yerdə işləmir. İş olanda müxtəlif yerlərdə fəhləlik edərək öz cib xərcini qazanır. 07 yanvar 2021-ci il tarixdə saat 14 radələrində o, Sumqayıt şəhəri ərazisi ilə fəhlə işi axtarmaq məqsədi ilə Sumqayıt dəmir yolu stansiyası ərazisinə gedərkən şəhər ərazisində yerləşən zibilxananın yanında, yerdə boz rəngli sellafon torba görmüş, həmin torbanın içinə baxanda içərisində narkotik vasitə olduğunu aşkar etmiş, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün narkotik vasitəni tanıyaraq öz istifadəsi üçün götürmüş və Sumqayıt-çay dəmir yolu stansiyası ərazisinə getmişdir. 07 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt-çay stansiya ərazisində o, yük vurma məntəqəsi istiqamətində iş axtarmaq üçün gedən zaman üç nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib ona narkotik vasitələrdən istifadə etməyi, üzərində saxlayaraq daşımağı barədə onlara əməliyyat məlumatı daxil olmasını bildirərək onu dəmir yolu ərazisində yerləşən Baş Sumqayıt st.XPB-nin inzibati binasına dəvət etmişlər. O da, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, bölmədə onun anket məlumatları ilə marağlanaraq onu bölmənin Elməddin adlı təhqiqatçısının olduğu otağa dəvət etmişdirlər. Həmin otaqda təhqiqatçı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə onu məlumatlandırıb ona vəkillərin siyahısını təqdim edərək hüquqlarının müdafiəsi üçün vəkil seçməyini təklif edəndə o, siyahıda olan vəkillərdən biri ilə onun təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən X4 dəvət etmiş, onu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutaraq bu barədə protokol tərtib etmiş, həmin protokolu o, vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onun vəkilinə onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyi təklif etmiş, lakin vəkil şəxsi axtarışın keçirilməsində şahid olacağını deyərək iştirakdan imtina etmişdir. Buna o, etiraz etmədiyini qeyd edərək bu barədə ərizə yazmış, sonra təhqiqatçı, onu bölməyə dəvət edən iki nəfər polis əməkdaşının yanında bölməyə barəsində daxil olmuş əməliyyat məlumatı barədə onu təkrarən məlumatlandıraraq ona hüquq və vəzifələrini izah etmiş və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olub-olmamasını soruşmuş, oda etiraz etmədiyini bildirdikdən sonra təhqiqatçı Elməddin videoçəkilişi aparmaq üçün otağa bir nəfər polis əməkdaşını dəvət etmişdir. Videoçəkiliş başladıqda təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirirş vermiş, onun əlində olan sellafon torbanı masanın üzərinə qoymasını ona təklif etmiş, o da əlində olan sellafon torbanı masanın üərinə qoymuş, sonra təhqiqatçı Elməddin onun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı onun üzərində qanuna zid heç bir əşya aşkar etməmiş, daha sonra təhqiqatçı masanın üzərinə onun qoyduğu sellafon torbaya baxaraq torbada nə olduğunu ondan soruşmuş, buna cavab olaraq o, sellafon torbada narkotik vasitə olmasını demiş, təhqiqatçı ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini, aşkar olunmuş narkotik vasitəni hansısa şəxsin ona satıb-satmadığını ondan soruşmuşdur. O da ondan aşkar olunan narkotik vasitəni saxlanıldığı gün Sumqayıt şəhəri ərazisində yerləşən zibilxananın yanından tapdığını, narkotik vasitələrdən əvvəllər istifadə etdiyini bildirmişdir. Sonra təhqiqatçı narkotik vasitə olan sellafon torbanı onun yanında masanın üzərindən götürərək zərfə qoyub həmin zərfi ekspertizaya təqdim etmək üçün möhürləmiş, onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə o, imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPBnin PPXM-nın polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 07 yanvar 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə 25-30 yaşında olan, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Xanbaba adlı şəxsin Sumqayıt-çay stansiya ərazisində qanunsuz olaraq narkotik vasitələni istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tədbirə o, Baş Sumqayıt st. XPB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və bölmənin PPXM-nın komandiri, polis nəfəri, polis baş serjantı X5 ilə birlikdə cəlb olunmuşlar. Həmin tarixdə saat 14 əməliyyat məlumatı əsasında Sumqayıt-çay dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra 25-30 yaşında olan bir nəfər şəxsin stansiya ərazisinə əlində bir ədəd sellafon torba ilə gəldiyini görmüşlər. Bu vaxt o, polis baş serjantı Təyyar Quliyev və polis kapitanı Şahid1 həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsin narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə saxlanılan şəxsə bildirərək zərurət yanadığı üçün Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs buna etiraz etməmiş, onlarla birgə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə gəlmiş, bölmədə həmin şəxs özünü təqdim edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Xanbabanın əynində qırmızı-göy rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında isə qara rəngli ayaqqabılar olmuşdur. Xanbaba Baş Sumqayıt st. XPB-nin inzibati binasına təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət edilmiş, bu vaxt polis kapitanı Şahid1 bölməyə dəvət edilmiş Xanbabanın barəsində rəhbərliyə məruzə etmiş, bundan sonra təhqiqatçı Elməddin Həsənov bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillər siyasını təqdim etmiş, siyahıdan vəkil seçməsini təklif etmiş, Xanbaba siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən X4 dəvət etmiş, Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Yusif Talıbov tərəfindən imzalanmış, həmin vaxt təhqiqatçı Elməddin vəkilə Xanbabanın üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsini təklif etmiş, lakin vəkil şahid olacağını deyərək şəxsi axtarış keçirilməsində iştirak etməkdən imtina etmişdir. Buna Təqsirləndirilən şəxs da etiraz etmədiyini deyərək bu barədə ərizə yazmış, sonra təhqiqatçı xidməti otağında polis kapitanı Şahid1 və onun iştirakı ilə Xanbabaya videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna onun etirazının olubolmamasını soruşmuşdur. Xanbaba cavab olaraq onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazı olmamasını demiş, bundan sonra təhqiqatçı Elməddin Həsənov xidməti otağına polis baş serjantı Təyyar Quliyevi videoçəkiliş aparması üçün dəvət edərək çəkilişlə Xanbabaya bölməyə dəvət olunma səbəbini demiş, Xanbabaya hüquq və vəzifələrini birdə başa salmış, bununla bağlı Xanbabaya bildiriş vermişdir. Sonra təhqiqatçı Elməddin Xanbabaya müraciət edərək üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Xanbaba əlində saxladığı içərisində sarımtıl yaşıl rəngdə ot kütləsi olan bükülmüş boz rəngli sellafon torbanı təqdim edərək torbada narkotik vasitənin olmasını bildirmişdir. Xanbaba təqdim etdiyi bir ədəd sellafon torbada olan narkotik vasitəni 07 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri ərazisindən tapdığını və həmin torbanı əlində saxlayaraq iş axtarmaq üçün Sumqayıt-çay stansiyası ərazisinə gəldiyini və həmin ərazidə polis tərəfindən saxlanıldığını bildirmiş, narkotik vasitələrdən üç ilə yaxındır ki, istifadə etdiyini, narkotik vasitələri tanıdığını qeyd etmişdir. Həmin vaxt təhqiqatçı X2 həmin narkotik vasitəni kimdənsə alıb-almadığını və sellafon torbada olan narkotik vasitəni satmaq niyyəti olub-olmadığını soruşanda Xanbaba içərisində narkotik vasitə olan sellafon torbanı Sumqayıt şəhəri ərazisindən tapdığını bildirmişdir. Təhqiqatçı Xanbabanın təqdim etdiyi bir ədəd sellafon torbanı qablaşdıraraq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyaraq zərfi möhürləmiş, daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib etmişdir. Oda digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPBnin PPXM-nın komandiri polis nəfəri, polis baş serjantı X5 ifadəsində göstərdi ki, 07 yanvar 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə 25-30 yaşında olan, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Xanbaba adlı şəxsin Sumqayıt-çay stansiya ərazisində qanunsuz olaraq narkotik vasitələni istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tədbirə o, Baş Sumqayıt st. XPB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və bölmənin PPXM-nın polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə cəlb olunmuşdur. Həmin tarixdə saat 14 radələrində əməliyyat məlumatı əsasında Sumqayıt-çay dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra 07 yanvar 2021-ci il tarixdə saat 18 radələrində 25-30 yaşında olan bir nəfər şəxsin stansiya ərazisinə əlində bir ədəd sellafon torba ilə gəldiyini görmüş, bu vaxt o, polis serjantı Şahid2 və polis kapitanı Asif İsmayılov həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə bildirməklə həmin şəxsi zərurət yanadığı üçün Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs buna etiraz etməmiş, onlarla birgə Xaçmaz st. XPŞnin Baş Sumqayıt st. XPB-nə gəlmiş, bölmədə həmin şəxs özünü təqdim edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Xanbabanın əynində qırmızı-göy rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında isə qara rəngli ayaqqabılar var idi. Xanbaba Baş Sumqayıt st. XPB-nin inzibati binasına təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət edilmiş, bu vaxt polis kapitanı Şahid1 bölməyə dəvət edilmiş Xanbabanın barəsində rəhbərliyə məruzə etmiş və bundan sonra təhqiqatçı Elməddin Həsənov bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını Xanbabaya deyərək ona vəkillər siyasını təqdim edərək vəkil seçməsini təklif etmiş, Xanbaba siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən X4 dəvət etmiş, Xanbaba vəkili ilə tanış olandan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Yusif Talıbov tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Elməddin vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsini təklif etmiş, lakin vəkil şahid olacağını deyərək şəxsi axtarış keçirilməsində iştirakdan imtina etmişdir. Buna Təqsirləndirilən şəxs etiraz etmədiyini deyərək bu barədə ərizə yazmış, sonra təhqiqatçı xidməti otağında polis kapitanı Şahid1 və polis serjantı Şahid2 iştirakı ilə Xanbabaya videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna onun etirazının olub-olmamasını soruşmuş, Xanbaba cavab olaraq onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazı olmamasını demiş, bundan sonra təhqiqatçı Elməddin Həsənov xidməti otağına onu videoçəkilişi aparmaq üçün dəvət etmiş, çəkilişlə Xanbabaya bölməyə dəvət olunma səbəbini deyib ona hüquq və vəzifələrini birdə başa salıb bununla bağlı Xanbabaya bildiriş vermişdir. Sonra təhqiqatçı Elməddin Xanbabaya müraciət edərək üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Xanbaba əlində saxladığı, içərisində sarımtıl yaşıl rəngdə ot qırıntıları olan bükülmüş boz rəngli sellafon torbanı təqdim edərək həmin torbadakıların narkotik vasitə olmasını demişdir. Xanbaba təqdim etdiyi bir ədəd sellafon torbada olan narkotik vasitəni 07 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri ərazisindən tapdığını və həmin torbanı əlində saxlayaraq iş axtarmaq üçün Sumqayıt-çay stansiyası ərazisinə gəldiyini və həmin ərazidə polis tərəfindən saxlanıldığını qeyd etmiş, narkotik vasitələrdən üç ilə yaxındır ki, istifadə etdiyini, narkotik vasitələri tanıdığını bildirmişdir. Həmin vaxt təhqiqatçı X2 həmin narkotik vasitəni kimdənsə alıb-almadığını və içərisində narkotik vasitə olan sellafon torbanı satmaq niyyəti olub-olmadığını soruşanda Xanbaba içərisində narkotik vasitə olan sellafon torbanı Sumqayıt şəhəri ərazisindən tapdığını təkrarlamışdır. Təhqiqatçı Xanbabanın təqdim etdiyi bir ədəd sellafon torbanı qablaşdıraraq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyub möhürləmiş, daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib etmişdir. Sonra oda digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd DVD disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 07.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2021-ci il tarixli 7/31 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Muradovdan aşkar maddə...” sözləri yazılmış kağız paketdə bir ədəd polietilen torbada təmiz çəkisi 455,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 455,0 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 454,95 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2021-ci il tarixli 222 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu “Narkomaniya” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxsn əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə baxışından yayındığı üçün sonuncu barəsində axtarış elan olunmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 19.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 21.06.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 09 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Xaçmaz st. XPŞ-nin Maddi sübutların saxlanma otağına verilmiş iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 454,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2021-ci il tarixli (iş № 1(060)-325/2021) qərarını icra edərək, 16 aprel 2021-ci il tarixli 338 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 8 (səkkiz) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Xaçmaz st. XPŞ-nin Maddi sübutların saxlanma otağına verilmiş iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 454,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-325/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-325/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver