Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-325/2024 24.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında xx xxxxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi olmadan qanunsuz olaraq 0,176 qram olmaqla xeyli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəni əldə edib üzərində daşıyaraq saxlamış, 15 dekabr 2023-cü il tarixdə saat 12:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin yaxınlığında saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını açıq talamaq məqsədi ilə 21 dekabr 2023-cü il tarixdə saat 04:47 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində olarkən istifadəsində olan mobil telefondakı «Uber» mobil tətbiqi vasitəsilə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2 ünvanına taksi sifariş vermiş, sifarişə gələn «Toyota Prius» markalı, **- OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək göstərilən ünvana gedib işlərini gördükdən sonra saat 05:30 radələrində həmin «Toyota Prius» markalı avtomobilə əyləşib, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən «Lider» dönər evinin qarşısında avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobili saxlamasını tələb etmiş və sonuncunun avtomobili saxlamasından istifadə edərək, Zərərçəkmiş şəxs məxsus avtomobilin «qoltuqaltı» deyilən hissəsində olan pul kisəsindən 100 (bir yüz) manat pulu açıq talayıb, Zərərçəkmiş şəxs qanunsuz əməllərinə son qoyması ilə bağlı iradına baxmayaraq, əldə etdiyi əmlakı özündə saxlamaqla avtomobildən düşərək hadisə yerindən uzaqlaşıb, Zərərçəkmiş şəxs 100 (bir yüz) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 180.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş və şəxsi istifadəsi üçün üzərində daşımışdır. CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, 21 dekabr 2023-cü il tarixdə saat 04:47 radələrində Uber taksi şirkətindən proqram vasitəsi ilə Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən “Turan” bankın qarşısından Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2 istiqamətinə sifariş vermişdir. Təxminən 20 dəqiqə sonra “Turan” bankın yanında onu gözləyən “Toyota Prius” markalı avtomobilə yaxınlaşaraq qabaq sərnişin oturacağına əyləşmiş və Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2 ünvanına çatmışdır. Gediş haqqı 1,90 (bir manat doxsan qəpik) manat təşkil etmişdir. Taksi sürücüsündən siqaret almaq üçün 05 (beş) manat almış, ona kartında 10 (on) manat olduğunu, telefonunun batareya enerjisi qurtardığı üçün evə qalxıb telefonun batareya enerjisini bərpa edib onun kartına 10 (on) manat göndərəcəyini demişdir. O, evə qalxmış, adapteri götürüb telefonun batareya enerjisini doldurmaq üçün cərəyana qoşmaq istəyərkən qapı döyülmüş, qapını açmış, qapının ağzında polis əməkdaşlarını görmüş və onlar onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Bölmədə olan zaman taksi sürücüsü gəlmiş və ondan şikayətçi olmadığını bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 180.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 06 aydır narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 07 (yeddi) manata 01 (bir) ədəd bükümdə heroin almış və həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin qarşısında keçərkən həmin vaxt ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki cins şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu 14 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 07 (yeddi) manata alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Bundan başqa, 21 dekabr 2023-cü il tarixdə saat 04:47 radələrində “Uber” taksi şirkətindən proqram vasitəsi ilə Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən “Turan” bankın qarşısından Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2 istiqamətinə sifariş vermişdir. Təxminən 20 dəqiqə sonra “Turan” bankın yanında onu gözləyən “Toyota Prius” markalı avtomobilinə yaxınlaşaraq qabaq sərnişin oturacağına əyləşmişdir. Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2 ünvanına çatmışdır. Sürücü ona gediş haqqının 03 (üç) manat olduğunu demişdir. O da pulu olmadığı üçün taksi sürücüsünü aldatmaq istəmiş və sürücüyə evdə 50 (əlli) manat olduğunu lakin uşağının qızdırması olduğu üçün aşağı düşüb pul verə bilmədiyini, evin pəncərəsindən 50 (əlli) manat pulu aşağı atacağını vəd verərək 47 (qırx yeddi) manat pul alıb avtomobildən düşmüşdür. Təxminən 25 dəqiqə sonra yenidən qayıdaraq həmin avtomobilin qabaq sərnişin oturacağına əyləşmişdir. Sürücüyə cibində 100 (bir yüz) manat pulunun olduğunu deyərək qabaqdakı işıqfordan sağda yerləşən mağazadan 100 (bir yüz) manat pulu xırdalayıb 50 (əlli) manat pulu qaytaracağını demişdir. Belə ki, sürücünün pul kisəsini avtomobildə görüb oradan pul oğurlamaq qərarına gəlmişdir. Sürücü avtomobili sürüb işıqfordan sağda yerləşən dayanacağa “Lider” dönər evinin qarşısına çatanda avtomobili saxlamasını tələb etmişdir. Sürücü avtomobili yolun kənarına çəkib saxladıqda, oturacaqların arasında yerləşən «qoltuqaltı» deyilən yerdən pul kisəsini əlinə alaraq, içərisindən 02 (iki) ədəd 50 (əlli) manatlıq əskinasları götürüb, cəld şəkildə avtomobildən düşüb qaçmışdır. O, narkotik vasitə olan heroini 14 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 07 (yeddi) manata alıb üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış və taksi sürücüsünə heç bir xəsarət yetirməmişdir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “Toyota Prius” markalı, **-OY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil ilə “Uber” taksi xidmətində sürücü kimi işləyir. 21 dekabr 2023-cü il tarixdə Sumqayıt ərazisində olduğu zaman 04:45 radələrində Sumqayıt şəhərində “Turan” bank Filialının qarşısından Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2 istiqamətində sifariş gəlmişdir. O, öz növbəsində sifarişi qəbul etmişdir. Tanımadığı müştəri “Turan” bankın qarşısında idarə etdiyi avtomobilə qabaq oturacaqda əyləşmiş və o, həmin istiqamətdə yolunu davam etdirmişdir. Həmin şəxsi göstərilən ünvana ünvan 4ə ondan 47 (qırx yeddi) manat pul istəmiş, gözləməyini və evə çıxıb ona gediş haqqı ilə birlikdə 50 (əlli) manat pulu evin pəncərəsindən atacağını demiş və o da həmin şəxsə inanmış, həmin şəxs avtomobildən düşən kimi binaya daxil olmuşdur. O da avtomobildən düşüb həmin şəxsin 50 (əlli) manatını atacağını gözləmişdir. Təxminən 25 dəqiqə sonra həmin şəxs qayıtmış və avtomobilin qabaq oturacağında əyləşərək qabaqdakı işıqfordan sağda yerləşən marketdə cibindəki 100 (bir yüz) manatı xırdalayıb onun 50 (əlli) manatını verəcəyini demişdir. O, avtomobili idarə edib işıqforu sağa dönmüş və orada “Lider” dönər evinin qarşısına çatanda sərinişin avtomobili saxlamağını tələb etmişdir. Həmin vaxt saat 05:30 radələri olmuşdur. O, avtomobili saxlayan zaman həmin şəxs qoltuqaltı deyilən yerdə, yəni qabaq oturacaqların arasında olan hissədən ona məxsus pul kisəsini götürüb açmaqla pul kisəsində olan 02 (iki) ədəd 50 (əlli) manatlıq pul əskinasını götürüb cəld şəkildə avtomobildən düşmüş və qaçmağa başlamışdır. Həmin şəxs bu hərəkətləri anidən etdiyindən mane ola bilməmişdir. Avtomobildən həmin şəxsin arxasınca düşüb qaçsa da, qaranlıq olduğundan gözdən itmişdir. Həmin şəxs ona toplam olaraq 150 (bir yüz əlli) manat maddi ziyan vurmuşdur. DİN-in 102 xidməti mərkəzi zəng sisteminə müraciət edən zaman hadisənin təsirindən əsəbi olmuş və buna görə də, həmin şəxsin onu bıçaqla hədələdiyini bildirmişdir. Həqiqətdə isə həmin şəxs avtomobili saxlayan zaman pul kisəsindən pulu anidən götürməklə heç bir söz demədən həmin yerdən qaçıb uzaqlaşmışdır. Pulu talayan sonradan adının Rəşad olduğunu bildiyi şəxs ona qarşı hər hansı bir formada hədə qorxu və ya heç bir fiziki zor tətbiq etməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməsini istəmir. İstintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 15 dekabr 2023-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhərində yaşayan «Rəşad» adlı şəxsin narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Rəşad» adlı şəxsin Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 5/18, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, sonra həmin qərarın icra olunması ilə bağlı müvafiq əmrlə o, 3-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və təhqiqatçı Emin Alışovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra qrup üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin yaxınlığında saxlanılmış, həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunmuş, sonuncu həmin maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu bildirmişdir. Həmçinin verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 14 dekabr 2023-cü il tarixdə Corat qəsəbəsindən tanımadığı şəxsdən 07 (yeddi) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsilə çəkilmiş və 0,22 qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirdi, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd büküm çıxarıb təqdim edir. Həmin büküm açılır və içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Corat qəsəbəsindən tanımadığı şəxsdən 07 (yeddi) manat ödəməklə əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddə elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,22 qram olması müəyyən edilir. Şübhəli şəxs həmin maddəni istifadə etmək üçün üzərində saxladığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Daha sonra müdafiəçi şübhəli şəxsə sualları verir, sonuncu isə üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən təsir olunmadığını bildirir. Sonra təqdim edilmiş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2023-cü il tarixli, 3- 16-16/2-6/6419 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №127» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ... şübhəli şəxs (imza) R.Rəşad» yazısı və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,176 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,176 qram tədqiqata sərf edildi - 0,05 qram, qahq - 0,126 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli, 1229 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan əməliyyat tapşırığına Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən alınmış cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 15 dekabr 2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs kimlərəsə narkotik vasitə satması ilə bağlı əməliyyat istintaq marağı kəsb edən məlumatlar hələlik əldə edilməmişdir. İş materiallarından görünür ki, 0,176 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,126 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSYdən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-486/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-6/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)- 6/2022 saylı, xx.xx.2022-ci il tarixli ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Lakin Təqsirləndirilən şəxs əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmadığından Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin təsiri altına düşdüyünə görə cinayətin residivi kimi nəzərə alınmır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181.1, 182.1, 186.1, 178.1 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbayca Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, onun törətdiyi əməl ibtidai istintaq zamanı özünün etirafedici və şahid ifadələri, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağırlaşdırıcı halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,176 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,126 qram heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,126 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-325/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-325/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver