Məhkəmə qərarları › İş №1(060)-326/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-326/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-326/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü taqımının 1-ci manqasının qumbaraatanı, müddətdən artqı həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, şəxsən rüşvət verməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N9-cu ilin dekabr ayının sonlarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kargüzarlığında xidmət edən tanışlarına sənədlərin tərtibatında qeyri- rəsmi olaraq kömək etdiyi zaman tanış olduğu həmin hərbi hissədə mühasib vəzifəsində işləyən, Sumqayıt şəhər sakini vətəndaş Şahid1 ilə söhbət edərkən Şahid1 ona öz qızı Şahid2 universiteti yenicə bitirdiyini, bu səbəbdən də iş axtardığını, qızının hərbi xidmətə marağı olduğunu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul olunmaq istədiyini bildirmiş, bu zaman o, Şahid1 qızı Şahid2 xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Şahid1 pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, şəxsləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul etdirmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda, Şahid1 guya şəxsi əlaqələrindən istifadə edib Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları vasitəsilə qızı Şahid2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd vermiş və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 4700 (dörd min yeddi yüz) manat məbləğində pul verilməli olduğunu bildirərək Şahid1 aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən «Asan Xidmət»in qarşısında Şahid1 ilə görüşüb ondan 300 (üç yüz) manat məbləğində pul almışdır. Qalan məbləği isə vətəndaş Şahid1 2020-ci ilin yanvar ayının sonlarında Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yerləşən «Gənclik» marketdəki ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan «Kapital» banka məxsus karta əvvəlcə 500 manat, daha sonra isə eyni qaydada 300 manat, həmçinin 2020-ci ilin may ayında səhər saatlarında 1800 manat məbləğində, həmin günün axşam saatlarında isə daha 1800 manat məbləğində pulu Sumqayıt şəhərində yerləşən ödəmə terminallarından Təqsirləndirilən şəxs göndərmiş, sonuncu həmin pulları əldə etdikdən sonra verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin işi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işi həll etmədiyini və aldadıldığını başa düşən Şahid1 ondan verdiyi pulun geri qaytarmasını tələb etmiş, Şahid1 təkidlə pulunu tələb etdiyini və hüquq mühafizə orqanlarına şikayət etdiyini gördükdən sonra Təqsirləndirilən şəxs 2021 -ci ilin fevral ayının əvvəllərinədək 4700 manat məbləğində pulu hissə-hissə, tam olaraq Şahid1 qaytarmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhər sakini Şahid1 N9-cu ilin dekabr ayının sonlarından tanımış, onunla aralarında əvvəllər hər hansı bir mübahisə, ədavət, düşmənçilik olmamışdır. Şahid1 N nömərli hərbi hissədə mülki işçi kimi mühasib vəzifəsində işləyən zaman o, həmin vaxt fəhləliklə məşğul olmuş, lakin əvvəllər hərbi xidmətdə kargüzarlıqda işlədiyi üçün sənədlərin tərtibatından anlayışı olmuş, bu səbəbdən də, həmin hərbi hissədə tanışı olan hərbi qulluqçulara kargüzarlıqda sənədlərin işlənməsinə boş vaxtlarında gedib kömək etmişdir. Həmin ərəfələrdə Şahid1 ilə tanış olmuşdur. Şahid1 ilə münasibəti həmişə normal olmuşdur. Şahid1 onunla söhbət zamanı ona qızı Şahid2 universiteti bitirdiyini, lakin işsiz olduğunu, ona iş axtardığını demiş, ondan qızının harda işləmək istədiyini soruşduqda, qızının hərbiyə marağının olduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, lazım olarsa qızını müddətdən artıq hərbi qulluqçu kimi xidmətə onların vasitəsi ilə düzəldə biləcəyini söyləmiş, bundan sonra Şahid1 ona işi danışmağı xahiş etmişdir. Həmin vaxt anasının xəstəliyinə görə də xeyli borcu olmuş, Şahid1 pul alaraq həmin borclarını bağlamağı, sonra işin düzəlməsi istiqamətində nəsə edəcəyini fikirləşmiş, bu məqsədlə niyyəti ehtiyacı olan 4700 manat pulu əldə etmək olmuşdur. O, həmin vaxt Şahid1 bu işin həlli üçün 4700 manata ehtiyac olduğunu bildirmiş, bundan sonra hər ikisi həmin məbləğə razılaşmışlar. Bir neçə gündən sonra Şahid1 qızını həkim komissiyasından keçirmək lazım olduğunu söyləmiş, bununla məqsədi vaxt qazanmaq olmuşdur. Şahid1 yalandan qızını hospitala həkim komissiyasından keçmək üçün aparmağı və həmin vaxta kimi lazım olan sənədləri yığmağını söyləmiş, qızına aid bəzi sənədləri, yəni şəkil, xəstəxanadan sağlamlıq haqqında arayışı, notariusda təsdiqlənmiş sənədləri, tərcümeyi-halı, anketi, diplomun surətini və sair sənədləri yığmasını demişdir. Bundan sonra Şahid1 13 yanvar 2020-ci il tarixdə ona zəng edərək dediyi bütün sənədlərin hazır olduğunu bildirmiş, həmin vaxt sənədlərdən başqa 300 (üç yüz) manat pulun da ona çatmalı olduğunu bildirmişdir. 14 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən «Asan Xidmət»in qarşısında Şahid1 ilə görüşərək ondan 300 manat pulu almış, ona xəbər gözləməyini, təxminən 10-15 günə cavabı alacağını, qızının hospitala belə getməyəcəyini demişdir. Bundan sonra 24 yanvar 2020-ci il tarixdə yenidən Şahid1 zəng edərək hospitaldan cavab aldığını, narahat olmamağını deyərək onu yalandan təbrik etmişdir. Bundan 1-2 gün sonra yenidən Şahid1 zəng edərək işin həlli üçün bəzi yerlərə 500 (beş yüz) manat vermək lazım olduğunu və həmin gün pulun çatmalı olduğunu demiş, özünə məxsus «Kapital» bank kartının şəklini telefonla Şahid1 göndərmiş, Şahid1 da həmin karta 500 manat məbləğində pul göndərmiş, o, pulu qəbul edərək götürmüşdür. Bundan sonra o, Şahid1 yenə bəzi işlər üçün 300 manat pul göndərməsini söyləmiş, sonuncu ona inandığından problem olmadığını demiş, həmin pulu Şahid1 onun kartına yüklədikdən sonra, 2020-ci ilin may ayında Şahid1 kursun artıq bitdiyini, işə düzəlməsi və təyinatı üçün pulun qalan hissəsini, yəni 3600 (üç min altı yüz) manat pul lazım olduğunu demiş, pulu hissə-hissə almaqda məqsədi Şahid1 ondan şübhələnməməsi olmuşdur. Şahid1 2020-ci ilin may ayının əvvəlləri səhər saatlarında əvvəlcə 1800 manat məbləğində, həmin günün axşam saatlarında isə digər 1800 manat məbləğində pulu kartına yükləmiş, həmin pulları kartından çıxardıqdan sonra borclarını ödəmişdir. Ümumilikdə 4700 manat pulu əldə etdikdən sonra Şahid1 və qızı Şahid2 ona tez-tez watsapda yazaraq işin nə yerdə olduğunu soruşmuşlar, Şahid1 sonradan qızının adının kursda getmədiyini öyrəndikdə ona zəng edərək qızının adının kursda getmədiyini bildirmiş, bu zaman o, Şahid1 müxtəlif bəhanələr demişdir. Bundan sonra Şahid1 ondan polis şöbəsinə şikayət etmiş, bu şikayətdən sonra 2021-ci ilin fevral ayının əvvəllərinədək hissə-hissə olmaqla 4700 manat məbləğində pulu tamamilə Şahid1 geri qaytarmışdır. Hazırda Qarabağda hərbi xidmətdədir, Vətən müharibəsində iştirak etmişdir, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ailəlidir. Məhkəmədən göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs N9-cu ilin dekabr ayının sonlarından tanımışdır. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə işləyən hərbi qulluqçulardan biri ilə dostluq etmiş, həmin vaxt Təqsirləndirilən şəxs hərbi qulluqçu olmadığından dostuna görə boş vaxtlarında hərbi hissəyə gəlib kargüzarlığa kömək etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hərbi qulluqçu olmadığını öyrənmişdir. Həmin ərəfədə onun tikintidə fəhlə işlədiyini bilmiş, Təqsirləndirilən şəxs mədəni, savadlı, alicənab biri kimi tanımışdır. O, N9-cu ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxsla söhbət əsnasında qızı Şahid2 universiteti bitirdiyini, lakin işsiz olduğunu, ona iş axtardığını demiş, Təqsirləndirilən şəxs ondan qızının harda işləmək istədiyini soruşduqda ona qızının hərbiyə marağının olduğunu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi işə düzəlmək istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs ona adını demədiyi, hərbidə rəis olan dostunun olduğunu, özünün Müdafiə Nazirliyinin yuxarı vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və onlar vasitəsilə işini həll edəcəyini bildirmiş, lakin həmin yüksək vəzifəli şəxslərin harada işləməsini və adlarını ona deməmişdir. Bundan sonra ona həmin məsələni danışmasını xahiş etmiş, onunla bu işin həlli üçün 4700 manata razılaşmışlar. Təqsirləndirilən şəxs isə narahat olmamağını, qızını hərbi hissələrin birinə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəldəcəyinə inandırmışdır. Daha sonra ona işə düzəlməkdə əsas məsələnin həkim komissiyasından keçməyin lazım olduğunu, birinci hospitaldan həkimdən keçirəcəyini bildirmiş, həkimdən keçməyin pulsuz olmadığını, pul verilmədiyində problem yarandığını və sənədləri yığmağı demiş, cavabında ona nə lazım olsa edəcəyini bildirmişdir. 2020-ci ilin yanvar ayının 13-ü Təqsirləndirilən şəxs zəng edərək bütün sənədlərin hazır olduğunu bildirmiş, Təqsirləndirilən şəxs sənədlərdən başqa 300 (üç yüz) manat pulun da ona çatmalı olduğunu demiş, bundan sonra 14 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Asan Xidmət”in qarşısında Təqsirləndirilən şəxsla görüşmüş, sənədləri, həmçinin 300 manat məbləğində pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra ondan xəbər gözləməyini, təxminən 10-15 günə cavabı alacağını, qızının hospitaldan belə müayinədən keçməyəcəyini bildirmişdir. Onunla razılaşaraq dediyi vaxta kimi gözləmiş, 24 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək hospitaldan cavabı aldığını, narahat olmamağı deyərək onu təbrik etmiş, həmin gündən təxminən 3-4 gün sonra o, ona yenidən zəng edərək rəis dediyi, yəni yuxarı vəzifədə işləyən tanışının sənədləri götürdüyünü, qızının adını Müdafiə Nazirliyinin Təlim-Tədris müəssisəsinə yazılacağını bildirmiş, işin həlli üçün harasa 500 (beş yüz) manat vermək lazım olduğunu demiş, həmin günün axşamı Təqsirləndirilən şəxs onun nömrəsinin watsapına özünə məxsus «Kapital» bank kartının şəklini göndərmiş və pulu həmin karta yükləməyi bildirmişdir. Həmin gün Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən «Gənclik» marketdə olan ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan «Kapital» banka məxsus kartına 500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs watsapda ona yazaraq pulu götürdüyünü, narahat olmamağını, işin tezliklə həll olacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müəyyən sənədlər üçün pul lazım olduğunu dedikdə eyni qaydada təxminən 2020-ci ilin yanvar ayının sonlarında 300 manat pulu ödəmə terminalından ona göndərmişdir. Hər dəfə onunla telefonda danışdıqda rəisin yəni yuxarı vəzifəli şəxslərin məsələni həll etdiyini, qadın olduğu üçün kursda adının getdiyini bildirmişdir. 2020-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona kursun artıq bitdiyini, həm imtahanlara, həmçinin qızını artıq normal yerə işə düzəlməsi və təyinatı üçün 3600 (üç min altı yüz) manat pul lazım olduğunu bildirmiş, pulun çatmalı olduğunu demişdir. Bundan sonra o, 1800 manat pulu səhər saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən «Ucuz» marketdə olan terminaldan onun kartına göndərmiş, digər 1800 manat pulu isə həmin günün axşamı «Gənclik» marketdə olan terminaldan göndərmişdir. Təqsirləndirilən şəxs ona pulu götürdüyünü və təxminən 2020ci ilin mayın sonuna kimi qızı Şahid2 əmrinin veriləcəyini bildirmişdir. 2020-ci ilin may ayının sonuna kimi gözləmiş, lakin Vüsaldan heç bir xəbər çıxmamış, onunla əlaqə saxladıqda müəyyən bəhanələr göstərərək işin gecikdiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onu aldatdığını fikirləşərək tanışları vasitəsilə qızının kursu keçibkeçmədiyi ilə maraqlanmış, ümumiyyətlə qızının həmin təlim-tədris mərkəzində adının olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini anlayıb ona zəng edərək qızının adının kursda olmadığını, onu aldatdığını demiş, o isə yalandan qızının adının kursda getdiyini, hətta tezliklə əmrinin çıxacağını demiş, artıq ona inanmadığından və Vüsalın ona qarşı dələduzluq etdiyini bildiyindən pulunu qaytarmağını tələb etmiş, bundan sonra 03 sentyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Təqsirləndirilən şəxs polis idarəsində istintaqa çağırıldığı ərəfədə artıq hərbi hissələrin birinə hərbi qulluqçu kimi xidmətə qəbul olunmuşdur. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs ondan aldığı puldan 1500 manat məbləğində olan hissəsini geri qaytarmışdır. Təqsirləndirilən şəxs hissə-hissə 2021 -ci ilin fevral ayının 2-dək onun pulunu tam şəkildə, yəni 4700 manatı geri qaytarmışdır. Hazırda ondan şikayəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Şahid1 hərbidə işlədiyi üçün onun da hərbidə işləməyə marağı yaranmışdır. Təqsirləndirilən şəxs adını eşitmiş, lakin onu görməmişdir. Təqsirləndirilən şəxs anasının işlədiyi hərbi hissəyə gəlib orada sənədlərin işlənməsinə köməklik edirmiş, lakin o, həmin hərbi hissədə işləməmiş, həmin vaxt Təqsirləndirilən şəxs mülki şəxs olmuşdur. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi işə düzəlmək istədiyindən anası N9-cu ilin dekabr ayının sonlarında ona Təqsirləndirilən şəxs tanışları vasitəsi ilə işi həll edəcəyini bildirmiş və müvafiq sənədləri toplamağı demişdir. Anası Şahid1 2020-ci ilin yanvar ayının 13-də Təqsirləndirilən şəxs zəng edərək dediyi bütün sənədlərin hazır olduğunu bildirmiş, əvvəlcədən razılaşdıqları kimi telefonda sənədlərdən başqa 300 (üç yüz) manat pulun da ona çatmalı olduğunu demişdir. Anası Şahid1 14 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən «Asan Xidmət»in qarşısında Təqsirləndirilən şəxsla görüşərək sənədləri və 300 manat pulu ona vermişdir. Tezliklə onu kursa qəbul edəcəklərini və əmrinin veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara adını demədiyi, hərbidə rəis olan dostunun olduğunu, özünün Müdafiə Nazirliyinin yuxarı vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və onlar vasitəsilə işini həll edəcəyini bildirmiş, lakin həmin yüksək vəzifəli şəxslərin harada işləməsini və adlarını ona deməmişdir. Təqsirləndirilən şəxs bu işin həlli üçün müxtəlif vaxtlarda anasından 500, 300, 1800, 1800 manat pul almışdır. Anası Şahid1 həmin pulları Təqsirləndirilən şəxs məxsus «Kapital» bank kartına göndərmişdir. 2020-ci ilin may ayının sonuna kimi gözləmiş, lakin onun adının kursda olmadığını Təqsirləndirilən şəxs onları aldatdığını öyrəndikdən sonra anası 03 sentyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin oktyabr ayının sonlarında aldığı puldan 1500 manat məbləğində pulu geri qaytarmış, daha sonra Təqsirləndirilən şəxs hissə-hissə 2021 -ci ilin fevral ayının 2-dək anasından aldığı pulu tam şəkildə 4700 manatı geri qaytarmışdır. 08 sentyabr 2020-ci il tarixli Sumqayıt Polis şöbəsinin təhqiqatçısı tərəfindən tərtib edilən «təqdimetmə və götürmə aparılması» haqqında protokola əlavə edilərək götürülmüş və «whatsapp» proqramı vasitəsi ilə çəkilmiş şəkillərdə Təqsirləndirilən şəxs iş düzəltmək adı ilə Şahid1 pul aldığı, sonuncunun qızı Şahid2 kursa çağırılacağı, Təlim Tədris mərkəzində kurslarda iştirak edəcəyi, daha sonra isə Təqsirləndirilən şəxs işi düzəldə bilməməsi, vətəndaş Şahid1 ona verdiyi pulun qaytarması barədə yazışmaların olduğu müəyən edilmişdir.(i.v 14-23) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 16.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 83) İş materiallarında olan şəxsi vəsiqə əvəzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 706 saylı Hərbi Hissədə həqiqi hərnbi xidmətdədir.(i.v 88) İş materiallarında olan N nömrəli Hərbi Hissə komandirinin 252№-li əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan çavuş Təqsirləndirilən şəxs N nömrəli Hərbi Hissənin 3-cü mooatıcı taborunun 9-cu motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 1-ci motoatıcı manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişdir.(i.v 119) İş materiallarında olan N nömrəli Hərbi Hissənin 3-cü taborunun komandiri İlham Əliyevin xidməti xasiyyətnaməsindən görünür ki, MAHHXHQ çavuş Təqsirləndirilən şəxs N nömrəli Hərbi Hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı hərbi qulluqçu kimi göstərmişdir. Xidmət etdiyi müddət ərzində şəxsi heyət arasında hörmət qazanmışdır. Tutduğu vəzifənin məsuliyyətini dərk edir. Öz üzərinə düşən vəzifə borclarını layiqincə yerinə götürür. Komandirlər və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirir. Özünə qarşı tələbkardır. Fiziki cəhətdən sağlamdır. Hərbi və dövlət sirrini qorumağı bacarır.(i.v 122) N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 135 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilib vəzifəsinin icrasına başlamışdır.(i.v 123) N nömrəli hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 067 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti başa çatdığına görə həmin tarixdən ehtiyata buraxılmışdır.(i.v 124) İş materiallarında olan 12.03.2021-ci il tarixli 1457 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdi. Hal-hazırda düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissədə xidmt edir.(i.v 125) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 17.12.2020-ci il tarixli, 1323 saylı əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs döyüş əməliyyatlarında yüksək peşəkarlıq və əzmkarlıq göstərilənlərin sırasındadır. (i.v.127) İş materiallarında olan Ağstafa Rayon Polis Şöbəsinin 12.08.2020-ci il tarixli 133- 9599A-3220 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 128) İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04.11.N1-ci il təvəllüdlü 1 uşağı vardır.(i.v 130- 134) İş materiallarında olan “Cinayət əməlinin tövsif edilməsi haqqında” 13.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələrinə tövsif edilmiş və barəsində həmin maddələrlə cinayət təqibi davam etdirilmişir.(i.v 135-136) İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon məhkəməsinin 09 avqust N8-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, 20.12.N8-ci ildə cərimə tam ödənilmişdir.(i.v 182-183) İş materiallarında olan “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 25.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v 203-204) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26.03.2021-ci il tarixli qərarından görünür ki, vətəndaş Şahid1 rüşvət verməsi barədə könüllü məlumat verməsi və həmin xüsusatla bağlı aparılan cinayət təqibinə xitam verilməsinə dair ərizəsini nəzərə alıb barəsində qeyd olunan fakt üzrə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilməsi barədə ayrıca qərar qəbul edilmiş, X3 zərərçəkmiş şəxs qismində tanınmasına əsaslar olmadığından hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır.(i.v 208-215) İş materiallarında olan “Cinayət təqibinə xitam verilməsi barədə” 26.03.2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Şahid1 rüşvət vermə barədə könüllü məlumat verdiyinə görə barəsində həmin fakt üzrə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir.(i.v 218-220) İş materiallarında olan "xxxx" QSC-nin 8596 saylı, 05.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27.09.N9-cu il tarixdə “Zolotaya Korona” təcili pul köçürmə sistemi vasitəsilə mədaxil edilmiş 100 ABŞ dolları məbləğində vəsait qaytarılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-107/N8 saylı, 09.08.N8-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 noyabr N7-ci il tarixdən 15 noyabr N7-ci il tarixədək 02 gün tutma altında saxlanıldığı və 23 iyun N8-ci il tarixdən həbsdə olduğu 01 ay 18 gün müddət nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilmiş və cərimə cəzası 500 manat miqdarında müəyyən edilmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocavənd rayonu rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmiş, Füzuli, Xocavənd rayonu uğrunda və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının 862 saylı, 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Axundov X2 Rayon Poliklinikasına ruhiəsəb və narkoloji kabinetdə dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası CM-nin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, Vətən müharibəsində fəal iştirak edərək təltif edilməsini, müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, hazırda düşmənlə təmas xəttində hərbi xidmət keçməsini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar