Məhkəmə qərarları › İş №1(060)-328/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-328/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-328/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X3 və X2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 12, mənzil 106-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1991-ci il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 42-ci məhəllə, Hafiz Baxış küçəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 23.01.2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus, Sumqayıt şəhəri X13 massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olaraq oradan 1 ədəd velosipedi, 1 ədəd “Zvuq” markalı direli, 1 ədəd “BOSCH” markalı peroparatoru ( yer deşən), 1 ədəd “BOSCH” markalı laqondanı və 1 ədəd “BOSCH” markalı elektrik rəndəsini “lobzik” aparıtını gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 925 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, həm də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq 24.01.2021-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhər X13 massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətindən 150 ədəd uşaq köynəyi, 25 ədəd qız uşağı şalvarı “lasin”, 10 dəst uşaq gecə geyimi, istiliyi “penjama”, 30 cüt isə kişi və qadın topuqüstü corablarını gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 1123 manat ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq birlikdə 26.01.2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, 49-cu məhəllə ev-48 ünvanının həyətinə daxil olaraq 3 ədəd veliped və 1 ədəd su matorunu gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 115 manat ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq birlikdə 26.01.2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 Qoğay qızına məxsus Sumqayıt şəhəri, X13 massivində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olaraq fərdi yaşayış evinin həyətindən 7 ədəd toyuq, 4 ədəd hind quşu, 3 (üç) ədəd ördəyini gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 247 manat ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını talamaq məqsədi ilə qabaqcadan əlbir olaraq 26.01.2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, X13 massivində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olaraq fərdi yaşayış evinin həyətində yerləşən hindən 35 ədəd ev göyərçinini gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 350 manat ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər kondinsioner ustası kimi işləmişdir, bir neçə müddət işsiz olduğundan qərara gəlmişdir ki, oğurluq etsin. 22.01.2021-ci il tarixdə X13 massivi ərazisində yol ilə getdiyi zaman evlərdən birinin qarşısından keçərkən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də evin həyətinə divardan aşıb daxil olmuşdur. Orada üzərində Adidas yazılmış bir ədəd velosiped olmuş, həmin velosipedi özü ilə birlikdə yaşadığı ünvana sürərək aparmış, sonra qara rəngə boyamışdır ki, tanıyan olmasın. Təqsirləndirilən şəxs2 ilə uzaq qohumdurlar və dostluq edirlər. 23.01.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində görüşmüşlər, orada aralarında söhbət etdikləri zaman pullarının olmadığından danışmışlar. O, pul olmadığından İbrahimə oğurluq etməyi təklif etmiş, İbrahim də razı olmuşdur. Razılaşmışlar ki, X13 massivi ərazisində oğurluq etsinlər. Əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs3 da görüşməyi təklif etmişdir. Görüşəndə söhbət zamanı Fəridə bildirmişlər ki, oğurluq etmək istəyirlər, Fərid də bununla razılaşmışdır. 24.01.2021-ci il tarixdə İbrahim, Fərid və o, təxminən saat 01 radələrində Sumqayıt şəhəri Yaşıl Dərə ərazisində görüşmüşlər, bağlar ərazisinə daxil olub və boş ev axtarırmışlar. Evlərdən birinin yanından keçdikləri zaman işıqlarının sönülü olduğunu görüb və bir qədər gözlədikdən sonra qərara gəlmişlər ki, hasardan aşaraq həmin həyətə daxil olsunlar. O, çöldə gözləmişdir ki, İbrahim və Fərid hasardan aşaraq içəri daxil olsunlar. O, ətrafa nəzarət edirmiş ki, gələn olsa xəbər etsin. Bir qədər sonra Fərid və İbrahim həyətdən iki ağ və göy rəngli kisələrdə olan təzə uşaq paltarlarını həyətdən ona vermişlər, o, götürüb yerə qoymuş və oradan uzaqlaşaraq onun yaşadığı ünvana getmişlər. Orada paltarları gizlədib və aralarında razılaşmışlar ki, sonradan satıb pul etsinlər. Yenidən oğurluq etmək məqsədi ilə 26.01.20201-ci il tarixdə gecə təxminən saat 03 radələrində İbrahim ilə birlikdə, Sumqayıt şəhəri, X13 massivi ərazisinə daxil olmuşlar. Ətrafa göz gəzdirərək, boş ev olub-olmadığına baxıb və orada olan evlərdən birinin həyətində sakitçilik olduğunu görmüşlər, işıqları da sönmüşdür, buna görə də qərara gəlmişlər ki, oraya daxil olsunlar. İbrahim evin divarından aşaraq içəri daxil olub və o, çöldə gözləmişdir. İbrahim bir böyük velosipedi və iki uşaq velosipedini, bundan başqa bir ədəd su matorunu ona vermiş və özü də çölə çıxmışdır. O ibrahim ilə birlikdə həmin velosipedləri və su matorunu dəmir yolunun yaxınlığında gizlətmişdir. Yenidən oğurluq etmək məqsədi ilə Yaşıl Dərə ərazisinə qayıtmışlar. Evlərdən birinin qarşısından keçdikləri zaman evin boş olduğunu bilmişlər. O, çöldə gözləmişdir, İbrahim divardan aşaraq içəri daxil olmuşdur. İki ədəd ağ un kisəsində olan ev quşlarını – toyuq, ördək və hind toyuqlarını ona vermişdir. Onları götürüb yenə də gizlətmişlər və yenidən oğurluq etmək üçün Yaşıl Dərə ərazisində gəzirmişlər. Evlərdən birinin qarşısından keçərkən qapısının taxta və dikt olduğunu görmüşlər və düşünmüşlər ki, oradan da oğurluq etsinlər. Evin qapısında olan dikt dəmiri kənara çəkib içəri daxil olmuşlar. Evin həyətində göyərçin hini olmuşdur. Hinin qapısında olan dəmir kilidi dartıb qırıb və hini açdıqda orada göyərçinlər olduğunu görmüşlər. Göyərçinləri özləri ilə apardığları ağ un kisələrinə yığaraq tez həyətdən çıxıb qaçmışlar. Toyuqları qoyduğları yerə gedib toyuqları da oradan götürüb çıxıb getmişlər, gizlətdikləri velosiped və mator dəmir yolu yaxınlığında olduğundan orada qalmış və həmin vaxt götürə bilməmişlər. Onun yaşadığı ünvana getmişlər. Göyərçinlər təxminən 20-25 ədəd olmuş, lakin evə apardıqda yolda 1 ədədi ölmüşdür. Bir dəfə Yaşıl Dərə ərazisində uşaq paltarları oğurladıqları zaman Fərid də onlarla birlikdə iştirak etsə də başqa heç bir oğurluqda iştirak etməmişdir. Oğurlanan əmlakları tanımadıqları şəxslərə satmış, qalanlarını polisə təhvil vermişlər. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmişlər. Ailəlidir, himayəsində iki uşağı var, ailəsinə ondan başqa baxan yoxdur, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri ərazisində Təqsirləndirilən şəxs1 ilə görüşüb aralarında söhbət etdikləri zaman pullarının olmadığından danışmışlar. Söhbət zamanı Ruslan pul olmadığından oğurluq etməyi ona təklif etmiş və o da buna razı olmuşdur. Razılaşmışlar ki, X13 massivi ərazisində oğurluq etsinlər. İlk oğurluq hadisələrini törətmək istədikləri zaman Təqsirləndirilən şəxs3 da dəvət etmişlər. Ruslan Fəridə zəng edərək, çağırıb ona oğurluq etmək istədiyini bildirmişdir. 24.01.2021-ci il tarixdə Ruslan, Fərid və o, təxminən saat 01 radələrində Sumqayıt şəhəri Yaşıl Dərə ərazisində görüşmüş və qərarlaşdırmışlar ki, oğurluq etsinlər, buna görə də Bağlar ərazisinə daxil olmuşlar və boş ev axtarmışlar. Evlərdən birinin yanından keçdikləri zaman işıqlarının sönülü olduğunu görmüşlər və bir qədər gözlədikdən sonra qərara gəlmişlər ki, hasardan aşaraq həmin həyətə daxil olsunlar. Ruslan çöldə onları gözləmiş, Fərid və o, hasardan aşaraq həyətə daxil olmuşlar. Həyətdə taxta tikili olmuş, onlar taxta tikiliyə yaxınlaşmış və görmüşlər ki, qapısı iplə bağlanmışdır. O, ipi açıb və içəri daxil olmuş, orada iki böyük ağ və göy kisələrdə təzə uşaq paltarları olmuşdur. O, birini götürüb Fəridə vermiş, digər kisəni özü götürüb və həyətdən çölə çıxmışdır. Ruslana kisələri ötürmüşlər. Ruslan onları yerə qoymuş və onlar həyətdən çıxmışlar, Ruslanın yaşadığı ünvana getmişlər. Paltarları orada gizlətmiş və razılaşmışlar ki, satıb pulunu bölərlər. Yenidən oğurluq etmək məqsədi ilə 26.01.20201-ci il tarixdə gecə təxminən saat 03 radələrində Ruslan ilə birlikdə, Sumqayıt şəhəri, X13 massivi ərazisinə daxil olmuşlar. Ruslan ilə ətrafa göz gəzdirərək, boş ev olub-olmadığına baxmışlar və orada olan evlərdən birinin həyətində sakitçilik olduğunu, işıqların da sönmüş olduğunu görmüş, buna görə də qərara gəlmişlər ki, oraya daxil olsunlar. Hər ikisi də divardan aşaraq evin həyətinə daxil olub və orada evin qarşı tərəfində bir böyük velosipedi və iki uşaq velosipedini, bundan başqa bir ədəd su matorunu Ruslanla birlikdə həyətdən götürüb, çölə çıxmışlar, dəmir yolunun yaxınlığında gizlətmişlər və yenidən yaşıl dərə ərazisinə qayıtmışlar. Yenidən boş ev axtarmışlar və evlərdən birinin boş olduğunu görüb, hasardan aşaraq oraya daxil olmuşlar. Evdə heç kim olmamış, Onlar Ruslan ilə hasarın kənarında toyuq hininə yaxınlaşmış və həyətdə olan kiçik dəmir parçası ilə hinin qapısında olan kilidi sındırmış, qapısını açmışlar. Orada toyuq, ördək və hind quşları olmuşdur. Oradan təxminən yeddi ədəd toyuq, üç ədəd ördək və bir neçə ədəd hind quşu götürüb, özləri ilə apardığları ağ un kisələrinə yığıb oradan çıxıb, həmin kisələri yaxınlıqda divarın tinində yerə qoyub və yenidən həmin əraziyə geri qayıtmışlar. Toyuq oğurladığları evdən bir neçə məhəllə irəlidə də evlərdən birinin həyətində işıq yanmamış və onlar qərara gəlmişlər ki, oraya da daxil olsunlar. Buna görə də evin qapı əvəzinə qoyulmuş taxtanı kənara çəkib içəri daxil olmuşlar. Həyədə evin ön hissəsində taxta hin olmuş, onlar həmin hinin qapısına keçirilmiş taxtanı çıxartdıqda orada göyərçin olduğunu görmüşlər və təxminən 25 ədəd göyərçini götürüb, özləri ilə apardığları ağ un kisəsinə yığmışlar. Birlikdə həyətdən çıxıb gizlətdiyləri toyuqları da oradan götürüb çıxıb getmişlər, gizlətdikləri velosiped və mator dəmir yolu yaxınlığında olduğundan orada qalmış və həmin vaxt götürə bilməmişlər. Ruslanın yaşadığı ünvana gəlmişlər. Təxminən saat 09 radələrində o, velosiped və su matorunu götürmək üçün getdiyi zaman polis əməkdaşları onu saxlamışlar. O, oğurluq etdiyini etiraf etmişdir. Bir dəfə Yaşıl Dərə ərazisində uşaq paltarları oğurladıqları zaman Fərid də onlarla birlikdə iştirak etsə də başqa heç bir oğurluqda iştirak etməmişdir. Oğurladığı əmlakları tanımadıqları şəxslərə satmış, qalanları polisə təhvil vermişlər. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bakı Hərbi Məhkəməsinin 29.09.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-cü və 62.1-ci maddəsinə əsasən 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəmişdir. Təxminən 1 ay əvvəl tanışı Ruslan adlı şəxs ona zəng edərək, Qartal adlanan əraziyə gəlməyini istəmiş və o da həmin yerə getmişdir. Saat 01 radələrində Okean şadlıq sarayının yanında olduğu zaman Ruslan ona zəng edərək, “biraz tez gələ bilərmi” demiş və o da taksi ilə Ruslanın dediyi yerə getmişdir və oraya çatdığı zaman Ruslan və İbrahim birlikdə Qartalın yanına gəlmişlər və o, taksidən düşmüş, Ruslan və İbrahimdən nə olduğunu soruşduqda heç nə olmadığını deyərək, əllərində olan ağ kisələri maşına qoymuşlar. Onlar birlikdə 12-ci mikrorayona Ruslanın yaşadığı binanın yanına gəlmiş, taksidən düşmüş, Ruslan ona demişdir ki, “o, gözləsin taksidə, ağ kisələri evə qoyub gəlsinlər”. Ruslan və İbrahim evə çıxmışdır. Bir qədər taksidə gözləmiş, Ruslan yenidən ona zəng edərək, pulu olmadığını, taksini yola salmağını demişdir. O, həmin taksi ilə öz yaşadığı evə qayıtmış, taksinin pulunu da vermişdir. Bir gün sonra işdə olduğu zaman 11 radələrində İbrahim onun işlədiyi 11-ci mikrorayona gəlib və taksiyə verdiyi 5 manat pulu və əlavə olaraq bir qutu da “Rotmons” siqareti vermişdir. O, İbrahimdən həmin vaxt kisədə olanların nə olduğunu soruşduqda İbrahim “heç nə toyuq, ördək olduğunu və oğurladıqlarını demişdir. O, İbrahimə heç nə deməmişdir. O, həmin oğurladığı əmlakı nə etdiyini soruşmuş, İbrahim Ruslanın tanışına verəcəklərini demişdir. Bu hadisədən iki həftə sonra, yəni 24.01.2021-ci il tarixdə Ruslan yenidən ***-***-**-** nömrəsindən ona məxsus ***-***-**-** nömrəsinə zəng edərək yaşadığları evin yaxınlığına getməyini istəmiş və söhbət etmək istədiyini demişdir. O, getmiş və onlar İbrahimlə birlikdə onu gözləyirmişlər. O, nə olduğunu soruşduqda Ruslan ona oğurluq etmək üçün Sumqayıt şəhəri, X13 massivi ərazisinə getmək istədiklərini demiş və ona təklif etmişdir ki, o da onlarla birlikdə X13 masivi ərazisinə getsin. Təxminən saat 01 radələrində evlərin arasında gəzişərkən bir evin işığı yanmadığını görmüşlər. İbrahim həmin evin hasarından tullanaraq içəri daxil olmuş və bir qədər gözləmişlər, Ruslan hasardan baxdığı zaman İbrahim həyətdə heç nə olmadığını demiş, bir qədər də gəzib və həyətdə olan taxta tikiliyə yaxınlaşmış, onlar həmin vaxt hasardan baxırmışlar, o da hasardan həyətə düşmüş və İbrahimin hasar tərəfə gətirdiyi sellofan torbanı götürmüş və həyətdən çölə çıxartmış, İbrahim də bir sellofan torbanı götürüb və həyətdən çıxartmışdır. Oğurladığları hər iki sellofan torbanı Ruslanın yaşadığı ünvana aparmışlar. Sonradan isə o, yaşadığı evə getmişdir. Başqa heç vaxt Ruslanla, İbrahimlə və ya tək oğurluq etməmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər. Ailəlidir, iki uşağı var, hazırda uşağı xəstədir və Bakı şəhərində müalicədədir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 bildirdi ki, bir neçə ildir ki, usta kimi günlük işlərdə işləyir. İşi üçün istifadə etdiyi ləvazimatları öz yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi-2 ərazisində yerləşən fərdi yaşayış evinin həyətində saxlayırmış. Adətən ən geci saat 01 radələrində evin qapılarını bağlayıb, həyətə çıxmırlar. 23.01.2021-ci il tarixdə saat 10 radələrində yuxudan oyanıb və yaşadığı evin həyətinə çıxdığı zaman çöl darvazanın açıq olduğunu görüb və narahat olub tez həyətə düşüb və həyətə baxdıqda həyətdə saxladığı 1 ədəd “Adidas” markalı 29 ölçüdə olan velosipedin oğurlandığını görmüş və həyətin yan hissəsində evə bitişən dolabın da qapısının açıq olduğunu görüb və yaxınlaşıb baxdıqda orada olan ona məxsus 1 ədəd “Zvuq” markalı direl, 1 ədəd “BOSCH” markalı peroparator ( yer deşən), 1 ədəd “BOSCH” markalı laqonda və 1 ədəd “BOSCH”markalı elektrik rəndəsi “lobzik” oğurlandığını görmüş və DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Velosipedi 2020-ci ilin iyul ayında 450 manata, 1 ədəd “Zvuq” markalı direl 1300 vatt ölçüdə 2019-cu ildə 120 manata, 1 ədəd “BOSCH” markalı peroparator ( yer deşən) 1800 vatt gücündə 2019-cu ildə 450 manata Bakı şəhərindən almışdır. 1 ədəd “BOSCH” markalı laqonda 1800 vatt gücündə 2019-cu ildə 150 manata və 1 ədəd “BOSCH”markalı elektrik rəndəsi “lobzik” 1200 vatt gücündə onu da 2019-cu ildə 120 manata almışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1270 manat maddi ziyan dəymişdir, naməlum şəxs və ya şəxslər hasardan həyətə tullanaraq daxil olmuşlar. Velosipedi qaytarılsa da digər əmlakı qaytarılmamışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirdi ki, təxminən 4 ildir ki, işsiz olduğuna görə özünə məxsus Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətinin bir hissəsində mağaza kimi kiçik obyekt düzəltmiş və əsasən uşaq paltarlarının satışı ilə məşğul olur. Belə ki, Bakı şəhəri, Sədərək ticarət mərkəzindən uşaq paltarlarını topdan alaraq Sumqayıt şəhəri ərazisində, eləcə də ətraf rayonlarda pərakəndə satışı ilə məşğul olmuşdur. 2020-ci ilin 09.12.2020-ci il tarixində də Sədərək ticarət mərkəzindən uşaq geyimləri alaraq öz yaşadığı evin həyətinə gətirmişdir ki, orada saxlasın və satışı ilə məşğul olsun. Lakin, 14.12.2020-ci il tarixdən karantin rejimi sərtləşdiyindən aldığı malları sata bilməyib və həyətində olan taxta tikilidə saxlamışdır ki, yumşalma olduğu zaman həmin malları satar. Adətən saat 01 radələrində evə yığışıb və qapılarını da bağlayırmışlar. 23.01.2021-ci il tarixdə saat 19- 20 radələrində o, həyətdə yerləşən taxta tikilidə olan uşaq geyimlərini səliqəyə salaraq torbalara yığmışdır ki, 24.01.2021-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsində yerləşən yarmakaya aparsın. 23.01.2021-ci il tarixdə 23.30 radələrində artıq evə yığışmışlar. 24.01.2021-ci il tarixdə saat 06 radələrində yuxudan qalxaraq həyətə düşmüşdür. Həyətə düşdüyü zaman həyətdə uşaq üçün gətirdiyi geyim əşyalarını saxladığı taxta tikilinin qapısının açıq olduğunu, orada olan uşaq geyimlərinin isə yerdə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Əvvəlcə hər hansısa heyvanın dağıtdığını zənn etsə də diqqətlə baxdıqda ona məlum olmuşdur ki, həyətində olan taxta tikiliyə daxil olan naməlum şəxs və ya şəxslər orada olan bir göy rəngli içərisi uşaq geyimləri ilə dolu olan sellofan torbanın və bir ədəd içərisində uşaq paltarı olan sellofan torbanın oğurlandığını, bir qədər paltarın isə yerə dağıldığını görmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Sellofan torbalarda olan 150 ədəd uşaq köynəyi, 25 ədəd qız uşaq şalvarı “lasin”, 10 dəst uşaq gecə geyimi, istiliyi “penjama”, 30 cüt isə kişi və qadın topuqüstü corabları olmuşdur, bütün bunları 09.12.2020-ci il tarixdə Sədərək ticarət mərkəzindən müxtəlif mağazlardan almışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış əmlak 150 ədəd 1 ədədini 6 manata aldığı uşaq köynəyindən, 1 ədədini 4 manata aldığı 25 ədəd qız uşaq şalvarı “lasin” dən, 10 dəst 1 ədədini 7 manata aldığı uşaq gecə geyimi, istiliyi “penjama”sından, 30 cüt isə 1 ədədini 1 manata aldığı qadın və kişi corablarından ibarət olmuşdur. Uşaq paltarları 11-12 yaş uşaqlar üçün, türk istehsalı olmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 12.08.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəmədə bildirdi ki, Sumqayıt şəhəri X13 massivi ərazisində fərdi evdə yaşayır. Yaşadığı evin ətrafı mişar daşı ilə hörülmüşdür, buna görə də bəzi gündəlik əşyaları yaşadığı evin həyətində saxlayır. 25.01.2021-ci il tarixdə gexə saatlarında yaşadıqları evdə yatdıqları zaman həyat yoldaşı onu həyəcanla yuxudan oyadaraq həyətdə kiminsə olduğunu düşündüyünü bildirmiş, buna görə də evin həyətinə düşdüyü zaman həyətdə heç kimin olmadığını görmüşdür. Həyətə baxış keçirdiyi zaman əvvəlcə özünə məxsus 1 ədəd velosipedin oğurlandığını zənn etsə də sonradan dəqiq baxış keçirmiş və məlum olmuşdur ki, həyətdən 1 ədəd "Rally" markalı velosipedin, 1 ədəd "Super Bravo" markalı, 1 ədəd "Defy Bravity" markalı velosipedlərin, 1 ədəd "Aqadey" markalı su matorunun oğurlandığını müəyyən etmişdir. Oğurlanmış 1 ədəd "Rally" markalı velosipedi 5 il əvvəl 700 manat, 1 ədəd "Super Bravo" markalı velosipedi 5 il əvvəl almışdır, qiyməti hal-hazırda 50 manatdır, 1 ədəd "Defy Bravity" markalı velosipedi 4 il əvvəl almışdır, hal-hazırda dəyəri 50 manatdır, 1 ədəd "Aqadey" markalı su matorunu 2 il əvvəl almışdır, dəyəri 50 manatdır. Ona oğurluq hadisəsi nəticəsində 230 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 31.08.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmədə bildirdi ki, bir neçə ildir ki, Sumqayıt şəhəri X13 massivi ərazisində fərdi evdə yaşayır və yaşadığı evin həyətində ev quşları saxlayır. Həmin ev quşlarını həyətlərində tikdirdiyi hində saxlamışdır. Hər gün axşam saatlarında onları hinə salmışdır. 25.01.2021-ci il tarixdə də saat 18 radələrində özünə məxsus ev quşlarını hinə salaraq qapısını bağlamışdır. Həmin gün saat 20 radələrində oğlu Namiq yaşadığı ünvana gələrək, onu Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən evlərinə aparmışdır ki, evlərində qonaq vardır, o, gecəni onların evində qalmalı olmuşdur. 26.01.2021-ci il tarixdə saat 09 radələrində o, yenidən yaşadığı ünvana geri qayıtmış, qayıtdıqda evin həyətində olan hinin qapısının açıq olduğunu, hində olan bir neçə ev quşunun isə həyətdə açıq vəziyyətdə olduğunu, lakin 7 ədəd toyuğun, 1 erkək iki dişi olmaqla 3 baş lal ördəyinin, 4 ədəd isə hind quşunun olmadığını görüb və müəyyən etmişdir ki, həmin ev quşları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Sonradan bununla bağlı polisə müraciət etmişdir. Oğurlanmış ev quşlarını təxminən 2020-ci ilin dekabr ayının əvvəlləri Sabirabad rayonundan almış, toyuğun birini 9 manata, 3 ədəd lal ördəyi 11 manata, hind quşlarını təxminən 30 manata almışdır, oğurluq hadisəsi nəticəsində ona təxminən 250 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 12.08.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmədə bildirdi ki, bir neçə ildir ki, Sumqayıt şəhəri X13 massivi ərazisində fərdi evdə yaşayır. Öz yaşadığı evin həyətində taxta hində göyərçin saxlayır. Həmin göyərçinləri hər gün axşam tərəfi hinə salaraq qapını bağlayır. 26.01.2021-ci il tarixdə saat 08.30 radələrində yuxudan oyanıb və həyətə çıxdığı zaman yaşadığı evin həyətinin taxta qapısının açıq olduğunu və eləcə də göyərçinlər olan hinin də qapısının aralı qaldığını, kilidinin sınmış vəziyyətdə yerdə olduğunu görmüşdür. O, hinə yaxınlaşdıqda saxladığı 35 ədəd göyərçinin hində olmadığını və oğurlandığını aşkar etmişdir. Göyərçinləri 5-6 ilə yaxındır ki, özü yetişdirir, 1 ədədinin hazırki bazar qiyməti 20 manatdır. Oğurlanmış göyərçinləri təxminən 5-6 il əvvəl Sumqayıt şəhəri ərazisində almışdır, əsasən ağ qara və sarı rəngdə olmuşlar. Bir ədədi 20 manata olmaqla ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 16.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid kimi dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs4 onun həyat yoldaşıdır. 23.01.2021-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Elvin həyətə çıxmış və onu da həyətə çağırmışdır. O, həyətə getdiyi zaman Elvin ona velosiped və təmir avadanlıqlarının oğurlandığını bildirmişdir. Həyətə baxdıqda evin yan hissəsində olan velosipedin, dolabda olan laqonda, direl, pereparator kimi təmir avadanlıqlarının oğurlandığını görmüşdür. Sadalanan əmlakları dəqiq sayını Zərərçəkmiş şəxs4 bilir. Əvvəllər heç vaxt yaşadıqları evdən və ya həyətdən oğurluq hadisəsi olmamışdır. Oğurluq hadisəsindən bir gün öncəyə qədər həmin əmlaklar hamısı yaşadıqları evin həyətində olmuşdur. Zərərçəkmiş şəxs3 dəymiş ziyanın müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 fevral 2021-ci il tarixli, 9/517 nömrəli rəyə əsasən aparılmış tədqiqat nəticəsində, ekspertizaya təqdim edilmiş üzərində "Off VVhite X" sözləri yazılmış uzunqol köynək 15 manata, üzərində "MemoCan" yazılmış, 12-13 yaş uşaq köynəyi 20 manat, üzərində "MemoCan" yazılmış 10-11 yaşlı uşaq köynəyi 12 manat, üzərində heç bir yazı yazılmamış, Azərbaycan Bayrağı təsvirli uşaq köynəyi 10 manat olmaqla təqdim edilmiş malların ümumi dəyəri 57 manat, təqdim edilməmiş 146 ədəd uşaq köynəyinin 25 ədəd qız uşaq şalvarı, 10 dəst uşaq gecə geyimi, 30 cüt qadın və kişi corablarının orta bazar pərakəndə satış qiyməti təxminən 1076 manat müəyyən edilir. Zərərçəkmiş şəxs4 dəymiş ziyanla bağlı aparılmış tədqiqat nəticəsində, ekspertizaya təqdim edilmiş böyüklər üçün nəzərdə tutulmuş, istifadədə olmuş qara rəngli sürət ötürücülü velosipedin orta bazar pərakəndə satış qiyməti 300 manat, təqdim edilməmiş 1 ədəd “Zvuq” markalı drel 40 manat, 1 ədəd “BOSCH” markalı laqonda 100 manat və 1 ədəd “BOSCH”markalı elektrik rəndəsini “lobzik” 35 manat müəyyən edilir, 1 ədəd “BOSCH” markalı peroparatoru ( yer deşən) qiyməti aydın deyildir. (1-ci cild, i.v. 110-115) Zərərçəkmiş şəxs5 dəymiş ziyanın müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 fevral 2021-ci il tarixli, 9/573 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, ekspertizaya təqdim edilmiş 1 ədəd 4 il əvvəl alınmış 20 ölçülü "Rally" markalı velosipedin qiyməti 45 manat, 1 ədəd 4 il əvvəl alınmış 16 ölçülü "Super Bravo" markalı velosipedin qiyməti 25 manat, 1 ədəd 4 il əvvəl alınmış 12 ölçülü "Defy Bravity" markalı velosipedin qiyməti 15 manat, 1 ədəd "AQİDGLİ" markalı su mühərrikinin qiyməti 30 manat müəyyən edilir. (1-ci cild, i.v. 152- 156) Zərərçəkmiş şəxs2 dəymiş ziyanın müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 fevral 2021-ci il tarixli, 9/504 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində hər biri 5 yaşlı olan erkək ev göyərçinlərinin 1 ədədi 10 manat olmaqla ümumi dəyəri 120 manat, hər biri 5 yaşlı olan dişi ev göyərçinlərinin 1 ədədi 10 manat olmaqla ümumi dəyəri 110 manat, təqdim olunmuş fotoşəkillərə əsasən isə ekspertizaya təqdim edilmiş hər biri 5 yaşlı olan erkək ev göyərçinlərinin 1 ədədi 10 manat olmaqla ümumi dəyəri 60 manat, hər biri 5 yaşlı olan dişi ev göyərçinlərinin 1 ədədi 10 manat olmaqla ümumi dəyəri 60 manat müəyyən edilir. (2-ci cild, i.v. 9-12) Zərərçəkmiş şəxs1 Noğay qızına dəymiş ziyanın müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 fevral 2021-ci il tarixli, 9/503 nömrəli ekspert rəyində bildirilmişdir ki, aparılmış tədqiqat nəticəsində hər biri 1 yaşlı olan toyuqların 1 ədədi 9 manat olmaqla ümumi dəyəri 63 manat, 1 yaşlı erkək hind quşu 35 manat, hər biri 1 yaşlı olmaqla 3 ədəd hünd quşunun ümumi dəyəri 105 manat, 1 yaşlı erkək lal ördək 11 manat, 1 yaşlı dişi lal ördək 11 manat olmaqla ümumi dəyər 247 manat təşkil edir. (2-ci cild, i.v. 49-53) İş materiallarında olan 28.01.2021 tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətindən oğurladığı 1 ədəd böyüklər üçün olan velosipedi, təqdim etmişdir. ( 1-ci cild, i.v. 12) İş materiallarında olan 28.01.2021-ci il tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 X5 həyətindən oğurladığı "Off VVhite X" sözləri yazılmış uzunqol köynək 15 manata, üzərində "MemoCan" yazılmış, 12-13 yaş uşaq köynəyini, üzərində "MemoCan" yazılmış 10-11 yaşlı uşaq köynəyini, üzərində heç bir yazı yazılmamış, Azərbaycan Bayrağı təsvirli uşaq köynəyini təqdim etmişdir. (1-ci cild, i.v. 32) İş materiallarında olan 28.01.2021-ci il tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 həyətindən oğurladığı 2 ədəd ördəyi könüllü təqdimetmişdir. (2-ci cild, i.v. 41) İş materiallarında olan 28.01.2021-ci il tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 həyətindən oğurladığı 12 ədəd göyərçini könüllü olaraq təqdim etmişdir. (1-ci cild,i.v. 234) İş materiallarında olan 28.01.2021-ci il tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 1 ədəd 20 ölçülü "Rally" markalı velosipedini, 1 ədəd 16 ölçülü "Super Bravo" markalı velosipedini, 1 ədəd 12 ölçülü "Defy Bravity" markalı velosipedini, 1 ədəd "AQİDGLİ" markalı su mühərrikini təhqiqat araşdırmasına təqdim etmişdir. (1-ci cild, i.v. 142) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, maddi sübut kimi tanınaraq 1 ədəd qara rəngli böyüklər üçün nəzərdə tutulmuş velosiped Zərərçəkmiş şəxs4, 2 ədəd ördək Zərərçəkmiş şəxs1 Noğay qızına, 13 ədəd göyərçin Zərərçəkmiş şəxs2, 1 ədəd 20 ölçülü "Rally" markalı velosiped, 1 ədəd 16 ölçülü "Super Bravo" markalı velosiped, 1 ədəd 12 ölçülü "Defy Bravity" markalı velosiped, 1 ədəd "AQİDGLİ" markalı su matoru Zərərçəkmiş şəxs5 qaytarılmış və 1 ədəd “Off White X" sözləri yazılmış uzunqol köynək, üzərində "MemoCan" yazılmış, 12- 13 yaş uşaq köynəyi, üzərində "MemoCan" yazılmış 10-11 yaşlı uşaq köynəyi, üzərində heç bir yazı yazılmamış, Azərbaycan Bayrağı təsvirli uşaq köynəyi saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında təhvil veilmişdir. (2-ci cild, i.v. 178- 191) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 26.02.2021-ci il tarixli tələbnaməsindən və Bakı Hərbi Məhkəməsinin 29.09.2015-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.( 1-ci cild, i.v. 173-174, 2-ci cild, i.v 167-172) İş materiallarında olan 21 oktyabr 2015-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 500 manat cəriməni ödəmişdir. (2-ci cild, i.v. 173) Sumqayıt Şəhər Probasiya Şöbəsinin 21.09.2021-ci il tarixli, 3158 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs3 barəsində çəkilməmiş cəza yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin 26.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.( 1ci cild, i.v. 175) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 25.02.2021-ci il tarixli DİN-nin BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.( 1-ci cild, i.v. 176) İş materiallarında olan 15.03.2021-ci il tarixli “Cinayət törətmiş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15.03.2021-ci il tarixdə tutulmuşdur.( 1-ci cild, i.v. 185-186) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 17.03.2021-ci il tarixli qərarındn görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir.( 1-ci cild, i.v. 211-215) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İbadovaya məxsus həyət evi hərtərəfli mişar daşları ilə hasarlanaraq həyətdə bir mərtəbəli ev tikilmişdir. Evin giriş qapısından həyətə daxil olduqda ev və bağ istiqamətdə toyuq hini vardır. Toyuq hininin qapısı dəmirdəndir və açıq vəziyyətdədir. Hadisə yernə baxış zamanı əl-barmaq izləri aşkar olunmamışdır.( 2ci cild, i.v. 21) İş materiallarında olan 28.01.2021-ci il tarixli “Baxış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin hamamında 2 ədəd başı və fenələri ağ, bel nahiyyəsi qara olan lal ördəyi təqdim edərək bildirdi ki, qeyd olunan əşyaları 26.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 həyətindən qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışdır. Təqdim olunan 2 ədəd lal ördək iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən götürülərək prookola əlavə edilmişdir.( 2-ci cild, i.v. 41) İş materiallarında olan 01.04.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında”qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(1-ci cild, i.v. 128) İş materiallarında olan 02.04.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbslə bağlı olmayan “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.( 2-ci cild, i.v. 150) İş materiallarında olan 06.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.( 2-ci cild, i.v. 159) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 31.08.2014 və 06.11.2018-ci il təvəllüdlü 2 uşağı vardır.( 2-ci cild, i.v. 165-166) İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 23.11.2013 və 17.02.2016-cı il təvəllüdlü 2 uşağı vardır.( 2-ci cild, i.v. 156) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə ediir və barəsində heç bir şikayət daxil olmamışdır. ( 2-ci cild, i.v. 161) Arayışa əsasən Hacıyev X4 rayonundan məcburi köçkündür. ( 2-ci cild, i.v. 160) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2nın əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs4 həyətindən yalnız velosiped oğurlaması, Zərərçəkmiş şəxs2 oğurladığı göyərçinlərin təxminən 20-25 ədəd olması və s. İlə bağlı göstərdiklərinə tənqidi yanaşır və hesab edir ki, bu məsuliyyəti azaltmaq üçün edilən cəhddir. Çünki ona verilən ittiham işdəki qanuni əsasla əldə edilmiş sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağı olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi, ilk dəfə məsuliyyətə cəlb edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2nın cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, yaşayış yerindən müsbət xarakterizə edilməsi, məcburi köçkün olması, ilk dəfə məsuliyyətə cəlb edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağı olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, yaşayış yerindən müsbət xarakterizə edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs1 15 mart 2021-ci il tarixdən tarixdən 21 sentyabr 2021-ci il tarixə qədər həbsdə olduğu 06 ay 6 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfinin 150 (bir yüz əlli) manatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, qalan 50 (əlli) manatı isə təqsirləndirilən şəxslərin hər üçündən müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - 1 ədəd qara rəngli böyüklər üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs4, 2 ədəd ördəyin Zərərçəkmiş şəxs1 Noğay qızına, 13 ədəd göyərçinin Zərərçəkmiş şəxs2, 1 ədəd 20 ölçülü "Rally" markalı velosipedin, 1 ədəd 16 ölçülü "Super Bravo" markalı velosipedin, 1 ədəd 12 ölçülü "Defy Bravity" markalı velosipedin, 1 ədəd "AQİDGLİ" markalı su matorunun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınaraq sahiblərinə qaytarılmış hesab edilməli, saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında təhvil veilmiş 1 ədəd “Off White X" sözləri yazılmış uzunqol köynək, üzərində "MemoCan" yazılmış, 12-13 yaş uşaq köynəyi, üzərində "MemoCan" yazılmış 10-11 yaşlı uşaq köynəyi, üzərində heç bir yazı yazılmamış, Azərbaycan Bayrağı təsvirli uşaq köynəyi Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 mart 2021-ci il tarixdən tarixdən 21 sentyabr 2021-ci il tarixə qədər həbsdə olduğu 06 (altı) ay 6 (altı) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2nın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2nın yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2nın üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri 42-ci məhəllə ev-3, mənzil-24 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3nın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3nın yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3nın üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 8 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfinin 150 (bir yüz əlli) manatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, qalan 50 (əlli) manatı isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-1 ədəd qara rəngli böyüklər üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs4, 2 ədəd ördəyin Zərərçəkmiş şəxs1 Noğay qızına, 13 ədəd göyərçinin Zərərçəkmiş şəxs2, 1 ədəd 20 ölçülü "Rally" markalı velosipedin, 1 ədəd 16 ölçülü "Super Bravo" markalı velosipedin, 1 ədəd 12 ölçülü "Defy Bravity" markalı velosipedin, 1 ədəd "AQİDGLİ" markalı su matorunun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın və sahiblərinə qaytarılmış hesab edilsin. Saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında təhvil veilmiş 1 ədəd “Off White X" sözləri yazılmış uzunqol köynək, üzərində "MemoCan" yazılmış, 12-13 yaş uşaq köynəyi, üzərində "MemoCan" yazılmış 10-11 yaşlı uşaq köynəyi, üzərində heç bir yazı yazılmamış, Azərbaycan Bayrağı təsvirli uşaq köynəyi Zərərçəkmiş şəxs3 qaytarılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar