Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-328/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsinin ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 40,326 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 10 oktyabr 2021-ci il tarixdə, saat 15:45-də Sumqayıt şəhəri, Bulvar ərazisi, Sumqayıt City yaşayış kompleksinin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli idman gödəkçəsinin sol içəri cibindən 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində ağ rəngli sellofan bükümdə 40,326 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 10.10.2021-ci il tarixdə, saat 15:45 radələrində Sumqayıt şəhəri Bulvar ərazisi, "Sumqayıt City" yaşayış kompleksinın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan tünd göy rəngli idman gödəkçəsinin sol içəri cibində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba baş təhqiqatçı tərəfindən açılmış, torbanın içərisində ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan “marixuana” müəyyən olunmuş, sorğu zamanı aşkar olunan bitki kütləsinin "nəşə” olduğunu və həmin gün təxminən 2 saat əvvəl Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığı və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qurudulmuş kütlə tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin şəffaf sellofan ilə birlikdə çəkisinin 42.79 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Ailəlidir, 2 azyaşlı uşağı vardır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 10.10.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3, polis kapitanı Şahid2 və Sumqayıt ŞPİ KTB-nin baş inspektor-kriminalisti, polis mayoru X3 həmçinin ondan ibarət əməliyyat qrupu təşkil edilmişidir. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar ərazisi, Sumqayıt City yaşayış kompleksinin qarşısında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 10.10.2021-ci il tarixdə, saat 15:45 radələrində əməliyyat qrupu ilə birlikdə məlumatda qeyd olunan, Sumqayıt City yaşayış kompleksinin qarşısına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxslə üstüstə düşən bir nəfər şəxsin gəldiyini görmüş və onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək və ondan da özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı yerdə şərait olmadığına görə Sumqayıt ŞPİdə xidməti otaqların birində hüquqlarını müdüfiə etmək üçün ona təqdim ediləcək vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Nüsrət polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə xidməti avtomobilə əyləşmiş və birlikdə ŞPİ-nə getmişdir. ŞPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüqularını müdafiə etmək üçün vəkil Mehdi Cəlalzadəni təqdim etmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını təkrar izah etmişlər və Təqsirləndirilən şəxs onlara videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Həmin vaxt Pİ-də videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan tünd göy rəngli idman gödəkçəsinin sol içəri cibində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmiş, həmin selofan torbaya baxdıqda orada içərisində ağ rəngli sellofana bükülmüş spesifik iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə olan "marixuana" ya bənzər bitki kütləsi görünmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir neçə saat əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsə 50 manat verərək şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirməsini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə xüsusi qaydada qablaşdırılmış və ekspertiza tədiqatına təqdim edilməsi üçün AR ƏN-nin MEM-nə göndərilmişdir. Daha sonra şəxsi axtarış keçirlməsi haqqında protokol tərtib edilmiş onlara ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 10.10.2021-cu il tarixli protokoldan görünür ki, 10.10.2021-ci il tarixdə, saat 15:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.(i.v 16) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 12.10.2021-ci il tarixli qərardan görünür ki, 12.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 54-55) 21.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmış, 28.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verildiyi üçün iş üzrə icraat həmin tarixdə təzələnmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınaraq MSY-dən azad edilmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokolun əks olunduğu 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(i.v 105-108) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 26.11.2021-ci il tarixli, 4724 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 92-93) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 83) Cinayət işi üzrə təyin edilmiş məhkəmə–bioloji ekspertizasının 11.10.2021-ci il tarixli, 7/1039 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazılar və imza olan kağız paketdəki ağız hissəsi bağlanan 1 ədəd polietilen paketdə təmin çəkisi 40,326 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Qeyd : marixuana təmiz çəkisi -40,326 qram, tədqiqata sərf edilən miqdar -0,02 qr, qalıq 40,306 qram).(i.v 31-33) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 11.10.2021-ci il tarixli ekspertiza təqdiqatından sonra qalıq qalmış 40,306 qram çəkidə narkotik vasitə olan marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanmasından ötrü saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 10.10.2021-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar ərazisi, Sumqayıt City yaşayış kompleksinin qarşısında Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşları tərəfindən 10.10.2021-ci il tarixdə, saat 15:45-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektrkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 16:30-da Pİ-də xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs Məmmədhsüeyn oğluna üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli idman gödəkçəsinin sol içəri cibində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılmış, torbanın içərisində ağ rəngli sellofana bükülmüş spesifik iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bitki ketləsinin nəşə olduğunu bildirmişdir. Aşkar olunmuş bitki kütləsini həmin gün təxminən 2 saat qabaq Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin şəffaf sellofan ilə birlikdə çəkisinin 42,79 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v 22-23) “Diskə baxış keçirilməsi haqqında” 28.11.2021-ci il tarixli protokoldan və bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxsn şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 42,79 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşıyaraq üzərində saxlaması təsdiqini tapmışdır.(i.v 81-82) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 03.08.2013-cü il təvəllüldü X7 oğlu və 17.12.2016-cı il təvəllüdlü X4 adlı 2 azyaşlı uşağı vardır. (i.v 100-101) İş materiallarında olan 7 saylı MKS-nın xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Məmmədhsüeyn oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 102) Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2 azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 40,306 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlanıldığı cəmi 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2-nı tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat, qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 40,306 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №1(060)-328/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-328/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver