Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-329/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri əldə etmiş, saxlamış, daşımış, habelə qanunsuz olaraq soyuq silahı əldə etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istifadəyə yararlı olan 1 ədəd “1541861” nömrəli 5.45 çaplı “AK 74” markalı hərbi təyinatlı yivli odlu silah, 1 ədəd “Y000348” nömrəli 12 mm çaplı hamarlüləli odlu silah, 1 ədəd “KC64135” nömrəli, çaxmaqlı hamarlüləli silah, 1 ədəd “87654321” nömrəli siqnal tapança (sandıqçası ilə birlikdə), 1 ədəd qələm formalı atıcı silah, 1 ədəd kustar üsulla hazırlanmış tapançaya məxsus dəmir konstruksiyalı silah, 1 ədəd fişəng, 4 ədəd hərbi təyinatlı döyüş sursatı və partlayıcı maddə hesab edilən “F1” tipli əl qumbarasının gövdəsi, 4 ədəd əl qumbarasının universal alışdırıcısı, 9 ədəd hərbi təyinatlı 7.62x25 mm kalibrli tapança patronu, 19 ədəd 9x18 mm kalibrli hərbi təyinatlı patronlar, 23 ədəd 12 mm kalibrli hamarlüləli ov tüfənglərindən atəş açmaq üçün nəzərdə tutulan patronlar, 1134 ədəd 5.45x39 mm kalibrli hərbi təyinatlı avtomat patronu, 141 ədəd kiçik çaplı siqnal tapançası üçün nəzərdə tutulan patronlar, 1 ədəd 7.62x54 mm kalibrli hərbi təyinatlı patron, 3 ədəd avtomat silah sandıqçaları, 1 (bir) ədəd tapança sandıqçası və soyuq silah hesab edilən 5 ədəd bıçaq və 1 ədəd qılıncı əldə edib, daşıyaraq yaşadığı Sumqayıt şəhəri, X6 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 81 ünvanında 10 dekabr 2021-ci il tarixədək saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0.69 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki satış məqsədi olmadan yaşadığı Sumqayıt şəhəri, X6 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 81 ünvanında saxlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1, 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, evlidir, 2012-ci ildə X7 ilə ailə həyatı qurmuş, bu nikahdan 5 övladları vardır. Ailəsi ilə birlikdə yaşayır. Dini ibadət edərək namaz qılır. X2 birgə yaşadıqları həyət evində narkotik vasitələri əkdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək 2006-2013-cü illərdə azadlıqdan məhrum edilmiş, azadlığa buraxıldıqdan bir il sonra, yəni 2014-cü ildə yaşadıqları həyət evində özünü asaraq intihar etmişdir. Atası bundan əvvəl də eyni səbəbdən bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum edilmişdir. Yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilərək götürülmüş silahlar və döyüş sursatının heç də hamısı ona məxsus deyildir. Yaşadığı evin birinci mərtəbəsində saxladığı və divarda olan ov silahı babasından qalmışdır. Uzun müddətdir ki, həmin divardan asılı imiş və o, da bəzən ova gedən zaman ondan istifadə edirmiş. Həmin silahın güllələrini isə yaxınlıqda olan rəfdə saxlayırmış. 10 dekabr 2021-ci il tarixdə DTX əməkdaşları hal şahidlərinin iştirakı ilə məhkəmə qərarı əsasında yaşadığı evə gələrək baxış keçirmiş, hüquq və vəzifələrini izah etmişlər. Yaşadığı evə DTX əməkdaşları onun iştirakı ilə baxış keçirən zaman yaşadığı evdə yalnız tüfəng və qılınc aşkar edilmişdir, digər əşyalardan və narkotik vasitələrdən xəbəri yoxdur, ona məxsus deyildirlər, inun evində həmin əşyalar olmamışdır, əməliyyatçılar tərəfindən gətirilmişdir. Etdiyi əməldən peşmandır, ailəlidir, 5 uşağı var, əhkəmədən bunları nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilərək götürülmüş silahlar və döyüş sursatı ona məxsusdur. Yaşadığı evin birinci mərtəbəsində saxladığı və divarda olan ov silahı babasından qalmışdır. Uzun müddətdir ki, həmin divardan asılı imiş və o bəzən ova gedən zaman ondan istifadə edirmiş. Həmin silahın güllələrini isə yaxınlıqda olan rəfdə saxlayırmış. Həmçinin yaşadığı evdən aşkar edilmiş silah-sursatı özü yaşadığı evdə saxlamışdır. Yaşadığı qəsəbədə atası “kriminal” şəxs, özü isə “kriminal” şəxsin övladı kimi tanınırmış. Atası narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmuş və dəfələrlə həbs edilmişdir. Həmçinin qanunsuz silah saxladığına görə də həbs edilmişdir. Atası rəhmətə gedəndən sonra ətrafında olan insanlar arasında seçilmişdir. Bu isə atasının “kriminal” şəxs kimi tanınması olmuşdur. Ətrafında olan şəxslər arasında olan kiçik mübahisələrin isə həllində onlara köməklik etmişdir. Aşkar edilən silahlar da atası sağ olandan yaşadığı evdə var imiş. Atası rəhmətə gedəndən sonra isə aşkar olunan silahları yaşadığı evdə saxlamışdır. Silahları atasının kimdən almasını bilmir. 10 dekabr 2021-ci il tarixdə DTX əməkdaşları hal şahidlərinin iştirakı ilə məhkəmə qərarı əsasında yaşadığı evə gələrək baxış keçirmiş, hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra yaşadığı evə DTX əməkdaşları onun iştirakı ilə baxış keçirən zaman yaşadığı evdə gizlətdiyi atasından qalmış bir ədəd avtomat silahı, dörd ədəd F1 əl qumbarası, çoxlu sayda avtomat güllələri və digər partlayıcılar, çoxlu sayda soyuq silah, həmçinin iki ədəd balaca bükümdə narkotik vasitəyə oxşar maddə aşkar edərək götürmüşlər. Götürülmüş silah-sursat və narkotik vasitə qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib olunduqdan sonra o və iki nəfər hal şahidi protokola imza atmışlar. Evindən aşkar edilmiş silah-sursatı evində gizlədərək saxlamaqda heç bir məqsədi olmamış, sadəcə atası əvvəllər saxlamış, atası rəhmətə gedəndən sonra isə özü saxlamışdır. Silah-sursatdan hər-hansı bir yerdə istifadə etmək və ya hər hansı şəxsə qarşı istifadə etmək kimi məqsədi olmamış və belə bir planı da yox imiş. Ailə üzvlərindən heç kimin silah-sursatdan və narkotikdən xəbəri olmamış, həmin silah-sursatın və narkotikin evdə gizlədilməsini ailə üzvləri bilməmişdir. Silah-sursatdan hər hansı cinayətin törədilməsində və ümumiyyətlə nə vaxtsa istifadə etməmiş, silahları hüquq mühafizə orqanlarına tutulmasından qorxduğu üçün təhvil verməmişdir. Evdə aşkar olunan silah-sursatdan və narkotik vasitədən başqa heç bir yerdə silah və narkotik vasitə gizlətmir və kimdəsə olmasından xəbəri yoxdur. Əlinin sözlərinə görə evdən aşkar edilərək götürülmüş narkotik vasitə atasından qalmışdır. O, özü narkotik vasitələrin aludəçisi deyildir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, 10 dekabr 2021-ci il tarixdə səhər saatlarında işlədiyi qəsəbədə olan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini ona təklif etmiş, o, da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı fərdi həyət evində keçirilmiş baxışda iştirak etmişdir. Baxışda ondan başqa Şahid2 Əmrulla oğlu adlı şəxs də hal şahidi kimi iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona və digər hal şahidi Şahid2, eləcə də Təqsirləndirilən şəxs elan etmişdir. O, eləcə də sadaladığı iştirak edən şəxslər qeyd edilən qərarla tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı malik olduqları hüquq və vəzifələri onlara izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi həyət evində yerləşən evindən qanunla dövriyyəsi məhdudlaşdırılan və ya qadağan olunan əşyalar barədə məlumat vermək təklif olunmuşdur. Təqsirləndirilən şəxs da evdə odlu və soyuq silaha bənzər predmetlərin və narkotik maddəyə bənzər maddənin olduğunu bildirmişdir. Bundan sonra evə baxış keçirilən zaman evdən bir ədəd “AK74” markalı avtomat, bir ədəd ov tüfəngi, bir ədəd qələm formalı atıcı silah, bir ədəd fişəng, bir ədəd siqnal tapançası, 4 ədəd “F1” əl qumbarasının gövdəsi, çoxlu sayda tapança və avtomat güllələri, altı ədəd avtomat sandıqçası, beş ədəd bıçaq, bir ədəd qılınc və iki ədəd sellofan parçasına bükülmüş spesifik qoxuya malik tünd qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə aşkar edilmişdir. Qeyd olunan əşyalar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakı ilə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olunmuş, o və digər hal şahidi, habelə iştirak edən şəxslər həmin protokolu oxuyub orada yazılanların düzgünlüyünə əmin olduqdan sonra həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da şahid Mənsur Cvadovun göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-2799/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 6 ay ərzində telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanalları və digər rabitə kanallarından məlumatların çıxarılması, binaya, o cümlədən yaşayış yeri, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə, nəqliyyat vasitələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi və insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmışdır.(i.v 14) İş materiallarında olan “Baxış haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yaşayış ünvanı 2 mərtəbəli özütikili evdən və həyətyanı sahədən ibarətdir. Evin birinci mərtəbəsi 1 dəhliz, 1 saxlanc otağı, 1 qonaq otağı və 2 yataq otağından ibarətdir. Birinci mərtəbədə yerləşən qonaq otağına daxil olduqda sol istiqamətdə olan yataq otağındakı divardan 1 ədəd qoşa lüləli tüfəng qundaq hissələrində “Baikal” sözü qeyd edilmiş qundaq hissəsi və lülənin altı tünd rəngli mebel taxtası ilə istifadə olunub, otaqda olan daxili ev pəncərəsinin üzərindən “Zuber” markalı 70 mm ölçülü 22 ədəd patron, 38X72 mm ölçülü 14 ədəd patronlar, 38X50 mm ölçülü 9 ədəd patronlar, 1 ədəd kustar üsulla hazırlanmış odlu silaha bənzər metal əşya, 74X188 mm ölçülü 1 ədəd patron, 1 ədəd istifadə olunmuş patrona bənzər maddə, 1 ədəd hədiyyə qabının içərisində 2 ədəd qara rəngli sellofan torbada narkotik vasitə baxış keçirilən otaqdakı sandığın içərisindən 1 tərəfi itilənmiş 4 ədəd və 2 tərəfi itilənmiş 1 ədəd metal bıçaqlar, eyni zamanda 1 ədəd bir tərəfi itilənmiş xəncərə bənzər metal əşya, 1 ədəd altına 85, 16 rəqəmləri qeyd olunmuş, istifadə olunmuş patrona bənzər əşya, 1 ədəd içinə patron yığmaq üçün istifadə olunan bel kəməri, 1 ədəd silah təmizlənməsi üçün istifadə olunan metal əşya, 1 ədəd 8 yerlik maqazin və içərisində 5 ədəd qızılı rəngli metallar, 1 ədəd üzərinə 1-dən 8-ə qədər rəqəmlər qeyd olunmuş və tutacağında “JY SPL 01” hərfləri qeyd olunmuş silaha bənzər əşya aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefon aparatını və özünə məxsus ******** seriyalı şəxsiyyət vəsiqəsini könüllü təqdim etmişdir. Baxış keçirilən mənzilin ikinci mərtəbəsində sol istiqamətdə olan çöl qapıdan daxil olduqda 1 dəhliz, 1 qonaq otağı və 1 yataq otağından ibarətdir. 2-ci mərtəbədə olan yataq otağındakı yataq dəstinin altından 1 ədəd üzərində ******* nömrəli AK-74 silahı, həmin silaha məxsus 3 ədəd maqazin, 5X45 mm ölçülü patronlar, 1 ədəd tutacağı mebel rəngli olan silaha bənzər əşya, 4 ədəd “21ZRQM” əl qumbarasının alışdırıcısı və 4 ədəd əl qumbarasına bənzər metal əşya, 1 ədəd sellofanın içərisində qab gövdəsi, 1 ədəd qələmə bənzər içərisinə patron qoyula bilən silah, altına 50X30 rəqəmləri qeyd olunmuş 14 ədəd patron, 1 ədəd tapança maqazini və içərisində 5 ədəd patron, 1 ədəd metal qabın içərisində 5X45 mm ölçülü patronlar, 1 ədəd kiçik ölçülü yaddaş qurğusu, 2 ədəd döyüş sursatına bənzər metal əşya aşkar olunaraq götürülmüşdür.(i.v 15-18) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Arayış №20-dən görünür ki, tədqiqata təqdim edilən təmiz çəkisi 0,69 qram, qalıq çəkisi 0,64 qram olan qəhvəyi rəngli maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmışnarkotik vasitə tiryəkdir.(i.v 25) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Arayış №21-dən görünür ki, əməliyyataxtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd “1541861” nömrəli 5.45 mm çaplı “AK74” markalı avtomatt hərbi təyinatlı yivli-odlu silahdır və təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd “У00348” nömrəli, 12 mm çaplı ov tüfəngi hamarlüləli odlu silahdır və təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd “KC64135” nömrəli, çaxmaqlı hamarlüləli silahın təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd “87654321” nömrəli siqnal tapançasının (sandıqçası ilə birlikdə) təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd qələm formalı atıcı silahın təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd kustar üsulla hazırlanmış tapançaya məxsus dəmir konstruksiya istifadəyə yararsızdır. 1 ədəd fişəngin təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 4 ədəd “F1” tipli əl qumbarasının gövdəsi hərbi təyinatlı döyüş sursatlarıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 4 ədəd əl qumbarasının universal alışdırıcısı hərbi təyinatlı, 9 ədəd 7.62X25 mm kalibrli tapança patronu hərbi təyinatlı döyüş sursatlarıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 19 ədəd 9X18 mm kalibrli tapança patronu hərbi təyinatlı döyüş sursatlarıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 14 ədəd 7.62 mm kalibrli revolver patronu hərbi təyinatlı döyüş sursatlarıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 23 ədəd 12 mm kalibrli, hamarlüləli ov tüfənglərindən atəş açmaq üçün nəzərdə tutulmuş patronların təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 1156 ədəd 5.45X39 mm kalibrli avtomat patronu hərbi təyinatlı döyüş sursatlarıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 141 ədəd kiçik çaplı siqnal tapançası üçün nəzərdə tutulmuş patronun təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 1 ədəd 7.62X54 kalibrli, hərbi təyinatlı patron istifadəyə yararsızdır. 1 ədəd tapança sandıqçası təyinatı üzrə istifadəyə yararlıdır. 3 ədəd avtomat silah sandıqçası təyinatları üzrə istifadəyə yararlıdırlar. 5 ədəd bıçaq və 1 ədəd qılınc formalı əşya kəsici-deşici soyuq silahlardır.(i.v 26-29) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Arayış №22-dən görünür ki, əməliyyataxtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd zavod nömrəsi silinmiş, 7.62 mm çaplı “AK47” markalı avtomat hərbi təyinatlı yivli-odlu silahdır və təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd “751NY59345” nömrəli, 12 mm çaplı, “Brovning” markalı ov tüfəngi hamarlüləli odlu silahdır və təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd “7155197” nömrəli, 12 mm çaplı, “Churchill” markalı ov tüfəngi hamarlüləli odlu silahdır və təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 1 ədəd “ЛИС 101899» nömrəli, 8 mm çaplı «ИЖ74» markalı tapança hərbi təyinatlıyivli-odlu silahdır və təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 76 ədəd 9X18 mm kalibrli tapança patronu hərbi təyinatlı döyüş sursatıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 15 ədəd 5.45X18 mm kalibrli tapança patronu hərbi təyinatlı döyüş sursatlarıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 208 ədəd 7.62X39 mm kalibrli avtomat patronu hərbi təyinatlı döyüş sursatlarıdır və təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 6 ədəd 12 mm kalibrli hamarlüləli ov tüfənglərindən atəş açmaq üçün nəzərdə tutulmuş pnevmatik patronun təyinatı üzrə istifadəyə yararlı olması ehtimal olunur. 17 ədəd 12 mm kalibrli hamarlüləli ov tüfənglərindən atəş açmaq üçün nəzərdə tutulmuş patronun təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 2 ədəd 20 mm kalibrli, hamarlüləli ov tüfənglərindən atəş açmaq üçün nəzərdə tutulmuş patronun təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 1 ədəd 12 mm kalibrli hamarlüləli ov tüfənglərindən atış açnaq üçün nəzərdə tutulmuş patronun təyinatları üzrə istifadəyə yararlı olmaları ehtimal olunur. 1 ədəd süngü-bıçaq kəsici-deşici soyuq silahdır. 6 ədəd avtomat silah sandıqçası təyinatları üzrə istifadəyə yararlıdırlar.(i.v 30-32) İş materiallarında olan “Tutulma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur.(i.v 44) İş materiallarında olan DTX-nin AUBİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 58) İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-530/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 82-84) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5160 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v 145-146) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 3008 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu müəyyən edilir, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir.(i.v 149-151) İş materiallarında olan “Əşya və sənədlərə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10s” markalı, iki sim kartlı telefon işlək vəziyyətə gətirildikdən sonra İMEİ kodları 3539xx/xx/331201/6, 3580xx/xx/331201/6 olan telefonda Azerfon mobil operatoruna məxsus ***-***-**-** nömrəli 1 ədəd sim kartın olması müəyyən edilmişdir. Telefonun qovluqlarına keçirilmiş baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir.(i.v 153) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5515 saylı, xx.xx.2021ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 0.64 qram olan maddə (ekspert tədqiqatına 0,1 qram sərf edilmişdir) qalıq çəkisi 0.54 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir.(i.v 155-159) İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanasının 1957 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2018-ci il tarixdə SHXÇDX-nin Sumqayıt Şəhər İdarəsinin xx.xx.2018-ci il tarixli, 4/195 nömrəli göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya atasionar müayinəyə qəbul olunub. xx.xx.2018-ci il tarixdə Hərbi Həkim Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz:mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət dəyişikliyi, psixotik daxil olmalarla.(i.v 164) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq təmiz halda çəkisi 0,54 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək saxlanması üçün DTX-nin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir.(i.v 162-163) İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx/xx-14568 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur.(i.v 167) İş materiallarında olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbə İƏDN-nin 46 saylı, xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 171) İş materiallarında olan “Doğum haqqında akt qeydlərindən” görünür ki, Təqsirləndirilən şəxs 5 uşağı (xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X5) vardır.(i.v 172-176) İş materiallarında olan DTX-nin Əlahiddə Alayının 29/23 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının qeydiyyatında ******* №-li 5.45 mm çaplı AK-74 markalı avtomat silahı yoxdur.(i.v 183) İş materiallarında olan DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinin 0xx-xx-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 5.45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74 markalı, ******* nömrəli avtomat silahı və 8 mm kalibrli, “ЛИС 101899» nömrəli, «ИЖ74» markalı tapança silahı Baş İdarənin hesabında olan silahların qeydiyyatında keçmir.(i.v 185) İş materiallarında olan FHN-nin X11 İdarəsinin xx/xx-00007 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Fövəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlarda 5.45 mm çaplı AK-74 markalı avtomat və “ЛИС 101899» nömrəli, 8 mm çaplı «ИЖ74» markalı tapança silahları qeydiyyatda yoxdur.(i.v 186) İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 3/2064,2065,2074 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş bir ədəd avtomat silah – 1981-ci ildə, keçmiş SSRİ-də (Rusiyada) İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5.45 mm kalibrli, “AK74” markalı, ******* nömrəli avtomat silahdır, zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir – yivli odlu avtomatik döyüş silahıdır, çiyinə keçirmək üçün kəməri və nişangah plankası yerində yoxdur, lakin funksional əhəmiyyət dasımayan komplekt hissə olduqları üçün, onların olmaması ilə silahın təyinatında dəyişiklik yaranmamışdır, həmin silah saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd tüfəng – 1962-ci ildə keçmiş SSRİ-də (Rusiyada) İjevsk mexaniki zavodunda istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, “Иж - 58” modelli, У00348 nömrəli, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir, zavod işarələrində pozuntu əlavə və ya dəyişiklik edilməmişdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng – keçmiş SSRİ-də (Rusiyada) İjevsk mexaniki zavodunda istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “Иж - 17” modelli, KC64135 nömrəli, xarici çaxmaqlı, təklükəli odlu ov tüfənginin kəsiyidir, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq olkin təyinatı dəyişdirilmişdir –odlu silah hesab edilir, lakin üzərindəki istehsal tarixinə dair müvafiq işarı (yazı) istismar prosesində dərin sürtülüb pozulduğuna görə, həmion silahın nə vaxt hazırlandığını və eləcə də pozulmuş işarələrin mətnini bərpa edib müəyyənləşdirmək mümkün deyildir, həmin silah saz vəziyyətdədir və atəşç açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd revolver formalı qurğu–çərçivə hissəsi zavod üsulu ilə hazırlanan, xarici çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfənginin çaxmaq və vurucuburaxıcı mexanizminin yığıldığı qəlib hissəsinin önünə müvafiq birləşdirici detallar və boru parçasından hazırlanmış yivsiz lülə bərkidilməklə, pistonu mərkəzdən alışan patronlardan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulan, lüləsi açılıb-bağlanan revolverlərin konstruksiyasına uyğunlaşdırılaraq kustar üsulla hazırlanmış qurğudur, odlu silahların konstruksiyasında funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulan vurucu-buraxıcı mexanizmin detalları – vurucu iynəsi, bağlayıcı mexanizm, eləcə də möhkəm tutmaqla istiqamətlənmiş atəş açmaq üçün nəzərdə tutulan dəstəyi və vurucuburaxıcı mexanizmini örtən üzlükləri, tətik bəndi, habelə bir sıra detalları olmadığına görə, ondan atəş açmaq mümkün deyildir – odlu silah hesab edilmir, üzərində zavod işarəsi yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd siqnal tapançası formalı qurğu – 1951-ci ildə keçmiş SSRİ-də (Rusiyada) İjevsk mexaniki zavodunda istehsal edilmiş, “İJ SPL 01” modelli, L2618 B nömrəli yay təziqi iş prinsipinə malik olan, mərmi atıcı və zədə yetirici xassəyə malik olmayan, səs – işarəverici xassəli, “Б” tipli darağa doldurulmaqla yandan alışan 5.6 mm kalibrli patronlardan və ya “Ц” tipli darağa doldurulmaqla mərkəzdən alışan “JEVELO” tipli pistonlardan istifadə edilməklə atəş açmaq üçün nəzərdə tutulmuş, idman – məşq təyinatlı siqnal tapançasıdır, üzərindəki zavod işarələrində pozuntu, əlavə və dəyişiklik edilməmişdir – odlu silah hesab edilmir, saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd qələm formalı qurğu – zavod üsulu ilə hazırlanmış, 15mm kalibrli, ovçuluqda və turizmdə istifadə olunan, işıq işarəverici və xəbərdar edici patronları atmaq üçün nəzərdə tutulmuş fişəng atan qurğudur – odlu silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır, lakin üzərində zavod işarələri, o cümlədən istehsal yerinə və tarixinə dair müvafiq yazı (işarə) olmadığına görə onun harada və nə vaxt hazırlandığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş dörd ədəd qumbara gövdəsi və dörd ədəd qumbara partladıcısından: a) dörd ədəd qumbara gövdəsi – zavod üsulu ilə hazırlanmış, qəlpəli “Ф-1” əl qumbaralarının gövdə hissələridirlər, b) dörd ədəd partladıcılar isə - “Ф-1”, РГД – 5, РГ – 42 markalı qəlpəli əl qumbaralarının partladılmasında funksional əhəmiyyət daşıyan komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, УЗРГМ markalı qumbara partladıcılarıdırlar və təqdim edilmiş dörd ədəd “Ф-1” markalı qumbara gövdələrinin hər hansı birinə, komplekt hissələrini təşkil edən, təqdim edilmiş dörd ədəd УЗРГМ partladıcılarının hər hansı birini bağladıqda, döyüş sursatı hesab olunan dörd ədəd “Ф-1” markalı qəlpəli əl qumbaralarını təşkil edirlər, lakin bu tip qumbaraların üzərində istehsalçı tərəfindən seriya – nömrə həkk olunmur, qumbara gövdələrinin üzərindəki pozulmuş işarələrin mətnini bərpa edib müəyyənləşdirmək mümkün deyildir, partladıcılardakı zavod işarələrində isə pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir. Həmin dörd ədəd qumbara gövdəsinin bir ədədinin (səthi qara rəngdə olan) daxilində partlayıcı maddə olmadığına görə, həmin qumbara gövdəsi hal-hazırda təyinatı üzrə istifadəyə partlayışa yararsızdır, qumbara gövdələrinin üç ədədi və dörd ədəd qumbara partladıcıları isə təyinatları üzrə istifadəyə - partlayışa yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1134 (bir min yüz otuz dörd) ədəd 5.45x39 mm kalibrli patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, AKC-74У”) markalı avtomat silahlarda, “РПК-74” (РПКС-74) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərlərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir – döyüş sursatlarıdırlar və təyinatları üzrə istifadəyə atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 19 (on doqquz) ədəd 9x18 mm kalibrli patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“ПМ”), “ПА-63”, “П64”, “РК59”, “П61” konstruksiyalı tapançalarda, “Стечкин” (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərlərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir – döyüş sursatlarıdırlar və təyinatları üzrə istifadəyə - atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd 7.62x25 mm kalibrli patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 7.62x25 mm kalibrli olmaqla, həmin kalibrə malik, 1930/33-cü illər nümunəli, “TT – Тулъский Токарева” konstruksiyalı tapançalarda, ”ППШ”, “ППД”, “ППС” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərlərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir – döyüş sursatlarıdırlar və təyinatları üzrə istifadəyə - atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 14 (on dörd) ədəd 7.62x38 mm kalibrli patronlar – zavod üsulu ilə hazırlanmış pistonları mərkəzdən alışan, 7.62x38 mm kalibrli olmaqla, həmin kalibrə malik olan, “Naqan” sistemli, 1895-ci il nümunəli, 1930-cu il modelli revolverlərdə, habelə “Piper” sistemli revolverlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərilərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir – döyüş sursatlarıdırlar və təyinatları üzrə istifadəyə atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 23 (iyirmi üç) ədəd ov silahı patronları – zavod üsulu ilə hazırlanmış, 22 ədədi 12 kalibrli, 1 ədədi 16 kalibrli olmaqla həmin kalibrə malik olan, patronluqlarının uzunluğu 70 mm olan yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərilərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir. Təyinatları üzrə istifadəyə - atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 7.62x54 mm kalibrli patron – zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 1908-ci il nümunəli, 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik olan, 1891/30-cu il nümunəli, “Мосин” sistemli tüfəngdə, 1931-ci il nümunəli və “Драгунов” (СВД) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Симонов” tüfəngində 1938-ci (“CBT-38”) və 1940-cı (“CBT-40”) illər nümunəli özüdolduran “Токарев” sistemli tüfənglərdə, 1938-ci və 1944-cü illər nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə “Дектярев” (“ДП-24”, “ДТ”, “ДТМ”) sistemli, “Максим”, “Горюнов” (“СГ-43”, “СГМ”, “СГМТ”) dəzgahlı pulemyotlarda, rota pulemyotunda (“РП-46”), “Калашников” (“ПК”, “ПКМ”, “ПКТ”, “ПКС”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun hissələridir – gilizi və gülləsidir, üzərilərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir, daxilində barıt atımı olmadığı və gülləsi çıxarılaraq hermetikliyi pozulduğu üçün, hal-hazırkı vəziyyətində təyinatı üzrə istifadəyə - atəşə yararsızdır. Tədqiqata təqdim edilmiş 141 (yüz qırx bir) ədəd piston – zavod üsulu ilə hazırlanmış, yivsiz odlu silahların patronlarının barıt atımının alışdırılması üçün atəş komponenti kimi istifadə olunma və eləcə də “İJ SPL 01” və digər müvafiq modelli siqnal tapançalarında səs-işarəverici məqsədlə istifadə edilmək üçün nəzərdə tutulmuş, mərkəzdən alışan, “Jevelo” tipli pistonlardırlar, üzərilərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir, döyüş sursatı hesab edilmirlər və təyinatları üzrə istifadəyə - atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd fişəng patronu zavod üsulu ilə hazırlanmış, hərbi işlərdə gecə və gündüz şəraitində işıqlandırma – işarə vermə yolu ilə bölmələrin əlaqəsini qurmaq məqsədi ilə istifadə edilmək üçün nəzərdə tutulmuş, 30 mm, “РСП” markalı, qırmızı rəngli reaktiv – çoxulduzlu işıqlandırıcı fişəng patronudur, üzərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir, döyüş sursatı və ya partlayıcı qurğu hesab edilmir və təyinatları üzrə istifadəyə yararlıdır, lakin bu tip fişəng patronlarının üzərində istehsalçı tərəfindən seriya – nömrə həkk olunmur. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd avtomat silahı sandıqçaları - “Калашников” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74У”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, zavod üsulu ilə hazırlanmış 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan sandıqçalardırlar, üzərlərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir, və təyinatları üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapança sandıqçası - “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 (səkkiz) ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır, , üzərindəki zavod işarələrində pozuntu, əlavə və ya dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qılınc formalı predmet – bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan və çapıcı-deşici-kəsici xassəli qılıncların konstruksiyasında, kustar üsulla hazırlanmışdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd bımaq formalı predmetlərdən: “1” rəqəmi ilə işarələnmiş bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. “2” rəqəmi ilə işarələnmiş bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. “3 rəqəmi ilə işarələnmiş bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, bağçılıqda və tingçilikdə istifadə edilən, təsərrüfat-məişət təyinatlı bıçaqdır və soyuq silah hesab edilmir. “4” rəqəmi ilə işarələnmiş xəncər formalı predmet – kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir və soyuq silah hesab edilir. “5” rəqəmi ilə işarələnmiş bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, tiyəsinin ucluq hissəsi kiçik ölçüdə sınmışdır, lakin tiyəsinin ucunun sınması ilə onun xassələrində əhəmiyyətli dəyişiklik yaranmamışdır – soyuq silah hesab edilmir. Eksperimental atəşlərdə istifadə olunmuşdur: 3 (üç) ədəd 5,45x39mm kalibrli, 2 (iki) ədəd 12 kalibrli, 1 (bir) ədəd 16 kalibrli və 1 (bir) ədəd piston.(i.v 187-202) İş materiallarında olan DİN-nin Daxili Qoşunlarının 3xx-xx-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ******* nömrəli 5.45 mm AK-74 markalı avtomat silahı Daxili Qoşunlara məxsus deyil.(i.v 204) İş materiallarında olan Azərbaycan Respublikası MN-nin 2/247 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ******* zavod nömrəli, 5.45 mm-lik AK-74 markalı Kalaşnikov avtomatı 18 yanvar 2022-ci il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir.(i.v 205) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin K/9/77 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 8 mm kalibrli, “ЛИС 101899» nömrəli, «ИЖ74» markalı tapança və 5.45 mm AK-74 markalı ******* nömrəli avtomat silahı Dövlət Sərhəd Xidmətinin qeydiyyatında mövcud deyildir.(i.v206) İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 011-1108-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 5.45 mm kalibrli, ******* nömrəli AK- 74 modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin güllə-giliz kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir.(i.v 207) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş bir ədəd Kalaşnikov konstruksiyalı, 5.45 mm kalibrli, AK-74 markalı, ******* nömrəli avtomat silah, bir ədəd lüləsi və qundağı kəsilmiş «ИЖ74» modelli, KC64135 nömrəli tüfəng, dörd ədəd qumbara gövdəsi və dörd ədəd qumbara partladıcısı, 1131 ədəd 5.45X39 mm kalibrli patronlar, 19 ədəd 9X18 mm kalibrli patronlar, 9 ədəd 7.62X25 mm kalibrli patronlar, 14 ədəd 7.62X38 mm kalibrli patronlar, 3 ədəd avtomat silahı sandıqçaları, 1 ədəd tapança sandıqçası, 1 ədəd qılınc formalı predmet, 1 rəqəmi ilə işarələnmiş bıçaq və 2 rəqəmi ilə işarələnmişbıçaq formalı predmetlər və 7 ədəd giliz saxlanması üçün DTX maddi texniki və sosial təminat idarəsinin silah-sursat anbarına təhvil verilmişdir.(i.v 209-213) İş materiallarında olan DTX-nin əks-kəşfiyyat baş idarəsinin 2/841 saylı, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmişəməliyyat tədbirləri zamanı onun onun İİR XXO əlaqələrinə dair məlumatlar daxil olmamışdır. Eyni zamanda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs iranmeyilli radikal şiədir, cinayətkar dairələr ilə əlaqəlidir, ətrafda “Əli Nasosnu” ləqəbi ilə tanınır, sosal şəbəkələrdə ABŞ, İsaril əleyhinə və şiə məzhəbinin təbliği istiqamətində paylaşımlar edir. ***-***-**-** saylı mobil nömrə istifadəsindədir. Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə İsrail dövlətinin Yaxın Şərqdə apardığı siyasətə etiraz olaraq İİR XXO tərəfindən maliyyələşdirilən və istiqamətləndirilən Azərbaycan İslam Patiyasının üzvlərinin İsrailin Azərbaycan Respublikasındakı səfirliyinin inzibati binasının qarşısında təşkil etdikləri icazəsiz aksiyada iştirak etmişdir. Həmin dövrdə günəmuzd əmək fəaliyyəti ilə məşğul olmuş Təqsirləndirilən şəxs AİP-nə üzvlüyü qeydə alınmamışdır. İlkin araşdırma zamanı onun 50-100 manat məbləği müqabilində həmin aksiyada iştiraka razılıq verdiyi məlum olmuşdur.(i.v 215) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, narkotik vasitə olan tiryəkin çəkisinin 0,54 qram olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüşbir ədəd Kalaşnikov konstruksiyalı, 5.45 mm kalibrli, AK-74 markalı, ******* nömrəli avtomat silah, bir ədəd lüləsi və qundağı kəsilmiş «ИЖ74» modelli, KC64135 nömrəli tüfəng, dörd ədəd qumbara gövdəsi və dörd ədəd qumbara partladıcısı, 1131 ədəd 5.45X39 mm kalibrli patronlar, 19 ədəd 9X18 mm kalibrli patronlar, 9 ədəd 7.62X25 mm kalibrli patronlar, 14 ədəd 7.62X38 mm kalibrli patronlar, 3 ədəd avtomat silahı sandıqçaları, 1 ədəd tapança sandıqçası, 1 ədəd qılınc formalı predmet, 1 rəqəmi ilə işarələnmiş bıçaq və 2 rəqəmi ilə işarələnmişbıçaq formalı predmetlər və 7 ədəd giliz saxlanması üçün DTX maddi texniki və sosial təminat idarəsinin silah-sursat anbarına təhvil verilmişdir. (i.v 216-227) İş materiallarında olan 098536 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 qrup ümumi əlildir.(i.v 31 İİ cild) Beləliklə, təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqı zamanı özünün qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ağır ailə vəziyyətini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə və 5 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cəzanın əvvəli 10 dekabr 2021-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 365 (üç yüz altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar-DTX-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,540 qram narkotik vasitə tiryək məhv edilməli, əməliyyat-axtarış tədbirini və telefon danışıqların özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Maddi sübutlar-saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına və Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki təminat idarəsinin silah-sursat anbarına təhvil verilmiş bir ədəd “Kalaşnikov” konstruksiyalı, 5.45 mm kalibrli, “AK74” markalı, ******* nömrəli avtomat silah, bir ədəd lüləsi və qundağı kəsilmiş “Иж - 17” modelli, KC64135 nömrəli tüfəng, dörd ədəd qumbara gövdəsi və dörd ədəd qumbara partladıcısı, 1131 (bir min yüz otuz dörd) ədəd 5.45x39 mm kalibrli patronlar, 19 (on doqquz) ədəd 9x18 mm kalibrli patronlar, 9 (doqquz) ədəd 7.62x25 mm kalibrli patronlar, 14 (on dörd) ədəd 7.62x38 mm kalibrli patronlar, 3 (üç) ədəd avtomat silahı sandıqçaları, 1 (bir) ədəd tapança sandıqçası müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 1 (bir) ədəd qılınc formalı predmet, 2 (iki) ədəd bıçaq və 7 ədəd giliz məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddələri ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 365 (üç yüz altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,54 qram narkotik vasitə tiryək məhv edilsin, əməliyyat-axtarış tədbirini və telefon danışıqların özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübutlar-saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına və Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki təminat idarəsinin silah-sursat anbarına təhvil verilmiş bir ədəd “Kalaşnikov” konstruksiyalı, 5.45 mm kalibrli, “AK74” markalı, ******* nömrəli avtomat silah, bir ədəd lüləsi və qundağı kəsilmiş “Иж - 17” modelli, KC64135 nömrəli tüfəng, dörd ədəd qumbara gövdəsi və dörd ədəd qumbara partladıcısı, 1131 (bir min yüz otuz dörd) ədəd 5.45x39 mm kalibrli patronlar, 19 (on doqquz) ədəd 9x18 mm kalibrli patronlar, 9 (doqquz) ədəd 7.62x25 mm kalibrli patronlar, 14 (on dörd) ədəd 7.62x38 mm kalibrli patronlar, 3 (üç) ədəd avtomat silahı sandıqçaları, 1 (bir) ədəd tapança sandıqçası müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 1 (bir) ədəd qılınc formalı predmet, 2 (iki) ədəd bıçaq və 7 ədəd giliz məhv edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-329/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-329/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver