Məhkəmə qərarları › İş №1(060)-33/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-33/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-33/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs4, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh - Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1998-ci ildə ünvan 8ində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, mahkumluğu olan, Abşeron rayonu, Fatmayı Ərazi Dairəsi, Fatmayı kəndi, D.Allahverdiyev küçəsi, ev 6-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 29, 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 2003-cü ildə ünvan 8ində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Fatmayı Ərazi Dairəsi, Fatmayı kəndi, C.Cavadov küçəsi, ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 29, 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 8ində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1995-ci ildə ünvan 8ində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 8ində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 02 fevral 2021-ci il tarixdə saat 02:00 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsinə gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən qeyd olunan küçədə yerləşən “Üçlər” marketin qarşısında quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 00729 saylı çöl ödəmə terminalının saxlanc yeri hesab olunan inkassasiya qapısının ilgəh hissəsini və daxili kilidini özləri ilə gətirdiyi iki ədəd dəmir parçası ilə sındırıb içərisində 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat nəğd pul olan 300 (üç yüz) manat dəyərindəki pul kasetini gizli yolla talayıb nəticədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 2177 (iki min yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 24 mart 2021-ci il tarixdə saat 03:00 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sumqayıt şəhəri, 2ci mikrorayon, C.Cabbarlı küçəsinə gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin küçədə quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 12034 saylı çöl ödəmə terminalının yaxınlığında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobili ilə yaxınlıqda onları gözləmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 gətirdiyi iki ədəd mantirofka ilə saxlanc yeri hesab olunan terminalı sındırıb içərisindəki 1045 (bir min qırx beş) manat pulu gizli yolla talamaq istəyərkən hadisə yerinə yaxınlaşmış Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfərləri Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 saxlaması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçaraq uzaqlaşması səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq oğurlamağa cəhd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 177.2.1; 177.2.3; 29, 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 02 fevral 2021-ci il tarixdə saat 02:00 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsinə gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən qeyd olunan küçədə yerləşən “Üçlər” marketin qarşısında quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 00729 saylı çöl ödəmə terminalının saxlanc yeri hesab olunan inkassasiya qapısının ilgəh hissəsini və daxili kilidini özləri ilə gətirdiyi iki ədəd dəmir parçası ilə sındırıb içərisində 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat nəğd pul olan 300 manat dəyərindəki pul kasetini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 2177 (iki min yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 24 mart 2021-ci il tarixdə saat 03:00 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sumqayıt şəhəri, 2ci mikrorayon, C.Cabbarlı küçəsinə gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin küçədə quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 12034 saylı çöl ödəmə terminalının yaxınlığında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobili ilə yaxınlıqda onları gözləmiş, o isə Təqsirləndirilən şəxs1la birgə Təqsirləndirilən şəxs2 gətirdiyi iki ədəd mantirofka ilə saxlanc yeri hesab olunan terminalı sındırıb içərisindəki 1045 (bir min qırx beş) manat pulu gizli yolla talamaq istəyərkən hadisə yerinə yaxınlaşmış Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfərləri Şahid2 və Şahid1 onu saxlaması nəticəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq oğurlamağa cəhd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 177.2.1; 177.2.3; 29, 177.2.1; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını talama məqsədilə 24 mart 2021-ci il tarixdə saat 03:00 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsinə gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən yaxınlıqda avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 həmin küçədə quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 12034 saylı çöl ödəmə terminalının yaxınlığında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1la birgə Təqsirləndirilən şəxs2 gətirdiyi iki ədəd mantirofka ilə saxlanc yeri hesab olunan terminalı sındırıb içərisindəki 1045 (bir min qırx beş) manat pulu gizli yolla talamaq istəyərkən polis əməkdaşlarının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 saxlaması nəticəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq oğurlamağa cəhd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs4 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə 24 mart 2021-ci il tarixdə saat 03:00 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sumqayıt şəhəri, 2ci mikrorayon, C.Cabbarlı küçəsinə gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin küçədə quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 12034 saylı çöl ödəmə terminalının yaxınlığında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobili ilə yaxınlıqda onları gözləmiş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs3 ilə birgə Təqsirləndirilən şəxs2 gətirdiyi iki ədəd mantirofka ilə saxlanc yeri hesab olunan terminalı sındırıb içərisindəki 1045 (bir min qırx beş) manat pulu gizli yolla talamaq istəyərkən hadisə yerinə yaxınlaşmış Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfərləri Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 saxlaması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçaraq uzaqlaşması nəticəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq oğurlamağa cəhd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir rəsmi yerdə işləmir, maddi durumu yerində olmadığından şəxsi problemlərini həll edə bilmədiyinə görə oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə 01 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində Biəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” adlı yerdə olan zaman tanışı Təqsirləndirilən şəxs3 ona zəng vuraraq ilk əvvəl harada olduğunu öyrənib onunla görüşmək istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs3 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” adlı yerin yaxınlığında olduğunu bildirdikdə Təqsirləndirilən şəxs3 ona onu gözləməyini demiş, o isə Təqsirləndirilən şəxs3 sözü ilə razılaşmışdır. Təqsirləndirilən şəxs3 özünə məxsus olan “Saipa Tiba” markalı **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə olduğu ünvana gəlmiş və onlar Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” adlı yerdə görüşmüşlər. Maşında olan zaman Təqsirləndirilən şəxs3 ona pul lazım olduğunu və ona oğurluq etməyi təklif etmiş, o isə Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşmışdır. Onlar birlikdə yola çıxmış, yolda olan zaman “Milli ön” aparatlarının birindən oğurluq etmək qərarına gəlmişlər. Bir qədər yol getdikdən sonra Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən adını xatırlamadığı dükanın yan tərəfində quraşdırılmış “Milli ön” aparatını görüb maşını ondan bir qədər kənarda saxlamışlar. Daha sonra isə Təqsirləndirilən şəxs3 ilə birlikdə maşından düşüb həmin aparatı sındırmaq üçün hərəsi maşında olan dəmir aləti götürüb dükan istiqamətində getmişdir. Belə ki, onlar ətrafda kimsənin olmadığına əmin olduqdan sonra vaxt itirməmək üçün Təqsirləndirilən şəxs3 ilə birlikdə “Milli ön” aparatının müxtəlif hissələrini əllərində olan dəmirlə kilidini sındırmağa başlamışlar. Təxminən 5-10 dəqiqə keçdikdən sonra onlar həmin aparatın kilidini sındırıb pul kasetini götürüb kimsənin onları görəcəyindən ehtiyat edərək maşına tərəf qaçaraq uzaqlaşmışlar. Maşında olan zaman pul kaseti onun əlində olmuşdur. Maşınla bir qədər irəli getdikdən sonra tanışı Təqsirləndirilən şəxs3 maşını saxlamış və pul kasetində olan pulu götürmək üçün onu sındırmışlar. Belə ki, pul kasetini sındırdıqdan sonra kasetin içində təxminən 1800 (bir min səkkiz yüz) manata yaxın pul olmuşdur. O, həmin pulu tanışı Təqsirləndirilən şəxs3 ilə yarı-yarıya öz aralarında bölüşdürükdən sonra oradan birlikdə yaşadıqları ünvana yollanmışlar. Təqsirləndirilən şəxs3 onu yaşadığı evə yola saldıqdan sonra oradan evə getmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. O, oğurluq hadisəsini ünvan 2 ünvanda yerləşən “Üçlər” marketin qarşısında “Milli ön” ödəniş terminalından 02.02.2021-ci il tarixdə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə törətmişdir. Oğurluq hadisəsi ilə bağlı əldə etdikləri pulları öz aralarında yarı-yarıya bölərək şəxs ehtiyaclarına xərcləmiş, həmin hadisə barəsində heç kimə məlumat verməmişdir. Onun təxminən 600-700 manat pula ehtiyacı olduğu oğurluq etmək qərarına gəlmiş, 22.03.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1la söhbət edərkən Sumqayıt şəhərində yerləşən çöl ödəmə terminallarından oğurluq etmək barədə razılaşmışlar. Çünki fikirləşmişdirlər ki, Sumqayıt şəhərində oğurluq etsələr gələcəkdə polis əməkdaşları tərəfindən tutulmazlar. Buna görə də, taksi sürücüsü Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhərinə gəlmişlər. Onlar əvvəlcə Təqsirləndirilən şəxs4 Sumqayıt şəhərində bir nəfər şəxslə görüşəcəklərini bildirmişlər. Sumqayıt şəhərində avtomobillə hərəkətdə olarkən Təqsirləndirilən şəxs1la birlikdə avtomobilin içərisindən çöl ödəmə terminallarına göz gəzdirir, eləcə də o, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən çöl ödəmə terminalına avtomobildən düşərək baxmışdır. Təqsirləndirilən şəxs4 onun çöl ödəmə terminalından oğurluq etmək istədiyini başa düşüb ondan bu barədə soruşduqda o, Təqsirləndirilən şəxs4 terminaldan oğurluq etmək istədiyini bildirmişdir. Sonra yenidən Fatmayı kəndinə qayıtmışlar. O, Təqsirləndirilən şəxs4 pulunun olmadığını, gediş haqqını ertəsi gün verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs4 onunla razılaşdıqdan sonra Təqsirləndirilən şəxs3 ilə görüşüb söhbət edərkən ona Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhərində yerləşən çöl ödəmə terminalından oğurluq etmək istədiklərini bildirib onlarla birgə oğurluq etmək istəyib-itəmədiyini soruşmuş və əldə etdikləri pulu bərabər şəkildə böləcəklərini bildirmiş, Təqsirləndirilən şəxs3 isə onunla razılaşmışdır. 23.03.2021-ci il tarixdə saat 23-24 radələrində çöl ödəmə terminalını sındırmaq üçün əvvəlcə yaşadığı evdən 2 ədəd təxminən 50 sm ölçüdə olan mantirofkaları gödəkçəsinin iç hissəsinə qoyub götürmüş, daha sonra Təqsirləndirilən şəxs3 ilə Fatmayı kəndində görüşmüşlər. Sonra Təqsirləndirilən şəxs4 “Whatsapp” sosial şəbəkəsində zəng vurub onları Sumqayıt şəhərinə aparmasını bildirmişdir. Təqsirləndirilən şəxs4 razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 da götürməsini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onların yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağında olmuş, o qabaq, Təqsirləndirilən şəxs3 isə arxa oturacaqda əyləşmişdir. Avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs4 Sumqayıt şəhərinə çöl ödəmə terminalından pul oğurlamaq üçün getdiklərini bildirib onları gözləyib yenidən geri qaytararsa oğurluq nəticəsində əldə etdikləri pulu dördünün arasında bərabər şəkildə böləcəklərini bildirmiş, Təqsirləndirilən şəxs4 isə onunla razılaşmışdır. O Təqsirləndirilən şəxs4 həmin vaxt gediş haqqı üçün pul verməmişdir. Onlar Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhərində olarkən Təqsirləndirilən şəxs4 2-ci mikrorayon ərazisində olan 22.03.2021-ci il tarixdə baxdığı çöl ödəmə terminalının yanına aparmasını bildirmişdir. Təqsirləndirilən şəxs4 onları həmin ünvana apardıqda 24.03.2021-ci il, saat 02:30 radələri olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşmüşdür. C.Cabbarlı küçəsində yerləşən çöl ödəmə terminalının yanına gedib terminalın yanında olarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 mantirofka ilə terminalı qırması, onun isə gözətçilik etməsi barədə aralarında razılaşmışlar. Buna görə də, üzərində olan 2 ədəd mantirofkanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 mantirofka ilə terminalı qırarkən o 3-5 metr kənarda həm ətrafa göz gəzdirmiş, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 baxmışdır. Saat 03:00 radələrində yanlarına patrul avtomobilinin yaxınlaşdığını görüb oradan Təqsirləndirilən şəxs1la o eyni istiqamətə, Təqsirləndirilən şəxs3 isə ayrı istiqamətə qaçmışdır. Sonra Təqsirləndirilən şəxs1la Sumqayıt şəhərindən piyada addımlarla yaşadıqları Fatmayı kəndinə getmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 terminalın içərisindən pul oğurlamaq üçün mantirofka ilə terminalı sındırarkən təxminən 3-5 metr kənarda dayanıb kimsə gəlsə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xəbər etmək üçün ətrafa göz gəzdirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 terminalın içərisində olan pul vəsaitini oğurlaya bilməmiş, belə ki, terminalın ön hissəsini sındırdıqdan sonra həmin əraziyə patrul avtomobili yaxınlaşdıqda qaçmağa başlamışlar. Onlar Sumqayıt şəhərində yerləşən terminaldan konkret olaraq hansı məbləğdə pul vəsaiti oğurlamağı əvvəlcədən danışmamışlar. Terminaldan pulu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğurlamağa cəhd etmişdir. Yəqin ki polis əməkdaşları gəlməsə idi terminalda olan bütün pulları oğurlacayaqlardır. Əvvəlcədən terminalda hansı miqdarda pul olduğunu heç biri bilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir rəsmi yerdə işləmir, maddi durumu yerində olmadığından şəxsi problemlərini həll edə bilmədiyi üçün oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə 01 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində evdə olan zaman tanışı Təqsirləndirilən şəxs2 zəng vuraraq onun ilk əvvəl harada olduğunu öyrənib onunla görüşmək istədiyini bildirmiş və Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” adlı yerin yaxınlığında olduğunu bildirdikdə ona gözləməsini demiş, Təqsirləndirilən şəxs2 də onun sözü ilə razılaşmışdır. O, özünə məxsus olan “Saipa Tiba” markalı, **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yaşadığı ünvan 3 ünvandan həmin gün çıxıb Binəqədi rayonu istiqamətində yola düşmüşdür. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs2 olduğu ünvana gəlib çıxaraq onunla Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” adlı yerdə görüşmüşdür. Maşında olan zaman Təqsirləndirilən şəxs2 pul lazım olduğunu və oğurluq etməyi təklif emiş, nəticədə isə Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşmışdır. Onlar birlikdə yola çıxmış, yolda olan zaman “Milli ön” aparatlarının birindən oğurluq etmək qərarına gəlmişlər. Bir qədər yol getdikdən sonra Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən adını xatırlamadığı dükanın yan tərəfində quraşdırılmış “Milli ön” aparatını görüb idarə etdiyi maşını ondan bir qədər kənarda saxlamışdır. Artıq gecə saat 02:00 radələri idi. Daha sonra isə Təqsirləndirilən şəxs2 ilə birlikdə maşından düşüb həmin aparatı sındırmaq üçün hərəsi maşında olan dəmir aləti götürüb dükan istiqamətində getmişlər. Onlar ətrafda kimsənin olmadığına əmin olduqdan sonra vaxt itirməmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə “Milli ön” aparatının müxtəlif hissələrini dəmirlə kilidini sındırmağa başlamışlar. Təxminən 5-10 dəqiqə keçdikdən sonra həmin aparatın kilidini sındırıb pul kasetini götürüb kimsənin onları görəcəyindən ehtiyat edərək maşına tərəf qaçaraq uzaqlaşmışlar. Maşında olan zaman pul kaseti tanışı Hüseynbalanın əlində olmuşdur. Maşınla bir qədər irəli getdikdən sonra maşını saxlamış və pul kasetində olan pulu götürmək üçün onu sındırmışlar. Belə ki, pul kasetini sındırdıqdan sonra kasetin içində olan təxminən 1800 (bir min səkkiz yüz) manata yaxın pulu Hüseynbala ilə yarı-yarıya öz aralarında bölüşdürükdən sonra oradan birlikdə yaşadıqları ünvana yollanıb Təqsirləndirilən şəxs2 yola saldıqdan sonra yaşadığı evə getmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 22.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng vuraraq onunla görüşməyini bildirmiş, o, Təqsirləndirilən şəxs2 ilə görüşdükdən sonra Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhərində yerləşən çöl ödəmə terminalından oğurluq etmək istədiklərini bildirib onlarla birgə oğurluq etmək istəyib-itəmədiyini soruşmuş və əldə etdikləri pulu bərabər şəkildə böləcəklərini bildirmişdir. O maddi vəziyyəti yaxşı olmadığı üçün Təqsirləndirilən şəxs2 ilə razılaşmışdır. 23.03.2021-ci il tarixdə saat 23-24 radələrində Təqsirləndirilən şəxs2 ilə Fatmayı kəndində görüşmüşlər. Təqsirləndirilən şəxs2 terminalı sındırmaq üçün özü ilə 2 ədəd mantirofka gətirmişdir. Sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 zəng vurub onları Sumqayıt şəhərinə aparmasını bildirmişdir. Təqsirləndirilən şəxs4 razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 da götürməsini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağında olmuşdur. Təqsirləndirilən şəxs2 qabaq, o isə arxa oturacaqda əyləşmişdir. Avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 Sumqayıt şəhərinə çöl ödəmə terminalından pul oğurlamaq üçün getdiklərini bildirib onları gözləyib yenidən geri qaytararsa oğurluq nəticəsində əldə etdikləri pulu dördünün arasında bərabər şəkildə böləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs2 ilə razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs4 həmin vaxt gediş haqqı üçün pul verməmişdir. Onlar Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhərində olarkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 2-ci mikrorayon ərazisində olan 22.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1la birgə baxdığı çöl ödəmə terminalının yanına aparmağını bildirmiş, Təqsirləndirilən şəxs4 onları həmin ünvana apardıqda 24.03.2021-ci il, saat 02:30 radələri olmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşmüşlər. Sonra C.Cabbarlı küçəsində yerləşən çöl ödəmə terminalının yanına getmişlər. Terminalın yanında olarkən o və Təqsirləndirilən şəxs1 mantirofka ilə terminalı qırması, Təqsirləndirilən şəxs2 isə gözətçilik etməsi barədə razılaşmışlar. Sonra Təqsirləndirilən şəxs2 üzərində olan 2 ədəd mantirofkanı onlara vermiş, o Təqsirləndirilən şəxs1la birgə mantirofka ilə terminalı qırarkən Təqsirləndirilən şəxs2 3-5 metr kənarda kimsə gəlsə onlara xəbər etmək üçün ətrafa göz gəzdirmişdir. Saat 03:00 radələrində yanlarına patrul avtomobilinin yaxınlaşdığını görüb oradan qaçmışlar. O əlində mantirofka ilə qaçarkən post-patrul xidməti əməkdaşları onu saxlamışlar. Hüseyn və Sərxan isə qaçaraq uzaqlaşmışdır. Daha sonra PPXT-nin əməkdaşları onu və yaxınlıqda gözləyən taksi sürücüsü Təqsirləndirilən şəxs4 4-cü PB-nə aparmışlar. ünvan 2 ünvanda yerləşən “Üçlər” marketin yanında quraşdırılmış “Milli ön” ödəniş terminalından oğurluğu 02.02.2021-ci il tarixdə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmiş, qeyd olunan oğurluq hadisəsi ilə bağlı əldə etdikləri pulları öz aralarında yarı-yarıya bölərək şəxsi ehtiyaclarına xərcləmiş, həmin hadisə barəsində heç kimə məlumat verməmiş, həmin oğurluq hadisəsi ilə bağlı Hüseybala Əsgərzadə ilə aralarında qabaqcadan razılıq olmuşdur. O və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində quraşdırılmış terminalı sındırarkən Təqsirləndirilən şəxs2 kənarda dayanıb kimsə gələrdisə bu barədə onlara məlumat vermək üçün gözləmişdir. O və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində qeyd olunan terminalı sındırdıqdan sonra terminalın içərisində olan pul vəsaitini oğurlaya bilməmişdir. Belə ki, terminalın ön hissəsini sındırdıqdan sonra həmin əraziyə patrul avtomobili yaxınlaşdıqda qaçmağa başlamışlar. Qeyd olunan terminaldan konkret olaraq hansı məbləğdə pul vəsaiti oğurlamaq barədə əvvəlcədən danışmamışlar. Yəqin ki, polis əməkdaşları gəlməsə idi terminalda olan bütün pulları oğurlayacaqlardır. Təqsirləndirilən şəxs4 onların Sumqayıt şəhərinə oğurluq etmək üçün gəldiklərini bilmiş və onarla əlbir olmaq barədə razılaşmışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, onlar da Fatmayı kəndində yaşayırlar. O, 2018-ci il tarixdən etibarnamə əsasında idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 22.03.2021-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs2 onu və Təqsirləndirilən şəxs1 taksi kimi Sumqayıt şəhərinə aparmağını, orada bir nəfər şəxslə görüşəcəyini bildirdiyi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərinə gətirmişdir. Sumqayıt şəhərində olarkən 1 dəfə avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 isə harasa gedib yenidən geri qayıtmışdır. Onlar yenidən Fatmayı kəndinə getmək üçün avtomobillə hərəkətə başladıqda Təqsirləndirilən şəxs2 “burada nə qədər terminal var” demiş, o, Təqsirləndirilən şəxs2 terminaldan oğurluq etmək istəməsini başa düşüb Təqsirləndirilən şəxs2 oğurluq etməyin yaxşı şey olmadığını məsləhət vermişdir. Yenidən onları Fatmayı kəndinə qaytardıqdan sonra Təqsirləndirilən şəxs2 ona pulunun olmadığını, sonra verəcəyini bildirmiş, o da Hüseynbala ilə razılaşmışdır. 24.03.2021-ci il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vuraraq onu Sumqayıt şəhərinə apara bilib-bilməməyini soruşmuş, o, Təqsirləndirilən şəxs2 təklifini qəbul etdikdən sonra Hüseynbala Təqsirləndirilən şəxs1 və özünün olduğu yeri deyərək əvvəlcə Təqsirləndirilən şəxs1 daha sonra isə onu götürməyini bildirmişdir. Sonra Fatmayı kəndi ərazisində əvvəlcə Təqsirləndirilən şəxs1 avtomobildə əyləşmiş, təxminən 100 metr sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 avtomobilə əyləşmişlər. Fatmayı kəndinin yaxınlığında avtomobilə yanacaq vurmaq üçün saxladıqda o yanacaq üçün 2 manat pul vermiş, Təqsirləndirilən şəxs2 isə avtomobildən düşüb avtomobilə 10 manatlıq yanacaq vurdurmuşdur. Daha sonra onlar Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərində yerləşən Nizami kinoteatrının yanında bir nəfərlə görüşüb ondan pul alacağını bildirmişdir. Onar saat 01:30 radələrində Nizami kinoteatrının yaxınlığına çatdıqda Təqsirləndirilən şəxs2 onları təxminən 15 dəqiqə gözləməyini və yenidən Fatmayı kəndinə qaytarmağını, qayıdarkən gediş haqqını verəcəyini, mobil telefonunu avtomobildə qoyub and içərək geri qayıdacağını bildirmişdir. O, Hüseynbala ilə razılaşdıqdan sonra onlar hər üçü avtomobildən düşüb harasa getmişlər. O, isə avtomobili səkinin yanında saxlayıb avtomobilin içərisində oturub onları gözləmişdir. O yorğun olduğu üçün dərhal yuxuya getmiş, saat 05-06 radələrində avtomobilin qapısı açıldıqda yuxudan oyanmışdır. Qapını açan post-patrul xidməti əməkdaşları ondan nə üçün orada olduğunu soruşmuşlar. O isə baş vermiş hadisəni polis əməkdaşlarına olduğu kimi danışmışdır. Daha sonra polis əməkdaşları ona Təqsirləndirilən şəxs3 şəklini göstərmişlər. O, Təqsirləndirilən şəxs3 tanıdığını, taksi kimi onu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin əraziyə gətirdiyini bildirmişdir. Sonra onu 4-cü PB-nə dəvət etmişlər. O etiraz etmədən polis əməkdaşları ilə birgə Polis Bölməsinə getmiş, orada olarkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 çöl ödəmə terminalından pul oğurlamağa cəhd etməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçması, Təqsirləndirilən şəxs3 isə polis əməkdaşları tərəfindən saxlanılması ona məlum olmuşdur. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanıyır. Onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Onlar da Fatmayı kəndində yaşayır. 22.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona Sumqayıt şəhərində bir nəfər şəxsdən borc verdiyi 100 manat pulu alacağını bildirib onunla birgə Sumqayıt şəhərinə getməyini təklif etmişdir. O Hüseynbala ilə razılaşdıqdan sonra taksi sürücüsü Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sumqayıt şəhərinə gəlmişlər. Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 avtomobili saxlamasını bildirmiş, Təqsirləndirilən şəxs4 avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobildən düşərək bir nəfər şəxsdən pulunu alacağını bildirib harasa getmiş, təxminən 10 dəqiqə sonra isə Hüseybala Əsgərzadə geri qayıdıb pulu ala bilmədiyini, Təqsirləndirilən şəxs4 onun taksi pulunu pulu aldıqdan sonra verəcəyini bildirmişdir. Sonra onlar yenidən yaşadıqları Fatmayı kəndinə geri qayıtmışlar. 23.03.2021-ci il tarixdə saat 22:00 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs2 ona zəng vurub onunla birgə Sumqayıt şəhərinə pulunu almaq üçün getməyini, ola bilsin həmin şəxsin onun pulunu vermək istəməyərək dava-dalaş yaradacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 ilə razılaşıb özü ilə yaşadığı ünvandan mantirofka götürmüşdür ki, Sumqayıt şəhərində dava-dalaş olarsa özünü müdafiə etsin. Sonra Təqsirləndirilən şəxs2 ona zəng vurub taksi sürücüsü Faiq Mmmədovun avtomobili ilə gəlib onu götürəcəyini bildirmiş, bir neçə dəqiqə sonra Fatmayı kəndi ərazisində Təqsirləndirilən şəxs4 idarə etdiyi “X4” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yanına gəlmiş, o avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Sonra Fatmayı kəndində ərazisində avtomobilin qabaq sağ oturacağında Təqsirləndirilən şəxs2, arxa sol oturacağında isə Təqsirləndirilən şəxs3 əyləşmişdir. Sonra onlar Sumqayıt şəhəri istiqamətində hərəkətə başlamış, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 avtomobili Sumqayıt şəhərinə daha əvvəl gəldikləri yerə sürməsini bildirmiş, Faiq avtomobili Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə sürərək saxlamışdır. Həmin vaxt saat gecə 02:00 radələri olardı. Sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və o avtomobildən düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 və onun əlində mantirofka olmuşdur. Təqsirləndirilən şəxs4 avtomobildə əyləşib onları gözləmişdir. Avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs2 dəmir parçasını ona verməyini bildirmişdir. O isə dəmir parçasını Təqsirləndirilən şəxs2 vermişdir. Sonra Təqsirləndirilən şəxs2 pul alacağı adamın yanına gedəcəklərini bildirmiş, onlar avtomobildən təxminən 50-60 metr kənarlaşdıqdan sonra çöl ödəmə terminalının yanında Təqsirləndirilən şəxs2 ona əslində Sumqayıt şəhərinə oğurluq etmək üçün gəldiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 əsəbiləşərək nə üçün onu aldatdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 ona o və Təqsirləndirilən şəxs3 mantirofka ilə çöl ödəmə terminalını sındırıb içərisində olan pul vəsaitlərini oğurlayacaqlarını bildirib onun yaxınlıqda dayanıb nəzarət etməyi müqabilində ona 1000 (bir min) manat pul verəcəyini bildirmişdir. Sonra təxminən 20 metr kənarda durub gözləmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq etdikdən sonra çıxıb getsinlər. O, onların çöl ödəmə terminalını qırdığını görmüş, əgər kənar kimsə gəlsə onlara xəbər verəcəkdi. Bir müddət sonra hadisə yerinə patrul avtomobilinin yaxınlaşdığını görüb oradan qaçaraq uzaqlaşmış, məhəllənin içində Təqsirləndirilən şəxs2 ilə qarşılaşıb birlikdə piyada addımlarla yaşadıqları Fatmayı kəndinə getmişlər. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Zərərçəkmiş şəxs MMC-nin təhlükəsizlik şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Şirkətin əsas fəaliyyət istiqaməti Respublika ərazisində elektron ödəmə sistemlərinin quraşdırılması və onlara texniki xidmət göstərilməsindən ibarətdir. Həmçinin də ödəmə aparatları şəhər İcra Hakimiyyətinin razılığı əsasında və sahibkarlarla qarşılıqlı müqavilə əsasında quraşdırılır. ünvan 6 ünvanda yerləşən “Üçlər” marketin yerləşdiyi binanın qarşısında həmin marketin sahibi ilə qarşılıqlı müqavilə əsasında fəaliyyət göstərdiyi şirkətin şəxsi mülkiyyətində olan 00729 saylı ödəmə terminalı quraşdırılmışdır. Belə ki, 02 fevral 2021-ci il tarixdə işlədiyi şirkətə gecə saatlarında naməlum şəxs və şəxslər tərəfindən qeyd olunan ünvanda yerləşn 00729 saylı ödəmə terminalının inkassasiya qapısının ilgəh hissəsi və daxili kilidinin dəmir parçası ilə sındırılaraq qeyd olunan nömrəli ödəmə terminalının içərisində 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat nağd pul olan pul kasetinin oğurlanması barədə məlumat daxil olmuşdur. Nəticədə isə baş vermiş oğurluq hadisəsi ilə bağlı ilkin olaraq polis əməkdaşları qeyd olunan ödəmə terminalının yerləşdiyi ünvana gələrək hadisə yerində yararsız vəziyyətə salınmış ödəmə aparatına baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsi ilə bağlı işlədiyi Zərərçəkmiş şəxs MMCyə məxsus olan ödəmə terminalının yararsız vəziyyətə salınması ilə bağlı ümumilikdə 2177 (iki min yüz yetmiş yeddi) manat maddi ziyan dəymişdir. Həmçinin də 00729 saylı ödəmə aparatının təmiri və bərpası üçün 200 (iki yüz) manat, inkassasiya qapısının daxili kilidi yararsız vəziyyətə salınması ilə 50 (əlli) manat, nəticə etibarilə ümumilikdə 2427 (iki min dörd yüz iyirmi yeddi) manat maddi ziyan dəymişdir. 24.03.2021-ci il tarixdə saat 04:07-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları şirkətin əlaqə mərkəzinə məlumat vermişlər ki, naməlum şəxslər Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi “Zamin Bank”ın yerləşdiyi binanın qarşısında küçədə quraşdırılmış Zərərçəkmiş şəxs MMC şirkətinin şəxsi mülkiyyəti olan 12034 saylı çöl ödəmə terminalı aparatının içərisində olan nəğd pulu oğurlamaq üçün ödəmə aparatının qapısına bərk alət daxil edərək onun müxtəlif hissələrini sındıraraq qapısını açmışlar, lakin iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişlər, çünki polis əməkdaşları tərəfindən saxlanılmışlar. Saxlanılan şəxslər tərəfindən ödəmə aparatı qarətə məruz qalan zaman onun daxilində pul kasetində 1045 (bir min qırx beş) manat vəsait olmuşdur. Saxlanılan şəxslər ödəmə aparatının daxilində olan nəğd pulu oğurlamaq üçün dəmir alətdən istifadə edərək 12034 saylı ödəmə aparatının qapısını və başqa hissələrini zədələyərək əzmişdilər. Şirkət tərəfindən 24.03.2021-ci il tarixli, KO- 08/0287/2021 saylı məktub təqdim edilmiş, lakin dəymiş maddi ziyanın məbləği ödəmə aparatına baxış keçirilmədən 100 (yüz) manat göstərilmiş və 4-cü PB-nə bildirilmişdir ki, dəymiş ziyanın məbləği barədə dəqiq məlumat yalnız ödəmə aparatına baxış keçirildikdən sonra təqdim ediləcəkdir. Ödəmə aparatının şirkətin anbarına təhliyə edildikdən sonra, ona baxış keçirilmiş və müəyyən edilmişdir ki, 12034 saylı ödəmə aparatının zədələnməsi nəticəsində şirkətə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurulmuşdur. Lakin konkret olaraq ödəmə terminalının içərisindən pul vəsaiti oğurlanmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən şirkətə vurduqları maddi ziyanın onların üzərinə düşən hissəsini ödəmişlər, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, onların barəsində mülki iddia üzrə icraata xitam verilməsini və yüngül cəza təyin edilməsini, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə şirkətə dəyən ziyanı ödəməmişlər, onların barəsində isə mülki iddianın təmin olunmasını və qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 20.09.2021-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən şirkətə vurduqları maddi ziyanın onların üzərinə düşən hissəsini ödəmişlər, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, onların barəsində mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 24.03.2021-ci il tarixdə polis kiçik serjantı Şahid2 ilə 91-44 saylı avtopatrulla Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində xidmətdə olan zaman radiostansiya vasitəsilə Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində çöl ödəmə terminalından oğurluğuna cəhd olunması barədə məlumat verilmiş, onlar dərhal həmin terminala yaxınlaşmış və həmin vaxt qeyd edilən terminaldan oğurluq etməyə cəhd göstərən 3 nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxslər onları görən kimi oradan qaçmağa başlamış, onlar həmin şəxslərin ardınca gedərək birini Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində saxlamışlar. Həmin şəxsi saxlayarkən onun əlində bir ədəd mantirofka olmuşdur. Həmin şəxsi avtopatrula əyləşdirib aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs3dur. Çöl ödəmə teriminalını sındıran şəxslərdən biri Təqsirləndirilən şəxs3 olmuşdur. Digər 2 nəfər şəxs onu və Şahid2 daha tez görərək qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs3 isə onlara nisbətən daha gec qaçmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 30.03.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin videogörüntü ünvan 2 ünvanda yerləşən “Üçlər” marketin bayır tərəfindən quraşdırılmış kamera vasitəsilə qeydə alınmışdır. Qeyd olunan videogörüntüdən müəyyən edilir ki, iki nəfər şəxs, yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əllərində olan dəmir parçası ilə ünvan 2 ünvanda yerləşən “Üçlər” marketin bayır tərəfində quraşdırılmış “Milli Ön” ödəmə terminalı istiqamətində hərəkət edirlər. Baxış zamanı həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2 özünün olduğunu yanında olan şəxsin isə Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin videogörüntü ünvan 2 ünvanda yerləşən “Üçlər” marketin bayır tərəfindən quraşdırılmış kamera vasitəsilə qeydə alınmışdır. Qeyd olunan videogörüntüdən müəyyən edilir ki, iki nəfər şəxs yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əllərində olan dəmir parçası ilə ünvan 2 ünvanda yerləşən “Üçlər” marketin bayır tərəfində quraşdırılmış “Milli Ön” ödəmə terminalı istiqamətində hərəkət edirlər. Baxış zamanı həmin şəxslərdən biri Təqsirləndirilən şəxs3 özünün olduğunu yanında olan şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə istintaqa təqdim edilmiş 01 ədəd qablaşdırılaraq möhürlənmiş mantirofka cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC şirkəti tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Komtec LTD” MMC şirkətinə vurulmuş maddi ziyanın 1-ci cinayət epizodu üzrə cavabdeh Təqsirləndirilən şəxs2 1213 (bir min iki yüz on üç) manat məbləğində pulun, 2-ci cinayət epizodları üzrə isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 250 (iki yüz əlli) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs MMC şirkətinə ödənilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 25.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27.03.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 28.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 290/2021 saylı, 30.03.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28.03.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair Sumqayıt şəhər prokurorunun təqdimatı Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-235/2021 saylı, 22.05.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 24.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26.03.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 28.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30.03.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 24.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26.03.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 25.05.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2021 saylı, 12.04.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2021 saylı, 12.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 7(012)-94/2022 saylı, 03.02.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2021 saylı, 12.04.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 06 (altı) ay 17 (on yeddi) gün hissəsi “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 (bir) il azaldılmışdır. İş materiallarında olan Sumqayıt probasiya şöbəsinin 23.02.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2021 saylı, 12.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 23.02.2022-ci il tarixədək cəzasının 06 (altı) ay 03 (üç) gününü çəkmişdir və hazırda 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-640/2021 saylı, 01.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron RİHB-nin Fatmayi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 19.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan Abşeron RİHB-nin Fatmayi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. İş materiallarında olan Abşeron RİHB-nin Fatmayi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət xarakterizə olunur. İş materiallarında olan Abşeron RİHB-nin Fatmayi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 18.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Abşeron RİHB-nin Fatmayi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 421 saylı, 20.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 ailəlidir və himayəsində 03 azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs3 1-ci cinayəti törədərkən yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 oğlunun cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2021 saylı, 12.04.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 01 (bir) ay 26 (iyirmi altı) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 14.03.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində Abşeron Rayon Məhkəməsinin 4(012)-640/2021 saylı, 01.12.2021-ci il tarixli qərarı seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı 1275,50 (bir min iki yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiası təmin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilməli və zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qarşı 250,0 (iki yüz əlli) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiasına Təqsirləndirilən şəxs3 hissəsində xitam verilməlidir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilməli və zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qarşı 250,0 (iki yüz əlli) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiasına Təqsirləndirilən şəxs4 hissəsində xitam verilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilməli və zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı 62,50 (altmış iki manat əlli qəpik) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiası təmin edilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2021 saylı, 12.04.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 01 (bir) ay 26 (iyirmi altı) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 14.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində Abşeron Rayon Məhkəməsinin 4(012)-640/2021 saylı, 01.12.2021-ci il tarixli qərarı seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı 1275,50 (bir min iki yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Fatmayı Ərazi Dairəsi, Fatmayı kəndi, C.Cavadov küçəsi, ev 19 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qarşı 250,0 (iki yüz əlli) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiasına Təqsirləndirilən şəxs3 hissəsində xitam verilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 8i ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qarşı 250,0 (iki yüz əlli) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiasına Təqsirləndirilən şəxs4 hissəsində xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 8i ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı ”Komtec LTD” MMC şirkətinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı 62,50 (altmış iki manat əlli qəpik) manat məbləğində pulun tutularaq ”Komtec LTD” MMC şirkətinə ödənilməsi barədə mülki iddiası təmin edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd qablaşdırılaraq möhürlənmiş mantirofka məhv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar