Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-33/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs yüksək vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə işə adam düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə işə düzəldəcəyinə dair valan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Anar Gülmommədovdan xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 59, 8 saylı mənzildə 2500 (iki min beş yüz) manat məbləğində nağd pulu və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazsində yerləşən “Hiper market” mağazasında quraşdırılmış “Milli on” ödəmə terminalı vasitəsi özünə məxsus “Leobank” kartına köçürülmə ilə 1000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü ordu korpusunun səfərbərlik şöbəsində operator vəzifəsində işlədiyi üçün oğlu Fəridə güclü əlaqələrinin olduğunu, dost-tanışları olarsa işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs o, oğlu Fəridin vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin yanvar ayında Anar oğlu Fəridlə söhbətləşərkən işə ehtiyacı olduğunu demişdir. Fərid bu barədə ona dedikdə pula ehtiyacı olduğu üçün Anardan onu işə düzəltmək adı ilə pul götürmək qərarına gəlmişdir. Fəridə öz niyyəti barədə heç nə deməmiş və onu həqiqətən tanışını işə düzəldə biləcəyinə inandırmışdır. Fərid də ona inanmış və bu səbəbdən 09.0 1.2023-cü ildə oğlu Fərid ilə birlikdə Anarın evinə gəlmişlər. Həmin vaxt Anara yalandan Sumqayıt şəhəri Hərbi Xidmətdə Çağırış və Səfərbərlik üzrə Dövlət İdarəsində tanışının olduğunu bildirib, onu həmin idarədə işə düzəldə biləcəyini deymiş və buna görə Anardan 2500 manat pul almışdır. Anardan aldığı 2500 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra yenidən pula ehtiyacı olduğundan xx.xx.2023cü il tarixdə Anara əlavə sənədləşmə işinə görə 1000 manat pul lazım olduğunu demişdir. Anar onunla razılaşmış və ona məxsus olan “Leobank” kartına 1000 manat pul göndərmişdir. O, Anarın göndərdiyi 1000 manat pulu nağdlaşdırmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddət heç bir yerdə işləmədiyi üçün iş axtarırmış. Fərid adlı şəxsi uzun müddətdir ki, tanıyırmış vəə onların dostluq münasibətləri olmuşdur. 07 yanvar 2023-cü il tarixdə o, dostu Əlinadir və həmçinin Fərid Sumqayıt şəhər 45-ci məhəllə ərazisində yerləşən “50 qəpik” adlı çayxanada oturub söhbət edərkən iş axtardığını bildirmiş, bu zaman Fərid anası Elviranın Sumqayıt şəhər Hərbi Xidmətə Çağırış və Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətində tanışlarının olduğunu və onu münasib işə düzəldə biləcəyini bildirmişdir. 09 yanvar 2023-cü il tarixdə Fərid anası Elvira ilə birlikdə onun yaşadığı mənzilə gəlmişdir. Söhbət zamanı Elvira Sumqayıt şəhər Hərbi Xidmətə Çağırış və Flərbi Səfərbərlik üzrə Dövləi Xidmətində yaxın tanışlarının olduğunu, onu ilkin dövr üçün həmin idarəyə tanışları vasitəsi ilə aylıq əmək haqqı minimum 500 manat olan sürücü kimi işə düzəldə biləcəyini, daha sonra isə vaxt keçdikcə vəzifəsini də artıra biləcəyini və həmin işin perspektivli olduğunu bildirmişdir. Elvira 2500 manat müqabilində onu rəsmi qaydada işə düzəldə biləcəyini bildirmişdir. O, evdə Elviraya 2500 manat pul, özünə məxsus əmək kitabçasını, şəxsiyyət vəsiqəsini, hərbi biletini və sürücülük vəsiqəsini vermişdir. Elvira pul və sənədləri aldıqdan sonra yanvar ayının sonuna kimi işə qəbul olacağını və işə başlayacağını bildirmişdir. Həmin vaxt çatdıqda Elvira müxtəlif bəhanələr gətirərək guya rəhbərliyin dəyişdiyini, bu səbəbdən işə qəbulun dayandığını bildirməyə başlamışdır. O, isə çarəsiz qalıb gözləməyə davam etmişdir. 02 may 2023-cü il tarixdə Elvira ona məxsus mobil telefona zəng vuraraq hal-hazırda Bakı şəhərində Müdafiə Nazirliyinin hərbi hospitalında olduğunu, onun işə qəbul olmağı üçün tibbi komisyadan keçməli olduğunu, artıq həkimlə danışdığını və o, təcili olaraq 1000 manat göndərəcəyi halda həkim heç onu müayinə etmədən sağlamlığı barədə müsbət rəy verəcəyini bildirmişdir. O, anasından və digər qohumlarından borc-xərc edib 1000 manatı düzəldərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazsində yerləşən “Hiper market” mağazasına girib orada quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Elviranın göndərdiyi kart hesabına həmin pulu göndərmişdir. Elvira pulu aldığını təsdiq edərək bir gün ərzində işinin həll olunacağını bildirmişdir. Lakin, həmin vaxtdan sonra Elvira yenə müxtəlif bəhanələr gətirməyə və nəhayət sonda telefonlarını açmamağa başlamışdır. Bundan sonra o, başa düşmüşdür ki, Elvira onun etibarından suiistifadə edərək 3500 manat pulunu ələ keçirmişdir. Bu səbəbdən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edilmişdir ki, Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Anar işsiz olduğu üçün iş axtarmışdır. Anar dostu Fəridə bu barədə deyən zaman sonuncu anası Elviranın Sumqayıt şəhər Hərbi Xidmətə Çağırış vo Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətində tanışlarının olduğunu və Anarı münasib işə düzəldə biləcəyini bildirmişdir. Bununla bağlı Elvira oğlu Anardan ilkin olaraq yaşadıqları evdə 2500 manat almışdır. Daha sonra isə Elvira əlavə 1000 manat lazım olduğunu bildirmiş və Anar Elviranın bank kartına 1000 manat göndərmişdir. Lakin, Elvira oğlu Anarı aldadaraq 3500 manatını ələ keçirmiş, heç bir iş düzəltməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edilmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Anar onun sinif yoldaşının dostu olmuş və onların da dostluq münasibəti yaranmışdır. 07 yanvar 2023-cü il tarixdə Anar və adlarını bilmədiyi dostu ilə Sumqayıt şəhər 45-ci məhəllə ərazisində yerləşən “50 Qəpik” adlı çayxanada olurub söhbət edərkən Anar iş axtardığını bildirmişdir. O, Anara anası Elvininin Sumqayıt şəhər Hərbi Xidmətə Çağırış və Hərbi Səfərbərlik Üzrə Dövlət Xidmətində tanışlarının olduğunu və onu münasib işə düzəldə biləcəyini bildirmişdir. Anar onu anası ilə görüşdürməyini xahiş etmişdir. 09 yanvar 2023-cü il tarixdə anası Elvira ilə birlikdə Anarın yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən mənzilə gəlmişlər. Həmin vaxt mənzildə Anar, anası Kifayət və bir nəfər adı yadında qalmayan Anarın dostu olmuşdur. Həmin vaxt anası Elvira Anara Sumqayıt şəhəri Hərbi Xidmətdə Çağırış və Səfərbərlik üzrə Dövlət İdarəsində tanışının olduğunu bildirib, onu həmin idarədə işə düzəldə biləcəyini deyib, buna görə Anardan 2500 manat pul istəmişdir. Həmin vaxt Anar onu Sumqayıt şəhəri Hərbi Xidmətdə Çağırış və Səfərbərlik üzrə Dövlət İdarəsində işə düzəltməyi üçün anası Elviraya 2500 manat pul və özünə məxsus olan sənədləri vermişdir. Bundan sonra o, anası Elvira ilə oradan çıxıb getmişlər. Daha sonra, anası Elviradan onun Anardan əlavə olaraq 1000 manat pul aldığını öyrənmişdir. Bundan sonra olanlardan xəbəri olmamışdır. Anası Elvira 2018-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü ordu korpusunun səfərbərlik şöbəsində operator vəzifəsində işlədiyindən və güclü əlaqələrinin olduğunu bildiyindən onun Anarı işə düzəldə biləcəyindən arxayın olmuşdur. Lakin, sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs anası Elviradan polisə şikayət etmişdir. Bundan sonra anası Elviranın Anardan aldığı 3500 manat puldan 1000 manatını Anara geri qaytardığı ona məlum olmuşdur. Anası Anardan aldığı 3500 manat puldan ona hər hansı məbləğdə pul verməmişdir və anasının Anarı aldadaraq 3500 manat pulunu ələ keçirilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edilmişdir ki, Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onların dostluq münasibətləri var. Bəzən boş vaxtlarında çayxanada olurub söhbət etmişlər. 07 yanvar 2023-cü il tarixdə o, dostu Anar və həmçinin Anarın tanışı Fərid adlı şəxs ilə Sumqayıt şəhər 45-ci məhəllə ərazisində yerləşən “50 Qəpik” adlı çayxanada oturub söhbət edərkən Anar normal əmək haqqı olan iş axtardığını bildirmişdir. Bu zaman Fərid anası Elviranın Sumqayıt şəhər Hərbi Xidmətə Çağırış və Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətində tanışlarının olduğunu və Anarı münasib işə düzəldə biləcəyini bildirmişdir. Anar anası ilə onu görüşdürməyini xahiş etmişdir. 09 yanvar 2023-cü il tarixdə Fərid anası Elvira ilə birlikdə Anarın yaşadığı mənzilə gəlmişlər. Həmin vaxt o, da Anarın yaşadığı mənzilə qonaq gəlmişdir. Söhbət zamanı Elvira Sumqayıt şəhər Hərbi Xidmətə Çağırış və Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətində yaxın tanışlarının olduğunu, Anarı ilkin dövr üçün həmin idarəyə tanışları vasitəsi ilə aylıq əmək haqqı minimum 500 manat olan sürücü kimi işə düzəldə biləcəyini, daha sonra isə vaxt keçdikcə vəzifəsini də artıra biləcəyini, həmin işin prespektivli iş olduğunu bildirmişdir. Elvira 2500 manat müqabilində onu rəsmi qaydada həmin işə düzəldə biləcəyini bildirmişdir. Anar orada Elviraya 2500 manat pul və özünə məxsus əmək kitabçasını, şəxsiyyət vəsiqəsini, hərbi biletini və sürücülük vəsiqəsini vermişdir. Elvira Anardan pul və sənədləri aldıqdan sonra Anara yanvar ayının sonuna kimi işə qəbul olacağını və işə başlayacağını bildirmişdir. Bundan sonra Anar ilə söhbətləri zamanı Anar Elviranın ona zəng vururaq Müdafiə Nazirliyinin hərbi hospitalında onun işə qəbul olunmağı üçün tibbi koalisiyadan keçinək üçün 1000 manat lazım olduğunu bildirmişdir. Anar da borc-xərc edib 1000 manatı düzəldərək həmin pulu Elviraya göndərmişdir. Lakin, həmin vaxtdan sonra Elvira Anarın işə qəbul məsələsini həll etməmiş və bu səbəbdən Anar ŞPİ-nin 1-ci PB-nə Elvira barəsində şikayət ərizəsi ilə müraciət elmişdir. Cinayət işinin 66-67-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-33/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-33/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver