Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-330/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs , Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 avqust 1976-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, ev 149 Q/1-də qeydiyyatda olan və yaşayan, 22.01.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan 13 iyul 2017-ci il tarixdən başlayaraq 10.03.2004-cü il təvəllüdlü Nəzərəliyev Oqtay Rövşən oğlu və 11.12.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3508/2017 saylı, 20.12.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin (25.09.2019cu il tarixdən hesablanmaqla) icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 06 avqust 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 19.02.2021-ci il və 12.10.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 18 may 2021-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 4000,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır, 2009-cu ildə X2 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, lakin nikahları 2015-ci ildə rəsmiləşdirilmiş, həmin nikahdan 16.04.2010-cu il təvəllüdlü Dəniz adlı övladları anadan olmuş, yaşadığı ərazidə işəmuzd fəhlə kimi işləyir, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508/2017 saylı, 20.12.2017-ci il tarixli qətnaməsinə əsasən ondan 13 iyul 2017-ci il tarixdən başlayaraq 10.03.2004-cü il təvəllüdlü Nəzərəliyev Oqtay Rövşən oğlu və 11.12.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd fəhlə kimi işləmiş, aliment borcunu ödəmədiyi üçün barəsində cinayət işi başlanılmış və qeyd olunan qətnamə üzrə 24.09.2019-cu il tarixədək 4800,00 manat aliment borcuna görə nəhkəmənin hökmü ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin məhkəmə icraatı zamanı yaranmış borc üzrə 2000,00 manatdan artıq pul ödəmiş, bundan sonra həmin qətnamə üzrə icra tədbirləri davam etdirilsə də, həmin qətnamə üzrə heç bir ödəniş aparmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəmənin 06.08.2020-cu il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə ona xəbərdarlıq edilmiş, lakin sonrakı dövrdə aliment üzrə 50 manat ödəniş etmiş və icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 4000,00 manat təşkil etmişdir. İcra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinə iş axtaran kimi qeydiyyata durmuş, lakin mərkəzdən ona münasib iş yerləri təklif olunmamışdır. Törətdiyi əməl cinayət olmasını başa düşür, əməlindən peşmandır və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508/2017 saylı, 20.12.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2017-ci il tarixdən başlayaraq 10.03.2004-cü il təvəllüdlü Nəzərəliyev Oqtay Rövşən oğlu və 11.12.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra idarəsinin icra məmuru Şahid2 tərəfindən icra işi 16.02.2018-ci il tarixdə başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı 2019-cu ildə təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuş, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılaraq məsuliyyətə cəlb edilib cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respulkası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin qətnamə üzrə icra hərəkətləri davam etdirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs alimenti ödəməkdən qərəzli olaraq yayınmış və icra məmurunun tələblərini yerinə yetirmədiyindən barəsində inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmuru alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən, yəni 18.05.2021-ci il tarixədək Təqsirləndirilən şəxs tərəfindən 4000,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs işəmuzd Sumqayıt şəhərində müxtəlif tikinti yerlərində fəhlə kimi çalışır, lakin qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməkdən qərəzli olaraq yayınır, bir ata kimi uşaqları ilə maraqlanmır və evə heç bir kömklik göstərmir, qətnamə üzrə aliment borcunu keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, Təqsirləndirilən şəxs sonuncunun keçmiş əridir, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508/2017 saylı, 20.12.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2017-ci il tarixdən başlayaraq 10.03.2004-cü il təvəllüdlü Nəzərəliyev Oqtay Rövşən oğlu və 11.12.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən aliment ödənilmədiyindən 2019-cu ildə cinayət məsuliyyətinə cəlb edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə məhkum olunmuş, Təqsirləndirilən şəxs məhkum olunmasına baxmayaraq alimenti ödəməkdən bundan sonrada yayınmış, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində təkrar inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə göndərilmiş, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli qərarla 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, uşağn ciddi müalicəyə ehtiyacının olmasına baxmayaraq sonuncu Təqsirləndirilən şəxs tərəfindən aliment borcunu ödəməmişdir. Onda olan məlumata əsasən Təqsirləndirilən şəxs tərəfindən qətnamə üzrə 4000,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs aliment üzrə az məbləğdə olsa belə ödəniş etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3508/17 saylı, 20.12.2017-ci il tarixli icra sənədinə əsasən 10.03.2004-cü ildə anadan olmuş Nəzərəliyev Oqtay Rövşən oğlu və 11.12.2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Təqsirləndirilən şəxs hər ay, hər uşağa görə 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 16.09.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlanılmış və könüllü icra üçün borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, borclu Təqsirləndirilən şəxs aliment tələbini könüllü təmin etmədiyi üçün barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 19.08.2019-cu il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-514 saylı, 09.09.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin, borclunun nikahda olma faktının müəyyən olunması məqsədilə Sumqayıt Şəhər Qeydiyyat şöbəsinə 30.08.2019-cu il tarixdə müraciət olunmuş və əldə olunmuş 12.09.2019-cu il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs adına “ASAN xidmə” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 24.02.2015-ci il tarixli, 368 saylı nikah haqqında (ikinci tərəf-06.07.1981-ci il təvəllüdlü Məhərrəmova (Nəzərəliyeva) Naibə Sakit qızı) akt qeydi aşkar olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs 23.09.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və izahatında hər ay 150,00 manat ödəniş edəcəyini bildirsə də, keçən müddət ərzində Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməmiş, icra sənədi üzrə aliment borcu ödənilməmiş və vaxtaşırı ödəmələr həyata keçirilməmiş, məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə borclu Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin sonuncu öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, işlə təmin olunmasına köməklik göstərilməsi üçün Məşğulluq Mərkəzinə müraciət etməmiş, iş üzrə tələbkar Zərərçəkmiş şəxs qızının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış, bu səbəbdən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılıb məhkəmə məsuliyyətinə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, bundan sonrakı dövr ərzində qeyd olunan məhkəmə qətnaməsinin icrasından yayınmış, aliment üzrə ödəniş aparmamış, icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün təkrarən Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbslə tənbeh edilmiş, ümumilikdə icra dövründə yığılmış aliment borcu 8200,00 manat təşkil etmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 80/20 saylı, 31.05.2020-ci il tarixli hökmünə əsasən (25.09.2019-cu ildən hesablanmaqla) 4000 manat ödənilməmiş aliment borcu yaranmış, icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs 19.02.2021-ci il tarixdə yaranmış aliment borcunun ödənilməsi, ödənişdən yayındığı halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə istintaq zamanı şahid qismində ifadə vermiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid2 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadə Şahid3 ifadəsi ilə oxşar məzmunludur. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3508/2017 saylı iş üzrə qəbul etdiyi 20.12.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 09.08.2017-ci il tarixli, 2(060)-1174/2017 saylı qətnaməsi 10 mart 2004-cü ildə anadan olmuş Nəzərəliyev Oqtay Rövşən oğlu və 11 dekabr 2006-cı ildə anadan olmuş X1 yetkilik yaşına çatana kimi nsaxlanılması üçün Təqsirləndirilən şəxs Otqay oğlundan hər ay hər uşağa görə 136,6 manat sabit pul bmləğində aliment tutulması hissəsində dəyişdirilərək, cavabdeh Təqsirləndirilən şəxs Otqay oğlundan hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit məbləğdə aliment müəyyən edilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyi üçün 20.12.2017-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 16.02.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 16 fevral 2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid3 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508/2017 saylı, 20.12.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.12.201-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndiirlməsinə dair ********* saylı cinayət işi 12.12.2019-cu il tarixdə məhkəməyə göndərilmişdir. İş materillarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 31.05.2020-ci il tarixli, 1(060)-80/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 02.12.2021-ci il tarixli, 7(060)- 182/2021 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 31.05.2020-ci il tarixli, 1(060)-80/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “ 8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin edilmiş cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 06 avqust 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508/2017 saylı, 20.12.2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinə əlavə olunmuş Sumqayıt Şəhər Məşğulluq Mərkəzinin 10.10.2019-cu il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs işaxtaran kimi qeydiyyata alınmış, vətəndaşa "xxxx" MMC-də əmək haqqı 250,00 manat olmaqla maşinist, X6 aylıq əmək haqqı 300,00 manat olmaqla fəhlə işləri təklif olunmuş, lakin Təqsirləndirilən şəxs ona təklif edilən işlərdən imtina etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, hazirki ittiham üzrə yaranmış aliment borcu əvvəlki aliment borcu ilə hesablanmış borcdan sonrakı dövrü, yəni 25.09.2019-cu il tarixdən hesablandığından onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olması və 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Belə ki iş materillarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 16.04.2010-cu il təvəllüdlü Dəniz Nəzərəliyevanın atası Təqsirləndirilən şəxs, Naibə Məhərrəmova anasıdır. İş materillarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X3 24.02.2015-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin fevral ayının 24-ü günündə 368 № ilə qeyd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, 27.12.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla barəsində axtarış elan edilmiəsi və tutulması qərar alınmışdır. İş materillarından görünür ki, 27.12.2021-ci il tarixdə ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. İş materillarında olan “axtarışda olan şəxsin tutulması barədə” 21.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.01.2022-ci il tarixdə saat 15:40 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tutulmuşdur. İş materillarında olan 22.01.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərar alınmışdır. İş materillarında olan 22.01.2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir və həmin tarixli “müvəqqəti saxlama yerindən azad edilmə” haqqında qərarla Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli (iş № 1(060)- 330/2022) qərarını icra edərək, 03 mart 2022-ci il tarixli 314 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-330/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-330/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver