Məhkəmə qərarları › İş №1(060)-331/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-331/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-331/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs, Onun müdafiəçisi–Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan və ünvan 6-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən hakimiyyət nümayəndəsi olan "xxxx" ASC-nin Şimal RETSİ Sumqayıt EŞ-nin Enerji satış sahəsinin Sumqayıt şəhəri, 13-cü mikrorayonu ərazisinə təhkim olunmuş aparıcı mühəndisi Zərərçəkmiş şəxs və nəzarətçi mühəndislər Şahid1 ilə Şahid2 Nurəddin oğlunun 2006-cı il oktyabr ayında təsdiq edilmiş "xxxx" ASC-nin enerji satış departamnetinin rayon və regional enerji təchizatı və satışı idarəsinin enerji satışı şöbəsinin aparıcı mühəndisinin vəzifə təlimatına uyğun olaraq xidməti vəzifələrini yerinə yetirərkən şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar edib müvafiq tədbir görməsi ilə bağlı abonentə məlumat vermək məqsədilə mənzilinin qapısı döyüldüyü zaman qapını açmış, həmin vaxt Zərərçəkmiş şəxs ona özünü "xxxx" ASC-nin Şimal RETSİ Sumqayıt EŞ-nin Enerji satış şöbəsinin aparıcı mühəndisi olduğunu təqdim edərək və mənzilinə gedən **********5 seriya nömrəli sayğaca birləşdirilən faza xətdən kənar enerji xəttinin çəkildiyi üçün tərəflərindən akt tərtib olunduğunu ddeyərkən onları xidməti vəzifəsindən irəli gələn hərəkətlərini qınayaraq təhqir etməyə başlamış və onların küçəyə düşmələrini tələb edərək söhbəti olduğunu bildirib aşağı düşmüş, binanın 2-ci mərtəbəsinə düşdükdən sonra Zərərçəkmiş şəxsla mübahisə etməyə başlayaraq zor tətbiq etməklə müqavimət göstərib sağ əlində olan istintaqa məlum olmayan deşici-kəsici alətlə sonuncunun döş qəfəsinin sol arxa səthinin, döş qəfəsinin sol yan səthinin boşluğa keçməyən deşilmişkəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmiş, nəticədə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəisində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə evdə olarkən saat 18 radələrində qapı döyüldükdən sonra qapını açmağa gedərkən Azərişıq QSC-nin adlarını bilmədiyi 3 nəfər əməkdaşını görmüşdür. Həmin vaxt içlərindən Zərərçəkmiş şəxs ona Azərişıq QSC-nin əməkdaşıları olduğunu deyərək yaşadığı evə ümumi işıq enerji xəttindən əlavə xətt ayırdığını bildirərək aktlaşdırmalı olduqlarını demiş, lakin bunun cəriməsinin yüksək olduğunu və pislik etmək istəmədiyi üçün öz aralarında bu məsələni həll edə biləcəklərini təklif etdi. Həmin vaxt o, Zərərçəkmiş şəxs təzəlikcə pul verdiyini və neçə aydı gəlib getdiklərini dedikdən sonra Azərişıq QSC-nin əməkdaşları səs-küy salaraq onunla mübahisə etməyə başladılar. Vaqif onu itələyərək “sən bilirsən mən kiməm?!” dedikdən sonra o, evə daxil olaraq əynini geyinib onlarla aşağı düşdükdə bundan sonra Zərərçəkmiş şəxsla dalaşmışdır. Heç kimə xəsarət yetirməmiş və Azərişıq QSC-nin əməkdaşıları ilə mübahisə edərkən üzərində bıçaq olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2021-ci ilin mart ayından "xxxx" ASC-nin Şimal RETSİ Sumqayıt EŞnin Enerji satış şöbəsində aparıcı mühəndisi vəzifəsində çalışır və ona təhkim olunmuş ərazi Sumqayıt şəhəri 9 və 13-cü mikrorayonlardır. Aparıcı mühəndis kimi onun işi abonentlərin sayğacının düzgün işlənilib-işlənilməməsi, uçot komplektinin yoxlanılması, abonentlərin işıq elektrik enerjisi israfına görə aylıq borcları barədə bildirişlərin verilməsi və digərlərdən ibarətdir. 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində nəzarətçi mühəndis Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək ünvan 1 ünvanında elektrik enerjisinin istifadə qaydalarının pozuntusunu aşkar etmiş yəni, elektrik enerjisinin istifadəsinin sayğacdan deyil birbaşa paylayıcı faz xəttindən kənar xətt götürərək mənzildə elektik enerjisini sayğacdan kənar idarə etmişdir. Şahid1 həmin mənzilin sahibinə məxsus Eldar adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq mənzilində elektrik enerjisinin istifadəsinin sayğacdan deyil birbaşa paylayıcı faz xəttindən kənar xətt götürərək elektrik enerjisini sayğacdan kənar istifadə olunması barədə məlumat verdikdə sonuncu həmin mənzildə yaşamadığını və mənzili kirayə verdiklərini demişdir. Şahid1 ilə telefonla danışdıqdan təxminən 5-10 dəqiqə sonra ünvan 2 ünvanda elektrik enerjisinin hal-hazırda elektrik hesabat sayğacından deyil birbaşa kənar xətt çəkərək mənzildə elektrik enerjisindən istifadə edilməsi faktını şəxsən aşkar etmişdir. Bundan sonra o, Şahid1 və Şahid2 abonentin qapısını döyərək elektrik enerjisinin istifadə qaydalarını pozaraq elektrik enerjisindən istifadə olunduğunu və bununla bağlı tərəflərindən akt tərtib olunması barədə məlumat vermək istəmişdir. Sonradan adının Təqsirləndirilən şəxs qapını açaraq onları təhqir etməyə başlamış və onların küçəyə düşmələrini tələb edərək söhbəti olduğunu bildirmişdir. Mübariz geri qayıdaraq arvadından bıçaq gətirməyini istədikdən sonra onlar pilləkənlə 3-4 addım ataraq küçəyə doğru istiqamətlənmişlər. Onlar binanın 2-ci mərtəbəsində olarkən Mübariz adlı şəxsin sağ əlində olan bıçaqla onun üzərinə gəldiyini görmüş və bıçaqla onun sol kürəyinə iki dəfə zərbə vurmuşdur. Mübariz üçüncü zərbəni vurmaq istəyərkən Şahid2 araya girərək sonuncunun əlindən tutaraq bıçağı almaq istədikdə bıçaq əlindən çıxaraq Şahid2 gödəkçəsini deşmişdir. Mübarizin onu bıçaqla vurmağını sonuncunun arvadı və həmin binada yaşayan orta yaşlı, bəstəboy bir nəfər kişi də görmüşdür. Hadisə vaxtı onun üzərində ağ rəngli köynək, göy rəngli penjama, ağ rəngli mayka və tünd-göy rəngli palto olmuşdur. Həmin paltarlar Mübariz ona xəsarət yetirərkən zədə almışdır. Hadisə vaxtı qaranlıq olduğundan Mübarizin ona xəsarət yetirdiyi bıçağın əlamətlərini görməmişdir. Mübariz adlı şəxsi ilk dəfədir görmüş və sonuncu ilə əvvəllər aralarında hər hansı mübahisə olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1, Şahid2 Nurəddin oğlu Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 13 dekabr 2021-ci il tarixində "xxxx" ASC-nin Şimal RETSİ Sumqayıt EŞ-nin Enerjisinin əməkdaşları onların yaşadıqları ünvan 3 ünvanına saat 16:00 radələrində gələrək, qanunsuz elektrik enerjisinin istifadəsinin sayğacdan deyil birbaşa paylayıcı faz xəttindən kənar xətt götürərək mənzildə elektrik enerjisini sayğacdan kənar idarə etdiklərini aşkar etmiş, kirayə qaldıqları evin sahibinə bu barədə zəng etmiş, evin sahibi isə onun əri Cəfər Mahmudova zəng edib belə bir hadisənin olduğunu bildirmişdir. Həmin tarixdə 18:00 radələrində onlar evdə olarkən "xxxx" ASC-nin Şimal RETSİ Sumqayıt EŞ-nin Enerjisinin əməkdaşlarından 3 nəfər şəxs yaşadıqları ünvanın qapılarını döydükdən sonra oğlu Təqsirləndirilən şəxs qapıdan çölə çıxıb onlarla söhbət etmişdir. Mübariz 30 dəqiqə sonra evə gəlib gödəkçəsi cırılmış, əsəbi halda çay içdikdən sonra dostları ilə görüşməyə getmişdir. Daha sonra o Mübarizlə danışdıqda sonuncu Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsində olduğunu izahat yazıb gələcəyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Mübariz həmin "Azərişıq” ASC-nin Şimal RETSİ Sumqayıt EŞ-nin Enerjisinin əməkdaşlarından 3 nəfər şəxsdən biri olan Zərərçəkmiş şəxs bıçaq vasitəsi ilə xəsarət yetirmişdir. Əri Təqsirləndirilən şəxsla "xxxx" ASC-nin Şimal RETSİ Sumqayıt EŞ-nin Enerjisinin əməkdaşlarının mübahisəsinin və davalarının şahidi olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı evdən bıçaq və ya hər hansı formada kəsici alət götürməsinin şahidi olmamış, ondan bıçaq və ya hər hansı formada kəsici alət istəməmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törətməsinə bilavasitə şübhə yarandığı üçün o, 13.12.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14.12.2021-ci il tarixli protokoldan görünür ki, Hadisə yeri ünvan 5 ünvanın qarşısıdır. Belə ki, həmin mənzil binanın 6-cı blokunda olmaqla 3-cü mərtəbəsində sağ tərəfdə qırmızı rəngli qapının qarşısıdır. Mənzil 67 ünvanına perpendukilyar yerləşən divarın mərkəzində enerji sayğacları olan dəmir qapaqlıqlarla bağlanmış qutu müşahidə olunur. Qutuda 7 enerji sayğacı vardır və mənzil 67 nömrəli ünvanın **********5 nömrəli sayğacı müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs enerji sayğaclarının yerləşdiyi qutuda Təqsirləndirilən şəxs evinə gedən və **********5 seriya nömrəli sayğaca birləşdirilən faz xəttdən kənar enerji xəttinin çəkilməsini əyani olaraq göstərərək digər əməkdaşlarla xidməti vəzifələrini yerinə yetirərəkən həmin pozuntunu aşkar etdiyini bildirdi. Bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi yeri, yəni həmin blokun 2ci mərtəbəsində pilləkanların duracaq yeri olan mənzillərin qarşısını göstərərək sonuncunun orada ona xəsarət yetirdiyini əyani olaraq göstərdi. Hadisə yerinə baxış zamanı bundan başqa hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində yanında şübhəli əşya və ya predmet müşahidə edilmədi. Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi, hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli köynək, 01 ədəd göy rəngli penjama, üzərində qanabənzər ləkələri olan 01 ədəd ağ rəngli mayka və 01 ədəd tünd-göy rəngli paltoya və Şahid2 Nurəddin oğlunun üzərində olan 01 ədəd mavi rəngli gödəkçəyə baxış keçirələrkən Zərərçəkmiş şəxs aid olan - Paltotünd göy rəngli, uzunqol, qarışıq materialdan, astarı qara rəngli naxışlı qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur, sağ və sol yan cibi,bir ədəd daxili sol cibi var, daxili cibin yuxarı səthində “Ramatozzi” yazısı olan etiket tikilmişdir, öndən beş ədəd, hər iki qolunda bir ədəd qara rəngli plastmas materialdan olan düymə tikilib, arxa səthinin orta aşağı hissəsində kiçik ölçülü fabrik yarıq var. Paltonun arxa sol hissəsində iki ədəd dəlib-keçən zədə müşahidə edildi. Köynək- ağ rəngli, qarışıq materialdan, üzərində geyilmə izləri müşahidə olunur, ön səthinin sol döş nahiyəsində bir ədəd cib var, daxili boyun nahiyəsində “Osmanlı” yazısı olan ağ rəngli etiket tikilmişdir, öndən yeddi ədəd, boyun hissədə bir ədəd, hər iki qolunda iki ədəd ağ rəngli plastmas materialdan olan düymə ilə bağlanır. Köynəyin arxa sol hissəsində iki ədəd dəlib- keçən zədə müşahidə edildi. Penjama- göy rəngli, uzunqol, qarışıq materialdan, üzərində geyilmə izləri müşahidə olunur, daxili boyun nahiyəsində “Berrak” yazısı olan etiket tikilmişdir. Penjamanın arxa sol hissəsində iki ədəd dəlib-keçən zədə müşahidə edildi. Mayka- ağ rəngli, pambıq materialdan, qolsuzdur, üzərində geyilmə izləri müşahidə olunur. Maykanın arxa sol hissəsində bir ədəd dəlib-keçən zədə müşahidə edildi. Bundan başqa həmçinin Şahid2 Nurəddin oğluna aid olan- gödəkçə-göy rəngli, qarışıq materialdan, uzunqol, astarı qəhvəyi rəngli naxışlı qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur, ön səthinin sol döş nahiyəsində bir ədəd cib var, daxili boyun nahiyəsində “Nike” yazısı olan qara rəngli etiket tikilmişdir, öndən qara rəngli zəncirbəndlə bağlanır, sağ və sol yan cibi var. Gödəkcənin ön sağ səthində zədə müşahidə edildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 14 dekabr 2021-ci il tarixli, 1667 nömrəli məhkəmə ekspert rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol arxa səthinin, döş qəfəsinin sol yan səthinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxdan bir qədər əvvəl olmaqla 13.12.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkən xəsarətləri alarkən şaquli vəziyyətdə olmuş və bədəninin arxa səthi xəsarət törədənə tərəf olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 12.01.2022-ci il tarixli, 937/2021-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qan qruppu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən- 0 (1).Ekspertizaya təqdim edilmiş mayka və alt köynək üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemiüzrə tədqiq olunduqda 0 (1) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, beta aqqlyutininləri alındı. Beləliklə, bu qan 0 (1) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş ağ rəngli uzunqol köynəyin və tünd-göy rəngli paltonun vizual müayinəsi zamanı lupa ilə təbii işıqda və yandan düşən süni işıqla müayinə olunduqda onların üzərində qana şübhəli hər-hansı bir ləkə aşkar olunmadı. Elmi əsaslandırılmış və praktikada tətbiq olunan tədqiqat metodların olmadığı üçün maddi sübutlarda aşkar olunmuş ləkələrin əmələ gəlmə müddətini və onların canlı insanın, yoxsa meyitin qanından əmələ gəlməsini təyin etmək mümkün deyil. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsi” barədə 13.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlaməti aşkar olunmamışdır. İş materiallarında olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Həmçinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən görünür ki, X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlilliyi vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs xidməti vəzifəsinin yerinə yetirməsi ilə əlaqədar həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmədiyi barədə göstərdikləri ilə bağlı verdiyi ifadəsini inandırıcı hesab etmir. Özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək həmin ifadəyə tənqidi yanaşır. Onun özünü qismən təqsirli bilməsi zərərçəkmiş şəxsin ifadəsi, həmçinin Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə haqqında protokol və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 01.05.2020-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasına əlavə olunan alternativ cəza Təqsirləndirilən şəxs vəziyyətini qanunla müəyyən edilmiş qaydada yaxşılaşdırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı medallarla təltif olunması və müharibə zamanı 2-ci qrup əlilliyinin olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edilir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun 13.12.2021-ci il tarixdən 27.05.2022-ci il tarixədək 05 (beş) ay 14 (on dörd) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 10 (on) ay 28 (iyirmi səkkiz) gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut qismində tanınan Sumqayıt Şəhər Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli köynək, 01 ədəd göy rəngli penjama, üzərində qanabənzər ləkələri olan 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli palto və Şahid2 Nurəddin oğluna məxsus olan 01 ədəd mavi rəngli gödəkçə sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun həbsdə olduğu 05 ay 14 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 28 (iyirmi səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 6 ünvanı tərk etməmək, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut qismində tanınan Sumqayıt Şəhər Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli köynək, 01 ədəd göy rəngli penjama, üzərinəd qanabənzər ləkələri olan 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli palto və Şahid2 Nurəddin oğluna məxsus olan 01 ədəd mavi rəngli gödəkçə sahiblərinə qaytarılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ**********0000001944 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar