Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-332/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Balakən ray., Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 17-ci mkr, ev 8, mən 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində ünvan 3 ünvanında qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əli ilə sonuncunun sifətinə 2 dəfə şillə vurmaqla, burun sümüyünün natamam xətti sınığı, burun nahiyyəsinin, sol gözaltı nahiyyənin və alt göz qapağının, sağ yanaq nahiyyəsinin qançıları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, 2024-cü ilin fevral ayının əvvəllərində dostu Yaqubla danışdığı zaman evlənmək üçün ciddi bir qızla tanış olmaq fikrində olduğunu demiş, həmin vaxt Yaqubun ona təklif edərək Balakən rayonu Talalar kəndində Aysun adında belə bir qızın olduğunu bildirdikdən sonra tanımaq üçün Aysunun telelefon nömrəsini alaraq bir neçə gün söhbət etdikdən sonra fikrinin ciddi olduğunu ona deyərək qızın anası ilə telefonda danışmışdır. Bundan sonra qızın istəyi ilə Balakən rayonuna gedərək orada görüşdükdən sonra, birlikdə Bakı şəhərinə gəlmiş, qalmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyində yaşayan bibisi qızı Lamiyənin qaldığı evə gələrək müvəqqəti orada Lamiyə ilə birlikdə yaşamış, bir müddət sonra aralarında mübahisə olduğundan həmin evdən çıxaraq təxminən 15 gün Bakı şəhəri, Sabunçu rayonunda kirayə ev tutmuş, sonuncu dəfə isə dostu Asifə məxsus ünvan 4 ünvanında Aysun ilə birlikdə yaşamağa başlamışlar. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində işdə olduğu zaman Aysun ona zəng edərək Asif və həyat yoldaşının onları evinə qonaq çağırdıqları üçün onlarla bərabər getmək istədiyini deyən zaman, Aysuna getməyinə icazə verməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində işdən evə gəldiyi zaman Aysunun yatdığını görüb ona yaxınlaşdıqda Aysundan spirtli içki iyisi gəldiyini hiss etmiş, Aysunu yuxudan durğuzaraq harada içdiyini və Asifgilnən gedib getmədiyini soruşan zaman, ilk öncə heç bir yana getmədiyini desə də, Aysunun üstünə əsəbləşərək təkrarən birdə soruşduğu zaman sonuncu düzünü deyərək Asifgilnən gedib orada içki qəbul etdiyini bildirmişdir. Aysunun ona qulaq asmamasından əsəbiləşərək şillə ilə sifətinə iki dəfə vurub döymüş, daha sonra yatmışdır. Aralarında münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt evdə onlardan başqa heç kəs olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2024-cü ilin fevral ayının əvvəllərində tanıdığı Yaqub adlı şəxs ona zəng edərək Bakı şəhərində yaşayan əslən Balakən rayonundan olan İlkin adlı bir nəfərin subay olduğunu, evlənmək üçün ciddi bir qız axtardığını,əgər razıdırsa onunla tanış edəcəyini bildirmiş, Yaquba razılıq verdikdən sonra İlkin ona zəng edərək onunla bir neçə gün telefonla danışdıqdan sonra xasiyyətlərinin uyğun olduğunu görüb, bu barədə anasına məlumat vermiş, anasından razılıq aldıqdan sonra İlkini rayona çağırmış və birlikdə Bakı şəhərinə qayıtmışlar. İlkin ilə Bakı şəhərində ilk öncə İlkin bibisi qızı Lamiyə ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyində yaşamışlar. Sonradan aralarında mübahisə olduğundan həmin evdən çıxaraq təxminən 15 gün Bakı şəhəri, Sabunçu rayonunda kirayədə, daha sonra isə İlkinin dostu Asifə məxsus ünvan 4 ünvanında birlikdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə İlkinin Bakı şəhərində işdə olduğu zaman dostu Asif və həyat yoldaşı ailəvi dostlarının evinə qonaq getdikləri üçün onuda dəvət etdiyi zaman, İlkinə zəng edərək icazə almış, lakin İlkin ona icazə verməmişdir. Buna baxmayaraq İlkinə qulaq asmayaraq Asifgilnən Sumqayıt şəhərindədə qalan dostu gilə qonaq getmiş, orada yemək yeyən zaman az miqdarda spirtli içki (araq) qəbul etmiş, saat 20 radələrində evə gəlib başı ağrdığı üçün yatmışdır. Təxminən 1 saat sonra İlkinin onu yuxudan durquzaraq hara getdiyini və kiminlə spirtli içki qəbul etdiyini soruşan zaman, o, ilk növbədə yalan danışaraq heç bir yana getmədiyini bildirmiş, lakin ilkinin əsəbləşdiyini görüb düzünü dediyi zaman İlkin əsəbləşərək şillə ilə onun sifətinə iki dəfə vurmuş, aralarında münaqişə yaranmış, daha sonra gedib yatmışlar. Aralarında münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt evdə onlardan başqa heç kəs olmamışdır. Sabahısı gün bu barədə gedib polis bölməsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyanın ödənilmiş, bu səbəbdən sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 396 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: burun sümüyünün natamam xətti sınığı, burun nahiyyənin, sol gözaltı nahiyyənin və alt göz qapağının, sağ yanaq nahiyyəsinin qançırları. Qeyd oluan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yən xx.xx.2024-cü il tarixdə əl ilə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir.(i.v.12-15). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.16-17) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 24) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.49-50) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnur Qasımlı 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-332/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-332/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver