Məhkəmə qərarları › İş №1(060)-333/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-333/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-333/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (boşanmış, himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, mənzil 28-də yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdə saat 23:15 radələrində “B1, B, C1, C” kateqoriyalı, BD000359 seriyalı sürücük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Vectra” markalı, **-ZJ-*** qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə Bədəlbəyli küçəsinin kəsişməsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin, 1-ci hissəsinin tələblərini pozub, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda buna riayət etməyərək və hadisənin qarşını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək Çerkassi küçəsi ilə hərəkətdə olan Şahid2 idarə etdiyi “Opel Vectra” markalı, **-DO-*** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Opel Vectra” markalı **-DO-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs AKBT, baş beyinin orta ağır dərəcəli əzilməsi, sol alın payının hematoması, alın payının hər iki səhvəsinin basılmış sınığı, sol əng sümüyünün yerdəyişməyən sınığı, hər iki gözətrafının qançırı, sol göz ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması, alının sol hissəsinin iki ədəd sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır zərərvurmaya aid xəsarət yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Opel Vectra” markalı **-ZJ-*** dövlət nömrə nişanlı avtomobili 14.10.2020-ci il tarixdə X3 4700 manata alsa da, alqı satqı müqaviləsi bağlamamış, lakin baş etibarnamə ilə idarə edir. Tikintilərdə fəhlə kimi işləsə də, baş etibarnamə ilə idarə etdiyi avtomobili ilə taksi fəaliyyəti də göstərir. 25.12.2020-ci il tarixdə axşam saat 23:15 radələrində Yaşıldərə bağlarından sifariş olduğu üçün o, Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə həmin yerə getmişdir. Lakin yolda sifarişdən imtina olduğu üçün o, geri qayıtmağı qərara almışdır. Buna görə də, Çerkassi küçəsi ilə üzü Bədəlbəyli küçəsinin kəsişməsində işıqforun yaşıl işığında sürətini minimuma endirib əks istiqamətli yolun boş olduğunu güman edib sola, yəni Koroğlu küçəsi istiqamətində dönmə əməliyyatı aparıb saatda 10 km/saat sürətlə hərəkət etmək istəyərkən Ü.Hacıbəyov küçəsi istiqamətindən Çerkassi küçəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan “Opel” markalı avtomobil ön tərəfi ilə onun idarə etdiyi avtomobilin sağ qapısının ön tərəfindən vurmuşdur. Bundan sonra onun avtomobili yolun kənarında olan qaz borusunun üzərinə qalxmış və 7-8 metr sürüşmüşdür. Sonra o, dərhal avtomobildən düşüb toqquşduğu avtomobilə yaxınlaşmışdır. Toqquşduğu avtomobildə olan sərnişinlərdən biri xəsarət aldığı üçün hadisə yerinə TTY briqadası çağırılmışdır. Hadisə zamanı o, tək olmuş, heç bir xəsarət almamışdır. Hadisə zamanı xəsarət almadığı üçün həkimə müraciət etməmişdir. Hadisədən əvvəl toqquşduğu “Ope”l markalı avtomobili 2-3 metr məsafədən görmüşdür. Hadisənin qarşısını almağa cəhd etsə də, heç bir nəticə verməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun qonşusudur. “Opel Vectra” markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobili 26.10.2020-ci il tarixdə X1 6300 manata alsa da, alqı satqı müqaviləsi bağlamadan, baş etibarnamə ilə almışdır. 25.12.2020-ci ildə saat 23:30-da o, qonşuları Şahid1lə birlikdə Vahidin qardaşı X6 Eldarın idarə etdiyi **-DO-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Okean” şadlıq sarayının yaxınlığına aparmışlar. O, avtomobilin arxa sol tərəfində, Vahid isə arxa sağ tərəfində oturmuşdur. Avtomobili Eldar özü idarə etmişdir. 25.12.2020-ci il tarixdə saat 23:45 radələrində geri qayıdan zaman Eldar istifadəsində olan “Opel Vectra” markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobil ilə Çerkassi küçəsi ilə üzü Bədəlbəyli küçəsi istiqamətində saatda 80 km/saat sürətlə hərəkətdə olarkən Bədəlbəyli küçəsi ilə Çerkassi küçəsinin kəsişməsinidə əks istiqamətli yol ilə hərəkətdə olan “Opel” markalı avtomobil işıqforun yaşıl işığında sola doğru dönmə əməliyyatı edərək onun hərəkət yolunun qarşısına çıxmışdır. Nəticədə Eldar idarə etdiyi avtomobilin ön hissəsi ilə **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Eldarın idarə etdiyi avtomobil yolun sağ kənarındakı səkiyə çırpılıb dayanmışdır. Hadisədən sonra onlar avtomobildən aşağı düşmüşlər. Hadisə anında ona zəng gəlmiş və ondan sonra nə baş verdiyini xatırlamamşdır. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04.01.2021-ci il tarixli, 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində AKBT, baş beyinin orta ağır dərəcəli əzilməsi, sol alın payının hematoması, alın payının hər iki səhvəsinin basılmış sınığı, sol əng sümüyünün yerdəyişməyən sınığı, hər iki gözətrafının qançırı, sol göz ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması, alının sol hissəsinin iki ədəd sıyrıqlarından iibarət bədən xəsapətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkimişin Sumqayıt şəhər TTYX-na müracət etdiyi vaxtdan az əvvəl olmaqla 26.12.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/343 saylı, 11.03.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Vectra” markalı, **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşudur. İş materiallarında olan 26.12.2020-ci il tarixli, 6943 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus kateqoriyalı, BD000359 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Pİ-nin təhlükəsiz şəhərin görüntü kamerası vasitəsi ilə çəkilmiş hadisə zamanı Təqsirləndirilən şəxs “Opel Vectra” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətini əks etdirən videogörüntü diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Bunları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödədiyindən onun heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır və işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan 25.03.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 350-3090Z-3221 saylı, 02.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 20 saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 5 saat vaxt sərf etmişdir. Ona görə də, 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barələrində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Buna görə də, Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər prokurorluğuna məlumat verilməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılslın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci bərabər tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar