Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-333/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.319 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində daşıyaraq gizlətməklə saxlamış, 11 dekabr 2023- cü il tarixdə, saat 10:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “İdrak” liseyinin yaxınlığında saxlanılmaqla şəhər polis idarəsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindəki kibrit qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 7-8-12-ci məhəllə ərazisində yaşayan Roza adlı qadın 11 dekabr 2023-cü il tarixdə onun mobil telefonuna zəng vurmuş, ona olan 45 manat borcunun əvəzində bir büküm heroin verəcəyini demiş, həmin əraziyə getdikdən sonra isə sonuncunun 4-cü mərtəbədə yerləşən evinin balkonundan ona üzərindən aşkar olunmuş narkotik vasitəni kibrit qutusunda atmış və həmin narkotik vasitəni götürüb cibinə qoymuşdur. Bir az keçməmiş polis əməkdaşları yaxınlaşıb onu tutmuş və polis bölməsinə dəvət etmişlər. Həmin kibrit qutusunu açmağa imkan olmamış, içində hansı miqdarda narkotik vasitənin olmasından xəbəri olmamışdır. Narkomaniyadan müalicə alır, artıq sağalma ərəfəsindədir, himayəsində övladı vardır. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və barəsində 1 il 9 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək ayağına elektron bilərzik taxılmışdır. Uzun müddətdir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən tüstüsünü qəbul etməklə istifadə etmişdir. 11 dekabr 2023-cü il tarixdə, təxminən saat 10 radələrində yaşadığı evdən çıxıb piyada gəzə-gəzə Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə təxminən saat 10:25 radələrində 7-8-12-ci məhəllə ərazisinə gəlmişdir. Həmin məhəllə ərazisində xatırlamadığı binanın qarşısı ilə keçən zaman yerdə kibrit qutusu görmüş və həmin qutu diqqətini cəlb etdiyindən götürüb içinə baxmış, kibrit qutusunun içərisində ağ rəngli kağız büküm olmasını görmüş və həmin bükülünü də açan zaman içərisində heroin olması görmüşdür. Bundan sonra həmin heroini kibrit qutusu ilə birlikdə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuş və fikirləşmişdir ki. heç kimin olmadığı bir yerə gedəndən sonra həmin heroini istifadə edər. Sonra isə piyada yoluna davam etmişdir. Təxminən saat 10:40 radələrində 7-8-12-ci məhəllə ərazisində yerləşən “İdrak" liseyinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. Polis idarəsinə gələn zaman ayağındakı bilərziyə görə üzərində gəzdirdiyi telefonu polis əməkdaşlarından birinə təqdim etmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş, özünün seçdiyim və hüquqlarının müdafiəsini təmin edəcək vəkil Qoşqar Abbasov təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən özünə məxsus, üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan “Samsung” markalı mobil telefonunu və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı kibrit qutusunun içərisindəki narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı ondan narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə yalan deyərək 7-8- 12-ci məhəllə ərazisində yaşayan Roza adlı qadının 11 dekabr 2023-cü il tarixdə onun mobil telefonuna zəng vurduğunu, ona olan 45 manat borcunun əvəzində bir büküm heroin verəcəyini dediyini, həmin əraziyə getdikdən sonra isə sonuncunun 4-cü mərtəbədə yerləşən evinin balkonundan ona üzərindən aşkar olunmuş narkotik vasitəni kibrit qutusunda atdığını və həmin narkotik vasitəni götürüb cibinə qoyduğunu demişdir. Əsil həqiqətdə isə o, üzərindən aşkar olunmuş narkotik vasitəni 7-8-12-ci məhəllə ərazisində xatırlamadığı binaların birinin yaxınlığında yerdən tapmışdır. Şəxsi axtarış zamanı və izahatında yalan deməsinə səbəb o, olmuşdur ki, fikirləşmişdir ki, narkotik vasitəni tapdığını desə ona inanmazlar. Üzərindən aşkar olunmuş heroinə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində qeydlər aparılmış, o da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Mobil telefonu da əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində axtarış aparılmamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “İdrak" liseyinin ətrafı və yaxınlığıda 11 dekabr 2023-cü il tarixdə, təxminən saat 10:40 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs nədə sübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Polis idarəsinə gələn zaman Təqsirləndirilən şəxs elektron nəzarət üçün nəzərdə tutulmuş mobil telefona bənzər qurğunu ona təqdim etmişdir, polis idarəsinə gəldikdən sonra isə həmin qurğunu təhqiqatçıya təhvil vermişdir. Xidməti otaqların birində videogörüntüyə almaqla vəkilin iştirakı ilə təhqiqatçı Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən “Samsung" markalı mobil telefonu və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq çıxaraq təqdim etmişdir. Həmin bükülü açıldıqda isə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin təxminən yarım qramdan bir az artıq olmuşdur. Bükülü qablaşdırılmış və möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 10:25 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində xatırlamadığı binanın 4-cü mərtəbəsində yaşayan Roza adlı şəxsin ona olan 45 manat borcu əvəzində yaşadığı mənzilin balkonundan ataraq ona verdiyini, həmin heroini şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə “İdrak” litseyinin yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 10:40-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X9 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan para rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunun içərisində olan ağ rəngli riyaziyyat vərəqəsindəki bükümünü, boz rəngli şalvarının arxa sağ cibində saxladığı bir ədəd özünə məxsus Samsung markalı üzərində ***-***-**-** mobil nömrəsi olan telefonunu təqdim etdi. Onun təqdim etdiyi büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin’ə bənzər maddələrin olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan “Heroin" olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə təxminən saat 10:25-də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində tanıdığı Roza adlı şəxsdən Rozanın ona olan 45 manat borcunun əvəzində aldığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli riyaziyyat vərəqəsinə bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,61 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə ekspertizasının 3-16-16/2-6/6357 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 124" dairəvi möhür əksləri, “Saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd kibrit qutusunun içərisində olan 01 (bir) ədəd bükümüdə təmiz çəkisi 0.319 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,269 qram heroin qalıq qalmışdır. İş materiallarında olan olan qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar olaraq ayağında quraşdırılmış elektron nəzarət qolbağının mobil telefona bənzər qurğusu sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Asumqayıt şəhər Məhkəməsinin 1(060)-636/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə ona təyin olunmuş cəzadan 08 ay 17 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 01 ay 09 gün təşkil edir. Nəzərə alınması xahiş olunur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-636/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Samsung A12” markalı olmaqla qara rənglidir, arxa hissəsində zavod üsulu ilə “Samsung” və digər yazılar qeyd olunmuşdur. Baxış zamanı telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya videogörüntülər müəyyən olunmamışdır. İş materiallarında olan olan qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə 11 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd “Samsung A12” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Həmin diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Elsevər Quliyev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyi bildirilir və polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X9 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd üzərində ***-***-**-** saylı nömrə olan “Samsung” markalı mobil telefonu və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq çıxaraq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, sonuncunun üzərində əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusu açılır və içərisində bir ədəd ağ rəngli kağız bükülü olması aşkar olunur, həmin bükülü açıldıqda isə içərisində qəhvəy rəngli narkotik vasitə olan heroine bənzər maddənin olması müəyyən edilir. Həmin bükülü elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 0,61 qram olması müəyyən olunur. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir, üzərində qeydlər aparılır və imzalanır. Bəhruz Ağabaleyin üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 10:25 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində xatırlamadığı binanın 4-cü mərtəbəsində yaşayan Roza adlı şəxsin ona olan 45 manat borcu əvəzində yaşadığı mənzilin balkonundan ataraq ona verdiyini, həmin heroini şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirir. Sonda isə çəkiliş dayandırılır. Həmin 01 ədəd DVD formatlı disk cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinin 13 saylı MKS tərəfindən verilmiş 127 saylı, xx.xx.2024-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi anası-1955-ci il təvəllüdlü Ağabalayeva Xoşqədəm, bacısı- 1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq, qızı-2009-cu il təvəllüdlü X3, oğlu-2012-ci il təvəllüdlü Ağabalazadə Aağacan Bəhruz oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 616 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,319 qram narkotik vasitə olan heroin və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,269 qram heroin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 12 X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən Mərkəzə daxil olub 6 (altı ) ay müddətində xx.xx.2024-ci il tarixinədək ünvan 3 ünvanında yerləşən 12 X2 Narkamaniyadan müalicə alacaqdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,269 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-333/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 528 saylı orderə əsasən vəkil X5 onun vəkili təyin etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ərizəsinə əsasən müdafiəçi qismində X4 iştirakına xitam verilərək müdafiəçi qismində Müdafiəçi təyin edilmişdir. Müdafiəçi X7 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat, Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 01 (bir) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,269 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat, Müdafiəçinın göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-333/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-333/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver