Məhkəmə qərarları › İş №1(060)-333/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-333/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-333/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakım qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs ilə ikinci Qarabağ müharibəsi qazisi kimi tanış olub sonuncuya Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən evlərlə bağlı növbədə irəli çəkəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddəidə hissə-hissə, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu H.Əliyev prospekti. “Koroğlu” metro stansiyasının çıxışında yerləşən parkda aldığı 1000 (bir min) manat. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında özünə məxsus «Kapital» banka aid 416973******3835 nömrəli kart hesabına “Birbank” mobil tətbiq vasitəsilə köçürülmüş 30 manat, xx.xx.2024-cü il tarixdə həmin ünvanda, həmin kart hesabına həmin tətbiq vasitəsilə köçürülmüş 100 manat, 2024-cü ilin aprel ayının son günlərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nizami rayonu H.Əliyev prospekti. “Koroğlu” metro stansiyasının çıxışında yerləşən parkda aldığı 500 (beş yüz) manat. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında qeyd edilən kart hesabına qeyd edilən mobil tətbiq vasitəsilə köçürülmüş 13,50 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1643 (min altı yüz qırx üç) manat 50 (əlli) qəpik maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, Vətən Müharibəsində iştirak etmiş və baş vermiş döyüşlərdə yaralanmışdır. Müharibə qurtardıqdan sonra döyüşlərdə iştirak edib qazi olan şəxslərlə görüşmüşlər. 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhərində fəaliyyət göstərən qazilərin ictimai birliyindən aldığı məlumata görə qazilərə və müharibə iştirakçılarına ev verilməsi məsələsi gündəmdə olmuşdur. Həmin zaman onun maddi vəziyyəti yaxşı olmadığı üçün qazi tanışı olan Nurlandan pul almaq fikrinə düşmüşdr. Bu barədə Zərərçəkmiş şəxs zəng edərək məlumat vermiş və Nurlana ev növbəsində irəli çəkilməsi üçün 1000-2000 manat müqabilində kömək edə biləcəyini vəd etmişdir. Onlar Nurlanla ilk olaraq Bakı şəhərində yerləşən “Koroğlu” metrostansiyasının çıxışında görüşmüşlər. Həmin vaxt Nurlan ona 1000 manat pul vermiş, o, Nurlana ailə tərkibi, yaşayış yeri haqqında arayışları və xasiyyətnaməni alaraq 1 həftə ərzində ona verməyi bildirmişdir. Bir müddət sonra Nurlana zəng etmiş, həkimə getmək üçün 200 manat pul lazım olduğunu bildirmiş və buna görə də ondan borc pul istəmişdir. Nurlan da ona işi üçün pul göndərəcəyini demiş və özünün də 130 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra Nurlan xx.xx.2024-cü il tarixdə 30 manat özünün kartından onun bank kartına göndərmiş, daha sonra xx.xx.2024-cü il tarixdə isə 100 manat pulu həmin karta göndərmişdir. 2024-cü ilin aprel ayının sonlarında Nurlanla yuxarıda göstərdiyi parkda görüşmüş, ondan qaziliklə bağlı sənədlərin surətini və 500 manat pul almışdır. Həmiçinin xx.xx.2024-cü il tarixdə isə Nurlandan 13 manat sənədlərin düzəldilməsi üçün almışdır. Beləliklə, Nurlandan ümumilikdə 1643 manat pul almış, lakin Nurlana vəd etdiyi kimi hər hansı iş görməmişdir. Aldığı puldan 200 manatını sonradan Nurlana ödəmiş, qalan məbləği isə maddi vəziyyəti ilə əlaqədar hazırda ödəyə bilmir. Göstərilən halları, həmçinin müharibə iştirakçısı olmasını, bununla bağlı İİİ qrup əlil olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyul ayında həqiqi hərbi xdmətdən tərxis olunmuşdur. O, hərbi xidmətdən gəldikdən sonra döyüşlərdə iştirak etmiş, qazi olan şəxslərlə mütəmadi olaraq görüşmüşlər və həmin görüşlər əsnasında qazilər cəmiyyətini yaratmışlar. 2021-ci ilin iyul ayında da Təqsirləndirilən şəxs həmin cəmiyyətin sədrinin müavini kimi tanımışdır. Onlar orada qazilərlə tanış olmuşlar və biri-birilərinə nömrə vermişlər. xx.xx.2024-cü il tarixdə Vüsal ona zəng etmiş və ona dövlət tərəfindən ev veriləcəyini, onu ev növbəsində irəli çəkmək üçün pul müqabilində ona köməklik edə biləcəyini qeyd etmişdir. Bundan sonra isə o, Vüsalla xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən “Koroğlu” metrostasniyasının çıxışında görüşmüşlər. O, Vüsala 1000 manat pul vermiş, həmin vaxt Vüsal ona bir həftə ərzində ailə tərkibi, yaşayış yeri haqqında arayışları və xasiyyətnaməni ona verməyi, xx.xx.2024-cü il və ya xx.xx.2024-cü il tarixdə evin açarlarının ona təqdim ediləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Vüsal ondan yenidən sənədlər üçün 30 manat pul istəmiş və o, həmin məbləğdə pulu özünün bank kartından Vüsalın kartına mobil tətbiq vasitəsi ilə göndərmişdir. xx.xx.2024-cü ıl tarixdə həmin kart hesabına əlavə də 100 manat pul göndərmişdir. 2024-cü ilin aprel ayının sonlarında Vüsalla yenidən görüşmüş, Vüsala sənədləri və 500 manat pul vermişdir. O, xx.xx.2024-cü il tarixdə isə 13,50 manat pulu sənədlərin düzəldilməsi üçün göndərmişdir. Beləliklə, Vüsala ümumilikdə 1643 manat pul vermiş, lakin Vüsal vədinə əməl etməmiş, aldığı pulun müqabilində heç bir iş görməmişdir. Vüsal ona 5-6 ay bundan qabaq 200 manat pul qaytarmış, 1443 manat 50 qəpik isə ödənilməmiş qalmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin 78-79-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus səs yazılarının olması müəyən edilmişdir: yazışmalar xx.xx.2025-ci il tarixdə Vüsal Qazi adlı saylı istifadəçi ilə Zərərçəkmiş şəxs arasında baş tutduğu görünür. X2 adlı istifadəçinin həmin Zərərçəkmiş şəxs “bizdə veteranlara ev paylanışı var. həmdə əlillik barəsində köməklik edirik”, “ev növbəsində tək alan sən deyilsən, mən ətrafda çoxuna alıb vermişəm”, “əlillik məsələsi bir az çətindir, ancaq onu da həll etmək olar”, “ən pis variantda verilən əmanət qayıdır” və sair məzmunlu mesajların yazıldığı görünür. Həmçinin, Zərərçəkmiş şəxs həmin yazışmalara cavab verdiyi görünür. Bundan sonra Zərərçəkmiş şəxs Vüsal Qazı adlı istifadəçidən pulunu geri tələb etməsi ilə bağlı danışıqlar gedir. Cinayət işinin 86-90-cı vərəqələrində olan sübutların qiymətləndiirlməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 14-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 82-ci vərəqəsində olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışlar görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup əlildir, həmçinin evli olmaqla xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı uşağı var. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.1-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, vurulmuş zərərdən qsimən ödəniş etməsini, “Vətən mühribəsi” iştirakçısı olmaqla bununla bağlı İİİ qrup əlil olmasını və evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini etiraf etməsini, vurulmuş zərərdən qsimən ödəniş etməsini, “Vətən mühribəsi” iştirakçısı olmaqla bununla bağlı İİİ qrup əlil olmasını və evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Tqəsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədəkdəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 30 (otuz) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat, ümumilikdə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 30 (otuz) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat, ümumilikdə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar