Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-334/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rufaq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakı ilə 1990-cı il dekabrın 29-da Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, digər bir cinayət işi üzrə barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16.08.2020-ci il tarixdə saat 01:00 radələrində X4 məxsus Sumqayıt şəhəri, 21-ci məhəllənin ərazisində dayanmış “Nissan Teana” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin şüşəsini özü ilə əvvəlcədən gətirdiyi dəmir alətlə sındıraraq içəridə qabaq oturacağında olan 01 (bir) ədəd 1500 (min beş yüz) manat məbləğində “Sony HD 1500” markalı videokameranı, 01 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində “Nikon D90” markalı fotoaparatı və qabaq oturacaqların arasında olan saxlanc yerindən 100 (bir yüz) manat məbləğində nağd pulu oğurlayaraq zərərçəkmiş şəxs Yasin Sadıqova ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat dəyərində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsini törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, bir neçə dəfə oğurluq etdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmişdir. Buna baxmayaraq o, hazırki iş üzrə Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan X4 məxsus “Nissan Teana” markalı avtomobildən oğurluq etmədiyini bildirdi. O, ibtidai istintaq zamanı da müstəntiqə bu epizod üzrə oğurluq etmədiyini bildirmişdir. Lakin əvvəlki işdərdə onun barmaq izdəri götürüldüyü üçün bu fakt üzrə də onun barmaq izlərindən istifadə olunduğunu göstərdi. O, zərərçəkmiş şəxsi tanımadığını və onunla heç bir ədavəti olmamışdır. İstintaq zamanı şahidin onun üzünə dayanmasını qəbul etmədiyini və onun yalan ifadə verdiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs olan X6 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, 15 avqust 2020-ci il tarixdə saat 23:00 radələrində özünə məxsus “Nissan Teana” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında, yəni Sumqayıt şəhəri, 21-ci məhəllədə saxlamış və evə getmişdir. Növbəti gün yəni 16 avqust 2021-ci il tarixdə saat 08:00 radələrində işə gedmək üçün avtomobilinə yaxınlaşmış və sağ sərnişin şüşəsinin sındırılaraq qabaq oturacağda olan 01 ədəd dəyəri 1500 manat olan “Sony HD 1500” markalı videokameranı və 01 ədəd dəyəri 350 manat “Nikon D90” markalı fotoaparatı, həmçinin avtomobilin cərimələrini ödəmək üçün qabaq oturacaqların arasında saxlanc yerində gizlətdiyi 100 manat məbləğində nağd pulu oğurlamışlar. Avtomobilin şüşəsinin xərcini çıxmaqla hesablandıqda, cəmi ona 1950 manat məbləğində ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq o, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. İş üzrə Şahid başqa bir cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Lakin Şahid ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə qonşu olduğunu və bu səbəbdən məhkəməyə gəlmək istəmədiyini, məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəməyəqədər icraat zamanı dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamış və uzun müddət ərzində bir-birlərini tanımışlar. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşqul olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri barədə əvvəlcədən heç bir xəbəri olmamışdır. Elvin tez-tez ona zəng edərək onun avtomobilindən taksi fəaliyyəti kimi istifadə etmiş və onu müxtəlif yerlərə aparmışdır. 16 avqust 2020-ci il tarixdə qaynatası X1 ad günü olmuş və ona görə də həmin ərəfələrdə baş vermiş hadisələr yadında qalmışdır. 16 avqust 2020-ci il tarixdə saat təxminən 01 radələrəində Təqsirləndirilən şəxs ona zəng zəng etmiş və hazırda Sumqayıt şəhəri, Dejirnu adlanan yerin dairəsində olduğunu bildirmiş və onu kirayədə qaldığı evə aparmağını istəmişdir. Həmin vaxt “Göyçay” adlı marketin yanında özünə məxsus “VAZ- 2106” markalı avtomobillə müştəri gözləyirmiş. Elvin ona zəng etdikdən sonra onu qeyd etdiyi ünvana gəlmiş və Elvin onun avtomobilinə əyləşmişdir. Adətən Elvin avtomobildə qabaq oturacaqda əyləşərmiş, lakin bu dəfə o, özünü qeyri adi aparmış və arxa oturacaqda əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli içərisində əşyalar olan sellofan paket olmuşdur. Elvin onu Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində “Bərpa” adlı xəstəxananın yanında olan fərdi yaşayış evlərinin yanına özü göstərdiyi yolla aparmağını istəmişdir. Elvini dediyi ünvana çatdırdıqdan sonra onda 3 manat gediş haqqı almışdır. 16 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evlərinə apararkən o, oğurluq etdiyi barədə heçnə danışmamışdır. Təxminən bir neçə gün keçdikdən sonra Sumqayıt şəhəri, “Göyçay” adlı marketin yanında özünə məxsus avtomobildə oturarkən Elvin onu görmüş və söhbət əsnasında o, 16 avqust 2020-ci il tarixdə saat təxminən 01 radələrəində onu çağırdığı zaman ağ rəngli avtomobildən oğurluq etdiyini bildirmiş. Həmin avtomobilin şüşəsini avtomobil sveçası ilə sındırdığını və əlini zədələdiyini ona göstərmişdir. Həmçinin həmin vaxt əlcəksiz ora daxil olduğunu və orada əl-barmaq izləri qalmasını ehtimal etdiyini demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25.11.2020-ci il tarixli, 9/4639 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 2 adda malların istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1850 manat müəyyən edil. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli 21/65R saylı daktiloskopiya ekspertizasının rəyindən görünür ki, 16.08.2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan vətəndaş X4 məxsus “Nissan” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 08 ədəd kağız parçasının üzərinə yapışdırılmış 08 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əlbarmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. - Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 əl-barmaq izi xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən etmişdir. - Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in mılumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Əsədov tərəfindən imzalanmış ittiham aktından görünür ki, 29.12.2020-ci il tarixli 2534 saylı məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu formasında psixipatalogiya aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən “üzvi şəxsiyyət pozuntusu” öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edilməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən və zərərçəkmiş şəxsi dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, habelə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğurluq etməklə zərərçəkmiş şəxs X4 maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16.08.2020ci il tarixdə saat 01:00 radələrində X4 məxsus Sumqayıt şəhəri, 21-ci məhəllənin ərazisində dayanmış “Nissan Teana” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin şüşəsini özü ilə əvvəlcədən gətirdiyi dəmir alətlə sındıraraq içəridə qabaq oturacağında olan 01 (bir) ədəd 1500 (min beş yüz) manat məbləğində “Sony HD 1500” markalı videokameranı, 01 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində “Nikon D90” markalı fotoaparatı və qabaq oturacaqların arasında olan saxlanc yerindən 100 (bir yüz) manat məbləğində nağd pulu oğurlayaraq zərərçəkmiş şəxs Yasin Sadıqova ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat dəyərində maddi ziyan vurmuşdur. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Sumqayıt şəhər Məhkəməsinin 18.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26.06.2020-ci il tarixdən 27.06.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü ilə birləşdirilmiş və çəkilməmiş qalan 602 manat cərimə cəzası yeni təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 602 manat cərimə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 602 manat cərimə cəzasının müstəqil icra olunması, həmçinin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 02.09.2020-ci il tarixdən hesablanması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli, cəzanın əvvəli 09.09.2020-ci il tarixdən hesablanmalı və Sumqayıt şəhər Məhkəməsinin 18.06.2021-ci il tarixli hökmü ilə birləşdirilmiş Təqsirləndirilən şəxs çəkilməmiş 602 manat məbləğində cərimə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 602 manat cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 09.09.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, zərərçəkmiş şəxs X4 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir.... Həmin qərarın 17-ci bəndinin 3-cü hissəsində göstərilir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 və Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdikləri hüquqi yardıma görə hər biri ayrı ayrılıqda 10 (on) saat olmaqla, cəmi 20 (iyirmi) saat vaxt sərf etmişlər. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd ağ zərfdə olan əl-barmaq izləri maddi sübut kimi iş materialında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 602 manat cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 602 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02.09.2020-ci il tarixdən 09.09.2021-ci il tarixdək həbsdə olduğu 1 (bir) il 7 (yeddi) gün müddət hazırki hökmlə ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir ay) 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə və 602 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 602 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs başqa bir cinayət işi üzrə cəza çəkməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs X4 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd ağ zərfdə olan əl-barmaq izləri maddi sübut kimi iş materialında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 60 (altımış) manat və həmçinin Müdafiəçi2 da 60 (altımış) manat olmaqla, ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-334/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-334/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver