Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-334/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Muradov Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2uradov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Muradov Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs Muradov xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sağ göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Muradov özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, təxminən 2 ilə yaxındır ki, Zərərçəkmiş şəxs tanıyır, onunla birlikdə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə fəhlə kimi işləmişlər. Təxminən 2 ay bundan əvvəl Zərərçəkmiş şəxs ondan 100 manat borc pul alaraq borcunu xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək borcunu qaytarmağa imkanının olmadığını bildirərək yaxın günlərdə borcunu qaytaracağını bildirmiş, xx.xx.2024-cü il tarixdə, saat təxminən 15:00 radələrində o, sonuncunun Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yaşadığı ünvana gedərək onunla yaşadığı evin həyətində söhbət etməyə başlamışdır. Bu zaman o, Zərərçəkmiş şəxs ondan aldığı 100 manat borcu nə vaxt qaytaracağını soruşduqda Elgün ona imkanı olduqda borcunu qaytaracağını bildirmişdır. Bu zaman aralarında biraz mübahisə yaranmış və o, əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir neçə yumruq zərbəsi endirmiş, bundan sonra Hüseynov yerə yıxılmış, o isə həmin ərazini tərk edərək oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Muradov məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 27 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Muradovla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ilkin təhqiqat araşdırması dövründə verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, təxminən 2 ilə yaxındır ki, Təqsirləndirilən şəxs Muradovu tanıyır, onunla birlikdə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Təxminən 2 ay bundan əvvəl o, Təqsirləndirilən şəxs Muradovdan 100 manat borc pul almış və Təqsirləndirilən şəxs borcunu xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə maddi imkanı olmadığı üçün Təqsirləndirilən şəxs adlı şəxsdən aldığı 100 manat borc pulu qaytara bilməmiş və ona zəng edərək borcunu ödəmək üçün əlavə bir neçə gün vaxt istəmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 15:00 radələrəndə Təqsirləndirilən şəxs Muradov yaşadığı ünvana gəlmiş, o, Təqsirləndirilən şəxslə yaşadığı evin həyətində söhbət etdiyi zaman sonuncu ondan borcunu istəmişdir. O, Təqsirləndirilən şəxs maddi imkanının pis olmasını, bir neçə günə onun borcunu qaytaracağını bildirmiş, bu zaman aralarında mübahisə yaramış, Təqsirləndirilən şəxs Muradov əli ilə onun üz nahiyyəsinə bir neçə zərbə endirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Muradov yaşadığı evi tərk edərək oradan uzaqlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2024-cü il tarixli, 329 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sağ göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır.(i.v.15-18). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Muradov və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.20-21) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Muradov barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 65) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Muradov əvvəllər məhkum olunmamışdır. (i.v.67-68) Beləliklə, Təqsirləndirilən şəxs Muradovun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Muradov Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Muradov əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Muradovun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Muradov müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Muradov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Qasımlı X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-334/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-334/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver