Məhkəmə qərarları › İş №1(060)-334/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-334/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-334/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1972-ci ildə Abşeron rayonu, Xələnc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,391 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 06 mart 2025-ci il tarixdə saat 21:40-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən “Corat” mağazasının qarşısında saxlanılıb üzərinə yoxlama keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin altında olan qara rəngli idman paltarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,391 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə səhər saatlarında əvvəldən tanıdığı Şahid6 adlı polis əməkdaşı ona zəng edərək təcili onunla görüşmək istədiyini bildirmiş, o, isə xəstəxanada olduğunu bildirmişdir. Bundan sonra axşam saatlarında Samid Mehdiyev ona yenidən zəng edərək görüşmək istədiyini bildirmiş, onlar həmin gün axşam saatlarında Corat qəsəbəsində, Məscidin yanında görüşmüşlər. O, görüş yerinə gəlmiş və orada onu gözləyən mülki geyimdə olan əvvəllər tanımadığı daha üç nəfərlə qarşılaşaraq salamlaşmışdır. Onlar onu avtomobillərinə dəvət etmiş, onu narkotiklə rəsmiləşdirmək istədiklərini bildirmişlər. Bu səbəbdən o, əlacsız qalıb saxta əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, o, etirazını bildirdikdə, həmin şəxslər əks təqdirdə onu külli miqdarda yəni 01 kiloqram “malla” yükləyəcəklərini bildirib, “bu işin altından heç vaxt çıxa bilməyəcəyi” ilə bağlı onu təhdid etmişlər. O, da məcbur olub narkotikin ona məxsus olmasını öz boynuna götürmüşdür. O, qeyd etdiyi xüsusatlarla bağlı heç bir yerə şikayət etməmiş, baş verənləri məhkəmədə danışacağını düşünmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hazırda narkotik vasitədən istifadə etməsə də, əvvəllər narkotik vasitə olan “nəşə”, “kakos” istifadə etmişdir. Bildirir ki, 06 mart 2025-ci il tarixində səhər saatlarında ona zəng vuran şəxs Samid adlı polis əməkdaşı olmuş, lakin zəng olunan mobil nömrəni xatırlamır. Həmin vaxt o, polis əməkdaşlarına məhkumluğunun olması, bu işin onun üçün ağırlaşdırıcı hal kimi qiymətləndiriləcəyini demişdir. Saxlanılarkən və Polis İdarəsində olarkən polis əməkdaşları tərəfindən döyülməmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirildikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, ünvana çatdıqdan sonra yeznəsi Fəzail onların olduğu avtomobilə yaxınlaşıb salamlaşmış, özü ilə gətirdiyi “Birbank” kartını və paltarı ona, 1000 manat pulu isə Samid Mehdiyevə vermişdir. Bundan sonra onlar avtomobilə əyləşib Corat qəsəbəsində yerləşən bankomatlardan birinin yanına gəlmiş, orada polis əməkdaşlarından biri ondan kartı götürüb kodu öyrəndikdən sonra bankomata yaxınlaşaraq hesabdan 515 manat nağd pul çıxarmışdır. Həmin şəxs avtomobilə qayıdıb 500 manatı özündə saxlayıb, kartı və 15 manat pulu ona verdikdən sonra yollarına davam edərək Sumqayıt ŞPİ-nə gəlmişlər. O, əlavə olaraq bildirmişdir ki, yeznəsi Fəzailə Şahid6 mobil telefonundan zəng etmişdir. Tutulduğu gün səhər saatlarında Samid ona zəng vurmuş, o həmin vaxt Bakı şəhərində olmuşdur. Daha sonra axşam Samidlə görüşdükdə orada onu narkotiklə rəsmiləşdirmişlər. O, həmin vaxt özünə məxsus bank kartını üzdən tanıdığı şəxsə vermiş, həmin şəxs bank kartından 515 manat pul çıxararaq 500 manatını özünə götürmüş, qalan 15 manatı isə ona vermişdir. Şahid Roza Mürsəlova ifadəsində adını çəkdiyi Kənan və Samir adlı şəxsləri tanımır, ona insanların “tipi” adı ilə müraciət etmələrinin səbəbi ilə bağlı qeyd edir ki, uşaq ikən baş verən hadisədən sonra ona dostları “tipi” deyə müraciət etdiyindən, o, vaxtdan hər kəs onu “tipi” deyə çağırır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 573-də ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir. Uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. 06 mart 2025-ci il tarixdə, təxminən saat 21:40 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən “Corat” marketin yaxınlığında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin altından geyindiyi qara rəngli idman paltarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən maddə 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Üzəri imzalanmış və o da həmin zərfin üzərini imzalamışdır. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmiş, idarədə olan zaman ona hüquqları izah olunduqdan sonra bu barədə yazılı bildiriş verilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, belə bir əşyanın olmadığını və daha əvvəl polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Baxışda iştirak edən Sumqayıt ŞPİ-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış kağız zərfi təqdim edərək, həmin zərfin içərisində onu saxladıqları zaman üzərinə baxış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin altından geyindiyi qara rəngli idman paltarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddənin aşkar edildiyini, həmin maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,45 qram olduğu müəyyən edildiyini bildirmişdir. O, üzərindən aşkar olunmuş maddənin ona məxsus olduğunu, həmin maddəni bir neçə gün əvvəl Bakı şəhəri "Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Qeyd edir ki, o, nə saxlanılarkən, nə də sonradan PB-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. O, narkotik tərkibli və psixotrop maddələrdən istifadə etmiş, lakin narkotik vasitələrin və ya psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün saxlamışdır. O, psixotrop maddəni aldığı həmin şəxsi tanımamış, əvvəllər də ondan narkotik vasitə və ya psixotrop maddə almamışdır. Həmin gün təsadüf nəticəsində qarşılaşmışlar və qısa söhbətləri əsnasında narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğunu bildiyi üçün ona psixotrop maddə satmağa razılaşmış və o da ondan 15 manata öz istifadəsi üçün“patı”dediyi metamfetamin almışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis baş serjantıdır. Belə ki, 06 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən “Corat” mağazasının yaxınlığında olmasını müəyyən edib videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim edərək nədə şübhəli olmasını bildirib ona hüquqlarını izah etdikdən sonra üzərinə yoxlama aparılmışdır. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşulmuş, o, əynində olan gödəkçənin cibində saxladığı bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olunmuş, daha sonra zərfdə qabalaşdırılaraq möhürlənmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. İdarədə təhqiqatçı tərəfindən videoçəkilişlə, onların və vəkilin iştirakı ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, təhqiqatçı tərəfindən Haqverdiyevə üzərindən aşkar olunaraq qablaşdırılmış kütlə təqdim edilərək onun üzərindən aşkar olunan kütlə olub olmaması soruşulmuş, o, həmin kütlənin ona ona məxsus olmasını bildirmişdir. Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, üzərindən aşkarlanan psixotrop maddə onun özünə məxsus olmuşdur. Tədbirdə ondan başqa Şahid3 və Şahid1 iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da ifadəsində Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmiş və ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq edilməmiş, tədbirdə ondan başqa 02 nəfər polis əməkdaşı iştirak etmişdir. Təqsirləndirilən şəxs söylədikləri yalandır, bütün ardıcıllıq videoçəkilişlə lentə alınmışdır. Samid adlı polis əməkdaşı Sumqayıt ŞPİ-də işləsə də o, tədbirdə iştirak etməmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 da digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 06 mart 2025-ci il tarixdə evində olarkən onun istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və ilk öncə tanımadığı şəxs danışmış, sonra Namiq onunla danışaraq anasında olan 1000 manat pulu, bank kartını və bir sıra paltarları gətirib ona verməsini bildirmişdir. Onlar gəldikdən sonra onların olduğu avtomobilə yaxınlaşıb salamlaşmış, birbank kartını Namiqə, 1000 manat pulu isə Samid Mehdiyevə vermişdir. Gələn şəxslər 04 nəfər olmaqla, hamısı mülki geyimdə olmuşlar. Pulu verdiyi şəxs mülki geyimdə olmuş, həmin şəxsi əvvəllər tanımamış, sadəcə kənd sakini kimi polis əməkdaşı olduğunu bilirmiş. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru vəzifəsində işləyir, təqsirləndirilən şəxsi kənd sakini kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Şahid6 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Namiqi axşam vaxtı Sumqayıt ŞPİ-də görmüş, ondan əvvəl Namiqlə görüşməmişdir, Namiqin ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasından, o cümlədən həbsdən buraxılmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs söylədikləri yalandır. Qeyd edir ki, o, Namiqin polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmiş, ondan 1000 manat pul almamışdır. Bundan əlavə bildirir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsus olmamış, ümumiyyətcə 400-lə başlayan nömrəsi olmamışdır. X5 adlı şəxsi tanımadığını bildirir. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı olan əməliyyat qrupunda iştirak etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Namiq Haqvediyevi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Bildirir ki, o, ünvan 2 ünvanında yerləşən binada yaşadığı müddətdə avtomobil ustası olan Samir adlı qonşusu olmuşdur. Qeyd edir ki, Namiq özü şəxsən dəfələrlə Samirə “mal” satmışdır. Onu da bildirmişdir ki, Corat qəsəbəsində demək olar ki, hər kəs Təqsirləndirilən şəxs “mal (narkotik) satan” şəxs kimi tanımış, hətta onun təxəllüsü belə vardır. Bildirir ki, Təqsirləndirilən şəxs tanımadığı şəxslərə “mal” (narkotik) satmamışdır. Lakin o, tanıdığı şəxslərin köməkliyi ilə Namiqdən narkotik almışdır. O, ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. ***-***-**-** saylı mobil nömrənin ona məxsus olub-olmamasını xatırlamır, onun adına çox sayda nömrə olmuşdur, hətta hazırda istifadəsində olan mobil nömrə belə yadında deyildir. Bundan başqa 06 mart 2025-ci il tarixdə harada olduğunu xatırlamır. Onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs “tipi” təxəllüsü ilə tanımış, narkotikə ehtiyac olduqda Kənan və Samir adlı şəxslər onun telefonundan Namiqə zəng vurmuşlar. X8 narkotik almasını görmüş, özü Namiqdən “patı” adlanan psixotrop maddə almış, lakin pulunu özü Namiqə verməmişdır. Ona narkotik vasitə lazım olduqda Samir və Kənana müraciət etmişdir. Şahid6 adlı polis əməkdaşını tanımır. Ona məxsus mobil telefonla heç bir polis əməkdaşı Namiqə zəng vurmamışdır. O, Namiqdən barəsinddə ittiham hökmü çıxdıqdan sonra bir dəfə narkotik almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 mart 2025-ci il tarixdə (saat 15:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:41-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 58-59); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 67-69); Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 08 mart 2025-ci il tarixdə azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 70-71); “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən “Corat” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 21:41-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Haqverdiyevin üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X3 təqdim olunmuş sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək Haqverdiyevə üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Sonucunun üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmir. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis katipanı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və möhürlə möhürlənmiş kağız zərfi təqdim edərək içərisində Təqsirləndirilən şəxs saxlanılan vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman paltarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin aşkar edildiyini həmin maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,45 qram olduğunun müəyyən edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin ona məxsus olduğunu həmin maddəni Bakı şəhəri “papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. (i.v.31-33). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 20/29 nömrəli 07 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,391 qram ağ kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 42-43). Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1511 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq norkomaniyadan məcburi müalicəyə ehiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v. 89-90). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, sonuncu dəfə o, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 05 il 11 ay 29 gün azadlıqdan məhrum edilmişdir. Bundan sonra Xəzər rayon məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan 1 il 8 ay 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 92-94) Göründüyü kimi Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət keçməmiş, yəni cəzanın çəkilməmiş hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Ona görə də, onun barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, həmin müddətdə yenidən cinayət törətmiş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Xədicə Haqverdiyeva adında azyaşlı övladı vardır. (i.v. 87) “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, onun əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,341 qram psixotrop maddə olan metamfetamin və onun müdafiəçini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc otağına təhvil verilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, məhkəmə-kimyəvi məhkəmə-narkoloji ekspertizasının rəyləri, intintaq hərəkətləri protokolları habelə cinayət işinə əlavə olunmuş sənədlər Təqsirləndirilən şəxs üstü yoxlanılarkən və üzərinə şəxsin axtarış keçirilən zaman 02 ədəd diskə yazılmış video görüntülər sübut növü kimi qəbul edilib qiymətləndirilmişdir. (i.v.99-105); Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan 050 369 42 94 saylı mobil nömrəyə 06 mart 2025-ci il tarixdə saat 08:00-dan saat 22:00-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahının alınması barədə 1(060)-334/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edərək icra edilməsi üçün "xxxx" Telekom MMC-yə göndərmişdir. "xxxx" Telekom MMC xx.xx.2025-ci il tarixli məktubla qərarı aşağıdaki məzmunda icrasını təmin etmişdir. Zəng edən nömrə Zəng edilən nömrə Tarix & saat Zəng müddəti **********94 **********89 2025-03-06 11:25:24 55 **********94 **********06 2025-03-06 11:27:05 36 ********** **********94 2025-03-06 11:52:47 119 ********** **********94 2025-03-06 14:06:06 1082 ********** **********94 2025-03-06 14:28:16 195 ********** **********94 2025-03-06 16:10:02 34 ********** **********94 2025-03-06 16:35:55 143 ********** **********94 2025-03-06 16:48:07 3 **********94 **********89 2025-03-06 18:07:20 162 ********** **********94 2025-03-06 19:18:28 4 **********94 **********18 2025-03-06 19:18:50 127 **********94 **********09 2025-03-06 19:34:39 193 ********** **********94 2025-03-06 21:10:44 16 **********94 **********89 2025-03-06 21:50:24 51 **********94 **********89 2025-03-06 21:54:38 77 **********94 **********89 2025-03-06 21:57:50 65 055 439 34 09 saylı mobil nömrənin kimə məxsus olması barədə Sumqayıt şəhər məhkəməsi 1(060)-334/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edərək icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubunda 055 439 34 09 saylı mobil nömərinin xx.xx.1991-ci il təvəllüdlü X2 məxsus olduğu göstərilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus 5239 1517 2112 4835 saylı “Birbank” bank kartından 06 mart 2025-ci il tarixdə, saat 22:15 dəqiqədə pul əməliyyatlarının həyata keçrilməsinə dair bütün məlumatlar, o cümlədən həmin vaxt qeydə alınmış foto və video görüntülərin "xxxx" ASC-dən götürülməsi barədə Sumqayıt şəhər məhkəməsinin 1(060)-334/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı həmin banka icra edilməsi üçün göndərilmişdir. "xxxx" ASC-dən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs məxsus 5239 1517 2112 4835 saylı plastik kartdan xx.xx.2025-ci il tarixdə saat 22:15:40 dəqiqə 515 manat məbləğində vəsaitin çıxarıldığı, lakin görüntülərin saxlanma müddəti bitdiyi üçün təqdim edilməsinin qeyri mümkünlüyü göstərilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin məhkəmənin sorğusuna vermiş olduğu xx.xx.2025ci il tarixli cavab məktubunda polis serjantı Şahid6 hal-hazırda həmin idarəninin Cinayət axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işlədiyi qeyd edilmişdir. X2 məxsus 055 439 34 09 saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı eləcədə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-cil tarixədək olan müddət ərzində həmin mobil nömrəyə dair anten məlumatların "xxxx" MMC-dən götürülməsi barədə Sumqayıt şəhər məhkəməsinin 1(060)-334/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı icra edilməsi üçün həmin mobil operotora göndərilmişdir. Belə ki, "xxxx" mobil operatorunun anten məlumatları barədə verilmiş sorğuya ətraflı və detallı cavabından əməliyyat qrupunun üzvlərindən X2 məxsus ***-***-**-** mobil nömrənin xx.xx.2025-ci il tarixə saat 22:02:31 radələrində anten yeri kimi UABS4049A/UABS4049 Dan Ulduzu rest/Sumqayıt şəhəri İsmət Qayıbov küçəsi, Dan ulduzu restoranın/Sumgayit (40.56xx/xx.70324) ünvanının olması müəyyən edilmişdir. Bundan başqa həmin məktubda ***-***-**-** mobil nömrədən Şahid4 istifadəsində olan mobil nömrəyə 06 mart 2025-ci il tarixdə saat 22:02 dəqiqədə 23 saniyə; 22:05 dəqiqədə 12 saniyə: 22:08 dəqiqədə 08 saniyə olmaqla zəng gəldiyi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitə istifadə etmədiyini, saxlanılarkən üzərində psixotrop maddə olmadığını, polis əməkdaşları tərəfindən daha ağır çəkidə nakotiklə rəsmiləşdiriləcəyi ilə bağlı hədələnildiyi üçün həmin narkotikin ona məxsus olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi bütün hallar və dəlillər araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə verməsi Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə belə olan halda həm ibtidai istintaq və həm də məhkəmə iclasında əldə edilmiş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Baxış keçirilməsi və götürülməsi”, o cümlədən “Şəxsi axtarış keçirilərkən” üzərində olan psixotrop maddəni könüllü olarq polis əməkdaşlarına təqdim etmiş, müdafiəçinin iştirakı ilə Sumqayıt ŞPİ-də təhqiqatçıya verdiyi 06 mart 2024-cü il tarixli ilkin izahatında törətmiş olduğu cinayət əməlini etiraf etmiş, hadisənin baş vermə mexanizmini izah edərək öz imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra xx.xx.2024-cü il tarixdə müstəntiq tərəfindən dindirilmiş, müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində də törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs qismində cəlb edildikdən və CM-nin 234.1ci maddəsi ilə ittiham elan edildikdən sonra dindirilmiş Təqsirləndirilən şəxs bir daha özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək müdafiəçinin iştirakı ilə etirafedici ifadə vermişdir. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli olaraq məhkəmə iclaslarında ifadələrini dəyişməklə başqa məzmunda ifadə vermiş, guya o, bu cinayət əməlini törətməmiş, psixotrop maddə ona polis əməkdaşları tərəfindən təqdim edilmiş, polis əməkdaşlarının onu daha ağır çəkidə narkotiklə yükləyəcəkləri barədə guya etmiş olduqları təhdiddən çəkinərək etmədiyi cinayət əməlini boynuna götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, guya Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin inspektoru Samid Mehdiyev xx.xx.2025-ci il tarixdə günün birinci yarısı onunla görüşmək istədiyi üçün ona zəng etmiş, o, Bakı şəhərində olduğundan onunla həmin vaxt görüşə bilməmiş, həmin gün axşam radələrində Samid onun mobil nömrəsinə yenidən zəng etmiş, o, çağırışa gedərək orada Samid Mehdiyevdən əlavə daha 3 polis əməkdaşı ilə qarşılaşmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, üzərində heç bir narkotik vasitə olmadığı halda onu daha ağır çəkidə narkotiklə rəsmiləşdirəcəklərini bildirdikləri üçün, etmədiyi cinayət əməlini boynuna almışdır. Daha sonra o, polis əməkdaşı Samid Mehdiyevin mobil nömrəsindən yeznəsi Şahid4 zəng etmiş, evdə olan özünə məxsus "xxxx" ASC-yə aid bank kartını, paltarını və 1000 manat pulu evdən götürərək ona verməsini xahiş etmişdir. Qeyd edir ki, bundan sonra polis əməkdaşlarının avtomobli ilə yaşadığı ünvana getmiş, orada yeznəsi Fəzail 1000 manatı Samid Mehdiyevə, kartı isə ona vermişdir. Onlar oradan uzaqlaşaraq qəsəbədə olan bankomatlardan birinə yaxınlaşmış, tədbirdə iştirak edən şəxlərdən biri bankomatdan həmin kartda olan 515 manat pulu çıxarıb 500 manatını özü götürmüş, qalan 15 manatı isə ona qaytarmışdır. Bundan sonra Polis İdarəsinə getmişlər. Məhkəmə Təqsirləndirilən şəxs qeyd etdiyi hər bir xüsusatı araşdırmış, lakin göstərilənlər öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində 06 mart 2025-ci il tarixdə Samid Mehdiyev adlı polis əməkdaşı tərəfindən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan 050 369 42 94 mobil nömrəyə zəng edildiyini bildirsə də, bu barədə "xxxx" MMC-yə verilmiş sorğu nəticəsində alınan cavabdan həmin nömrədən Haqverdiyevin istifadəsində olan həmin mobil nömrəyə göstərilən tarixdə hər hansı zəngin gəlmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz polis əməkdaşının çağırışı ilə tutulduğu yerə gəlməsi və bundan sonra tutulması ilə bağlı ifadəsi onun bu əməlin törədilməsində təqsirsiz hesab edilməsi nəticəsinə gəlmək üçün sübut növü kimi qəbul edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, o, tutulduqdan sonra Samid Mehdiyev öz mobil nömrəsindən yeznəsi Şahid4 zəng etmiş, özünə məxsus bank kartını, geyim əşyalarını və 1000 manat pulu evdən götürərək ona verməsini xahiş etmiş, polis əməkdaşları ilə birlikdə ünvana gedərək Amanullayevdən həmin pulu, bank kartı, əşları götürmüş, bundan sonra qəsəbə ərazində yerləşən bakomatlardan birindən 515 manat pul çıxararaq 500 manatını polis əməkdaşı götürdüyünü, qalan 15 manatı isə ona verildiyini bildirmişdir. Bu halı, Şahid4 öz ifadəsində də təsdiq etmişdir. Məhkəmə bu xüsusatlarla bağlı da araşdırma aparsa da, təqsirləndirilən şəxsin göstərdikləri öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, məhkəmə Şahid4 Təqsirləndirilən şəxs yeznəsi olduğunu nəzərə alaraq birincinin məhkəmə iclasında Haqverdiyevi müdafiə etmək üçün bu məzmunda ifadə verməsini istisna etmir. Belə ki, "xxxx" ASC-yə edilmiş sorğu nəticəsində əldə edilmiş cavabdan Təqsirləndirilən şəxs məxsus 5239 1517 2112 4835 saylı plastik kartdan xx.xx.2025-ci il tarixdə saat 22:15:40 dəqiqə həqiqətən də 515 manat məbləğində vəsaitin çıxarıldığı qeyd edilsə də, həmin vəsaitin məhz kim tərəfindən çıxarılmasına dair görüntülərin saxlanma müddəti bitdiyi üçün təqdim edilməsinin qeyri mümkünlüyü göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs özü də ifadəsində bank kartının əvvəldən özündə olmadığını bildirmişdir. Belə olan halda həmin bank kartından müvafiq əməliyyatın aparılması digər ailə üzvləri tərəfindən edilməsini məhkəmə ağlabatan hesab edir. Bundan başqa məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş və 055 439 34 09 saylı mobil nömrədən 06 mart 2025-ci il tarixdə 22:02; 22:05 və 22:08 dəqiqələrdə Şahid4 zənglərin gəlməsi ilə bağlı gəldiyi nəticəni qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şübhəli şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2025-ci ildə saat 21:41də şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa “Əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına” dair protokoldan xx.xx.2025-ci ildə saat 21:41-dən saat 21:48-ə kimi video çəkiliş aparıldığı və Təqsirləndirilən şəxs üzərindəki psixotrop maddənin həmin video çəkilişlə aşkar edilərək götürüldüyü müəyyən edilmişdir. Həmin protokol xx.xx.2025-ci ildə saat 22:15-dən saat 22:35-ə kimi tərtib edilmişdir. Göründüyü kimi və iş materiallarında olan sənədlərlə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları qarşılıqlı təhlil etdikdə, xx.xx.2025-ci ildə saat 21:41-də tutulması saat 21:48-ə kimi videoçəkiliş aparılması, bundan sonra həmin tarixdə saat 21:50-21:57də təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar və zənglərin edilməsi, o cümlədən həmin taridə saat 22:15-də isə bankomatdan pul vəsaitinin çəkilməsi halları baş vermişdir. Qeyd edilməlidir ki, “Əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına” dair protokolun özü də, xx.xx.2025-ci ildə saat 22:15-dən saat 22:35-ə kimi tərtib edilmiş, bununla yanaşı xx.xx.2025-ci ildə saat 22:15 dəqiqədə "xxxx" ASC-nin bankomatından 515 manatın çəkilməsi halı olmuşdur. Göründüyü kimi xx.xx.2025-ci il tarixdə saat 22:15-də təqsirləndirilən şəxsin iştirakı ilə Polis İdarəsində protokol tərtib edilmişdir. Həmin saatda bakdan çıxarılmış pulun iddia edildiyi kimi polis əməkdaşına verilsə belə şəxsin tutulmasında iştirak edən polis əməkdaşlarına heç bir aidiyyəti olmamış və həmin vaxt təqsirləndirilən şəxsin iştirakı ilə psixotrop maddənin aşkar edilməsi faktının sənədləşdirilməsi ilə məşğul olduqları iş materialları müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prossessual Məcəlləsinin 90.7.6-cı maddəsinə əsasən şübhəli şəxsin hüquqları qismində onun tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək hüququ göstərilmişdir. Məhkəmə Şahid4 Təqsirləndirilən şəxs yeznəsi olduğunu nəzərə alaraq hesab edir ki, hətta 055 439 34 09 saylı mobil nömrənin polis əməkdaşı tərəfindən istifadə edildiyi qəbul edilsə belə bu zənglərin məhz Təqsirləndirilən şəxs tutulması barədə məlumatın qohumu kimi Şahid4 çatdırılan məlumat olduğunu istisna etmir. Bundan başqa Təqsirləndirilən şəxs və əlavə Şahid4 məhkəmədə verdikləri ifadələrində hadisə günü ***-***-**-** mobil nömrəsindən sonuncuya zəng gəldiyini bildirmiş, Təqsirləndirilən şəxs həmin nömrənin məhz polis əməkdaşı Samid Mehdiyevə aid olduğunu bildirmişdir. Qeyd edilən xüsusat da məhkəmə tərəfindən yoxlanılmış, nömrənin kimə məxsus olması və həmin nömrənin sahibinin məhkəmə iclasında dindirilməsi təmin edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyri səmimi olması bir daha öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşı Samid Mehdiyevə məxsusluğu bildirilən yuxarıda qeyd edilən nömrənin məhkəmənin "xxxx" MMC-yə vermiş olduğu sorğu nəticəsində Sumqayıt şəhər sakini X2 məxsus olması müəyyən edilmişdir. Bundan sonra müdafiə tərəfinin verdiyi vəsatət əsasında Roza Mürsəlova əlavə şahid qismində məhkəmə iclasında dindirilmiş və o ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, o, ünvan 2 ünvanında yerləşən binada yaşadığı müddətdə onun avtomobil ustası olan Samir adlı qonşusu olmuş, məhz Samir Namiqdən dəfələrlə Narkotik almışdır. İfadəsində onu da bildirmişdir ki, Corat qəsəbəsində demək olar ki, hər kəs Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satan şəxs kimi tanımış, hətta onun təxəllüsü belə olmuşdur. Təqsirləndirilən şəxs tanımadığı şəxslərə narkotik satmadığını, özünün də əvvəllər narkotik istfadəçisi olduğu üçün məhz tanıdığı şəxslərin köməkliyi ilə Namiqdən narkotik aldığını bildirmişdir. Məhkum olunduqdan sonra bir dəfə Namiqdən narkotik aldığını bildirmişdir. Qeyd etmişdir ki, ***-***-**-** saylı mobil nömrənin ona məxsus olmasını xatırlamır, onun adına çox sayda nömrə olmuş, hətta hazırda istifadəsində olan mobil nömrə belə yadında deyil, hətta 06 mart 2025-ci il tarixdə harada olduğunu xatırlamır. Roza Mürsəlova ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs qəsəbə ərazisində hər kəs “tipi” təxəllüsü ilə tanımış, narkotikə ehtiyac olduqda Kənan və Samir adlı şəxslər onun telefonundan Namiqə zəng etmişlər. X8 narkotik almasını görmüş, özü Namiqdən “patı” adalanan psixotrop maddə almış, lakin pulunu özü Namiqə verməmişdır. Ona narkotik vasaitə lazım olduqda Samir və Kənana müraciət etmişdir. Şahid6 adlı polis əməkdaşını tanımır. Ona məxsus mobil telefonla heç bir polis əməkdaşı Namiqə zəng vurmamışdır. Məhkəmə iclasında qeyd edilənlərlə bağlı verilən çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs şahid Roza Mürsəlovaya, o cümlədən Samir və Kənan adlı şəxslərə narkotik vasitə satmadığını bildirsə də, onun həqiqətən də qəsəbə ərazisində kiçik yaşlarında baş vermiş hadisədən sonra “tipi” adı ilə tanındığını, hər kəsin bu adla onu çağırdığını təsdiq etmişdir. Göründüyü kimi əlavə şahid Roza Mürsəlova verdiyi ifadəsi ilə əksinə Təqsirləndirilən şəxs ifşa etmiş, sonuncunun hətta ayrı-ayrı şəxslərə, o cümlədən onun özünə də narkotik vasitə və psixotrop maddə satdığını, onun narkotiklərin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan başqa o, Şahid4 də daxil olmaqla Təqsirləndirilən şəxs məhz ona məxsus nömrədən birinciyə zəng edilməsinə münasibətdə qeyd etmişdir ki, onun 055 *** ** ** saylı mobil nömrəsinin olduğunu xatırlamır, ona məxsus mobil nömrələrdən Kənan və Samir adlı şəxslər narkotik vasitə almaq üçün Namiq Haqverdiyvə zəng etmişlər. Məhkəmə Roza Müsrəlovanın məhkəmə iclasında verdiyi ifadələrini səmimi qəbul edir, ifadələrin səmimiliyi Təqsirləndirilən şəxs məhz şahidin qeyd etdiklərindən sonra həqiqətən də, onu qəsəbə ərazisində hər kəsin “tipi” təxəllüsü ilə tanımalarını təsdiq etməsi ilə izah etməsi olmuşdur. Bundan başqa məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd etdikləri bütün xüsusatlarla bağlı ötən müddət ərzində hər hansı orqana şikayət etməmiş, bunları məhkəmədə söyləcəyi ilə izah etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Beləliklə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı əldə edilmiş sübutlarla Təqsirləndirilən şəxs təqsirli olması sübuta yetirilmiş və məhz həmin sübutlar hazırki cinayət işində ittihamın əsası kimi qəbul edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 01 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikin növünü, bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir və ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,341 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd disk, mobil operatorlara edilmiş sorğular nəticəsində əldə edilmiş sorğuların cavabını əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 21 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi1 231 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 05 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 08 ay 14 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən 08 mart 2025-ci il tarixədək tarixədək tutulduğu cəmi 02 gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 18 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,341 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 02 (iki) ədəd disk və mobil operatorlara edilmiş sorğular nəticəsində əldə edilmiş sorğuların cavabını əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 231 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar