Məhkəmə qərarları › İş №1(060)-335/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-335/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-335/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 16-cı məhəllə, ev 28/85-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən və 17.02.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25.09.2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən 2712 saylı avtobazanın həyətində olan mebel sexinə qanunsuz daxil olub içəridən 90 (doxsan) manat dəyərində olan 01 ədəd «Makita» markalı naxış vuran frezi 30 (otuz) manat dəyərində olan kəsici lobziki, 40 (qırx) manat dəyərində olan «Fialent» markalı kəsici lobziki, biri 20 (iyirmi) manat, ikisi 40 (qırx) manat dəyərində olan «İnterskol» markalı dreli, 35 (otuz beş) manat dəyərində olan «Total» markalı vibrator, 50(əlli) manat dəyərində müxtəlif ölçüdə əl açarları, biri 3 (üç) manat, ikisi 6 (altı) manat olan kəlbətini, biri 2 (iki) manat, üçü 6 (altı) manat olan vintaçanı, 10 (on) manat dəyərində 01 ədəd dəmirkəsən mişarı, biri 120 (bir yüz iyirmi) manat, ikisi 240 (iki yüz qırx) manat olan tikiş maşınının motorunu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 547 (beş yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən özgə əmlakını talama məqsədi ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid qəsdlə 19.10.2020-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında işlətmiş olduğu Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 152A-da yerləşən saxlanc yeri hesab olunan anbarın plastik pəncərəni dəmir qapılarını açaraq ora qanunsuz daxil olub oradan biri 100 (bir yüz) manat, üçü 300 (üç yüz) manat dəyərində olan hava kompressorunu,biri 30 (otuz) manat, ikisi 60 (altmış) manat dəyərində olan dreli, ümumi dəyəri 54 (əlli dörd) manat olan 06 ədəd lampanı, ümumi dəyəri 60(altmış) manat olan 2,5 lik 200 metr mis kabeli, 02 (iki) manat dəyərində olan 01 ədəd çəkici, 02 (iki) manat dəyərində olan 01 ədəd kəlbətini, 20 (iyirmi) manat dəyərində olan 01 ədəd araba, ümumi dəyəri 630(altı yüz otuz) manat olan 03 ədəd ağ rəngli avtomobil boyası ilə boyanmış və üzəri gümüşü naxışlarla işlənmiş taxta çərçivəli qapını, ümumi dəyəri 880(səkkiz yüz səksən) manat olan ağ rəngli avtomobil boyası ilə boyanmış və üzəri qızılı naxışlarla işlənmiş taxta çərçivəli qapını gizli yolla talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2008 (iki min səkkiz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi vəziyəti ilə əlaqədar olaraq o oğurluq etməyi qərara almışdır. Buna görə də 25.09.2020-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində gəzişərkən mebel sexinin olduğunu görmüşdür. Bundan sonra oğurluq etmək fikrini qətiləşdirmişdir. Həmin mebel sexinə pəncərənin qarşısında olan dikti çıxarıb kənara qoyduqdan sonra içəri daxil olmuş, içəridən 01 ədəd naxış vuran frezi, 02 ədəd kəsici lobziki, 02 ədəd dreli, 01 ədəd vibratoru, 12 ədəd müxtəlif ölçüdə əl açarı, 02 ədəd kəlbətini, 03 ədəd orta ölçülü vintaçanı, 01 ədəd dəmirkəsən mişarı, 02 ədəd tikiş maşının motorunu oğurlamış və oradan çıxıb getmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında axşam saatlarında o qonşuluğunda yaşayan Akifgilin həyət evinə getmişdir. O ona 01 ədəd drel, 01 ədəd naxış vuran frezi, 01 ədəd kəsici lobziki və 01 ədəd vibratoru göstərib demişdir ki, özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Akif ondan həmin əşyaların qiymətini soruşmuş, o da ondan həmin əşyaların hamısına görə 25 manat pul istəmişdir. O onunla razılaşmış və 25 manat pul verib həmin əşyaları ondan almışdır. Sonra o çıxıb getmtşdir. Digər əşyaları isə o növbəti gün səhər saatlarında Sumqayıt şəhəri «Kolxoz Bazarı»nın qarşısına apararaq orada yoldan keçən tanımadığı şəxsə 30 manata satmışdır. Pulu da özünə sərf etmişdir. 19.10.2020-ci il tarixdə 01 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində gəzişərkən bədənində ağrılar yaranmağa başlamışdır. Pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində anbar olduğunu görüb, oraya daxil olmaq niyyətinə düşmüşdür. Həmin anbara pəncərədən daxil olub içəridən 3 ədəd ağ rəngli üzərində qızılı işləməli qapı, 1 ədəd ağ rəngli üzərində gümüşü işləmələri olan qapı, 2 ədəd kompressor aparatı, 1 ədəd direl, 2 ədəd çəkic, 2 ədəd kəlbətini oğurlayaraq ordan çıxmışdır. Oğuladığı əşyaları oradan götürmüş olduğu araba vasitəsi ilə evinə aparmışdır. Bundan sonra həmin gün səhər saatlarında 04 ədəd qapıları aparıb İsmayıl adlı şəxsə göstərib yalandan demişdir ki, həmin əşyalar özünə məxsusdur, pula ehtiyacı olduğu üçün onları dəyərindən aşağı qiymətə satır. İsmayıl da ona inandığı üçün həmin qapıları ondan 280 manata almışdır. İsmayıl həmin qapıların oğurluq yolu ilə əldə etdiyini bilməmiş, ona bu barədə heç nə deməmişdir. Digər əşyaları isə həmin gün axşam saat 16 radələrində Sumqayıt şəhəri Kolxoz bazarının qarşısına gedərək orada yoldan keçən tanımadığı şəxsə 50 manata satmışdır. Hər iki oğurluq cinayətlərini özü tək törətmiş, ona heç kim kömək etməməmiş və həmin oğurluqlar nəticəsində əldə etdiyi pulları da özünə sərf etmiş, heç kimə verməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində onun evindən 3 ədəd kompressor aparatı, 2 ədəd drel, 6 ədəd lampa, 2,5 lik 200 metr mis kabel, 1 ədəd çəkic, 1 ədəd kəlbətin, 1 ədəd araba, 3 ədəd ağ rəngli avtomobil boyası ilə boyanmış və üzəri gümüşü naxışlarla işlənmiş taxta çərçivəli qapı, 4 ədəd ağ rəngli avtomobil boyası ilə boyanmış və üzəri qızılı naxışlarla işlənmiş taxta çərçivəli qapının oğurlanması barədə göstərmişdir ki, həmin evdən 3 ədəd ağ rəngli üzərində qızılı işləməli qapı, 1 ədəd ağ rəngli üzərində gümüşü işləmələri olan qapı, 2 ədəd kompressor aparatı, 1 ədəd direl, 1 ədəd çəkic, 1 ədəd kəlbətin və 01 ədəd dəmir arabanı oğurlamışdır. O onun evindən başqa heç nə oğurlamamışdır.Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, mebel ustası olduğuna görə Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən 2712 saylı avtobazanın həyətində kiçik bir obyekti icarə əsasında götürüb həmin obyekti mebel sexi kimi istifadə edərək ailəsinə çörək pulu qazandırır. Həmin sexdə onunla birlikdə qardaşı Şahid1da işləyir. Lakin, obyektin içərisində olan təmir alətləri ona məxsus olmuşdur. Son vaxtlar pandemiyaya görə işə gec gec getmişdir. 28.09.2020-ci il tarixdə səhər evdən çıxıb tək sexə getmişdir. Sexin qapısını açaraq içəri daxil olmuşdur. İçəri daxil olduqda sexin pəncərəsinin açıq olduğunu və pəncərəni bağlamaq üçün istifadə etdikləri diktdin sındırılaraq yerə tullanıldığını görmüşdür. Bundan sonra cəld ətrafa göz gəzdirib iş alətlərinin yerində olub olmadığını yoxlamışdır. Lakin, alətlərinə baxan zaman ona məlum olmuşdur ki, sexin pəncərəsini sındıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər sexin içərisində olan açıq vəziyyətdə olan seyfdən 5 il bundan qabaq 350 dollara aldığı “Makita” markalı 01 ədəd naxış vuran fres, 5 ay əvvəl 65 manata aldığı və markasını xatırlamadığı kəsici lobzek, 2020-ci ilin avqust ayında 85 manata aldığı “Fialent” markalı kəsici lobzik, 6 ay bundan əvvəl hər birini 30 manata aldğı 02 ədəd “İnterskol” markalı drel, 2020-ci ilin aqust ayında 55 manata aldığım 01 ədəd “Total” markalı vibratoru, ümumilikdə dəyəri 50 manat olan 12 ədəd müxtəlif ölçüdə əl açarını, ümumilkdə 10 dəyərində 02 ədəd kəlbətini, ümumilkdə 9 manat dəyərində 03 ədəd orta ölçülü vintaçan, dəyəri 10 manat olan 01 ədəd dəmirkəsən mişar, ümumilkdə 240 manat olan 02 ədəd tikiş maşınının motorunu oğurlayaraq 800 manat dəyərində maddi ziyan vurmuşlar. Bundan sonra o baş verən hadisə ilə bağlı polisə məlumat vermişdir. Sonra isə qardaşının mobil nömrəsinə zəng edərək baş verən oğlurluqla bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən dəyəri cəmisi 50 manat dəyərində olan 01 ədəd vibrator ona qaytarılmışdır. Qalan maddi ziyan isə ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2019-cu ilin yay aylarında ünvan 1 ünvanını icarəyə göütürüb orada anbar kimi istifadə edir. Onlar Rusiya Federasiyasından müxtəlif növ qapılar idxal edərək topdan satışını təşkil etmişlər. 18.10.2020-ci il tarixdə saat 18 radələrində onlar sexi bağlayıb çıxıb getmişlər və 19.10.2020-ci il tarixdə saat 09:30-da anbara gədən zaman görmüşlər ki, anbarın plastik pəncərəsinə quraşdırılmışh dəmir barmaqlığı qırılaraq plastik pəncərəni sıxığ açaraq içəri daxil olub oradan 3 ədəd ümumi dəyəri 570 manat olan hava vurmaq üçün nəzərdə tutulmuş kompressor aparatı, 02 ədəd ümumi dəyəri 120 manat olan drel, 06 ədəd ümumi dəyəri 54 manat olan lampa, ümumi dəyəri 60 manat olan 2,5-lik 200 metr mis kabel, 01 ədəd 4 manağ dəyərində olan çəkic, 01 ədəd 03 manat dəyərində olan kəlbətin, 01 ədəd 50 manat dəyərində dəmir araba, 03 ədəd üzəri ağ rəngli olan avtomobil boyası və gümüşi naxışlarla işlənmiş ümumi dəyəri 630 manat olan taxta qapı, 04 ədəd üzəri ağ rəngli avtomobil boyası və qızıl naxışlarla işlənmiş ümumi dəyəri 880 manat olan taxta qapı gizli yolla talanmışdır. Həmin oğurluq nəticəsində ona 2370 manat ziyan vurulmuşdur. Hazırda ona vurulmuş maddi ziyanın 1500-1600 manatı ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 13-cü məhəllə, Təzə Kotec qəsəbəsində yerləşən 10 C saylı ev ona məxsusdur. 2020-ci ilin mart ayının axırlarından hal-hazıradək karantim rejimi ilə əlaqədar olaraq o ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən bağ evində qalır. Aradabir ona məxsus Sumqayıt şəhəri 13-cü məhəllə, Təzə Kotec qəsəbəsində yerləşən 10 C saylı evinə gedib-gəlir. 11.08.2020-ci il tarixdə saat 10 radələrində o evinə baş çəkmək üçün 10 C saylı evinə getmiş və 15 dəqiqə evində qaldıqdan sonra oradan çıxıb getmişdir. Həmin vaxt hər şey qaydasında olmuş, heç nə oğurlanmamışdır. 12.08.2020-ci il tarixdə saat 10:40 radələrində həmin bağ evindən Sumqayıt şəhəri 13-cü məhəllə, Təzə Kotec qəsəbəsində yerləşən 10 C saylı evə xalçaları gətirdiyi zaman evin həyətində olan qaraja daxil olmuşdur. Bu zaman qarajın pəncərəsinin açıq olduğunu görmüş və oğurluq edilməsini başa düşmüşdür. Qarajda quraşdırılmış təxminən 230 manata aldığı «Hilal» markalı 32 litrlik su qızdırıcısının yerində olmadığını aşkar etmişdir. Daha sonra yaşadığı evin həyatyanı sahəsində quraşdırılmış videomüşahidə kameralarının görüntülərinə baxdıqda, 12.08.2020-ci il tarixdə saat 01:42də naməlum şəxsin yaşadığı evin həyətinə daxil olaraq, oradan evin qarajın pəncərəsindən içəriyə daxil olub içəridən əşyaları bir-bir çıxartdığını görmüşdür. Beləliklə də qarajdan təxminən 230 manata aldığı 01 ədəd «Hilal» markalı 32 litrlik su qızdırıcısı, təxminən 150 manata aldığı 01 ədəd «Davoline» markalı aspirator, təxminən 50 manata aldığı 01 ədəd Çin istehsalı olan «Nikea» markalı ət çəkən maşın, təxminən 30 manata aldığı Çin istehsalı olan «Gepas» markalı kofe üyüdən cihazı, 50 manat dəyərində 01 cüt ayyaqqabı, təxminən 15 manata aldığı Çin istehsalı olan 01 ədəd böyük lazer fonarını, təxminən 2 manata aldığı Çin istehsalı olan sarı rəngli vintaçan oğurlanmışdır. Daha sonra o hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan o, qaraja baxış keiçrtdikdə təxminən 45 manata aldığı Çin istehsalı olan «Bosh» markalı drelin də oğurlandığını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun evinin həyətində olan qarajdan oğurluq edən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs soyadlı şəxsdir.Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı qəsəbədən tanıyır. 2020-ci ilin sentyabr ayının sonlarında axşam saatlarında o yaşadığı həyət evində həyət işləri ilə məşğul olan zaman, Mirağa onların həyətə gəlmiş və özünə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd drel, 01 ədəd naxış vuran fresi, 01 ədəd kəsici lobziki və 01 ədəd vibratoru gətirib ona göstərmişdir. İlkin izahatında o əşyalardan 2-nin adını səhv göstərmişdir. Belə ki, izahatında Mirağanın ona 01 ədəd pereferator və 01 ədəd mismarvuran gətirib göstərməsini səhv qeyd etmişdir. Əslində o ona qeyd etdiyi əşyaları gətirib göstərmişdir. O həmin əşyaların kimə məxsus olmasını Mirağadan soruşmuşdur. Mirağa isə ona həmin əşyaların özünə məxsus olduğunu demişdir. Bundan sonra o həmin əşyaların qiymətini ondan soruşmuş və Mirağa ona həmin əşyalara görə 25 manat pul istəmişdir. O Mirağa ilə razılaşmış və 25 manat pul verib həmin əşyaları ondan götürmüşdür. O sonra Mirağalan həmin malları nə üçün belə ucuz satdığını soruşduqda ona bildiritşdir ki, pula ehtiyacı var və buna görə də onları dəyərindən ucuz qiymətə satır. Sonra Mirağa həyətindən çıxıb getmişdir. Bir neçə gün sonra o həmin əşyaları aparıb Sumqayıt şəhəri Kolxoz bazarının qarşısında yoldan keçən tanımadığı şəxsə 35 manata satıb, pulunu da özünə sərf etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında ona polis bölməsindən zəng edilərək Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq olduğunu bildirilib izahatının alınması üçün Sumqayıt ŞPİ-in 4-cü PB-yə dəvət etmişlər. O da bölməyə gedib izahat vermişdir. O həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, o, yemiş qarpız satdığı üçün ondan müxtəlif vaxtlarda yemiş qarpız almışdır. Bu səbəbdəndə onunla münasibəti yaranmışdır. 2020-ci il ilin oktyabr ayının əvvəllərində səhər saatlarında Mirağa onun mobil telefonuna xatırlamadığı nömrədən zəng edərək özünə məxsus 04 ədəd qapıları satmaq istədiyini demişdir. O da ona demişdir ki, qapıları gətirsin baxsın. Təxminən yarım saat sonra Mirağa gələrək ona zəng edib demişdir ki, qapıları gətiribdir. O da evdən çıxıb aşağıya düşmüşdür. Mirağa onun yanına markasını və dövlət qeydiyyatını xatırlamadığı yük maşını ilə gəlmişdir. O qapılara baxmışdır. Qapılardan 3 ədədi ağ rəngli, üzərində qızılı işləməli qapı olmuş, 1 ədədi isə ağ rəngli üzərində gümüşü işləmələri olan qapı olmuşdur. Qapılar onun xoşuna gəldiyi üçün onların hamısına görə o Mirağaya 280 manat pul vermişdir. Daha sonra qapıları yaşadığı evə aparmışdır. Bir gün sonra günorta saağlarında qapıları aparıb Sumqayıt şəhəri Kolxoz bazarının qarşısında yoldan keçən tanımadığı şəxsə 200 manata satmışdır. Həmin pulu da özünə sərf etmişdir. Sonradan Sumqayıt ŞPİ-nin 4-cü PB-dən ona zəng gəlitş və o həmin bölməyə dəvət edildiyi üçün ora getmiş və bölmədə olarkən ona məlum olmuşdur ki, Mirağanın ona satdığı qapılar oğurluqdur. O həmin qapıların oğurluq olduğunu bilməmiş, Mirağa da ona bu barədə heç nə deməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19.01.2021-ci il tarixli, 9/5997 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 384 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri təyin tədqiqi hissəsində göstərilmişdir. Digər 4 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı.-biri 100 (bir yüz) manat, üçü 300 (üç yüz) manat dəyərində olan hava kompressoru;-biri 30 (otuz) manat, ikisi 60 (altmış) manat dəyərində olan drel;-02 (iki) manat dəyərində olan 01 ədəd çəkic; -02 (iki) manat dəyərində olan 01 ədəd kəlbətin;-20 (iyirmi) manat dəyərində olan 01 ədəd araba; Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.02.2021-ci il tarixli, 9/618 saylı rəyindən görünür ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda malların orta istismar müddəti və orat istismar intensivliyi parametlərinə uyğun olaraq 2020-ci ilin sentyabr ayına olan orta ğazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 247 manat müəyyən edilir. Ligər 3 adda mallar haqqında ətraflı məlumat (marka, modeli, ölçüləri, texniki vəziyyəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı.-90 (doxsan) manat dəyərində olan 01 ədəd «Makita» markalı naxış vuran frez;-30 (otuz) manat dəyərində olan markası bilinməyən kəsici lobzik;-40 (qırx) manat dəyərində olan «Fialent» markalı kəsici lobzik;-biri 20 (iyirmi) manat, ikisi 40 (qırx) manat dəyərində olan «İnterskol» markalı drel;-35 (otuz beş) manat dəyərində olan «Total» markalı vibrator;-biri 3 (üç) manat, ikisi 6 (altı) manat olan kəlbətin;-biri 2 (iki) manat, üçü 6 (altı) manat olan vintaçan. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin hökmün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən o məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab edilir. 210736024 saylı cinayət işi 15 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanaraq istintaq olunması üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə həvalə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 mart 2021-ci il tarixində CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar çıxarılmış və barəsinlə istintaqdan yayındığı üçün axtarış elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi başlanmış və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 03.02.2021-ci il tarixli 1 (060)-101/2021 saylı qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq həbs qətimkan tədbri seçilmişdir. 25 mart 2021-ci il tarixli əməlin tövsif olunmasına dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. Həmin tarixdə təqsirləndirilən şəxsə yeni ittiham elan olunmuşdur. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirlməsinə dair 27 mart 2021-ci il tarixli Qərardan görünür ki,Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.1 və 180.1-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair 17.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da tutularaq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə təhvil verilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 24.07.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Sumqayıt şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 1 (060)-101/2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinərək CM-nin 69.3 və 68.1.1-1ci maddələri nəzərə alınmaqla 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətinə axadlıqjdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1 (060)-34/2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.24-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Sumqayıt şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin olunan cəzaya qismən toplanmaqla ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş və cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2021-ci il tarixən hesablanması müəyyən edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin hakiminin göstərişinin surətindən görünür ki,Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1 (060)-34/2021 saylı hökmü 25 may 2021-ci il tarixdən qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyəti quruma göndərilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 19.05.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan qismən ödənilmişdir və o şikayətçi deyildir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 10.06.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan qismən ödənilmişdir və o təqsirləndirilən şəxsdən şikayətçidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017 və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması, 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsi və ona dəymiş ziyanın qismən ödənilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Sumqayıt şəhər məhkəməsinin 24.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra yenidən oğurluq cinayət əməllərini törətməsi onun islah olunmadığını göstərir və bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19 aprel 2021-cu il tarixli (iş № 1(060)-335/2021) qərarını icra edərək, 26 aprel 2021-ci il tarixli 404/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi X3 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz ) manat Zəkiiyev Mirağa Mirəli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 04.05.2021-ci il tarixli 1 (060- 34/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmənin başlanğıcı 17 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun “xxxx” ASC -nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar