Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-335/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə saat 06:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni «BCD» kateqoriyalı, AC 237295 saylı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən, artıq olan 75 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «İveco-Otoyol» markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı 596 saylı sərnişindaşıma avtobusu ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Ucuz Market»in qarşısında hərəkətdə olarkən Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtobusun surətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirilməli halda buna riayət etməməklə və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi avtobusun qabaq sağ tərəfi ilə yolu sağdan sola keçən xx.xx.1960-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub, sonuncuya başın küt travması, sol alın sümüyünün xətti sınığı, baş-beyinə qansızına, sol said sümüklərinin açıq sınığı, alının sol hissəsinin, sol saidin orta 1/3-nin iç səthinin yaraları, sol gözətrafını əhatə edən qançırı ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2018-ci il tarixdən hal-hazıradək «İveco-Otoyol» markalı, **-HX-*** dövlət qeydiyyat nişanh 596 saylı sərnişindaşıma avtobusunda sürücü işləyir. Həmin avtobusu etibarnamə ilə idarə edir. Hər gün saat 06:00 radələrində evdən çıxıb idarə etdiyi avtobusla Abşeron rayonu, Xırdalan şəhərinə oradan da Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzi və Binə bazarına, həmin yerdən də geri Abşeron rayonu, Xırdalan şəhərinə sərnişin daşımış, axşam da saat 20:00 radələrində işini başa çatdırıb yaşadığı Sumqayıt şəhərinə evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində evdən çıxıb işə gedərkən, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Ucuz Market»in qarşısı ilə avtobusu 75 km/saatla idarə edərkən təxminən 35 metr məsafədən yolu sağdan sola qaçış yerişi ilə piyadanın qırıq-qırıq xəttin (piyada keçidinin) üstündə getdiyini görüb hadisənin qarşısını almaqdan ötrü tez avtobusun tormoz əyləcini basıb avtobusu sola doğru istiqamətləndirmiş, piyada da onu görüb dayanmayaraq hərəkətinə davam edib yolun qurtaracağına doğru qaçış yerişi ilə gedərəkən, hava yağışlı və yol yaş olduğundan avtobus sürüşmüş və o, piyadanı avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Daha sonra avtobusdan düşüb yerdən uzanmış vəziyyətdə olan piyadanı sağ tərəfə çəkib aparmış, piyada qadın artıq vəfat etmişdir. Özü DİN-nin 102 xidmətinə yığıb hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Piyadanı təcili tibbi yardım maşını ilə morqa aparmışlar. Daha sonra onun və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və sərxoşluğunun yoxlanılması üçün o, Sumqayı şəhər Narkoloji Dispanserinə aparılmışdır. İdarə etdiyi avtobusun surəti saatda 75 km/saat olmuşdur. Avtobusda yük və ya sərnişin olmamış, avtobus texniki vəziyyətdən saz vəziyyətdə olmuşdur. O spirtli içki, narkotik vasitə qəbul etmir və hadisə vaxtı da etməmişdir. Piyadanı 35 metr məsafədən görmüşdür. Tormoz əyləcini basaraq surət həddini təxminən 40 km/saata salmış, piyadanı yolun sağ tərəfinin orta hissəsində piyada keçidinin üstündə vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını və 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun anasıdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məlum olmuşdur ki, bir az əvvəl ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Ucuz Market»in qarşısında idarə etdiyi «İveco-Otoyol» markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı 596 saylı sərnişindaşıma avtobusu ilə yolu sağdan sola keçən anası Zərərçəkmiş şəxs vurmuş, sonuncu aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölmüş, daha sonra hadisə yerinə çağırılmış təcili-tibbi yardım maşını ilə morqa aparılmışdır. O da evdən çıxıb həmin yerə getmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun qohumları tərəfindən ona kompensasiya ödənilmişdir və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YNH eksperti, polis kapitanı Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində o, Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Ucuz Market»in qarşısında ölümlə nəticələnən yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o hadisə yerinə getmiş, hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi «İveco-Otoyol» markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı 596 saylı sərnişindaşıma avtobusu ilə yolu sağdan sola keçən piyada xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtobusun qabaq sağ tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, sonuncu aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölmüşdür. Daha sonra hadisə yerinə çağırılmış təcili-tibbi yardım maşını ilə vəfat etmiş qadın morqa aparılmışdır. Bundan sonra hadisə yeri sürücünün, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra sürücü Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserinə aparlıraq orada o sərxoşluq müayinəsindən keçirilmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən qaçması halı baş verməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 141 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, sol alın sümüyünün xətti sınığı, baş-beyinə qansızma, sol said sümüklərinin açıq sınığı, alının sol hissəsinin, sol saidin orta 1/3-nin iç səthinin yaraları, sol gözətrafını əhatə edən qançırından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər. Həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-4 saat əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı götürülmüş qanın məhkəmə kimya tədqiqat nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. (AKT-4042\K). Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterinə və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmiş xəsarətləri alarkən şaquli vəziyyətdə olmuş, bədənin sol yan səthi avtomobilin ön tərəfinə doğru yönəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3176 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Otoyol” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürucu Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat mürətdən artıq, yəni 75 km/saat sürətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5891 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:10 radələrində sərxoş deyildir. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16-8/2605/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcsus AC237295 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sisteminə əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2020-ci il təvəllüdlü X4). İş materiallarında olan 11 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iş üzrə X5 zərərçəkmiş şəxs qismində tanınmış, X5 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarında olan X7 Haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat zamanı X1 arvadı olan Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar X2 dəymiş ziyana görə 9000 (doqquz min) manat məbləğində pulu (kompensasiyanı) ödəmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayəti səmimi etiraf etməsini isə Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və ekspertiza tədqiqatinin dəyəri olan 85 (səksən beş) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-335/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-335/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver