Məhkəmə qərarları › İş №1(060)-336/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-336/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-336/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 76-cı məhəllədəki fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarsında tanışları X5 döyülməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, silah qismində istifadə etdiyi bellə (lopatka ilə) Zərərçəkmiş şəxs1 vuraraq sonuncuya qarnın qançır və sıyrığı, döş qəfəsinin qançırından ibarət qəsdən sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs2 bir əli ilə boğazından tutub sıxaraq, digər əli ilə yumruqla sifətindən, başından bir neçə dəfə vuraraq sonuncuya alnın sağ yarısının, üst dodağının sol yarısının qançırından ibarət qəsdən sağlamlığına zərərvurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində o xalası oğlu X7 ilə birlikdə olan zaman bir nəfər şəxs ona zəng vuraraq, onlara məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexində işləyən dostu Kamranın döyüldüyünü demişdir. O da Qorxmazla dərhal həmin sexin qarşısına gəlib görmüşdür ki, yaxınlıqda yaşayan Ceyhun və Azad adlı şəxslər Kamranı tutaraq silkələyirlər və Kamranın sifətində xəsarətlər var. O, onlardan Kamranı kimin vurduğunu soruşmuş, Azad ilk əvvəl demişdir ki, Kamranı o vurubdur. Sonra Ceyhun da Kamranı vurduğunu demişdir. Orada adam çox olduğu üçün o Ceyhunla özünün «Niva» markalı maşınına oturub, oradan bir az kənara getmişlər ki, Ceyhunu başa salsın. Onlar söhbət edib, təxminən 5-10 dəqiqə sonra geri qayıtmışlar. Həmin vaxt atası Qasım da ora gəlmiş, həmçinin Ceyhun gilin dostları Ülvi və Saleh də orada olmuşlar. Azad orada onunla mübahisə etməyə başlamış və yumruqla bir dəfə sifətindən vurmuşdur. O, Azadın üstünə gedəndə tanımadığı şəxslər araya girərək onları ayırmışlar. Ceyhun da Qorxmazın sifətindən yumruqla bərk vurmuş və Qorxmaz yerə yıxılmışdır. Saleh və Ülvi də yerdə Qorxmazı təpikləyərək döymüşlər. Atası Qasım onları ayıranda Azad fəndlə atasını yerə yıxmışdır. Salehlə Ülvi sonra onu itələyərək yerə yıxmışlar və o sol qolundan xəsarət almışdır. Anası Mətanət səsə ora gəlmiş və onları döyən şəxslər qaçıb getmişlər. O da buna görə AR DİN-in 102 xidmətinə müraciət etmişdir. Mübahisə vaxtı o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ola bilsin ki, hər hansı bir bədən xəsarəti yetirmişdir. Belə ki, orada qarşılıqlı dava olub və onun atasını Ceyhun fənd işlədərək yerə yıxmasını gördüyü üçün çox əsəbləşmiş və həmin vaxt həmin şəxslərlə qarşılıqlı olaraq bir-birlərini vurmuşlar. Lakin mübahisə vaxtı onun əlində bel (lopatka) olmamış və o, hər hansı bir şəxsə bellə (lopatka) xəsarət yetirməmişdir. Hadisə 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında baş vermişdir. Hadisənin nə qədər davam etdiyini dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslərlə barışdığını, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, himayəsində xəstə atasının və anadangəlmə qüsurlu doğulmuş azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:15 radələrində o dostu Ceyhunla görüşmək üçün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt mebel» mağazasının qarşısına getmişdir. Oradan Ceyhuna zəng vurmuş və onu yaxınlıqdakı «Kia Motors» mağazasının yanına çağırmışdır. O həmin mağazanın yanına getdikdə onun yanında yerləşən avtotəmir sexində görmüşdür ki, Ceyhun və bir neçə nəfər yaxınlıqda yaşayan cavan uşaqlar oradadırlar. Ceyhun yaxınlıqdakı avtotəmir sexinə keçmiş və arxasınca gedəndə orada işləyən Kamran adlı oğlanla dalaşdığını görüb, onları ayıraraq barışdırmışdır. Bir neçə dəqiqə sonra həmin sexin sahibi Fariz, xalası oğlu Qorxmazla birlikdə ora gəlmişlər. Fariz Kamranı kimin vurduğunu soruşduqda, Ceyhun demişdir ki, Kamranı o vurmuşdur. O da Farizə onları artıq barışdırdığını və məsələnin həll olunduğunu və davanın bitdiyini demişdir. Fariz isə ona «sən kimsən onları barışdırırsan» sözünü deyib əli ilə onu sinəsindən itələmiş və Fariz onu söhbət etməyə getməsi üçün öz maşınına çağırmışdır. Orada olan uşaqlar onu kənara çəkmişlər, Ceyhun Farizin maşınına əyləşərək onunla harasa getmişdir. Bu vaxt dostları Saleh və Ülvi də ora gəlmişlər. Farizin atası Qasım da ora gəlmiş və ondan nə üçün dalaşdığını soruşmuşdur. O da ona heç kimlə dalaşmadığını demişdir. Təxminən 5- 10 dəqiqə sonra Ceyhun Farizin idarə etdiyi «Niva» markalı maşınla onların yanına qayıtmışlar. Fariz ora çatanda heç bir səbəb olmadan onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Fariz maşından düşən kimi sexdən bel (lapatka) götürüb, onun üstünə gəlmişdir. Saleh Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin Fariz onun sözünə qulaq asmamış və Ceyhun Farizin əlindən beli alaraq kənara atmışdır. Həmin Farizin atası Qasım kişi də orada olmuşdur. Lakin Fariz yenidən beli götürüb, onun üstünə gəlmişdir. Fariz bir əli ilə onun boğazından tutub sıxaraq, digər əli ilə yumruqla sifətindən, başından bir neçə dəfə vuraraq onu döyməyə başlamışdır. O da yumruqla Farizin sifətindən 2 dəfə vurmuşdur. Həmin vaxt bir nəfər arxadan onun boğazından tutub boğaraq arxaya yıxmaq istəmiş, o da onu fəndlə yerə yıxanda görmüşdür ki, onu arxadan tutan Farizin atası Qasım kişidi. O Qasımdan buna görə üzr istəsə də Fariz onun üzərinə gələrək yumruqla yenidən başına 2 dəfə vurmuşdur. Həmin vaxt Qorxmaz belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardıb, söyüş söyə-söyə onun üzərinə gəlmişdir. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz isə bıçaqla Ülvinin sol qoluna vurub xəsarət yetirmişdir. Ceyhun da onun əlində olan bıçaqla Ülviyə xəsarət yetirdiyini görüb, yenə bıçaqla zərbələr atdığı üçün arxadan yumruqla Qorxmazın sifətindən vurmuş, Qorxmaz yıxılanda bıçaqla Ceyhunun da sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Qorxmaz yerdən duraraq yenə bıçaqla Ceyhunun üzərinə gəlmiş və Ceyhun yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla onun üzərinə gələndə Ceyhun yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmişdir. Ceyhun daşı yerə atmışdır. Qorxmaz isə əlində bıçaqla onların arxalarınca getmiş, onlar isə oradan qaçaraq çıxıb getmişlər. Onun alnından, dodağından xəsarətləri Fariz yumruq vurmaqla yetirmişdir. Qasım da boğazından tutub yerə yıxmaq istəmişdir. Farizdən başqa onu vuran, döyən olmamışdır. Hadisə 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında baş vermişdir. Hadisə təxminən 30 dəqiqədən çox davam etmişdir. Zərərçəkmiş həmçinin ifadəsində Təqsirləndirilən şəxs ifdasində göstərilənlərin həqiqəti əks etdirmədiyini, Fariz gələn zaman artıq dalaşmanın bitdiyini və tərəflərin barışdığı halda Farizin yenidən mübahisəni alovlandırdığını bildirmişdir. Mübahisə və dava-dalaş vaxtı orada o, Ceyhun, Ülvi, Saleh, Təyyar, Mahir, Kamran, Fariz, Qasım, Qorxmaz olmuşdur. Münaqişə vaxtı səs-küy yaranmış və səslərinə yaxınlıqda yaşayan tanımadığı cavan uşaqlar da yığışmışdır, kənarda dayanıb baxmışlar, müdaxilə etməmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində humanist qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:45 radələrində o dostu Salehlə marşurut avtobusu ilə Bakı şəhərindən Sumqayıt şəhərinə gələrək 76-cı məhəllə ərazisindən keçən zaman məhəllə uşağı Azadın bir neçə şəxslə dayandığını görüb, marşurutdan düşərək onların yanına yaxınlaşmışlar. Nə baş verdiyini soruşduqda dostu Ceyhunun oradakı sexlərin sahibi Qasımın oğlu Farizlə söhbət etmək üçün harasa getdiklərini demişdir. Həmin vaxt X15 idarə etdiyi «Niva» markalı maşınla ora gəlmişlər. Fariz ora çatanda heç bir əsaslı səbəb olmadan Azadı nalayiq söyüşlərlə söyməyə başlamışdır. Fariz maşından düşən kimi sexdən bel (lapatka) götürüb, Azadın üzərinə hücum çəkmişdir. Saleh Farizi tutaraq sakitləşdirməyə çalışmışdır. X17 sözünə qulaq asmamış və Ceyhun onun əlindən beli alaraq kənara atmışdır. Həmin vaxt orada olan Farizin atası Qasım onlara Farizin Azadı vurmasına mane olmamalarını demişdir. Fariz yenidən beli götürüb, Azadın üzərinə gəlmişdir. O qarşıya keçərək onu sakitləşdirmək istədikdə, Fariz bellə onun qarnından, sinəsindən bir dəfə vurmuşdur. Ceyhun yenə beli onun əlindən almış və Fariz arxadan qolu ilə Azadın boğazından tutub sıxmağa başlayıb vurmuş və Azad bundan sonra ona tərəf çönüb, yumruqla sifətindən vurmuşdur. Fariz də yumruqla Azadın sifətindən, başından vurmuşdur. Onları ayırmağa çalışsalar da ayıra bilməmişlər. Qasım da arxadan Azadın boğazından tutub boğmuş, Fariz də yumruqla Azadın başından vurmuşdur. Azad onu arxadan kimin boğduğunu görə bilmədiyi üçün fəndlə Qasımı yerə yıxmışdır. Həmin vaxt Qorxmaz belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardıb, söyüş söyə-söyə Azadın üzərinə cummuşdur. O Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz isə bıçaqla onun sol qoluna bir dəfə vurub xəsarət yetirmişdir. Ceyhun da Qorxmazın əlində bıçaqla ona xəsarət yetirdiyini görüb, yenə bıçaqla zərbələr atdığı üçün arxadan yumruqla Qorxmazın sifətindən vurmuşdur. Qorxmaz yıxılanda bıçaqla Ceyhunun da sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Qorxmaz yerdən duraraq yenə bıçaqla Ceyhunun üzərinə gəlmiş və Ceyhun yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz bıçaqla onun üzərinə gələndə Ceyhun yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmağını istəmişdir. Ceyhun daşı yerə atmışdır. Qorxmaz isə əlində bıçaqla onların arxasınca gəlmiş, onlar isə oradan qaçaraq çıxıb getmişlər. Hadisə vaxtı onun sol qolundan Qorxmaz bıçaqla vurub xəsarət yetirmiş, Fariz isə qarınından və sinəsindən bellə vurmaqla ona xəsarət yetirmiş, onlardan başqa onu vuran, döyən olmamışdır. O özü də heç kimi vurmamış, döyməmiş, sadəcə orada dalaşan şəxsləri ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs hadisənin baş verməsinin ardıcıllığını düzgün danışmayıb təhrif edir. Ona xəsarəti bellə Fariz yetirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində humanist qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:00 radələrində o yaşadığı evdən çıxıb 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt» mebel mərkəzinin qarşısında dayanıb dostu Azadı gözləyərkən, qonşuluqda yaşayan Təyyar və Mahirin kənarda söz mübahisəsi etdiklərini görüb, onları sakitləşdirmək üçün onlara yaxınlaşmışdır. O Təyyar gillə söhbət edən zaman yaxınlıqdakı avtomobil təmiri sexində işləyən sonradan adının Kamran olduğunu bildiyi şəxs də onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. O da Kamrana heç nə olmadığını, öz aralarında həll edəcəklərini demişdir. Kamran Təyyarın dostu olduğunu demiş, o da Kamrana «sən onu bir il tanıya bilərsən, onlar isə məhəllə uşaqlarıdır bir-birlərini yaxşı tanıyırlar, söhbətlərinə qarışma, özləri həll etsinlər» sözünü demişdir. Kamran da onunla mübahisə etməyə başlamışdır. O mübahisə zamanı yumruqla Kamranın sifət nahiyəsindən 2 dəfə vurmuş və Kamran zərbədən yerə yıxılmışdır. Kamran sonra ayağa durub, danışa-danışa öz işlədiyi sexə tərəf getmişdir. O da Kamranın arxasınca getmiş və onun işlədiyi sexin qarsınıda Kamran üzərinə gələn zaman, o yenidən Kamranın sifətindən 1 dəfə yumruqla vurmuşdur. Kamranın sifəti qan olduğu üçün o əl-üzünü yumaqdan ötrü işlədiyi sexə girmiş və bu vaxt dostu Azad Kamranı görüb, onun yanına gəlmişdir. Kamran əl-üzünü yuduqdan sonra yenə onun üzərinə gəlmiş və onlar tutaşmağa başlamışlar. Azad isə onları ayırmışdır. Azad onların hər ikisini başa salmış və onları barışdırmışdır. Onlar sexdən çıxanda həmin sexin sahibinin oğlu Fariz və yanında olan xalası oğlu, sonradan adının Qorxmaz olduğunu bildiyi şəxslə Farizin idarə etdiyi «Niva» markalı maşınla ora gəlmişlər. Fariz avtomaşından düşüb, Kamranı kimin vurduğunu soruşmuş, o da Kamranı vurduğunu demişdir. Azad da ona artıq barışdıqlarını və məslənin bitdiyini demişdir. Fariz də Azadı nalayiq söyüşlərlə söyüb, onunla mübahisə etmişdir. Fariz Azadı söhbət etmək üçün maşınına dəvət etmiş, o isə buna imkan verməyib, özü Farizin maşınına əyləşmişdir. Farizlə o söhbət edə-edə maşınla bir az kənara getmişlər və yolda Fariz ona demişdir ki, Azadı bıçaqla arxasından vuracaq. O da Farizə izah etmişdir ki, Azadın heç bir günahı yoxdu, Kamranla o dalaşmışdır. Təxminən 10 dəqiqə sonra onlar həmin sexin qarşısına qayıtmışlar. Onlar həmin yerə qayıdanda dostları Ülvi və Saleh də ora gəlmişdilər. Fariz maşından düşən kimi təhqiramiz ifadələr işlədərək obyektdən bel (lapatka) götürüb, Azadın üzərinə hücum çəkmişdir. Onlar Farizi tutub sakitləşdirmişlər və o beli onun əlindən alıb kənara atmışdır. Fariz yenidən beli götürüb, Azadın üzərinə getmişdir. Fariz arxadan qolu ilə Azadın boğazından tutub sıxmağa başlamış və Azad ona tərəf çönüb, yumruqla sifətindən bir dəfə vurmuşdur. Fariz də yumruqla bir neçə dəfə Azadın sifətindən, başından vurmuşdur. Onları ayırmağa çalışsalar da ayıra bilməmişlər. Qasım da arxadan Azadın boğazından tutub boğmuş, Fariz də yumruqla Azadın başından bir neçə dəfə vurmuşdur. Azad onu arxadan kimin boğduğunu görə bilmədiyi üçün fəndlə Qasımı yerə yıxmışdır. Həmin vaxt Qorxmaz belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardıb, söyüş söyə-söyə Azadın üzərinə cummuşdur. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz isə bıçaqla Ülvinin sol qoluna bir dəfə vurub xəsarət yetirmişdir. O da onun əlində bıçaqla Ülviyə xəsarət yetirdiyini görüb, yenə də bıçaqla zərbələr endirəcəyini zənn edib arxadan yumruqla Qorxmazın sifətindən bir dəfə vurmuşdur. Qorxmaz yıxılanda bıçaqla onun sol əlinin üstündən vuraraq ona da xəsarət yetirmişdir. Qorxmaz yerdə olan zaman o da təpiklə onun qollarından və bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Qorxmaz yerdən duraraq yenə bıçaqla üzərinə gəlmiş və o yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla üzərinə gələndə yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmişdir. O da daşı yerə atmışdır. Qorxmaz isə əlində bıçaqla onların arxasınca gəlmiş, onlar isə oradan qaçaraq çıxıb getmişlər. Hadisə vaxtı onun sol əlinin üstündən bıçaqla xəsarəti Qorxmaz yetirmişdir. Başqa onu heç kim vurmamış, döyməmişdir. Təqsirləndirilən şəxs hadisəni təhrif edib danışmışdır. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:45 radələrində o dostu Ülvi ilə marşurut avtobusu ilə Bakı şəhərindən Sumqayıt şəhərinə gələrək 76-cı məhəllə ərazisindən keçən zaman əvvəllər bir məhəllədə qaldığı Azadın bir neçə şəxslə dayandığını görüb, marşurutdan düşərək onların yanına yaxınlaşıb, nə baş verdiyini soruşduqda qonşuları Ceyhunun oradakı sexin sahibi Qasımın oğlu Farizlə söhbət etmək üçün harasa getdiklərini demişdir. Həmin vaxt X15 idarə etdiyi «Niva» markalı maşınla gəlmişlər. Fariz ora çatanda Azadı əli ilə hədələyərək təhqir edici ifadələr işlədib maşından düşmüş və Fariz obyektdən bel (lapatka) götürüb, Azadın üzərinə hücum çəkmişdir. O Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin onun sözünə qulaq asmamış və kimsə onun əlindən beli alaraq kənara atmışdır. Fariz yenidən gedərək beli götürüb Azada tərəf qaçmışdır. Bu vaxt Farizin xalası oğlu Qorxmazın Ülviyə bıçaqla hücum etdiyini görüb, onların yanına getmiş və Ceyhun yumruqla Qorxmazın sifətindən vurub yerə yıxdığını görüb, Ülvini götürərək kənara aparmışdır. Bu vaxt Farizin anası ora gəlmiş və uşaqlar oradan qaçıb getmişlər. O da yavaş-yavaş oradan çıxıb getmişdir. Münaqişə zamanı o və dostu Ülvi Qorxmazı vurmamışlar və ona heç bir xəsarət yetirməmişlər. Farizi yerə yıxmamışlar və ona heç bir xəsarət yetirməmişlər. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:00 radələrində onunla eyni məhlədə yaşayan Yusiflə piyada Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt mebel» mağazasının yanından keçən zaman mağazanın tinində qonşuluqda yaşayan Təyyar və Mahirin bir-biri ilə söz mübahisəsi etdiklərini görüb, onlara yaxınlaşmışlar. Bir az sonra qonşuluqda yaşayan Ceyhun da həmin yerə gəlib onları sakitləşdirməyə başlamışdır. Həmin vaxt yaxınlıqdakı avtotəmir sexində işləyən Kamran adlı oğlan gəlib Ceyhunla mübahisə etmişdir. Ceyhun da yumruqla Kamranın sifətindən vurmuşdur. O həmin şəxsləri sakitləşdirmiş və Kamran işlədiyi sexə getmişdir. Ceyhun onun ardınca sexə getmiş və orada yenidən Kamranla dalaşmışlar. Həmin vaxt keçmiş qonşuları Azad da gəlmiş və Kamranla Ceyhunu barışdırmış və mübahisə sonlanmışdır. Bir neçə dəqiqə sonra həmin sexin sahibi Fariz xalası oğlu Qorxmazla ora gəlmişlər. Fariz Kamranı kimin vurduğunu soruşduqda, Ceyhun özü vurduğunu demişdir. Azad da onları artıq barışdırdığını demiş və Fariz onu əli ilə sinəsindən itələyib "sən kimsən ki barışdırmısan" deyib, öz maşınına çağırmışdır ki, onunla söhbət etməyə getsin. Onlar Azadı kənara çəkmişlər, Ceyhun Farizin maşınına əyləşərək onunla harasa getmişdir. Həmin vaxt qonşuluqda yaşayan Saleh və Ülvi ora gəlmişlər. Farizin atası Qasım da ora gəlmiş və təxminən 5-10 dəqiqə sonra X15 idarə etdiyi «Niva» markalı maşınla qayıtmışlar. Fariz ora çatanda Azadı nalayiq söyüşlərlə söyməyə başlamışdır. Fariz maşından düşən kimi obyektdən bel (lapatka) götürüb, Azadın üstünə getmişdir. Saleh Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin Fariz onun sözünə qulaq asmamış və Ceyhun onun əlindən beli alaraq kənara atmış, Fariz yenidən beli götürüb Azadın üzərinə getmişdir. Fariz beli əlindən yerə atıb bir əli ilə Azadın boğazından tutub sıxaraq, digər əli ilə yumruqla sifətindən, başından vuraraq onu döyməyə başlamışdır. Azad da yumruqla Farizin sifətindən vurmuşdur. Həmin vaxt Farizin atası Qasım arxadan Azadın boğazından tutub boğaraq arxaya yıxmaq istəmiş, Azad da onu kimin boğduğunu görmədiyi üçün fəndlə Qasımı yerə yıxmışdır. Yerə yıxdıqdan sonra Azad Qasımdan üzr istəsə də Fariz Azadın üzərinə gələrək yumruqla yenidən başına vurmağa başlamışdır. Həmin vaxt Qorxmaz belindən bir bıçaq çıxardıb, söyüş söyə-söyə Azadın üzərinə gəlmişdir. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz bıçaqla Ülvinin sol qoluna vurub xəsarət yetirmişdir. Ceyhun da onun əlində bıçaqla Ülviyə xəsarət yetirdiyini görüb, yenə bıçaqla zərbələr atdığı üçün arxadan yumruqla Qorxmazın sifətindən vurmuşdur. Qorxmaz yıxılanda bıçaqla Ceyhunun da sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Qorxmaz yerdən duraraq yenə bıçaqla Ceyhunun üzərinə getmiş və Ceyhun yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla onun üzərinə gələndə Ceyhun yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmişdir. Ceyhun daşı yerə atmış və hamı oradan çıxıb getmişlər. Saleh və Ülvi Qorxmazı vurmamışlar, ona heç bir xəsarət yetirməmişlər. Salehlə Ülvi heç kimlə dalaşmamış, onlar ancaq dalaşanları ayırmışlar. Farizi Azad vurmuş, Qorxmaz və Kamranı isə Ceyhun vurmuşdur. Saleh və Ülvi Farizi də yerə yıxmamışlar, onun atası Qasımı vurmamışlar, ona xəsarət yetirməmişlər. Farizlə Azad dalaşmışdır. Farizin atası Qasımı Azad fəndlə yerə yıxmışdır. Ülvini də bellə Fariz vurmuşdur. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və onun xalası oğlu X4 tanıyır, onlar qohumdular və bir-birlərinin evinə ailəvi gediş-gəlişləri var. X8 Farizə görə tanıyıb. Şahid2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid1, soyadını bilmədiyi Şahirin oğlu Mahiri tanıyır, onlar da 76-cı məhəllədə yaşayırlar. 04.09.2020-ci il tarixdə, saat 17:30 radələrində o Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən aerokassanın yanından piyada evə tərəf gedərkən tanışı Mahirlə rastlaşmışdır. Onlar birlikdə evə tərəf gedəndə 76-cı məhəlləyə çatıb Farizgilin işlətdiyi sexin yaxınlığından keçərkən o Mahirə demişdir ki, istidir, bir az dayanıb gedərlər. Həmin vaxt onlar dayanıb bir az söhbət etmişlər. Söhbət zamanı Mahirlə aralarında maşın üstündə mübahisələri düşmüş, uca səslə danışmağa başlamışlar. Həmin vaxt yoldan keçən Şahid2 onların mübahisə etdiklərini görüb onara yaxınlaşıb, nə baş verdiyini soruşmuşdur. O və Mahir Ceyhuna heç nə olmadığını, sadəcə söhbət etdiklərini demişdir. Həmin vaxt yaxınlıqdakı avtomobil təmiri sexində işləyən Kamran onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Ceyhun da ona heç nə olmadığını, öz aralarında həll edəcəklərini demişdir. Ceyhun Kamrana «sən Təyyarı təzə tanıyırsan, bunlar isə bir birlərini çoxdan tanıyırlar». Həmin vaxt Kamran sərt danışıb Ceyhunla mübahisə etməyə başlamışdır. Kamranın bu hərəkəti Ceyhunun xoşuna gəlmədiyindən Ceyhun qəfildən yumruqla Kamranın sifətindən 2 dəfə vurmuş, Kamran zərbədən yerə yıxılmışdır. O Mahir və Ceyhun Kamranı yerdən qaldırmışlar, Kamran işlədiyi sexə tərəf getmiş, onlar da arxasınca getmişlər, onun işlədiyi sexin qarşısınıda Kamran yenidən Ceyhunun üzərinə gələn zaman, Ceyhun yenə də onun sifətindən 1 dəfə yumruqla vurmuşdur. Kamranın sifəti qan olduğu üçün, o Mahirlə birlikdə onun əl-üzünü yumaqdan ötrü işlədiyi sexə aparmışlar, orada Kamranın üzünü əl-üz yuyulan yerdə yumuşlar. Ceyhun isə çöldə tək qalmışdır. Bir neçə dəqiqədən sonra onlar sexdə olarkən Fariz, Qorxmazla birlikdə maşınla getmişlər. Maşını sexin qarşısında saxladığı üçün sexdən bunu görə bilmişlər. Fariz sexə daxil olub nə baş verdiyini, Kamranı kimin vurduğunu soruşmuşdur. O da bir az əvvəl Kamranın Ceyhunla dalaşdığını, Ceyhunun da onu vurduğunu, hazırda sakitçilik olduğunu və mübahisənin bitdiyini demişdir. Daha sonra Fariz Ceyhunun yanına qayıdıb, ondan da Kamranı kimin vurduğunu soruşmuş, Kamranı da ona özünün vurduğunu demişdir. Həmin vaxt o görmüşdür ki, Azad da ordadır. Daha sonra Farizlə Ceyhun birlikdə maşına minib harasa getdiklərini görmüşdür. Təxminən bir neçə dəqiqə sonra Fariz yenidən sexin yanına getmişdir. Ceyhun və Fariz hər ikisi maşından düşmüşlər. O sexin içində olarkən səs-küy eşidib çölə çıxdıqda görmüşdür ki, Qorxmaz Ceyhunla tutaşıb, dalaşırlar, Ülvi və Saleh isə onları ayırır, Ceyhunu kənara çəkir. Həmin vaxt o Ceyhunun sol əlinin üstünün kəsildiyini və qan gəldiyini görmüşdür. Farizlə Azadı onların yanında görməmişdir. Hadisə vaxtı Farizin əlində bel (lopatka), Qorxmazın əlində isə bıçaq olduğunu, Farizin bellə (lopatka) Ülvini vurmasını, Qorxmazın bıçaqla Ülvi və Ceyhuna xəsarət yetirdiyini, Azadla Farizin bir-birlərini vurmasını, Ülvi ilə Salehin Farizi itələyib yerə yıxmasını, Qorxmazı təpiklə vurduqlarını görməmişdir. O Ülvi ilə Salehin əksinə Ceyhunu ayırdığını görmüşdür. Hadisə vaxtı onu heç kim döyməmiş, vurmamış, bədən xəsarəti yetirməmiş, özü də heç kimi vurmamış, döyməmiş, bədən xəsarəti yetirməmişdir. Hadisədən əvvəl Mahirlə öz aralarında dost, tanış kimi sözlə mübahisə etmişlər, uca səslə danışmışlar, başqa aralarında dava-dalaş olmamışdır. Kamran Heydərovun ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Ceyhun Kamranı vurarkən Ceyhunun yanında həmin vaxt heç kim olmamış, tək olmuş, Kamran Ceyhunla sərt danışdığı üçün Ceyhun onu vurmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05.09.2020-ci il tarixli, 1052 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qarnın qançır və sıyrığı, döş qəfəsinin qançırı, sol saidin sıyrığından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən bıçağın küt hissəsi, bellə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 04.09.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətləri özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05.09.2020-ci il tarixli, 1055 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində alnın sağ yarısının, üst dodağının sol yarısının qançırında ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 04.09.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməməsini, yəni bellə (lopatka) ilə heç kimi vurmamasını və hər hansı bir şəxsə xəsarət yetirməməsini bildirməyini özünü müdafiə kimi qiymətləndirir və bunun zərərçəkmişlərin, şahidlərin ifadələri və işin digər materialları ilə təkzib olunduğunu qeyd edir. Belə ki, iş materiallarından görünür ki, 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarsında tanışı X5 döyüldükdən sonra tərəflərin barışıq əldə etməsinə və mübahisənin sonlanmasına baxmayaraq hadisə yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs özünü digər şəxslərin fövqündə qoyaraq hadisənin sonladırılmasını və barışıq əldə edilməsi barədə ona məlumat verilməsinə baxmayaraq o bunu qəbul etməyib təhqiredici ifadələr işlətməklə mübahisəni yenidən alovlandırmış və zərərçəkmiş şəxsləri heç əsaslı səbəb olmadan münaqişəyə cəlb edərək davanın başlanmasının təşəbbüskarı olmuş, mübahisə yerinə əlavə adamların gəlməsinə, səs küy yaranmasına səbəb olmaqla dava- dalaş yaratmış və dalaşma zamanı zərərçəkmiş şəxslərə bellə və yumruq zərbələri ilə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan, Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-29.07.2021-ci il təvəllüdlü X6 vardır. İş materiallarına əlavə olunmuş 1690 nömrəli X3 surətindən görünür ki, Təqsirləndirilən şəxs xəstə olduğundan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Hərbi Həkim Komissiyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materiallarına əlavə olunmuş “Şəfqət” Kilinikası tərəfindən verilmiş stasionar X10 Çıxma Epikrizinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X2 tərəfli orxoektomiya və xayaların embrional karsinoması və ya sark tumoru, ağlı qişa daxilində sirayət diaqnoz xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, hadisənin baş verməsinə görə peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının və xəstə atasının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilib, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi qanuni, ədalətli və şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər prokurorunun 06.04.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətdən imtina olunaraq Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23.07.2021-ci il tarixli qərarı ilə axtarış elan olunmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17.11.2021-ci il tarixli könüllü özünü təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 17.11.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə gedərək özünü könüllü olaraq təqdim etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlğında olduğu 22 gün müddət ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli (iş № 1(060)-336/2021) qərarını icra edərək, 26 aprel 2021-ci il tarixli 406 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 22 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə vəzifə qoyulsun ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylıVəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar