Məhkəmə qərarları › İş №1(060)-336/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-336/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-336/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində dörd azyaşlı övladı olan), işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-588/2021 saylı, 14.10.2021-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakı talama məqsədi ilə 14 sentyabr 2020-ci il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi evinə açar seçmə yolu ilə qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabında olan 39 manat dəyərində olan 585 əyarlı 0,6 qram çəkidə sadə qırmızı qaşlı 1 (bir) cüt qırmızı sırğanı, 19,50 manat dəyərində olan şəbəkə formasında olan 585 əyarlı qızıldan 0,3 qram çəkidə sadə 1 (bir) cüt qızıl sırğanı, 650 manat dəyərində olan burma formasında bir ədəd 10 qram çəkidə 585 əyarlı qızıldan boyunbağı, 130 manat dəyərində olan 2 qram çəkidə 585 əyarlı qızıldan yumru formada üzərində sadə şüşə rəngli qaşı olan uşaq üçün nəzərdə tutulmuş 1 (bir) cüt sırğanı, 1700 manat pulu və milli məzənnə ilə 2550 manat təşkil edən 1500 ABŞ dolları məbləğində nağd pulu gizli yolla zərərçəkmiş Zərərçəkmiş şəxs1 5088, 50 (beş min səksən səkkiz manat əlli qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakı talama məqsədi ilə 27 dekabr 2020-ci il tarixdə səhər saatlarında qonşusu Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanına açar seçmə yolu ilə qanunsuz daxil olaraq mənzilin yataq otağındakı şkafın içərisində olan əl çantasından 2000 manat nağd pulu, 1400 manat dəyərində olan cəmi çəkisi 20 qram olmaqla 585 əyarlı,rus istehsallı qızıl boyunbağı, sırğa, qolbağ və üzükdən ibarət komplekti, 840 manat dəyərində olan hər biri 4 qram olmaqla rus istehsallı 585 əyarlı üç ədəd qızıl qolbağı (4qr x 3əd.), 140 manat dəyərində olan çəkisi 2 qram olmaqla rus istehsallı,585 əyarlı bir cüt qızıl uşaq sırğasını, 840 manat dəyərində olan rus istehsallı, 585 əyarlı olmaqla 12 qram çəkidə qızıl kişi nişan üzüyü, 420 manat dəyərində olan 6 qram çəkidə qızıl kişi nişan üzüyü, 350 manat dəyərində olan çəkisi 5 qram olmaqla rus istehsallı və 585 əyarlı briliant qaşlı qızıl qadın nişan üzüyünü gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 5990 (beş min doqquz yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakı talama məqsədi ilə 2021-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında qonşusu Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanına açar seçmə yolu ilə qanunsuz daxil olaraq mənzilin yataq otağındakı çamadanın içərisində olan milli məzənnə ilə 1870 manat təşkil edən 1100 ABŞ dolları məbləğində nağd pulu, 2250 manat dəyərində olan 30 qram çəkidə,585 əyarlı, rus istehsallı,38 ədəd qızıl muncuqlardan ibarət boyunbağı,375 manat dəyərində olan 5 qram çəkidə 585 əyarlı ,rus istehsallı,1 cüt iri dairəvi fomalı qızıl sırğaları, 375 manat dəyərində olan 5qram çəkidə 585 əyyarlı ,rus istehsallı paxlava formalı qızıl üzüyü, 600 manat dəyərində olan 8 qram çəkidə ,585 əyarlı,rus istehsallı,qızıl,qırmızı qaşlı qadın üzüyü, 525 manat dəyərində olan 7 qram çəkidə, 585 əyarlı ,rus istehsallı,qızıl,qaşsız nişan üzüyü, 600 manat dəyərində olan 8 qram çəkidə 585 əyarlı rus istehsallı açıq qırmızı rəngli 05 ədəd xırda qaşlardan ibarət qızıl üzüyü gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6595 (altı beş yüz doxsan beş) manat məbləğinə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakı talama məqsədi ilə 26 iyul 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs3 qızının yaşadığı ünvan 3 ünvanına açar seçmə yolu ilə mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında paltar dolabındakı mücrünün içərisindən 400 manat nağd pulu, 4200 manat dəyərində olan üzərində briliant qaşları olan cəmi 20 qram çəkidə 750 əyarlı İtaliya istehsallı qızıl sep, sırğa, üzük və qolbağdan ibarət komplekt dəsti, 1780 manat dəyərində olan üzərində briliant qaşlar olan cəmi 10 qram çəkidə Rusiya istehsallı, 585 əyarlı qızıl qolbağ, sep və üzük dəsti, 320 manat dəyərində olan bir cüt 4 qram çəkidə Rusiya istehsallı 585 əyarlı qızıldan sırğanı, 480 manat dəyərində olan 4 ədəd hər biri 1,5 qram çəkidə Rusaiya istehsallı,585 əyarlı qızıldan ibarət qadın üzükləri, 80 manat dəyərində olan bir ədəd 1 qram çəkidə Rusiya istehsallı, 585 əyarlı qızıldan uşaq boyunbağı, 560 manat dəyərində olan bir ədəd 7 qram çəkidə,Rusiya istehsallı,585 əyarlı qızıldan tros-sepi, 240 manat dəyərində olan bir ədəd 3 qram çəkidə Rusiya istehsallı, 585 əyarlı qızıldan kişi qolbağı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 8060 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakı talama məqsədi ilə 02 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 32 ünvanına açar seçmə yolu ilə qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabında, boz rəngli sandıqçada olan milli məzənnə ilə 3400 manat olan 2000 ABŞ dolları məbləğində nağd pulu, 800 manat dəyərində olan bir ədəd yoğun 10 qram çəkidə Rusiya istehsallı,585 əyarlı zəncir qızıl qolbağı, 640 manat dəyrəində olan 2 ədəd hər biri 4 qram çəkidə Rusiya istehsalı, 585 əyarlı qızıl nazik qolbağı, 560 manat dəyərində olan bir ədəd Rusiya istehsallı,585 əyarlı, 7 qram çəkidə qızıl kişi üzüyünü, 320 manat dəyərində olan bir ədəd Rusiya istehsalı olan 585 əyarlı 4 qram çəkidə, biri 380 manat cəmi 760 manat dəyərində olan 02 ədəd İtaliya istehsalı olan səbət toxunuşu şəklində 750 əyarlı 4 qram çəkidə, biri 380 manat cəmi 760 manat dəyərində olan iki ədəd İtaliya istehsalı olan sünbül şəklində 750 əyarlı 4 qram çəkidə, 380 manat dəyərində olan üzərində tək qaşı olan bir ədəd 4 qram İtaliya istehsallı, 750 əyarlı ağ qızılı, 320 manat dəyərində olan 8 cüt hər biri 4 qram çəkidə Rusiya istehsallı,585 əyarlı qızıl qadın sırğaları, 1440 manat dəyərində olan 3 ədəd hər biri 6 qram çəkidə, Rusiya istehsallı, 585 əyarlı qızıl boyunbağı, biri 20 manat cəmi 120 manat dəyərində olan 6 ədəd gümüş qadın üzüyünü, biri 15 manat cəmi 30 manat dəyərində olan 02 ədəd gümüş qadın boyunbağı, biri 25 manat olan cəmi 75 manat dəyərində olan 03 ədəd gümüş qolbağı, 30 manat dəyərində 01 ədəd gümüş kişi qolbağını, 100 manat dəyərində olan 01 ədəd gümüş qadın saatını, 7400 manat dəyərində 750 əyarlı qızıl 47, 47 qram çəkidə briliant, 164 əd. hər biri 0,003 kt, 98 əd. hər biri 0,010 kt, 24 əd. hər biri 0,017 kt, 16 əd. hər biri 0,068 kt, 1 əd. 0,132 kt, 1 əd. 0,114 kt, 1 əd. 0,107 kt Ümum. 4,4 ; Üzərlərində ümumilikdə 305 ədəd rəngsiz, şəffaf qaş olan (bir qaş yeri boş), dəstin elementlərinin üzərində “EFE 750 İTALY” damğası olan, qaş yerləşdirilmiş hissələri sarı rəngli 1 dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı, , 5 manat dəyərində dəmir əsaslı ərinti 15,70 qram çəkidə, üzərində iki ədəd ağ rəngli muncuq və bir ədəd rəngsiz,şaffaf qaş olan sarı rəngli 1 ədəd üzüyü, 76 manat dəyərində qızıl 583.585, 0,95 qram çəkidə, kilidi iynəşəkilli, kürə formalı, sarı rəngdə 1 cüt sırğanı, 6 manat dəyərində 0,85 qram çəkidə qiymətsiz metal ərintisi kilidi iynəşəkilli, ağ rəngli kürə formalı muncuqdan ibarət,1 cüt sırğanı, 6 manat dəyərində 0,67 qram çəkidə dəmir əsaslı ərinti, kilidi iynəşəkilli, üzərində yaşıl rəngli qaş olan, sarı rəngli 1 cüt sırğanı, 2 manat dəyərində 6,62 qram çəkidə mis və dəmir əsaslı ərinti, üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan (iki qaş yeri boş), sarı rəngli 1 ədəd kulonu, 1 manat dəyərində 21,01 qram çəkidə qiymətsiz metal ərintisi olan hər birinin uzunluğu boyunca rəngsiz, şəffaf qaşlar düzülmüş, müxtəlif uzunluqlu, sarı rəngli 9 ədəd məlumat hissəsi, 50 manat dəyərində 7,12 qram çəkidə gümüş,925.Üzərində narıncı rəngli, oval formalı bir ədəd qaş olan, gümüşü rəngli 1 ədəd üzüyü, 33 manat dəyərində 4,66 qram çəkidə gümüş 925, üzərində qara rəngli,oval formalı bir ədəd qaş olan ,gümüşü rəngli 1 ədəd üzüyü, 21 manat dəyərində 2,97 qram çəkidə gümüşü 925 olan üzərində rəngsiz,şəffaf qaşlar olan,gümüşü rəngli 1 ədəd üzüyü, 3 manat dəyərində 12,08 qram çəkidə qiymətsiz metal ərintisi olan üzərində qara rəngli qaşlar olan, gümüşü rəngli 1 ədəd üzüyü, 2 manat dəyərində 2,36 qram çəkidə mis əsaslı ərinti olan üzərində bir ədəd rəngsiz şəffaf qaş olan, gümüşü rəngli 1 ədəd üzüyü, 2 manat dəyərində 1,84 qram çəkidə mis əsaslı ərinti halqa formalı halqa boyunca rəngsiz şəffaf qaşlar düzülmüş (bir qaş yeri boş), gümüşü rəngli 01 ədəd üzüyü, 2 manat dəyərində 0,79 qram çəkidə mis və dəmir əsaslı ərinti halqa formalı gümüşü rəngli 02 ədəd üzüyü, 08 manat dəyərində 13,92 qram çəkidə mis əsaslı ərinti üzərlərində dörd ədəd nisbətən böyük ölçülü, doqquz ədəd nisbətən kiçik ölçülü rəngsiz, şaffaf qaş olan gümüşü rəngli 01 cüt sırğanı, 03 manat dəyərində 12,74 qram çəçidə mis əsslı ərinti üzərlərində 01 ədəd qara rəngli qaş olan, gümüşü rəngli 01 cüt sırğanı, 02 manat dəyərində 2,70 qram çəkidə dəmir əsaslı ərinti üzərlərində bir ədəd rəngsiz şəffaf qaş olan gümüşü rəngli 01 cüt sırğanı, 02 manat dəyərində 2,61 qram çəkidə mis və dəmir əsas ərinti üzərlərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 01 cüt sırğanı, 01 manat dəyərində 7,03 qram çəkidə mis əsaslı ərinti üzərlərində rəngsiz, şəffaf qaşlar olan (iki qaş yeri boş), köməkçi hissəsi bant formalı, gümüşü rəngli 01 cüt sırğanı, 03 manat dəyərində 10,35 qram çəkidə mis əsaslı ərinti narıncı rəngli qaşdan və gümüşü rəngli metal hissədən ibarət 01 ədəd kulonu, 02 manat dəyərində 4,73 qram çəkidə dəmir əsaslı ərinti üzərinə müxtəlif formalı dörd ədəd elemet birləşdirilmiş, gümüşü rəngli sancağı,110 manat dəyərində olan 925 əyarlı 15,66 qram çəkidə gümüşü rəngli 01 ədəd qolbağı, 42 manat dəyərində 925 əyarlı 6,01 qram çəkidə kulonun üzərində göy rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 01 ədəd kulonlu boyunbağı, 03 manat dəyərində 8,11 qarma çəkidə mis və dəmir əsaslı ərinti səthi boyunca rəngsiz, şəffaf qaşlar düzülmüş, ulduz folmalı elementi olan, gümüşü rəngli 01 ədəd boyunbağı, 04 manat dəyərində 6,56 qram çəkidə mis əsaslı ərinti açıq formalı kulonun üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan (beş qaş yeri boş), gümüşü rəngli 01 ədəd kulonlu boyunbağı gizli talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 14124 (on dörd min yüz iyirmi dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyindən və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 14.09.2020-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri Yaşıl Dərə Y\M-də yaşayan qohumu Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən oğurluq etmişdir. Belə ki, Rüstəm onun baldızı Esmiranın əridir. Hadisədən bir neçə gün əvvəl Esmira onların evə qonaq gəlmiş və gedərkən o, evin açarını unudub onun evində qoymuş, bu barədə Esmiraya deməyib qərara gəlmişdir ki, gizlicə onun evindən oğurluq etsin. Bu məqsədlə 14.09.2021-ci il tarixdə, saat 17:30 radələrində Yaşıl Dərə yaşayış massivinə, Rüstəmgilin evinin qarşısına getmiş, onların həmin vaxtlar evdə olmadıqlarını bilmişdir, ilk əvvəl o həyətə giriş qapısını, daha sonra isə mənzilə giriş qapısını özündə olan açarlarla açıb mənzilə daxil olmuş və dərhal mənzilin yataq otağına girib şkafı açmışdır. Orada ağ rəngli kiçik qutu olmuşdur. Həmin qutunun içərisində olan bütün qızıl-zinət əşyalarını, eləcə də məbləğini dəqiq xatırlamadığı manat və ABŞ dolları ilə pulları götürüb cibinə qoymuş və daha sonra mənzildən getmişdir. O Esmiragilin evinə gedib-gəlmiş və hadisədən bir neçə gün əvvəl onun evində olarkən Esmira onun gözünün qabağında həmin şkafdan qızıl-zinət əşyaları və pulu çıxardanda görmüşdür. Ona görə onları oğurlamaq qərarına gəlmişdir. Həmin qızılları Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin yaxınlığında qızıl köşkü olan Bağır adlı şəxsə cəmi 800 manata satmış, Bağır həmin əşyaların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Əldə etdiyi 800 manat pulu və evdən oğurladığı dəqiq xatırlamadağım məbləğdə pulları öz şəxsi ehtiyacına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bundan başqa, o təkrarən oğurluq etmək qərarına gələrək 2020-ci ilin dekabr ayının 27-də səhər saatlarında onunla bir binada 3-cü mərtəbədə yaşayan Lalənin yaşadığı mənzilə o, onlara gələrkən unutduğu mənzilin açarı vasitəsi ilə daxil olub evi axtarmağa başlamış və yataq otağında olan şkafın içərissində 2000 manat pul və müxtəlif qızıl-zinət əşyaları tapıb onları oğurlayaraq oradan çıxıb getmişdir. Pulları özü xərcləmiş, qızılları isə yenə həmin Bağır adlı şəxsə satmış, lakin neçəyə satması yadında olmamış, orada sadə qızıl komplekti də var idi. Bağır həmin qızıl zinət əşyalarının oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Qızıl-zinət əşyaların satışından əldə etdiyi pulu öz şəxsi ehtiyacına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bundan sonra o yenidən oğurluq etmək qərarına gələrək dəqiq tarixi xatırlamır, 2021-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında əmisinin gəlini Sevinc onlara qonaq gəlmiş, Lalənin gəlini Reyhan onlara gələrək öz körpə uşağını müvəqqəti saxlamaq üçün ona verərək özünün bir qədər sonra gələcəyini bildirdikdə mənzilinin açarı yaddan çıxıb onların evində qalmış və o bundan istifadə edib Sevincə evdə onu gözləməsini tapşırıb daha sonra yenidən Lalənin mənzilinə girib evi axtarıb yataq otağındakı şifonerin üstündəki iri çantanın içərisindən qızıl-zinət əşyalarını və dəqiq xatarlamadığı məbləğdə pulu oğurlayaraq mənzilə qayıtmışdır. Daha sonra oğurludağı dəqiq xatırlamadığı məbləğdə pulu özünə xərcləmişdir. Həmin qızıllardan iki ədəd üzüyü bazarın yaxınlığında qızıl-alveri ilə məşğul olan Fizuli adlı şəxsə 270 manata, qalan hissəsini isə Sumqayıt şəhər bazarının yanında qızıl köşkü olan Ziya adlı şəxsə 2000 manata satmış, onlar həmin qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə etdiyini bilməmişlər, qızıl-zinət əşyaların satışından əldə etdiyi pulu öz şəxsi ehtiyacına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bundan əlavə, o yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 2021-ci ilin iyul ayında o Lalənin qudası olan və onun evinin qonşuluğundakı binada yaşayan Fəridəyə paltar sifariş vermiş və həmin paltarları Fəridənin mənzilinə gedib ondan təhvil alarkən dəhlizdə mənzilinin açarını görüb həmin açarı oğurlayıb surətini Sumqayıt şəhəri, 9-cu mikrorayon “Araz market” mağazasının yanında olan açar surəti çıxarma yerindən cəld çıxarıb paltarları qaytarmaq üçün Fəridəgilə qayıtdıqda sakitcə açarı götürdüyü yerə qoymuşdur. Bundan təxminən 1 həftə sonra, yəni 26.07.2021-ci il tarixdə, saat 10 radələrində o pəncərədən baxarkən Fəridənin evdən çıxıb getməsini görüb gizlicə onun mənzilinə yaxınlaşıb surətini çıxardığı açarla mənzilin qapısını açıb içəri daxil olmuş, evi axtarmış və yataq otağındakı mücrüdən 400 manat pul və xeyli sayda qızılı götürmüşdür. Daha sonra, evə qapıdan girməyib şübhə doğurmasın deyə mənzilin mətbəxindən həyətə baxan pəncərənin çöl tərəfində quraşdırılmış dəmir çərçivənin mərkəzində olan kiçik qapıların üzərinə bağlanmış qıfılı elə içəri tərəfdən qoparıb çölə atmışdır ki, Fəridə evə gəldikdə elə zənn etsin ki, onun evinə oğru pəncərə çərçivəsinin qıfılını qırmaqla daxil olmuşdur. Bundan sonra, mənzilin qapısından çıxıb, qapını yenə açarla bağlayıb oradan uzaqlaşmışdır. Oğurladığı pulu özünə xərcləmiş, qızılları isə satmaq üçün rəfiqəsi olan Sahilənin əri Vasif adlı şəxsə vermişdir. Belə ki, o Sahiləyə qızılların özünə məxsus olduğunu, xəstəxanada təcili əməliyyat olacaq xəstəsi olduğundan satmaq məcburiyyətində qaldığını bildirib xahiş etmişdir ki, əri Vasif ona qızılları satmaqda köməklik etsin. Sahilə ona inanıb bu barədə Vasifə məlumat vermiş, Vasif onunla görüşəndə isə ona da əhvalatı danışmışdır. Vasif ona inanaraq qeyd olunan qızılları bir neçə gündən sonra 2700 manata sataraq pullarını ona vermişdir. Həmin pulları da öz şəxsi ehtiyacına sərf etmiş, həmin puldan heç kimə verməmişdir.Vasif və Sahilə həmin qızılların oğurluq yolu ilə əldə etdiyini bilməmişlər. Bundan başqa, o 2021-ci ilin sentyabr ayının əvvəlində baldızı Esmiranın Tağıyev qəsəbəsində yaşayan baldızı Rəfiqənin evindən oğurluq etmək qərarına gəlmiş, belə ki, təxminən avqust ayının sonlarında Rəfiqə Esmiragildə olarkən o gizlicə onun mənzilinin açarını şifonerin qarşısından götürmüş və öyrəndikdə ki, Rəfiqə evdən çıxıb gedib, əri Şahin isə harasa iş dalıyca gedib, 02 sentyabr 2021-ci il tarixdə səhər tanışı Şahid13 Tağıyev qəsəbəsində yaşayan qohumu Rəfiqəyə bir neçə dəqiqəliyə baş çəkməli olduğunu, tək getmək istəmədiyini bildirib xahiş etmişdir ki, onunla gəlsin. Səyyarə ona inanıb etiraz etməmiş və onlar taksiyə minib H.Tağıyev qəsəbəsinə gəlib həmin gün saat 11 radələrində Rəfiqənin yaşadığı binaya yaxınlaşmışlar. O Səyyarəyə onu binanın qarşısında gözləməyi xahiş edib özü binaya girib 4-cü mərtəbəyə qalxıb Rəfiqənin mənzilinə yaxınlaşmış və özündə olan açarla mənzilin qapısını açıb içəriyə daxil olmuş və hər yeri axtarmağa başlamış, yataq otağına girib orada olan dolabı açmışdır. Dolabın içərisində boz rəngli sandıqça və qara rəngli pul qabı var idi. Sandıqçanın içərisində olan bütün qızıl-zinət əşyalarını, həmçinin pul qabının içərisində olan 850 ABŞ dollarını oğurlayaraq mənzildən çölə çıxmış və Səyyarəyə Rəfiqə ilə görüşüb söhbətləşdiyini bildirib Sumqayıt şəhəri qayıtmışlar və Səyyarənin etdiyi oğurluqdan xəbəri olmamışdır. Bundan təxminən 2-3 gün sonra isə o Səyyarəyə ağlaya-ağlaya müraciət edib xəstəxanada ağır xəstəsi olduğunu, cərahiyyəyə təcili pul lazım olduğunu bildirib Rəfiqənin evindən oğurladığı üzərində qaşları olan qızıl qolbağ, boyunbağı, üzük və bir cüt sırğadan ibarət komplekti ona təqdim edərək xahiş etmişdir ki, əri Mürşüd öz tanışları vasitəsi ilə həmin komplekti qiymətləndirsin və münasib qiymətə satsın. Səyyarə qeyd olunan komplekt dəstini ondan götürmüşdür. Sözügedən oğurluq cinayətlərini o tək etmiş, ona heç kim kömək etməmiş, həmin oğurluq zamanı əldə etdiyi pulları da özünə sərf etmiş, heç kimə verməmişdir.Cinayətləri tək törətmiş ona heç kim kömək etməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərşəkmiş şəxslərə dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxslərin onun barəsində şikayət və tələbinin olmadığını, həmçinin himayəsində dörd azyaşlı övladının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onu iki ildir ki, tanıyır, belə ki, o Sumqayıt şəhəri, 8-ci mikrorayon 26\11, saylı binanın 3-cü mərtəbəsində, 27 saylı mənzildə, Nərminə isə 2-ci mərtəbədə 24-də ailəsi ilə birlikdə yaşayır. Nərminə onların binaya köçdüyü gündən müxtəlif bəhanələrlə onun mənzilinə gəlib getmiş və mehriban qonşuluq münasibətləri yaratmışdır. O isə onu namaz qılan, dindar, abırlı bir qadın kimi tanıyaraq ona etibar etmişdir. Nərminənin 4 uşağı vardır. 27 dekabr 2020-ci il tarixdə o yaşadığı mənzilə getdikdə oğlu və nəvələri evdə olmuş və gəlininin yataq otağında şkafın içərisində olan özünə məxsus əl çantasına baxdıqda orada olan 2000 manat nəğd pul, gəlini Reyhan üçün aldığı qızıl boyunbağı, sırğa, qolbağ və üzükdən ibarət komplektin, üç ədəd qızıl qolbağın, bir cüt qızıl uşaq sırğasının, iki ədəd qızıl kişi nişan üzüyünü, bir ədəd briliant qaşlı qızıl qadın nişan üzüyünün olmadığını görüb gəlini Reyhan və oğlu Vüsaldan qeyd olunan pul və qızıl əşyalarının harada olduğunu soruşduqda onlar heç nədən xəbərlərinin olmadığını bildirmişlər. Həmin vaxt onlar pəncərə və qapının kilidlərini və həmçinin şüşələrin sındırılıb-sındırılmadığını yoxlayarkən hamısının yerində olduğunu, heç kəs tərəfindən sındırılmadığını görüb evə oğru girməsindən şübhələnməmişlər, sadəcə olaraq bir-birlərindən şübhələndiyindən polisə məlumat verməmişlər. Lakin 27 mart 2021-ci il tarixdə yenə də səhər o işə getmiş, evdə yalnız gəlini qalmış və günorta saatlarında nahara evə gəldikdə əvvəlki qaydada evə kənardan hər hansı bir müdaxilə əlamətləri olmamasına baxmayaraq paltar dolabının üstündə olan çamadanın içərisindən qızıl-zinət əşyalarımı götürmək istədikdə orada saxladığı 38 ədəd qızıl muncuqlardan ibarət boyunbağının, 1 cüt iri dairəvi formalı qızıl sırğaların, bir ədəd paxlava formalı qızıl üzüyün, bir ədəd qızıl qırmızı qaşlı qadın üzüyünün olmadığını, həmçinin onun öz yataq otağında büküb küncə qoyduğu xalçanın arasında olan 1100 ABŞ dolları pulun, bir ədəd qızıl, qaşsız nişan üzüyünün və bir ədəd açıq qırmızı rəngli 5 ədəd xırda qaşlardan ibarət qızıl üzüyünün olmadığını görüb evindən oğurluq olunması qənaətinə gəlmiş və DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, lakin məlumat verdikdən sonra ailə üzvləri ilə mənzilin hər tərəfinə baxmışlar və yenə də hər hansı bir klidin və ya şüşənin qırılmadığını, qapının bağlı olduğunu görüb oğurluq baş verməsi ehtimalına şübhələnmişlər və qərara gəlmişlər ki, bu məsələni özləri araşdırana kimi polisə əziyyət verməyək. Ona görə də elə həmin gün 1-ci PB-nə ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirmişdir. Lakin onlar uzun müddət mənzilindən kimin oğurluq etməsini araşdırsalar da heç bir nəticə əldə edə bilməmişlər. Yalnız 2021-ci ilin sentyabr ayında qonşuları Nərminənin bir neçə evdən oğurluq etməsini, həmçinin qızının qaynanası Fəridənin də evindən oğurluq etməsini eşitdikdən sonra başa düşmüşlər ki, onların da evdən qeyd olunan əşyaları iki dəfəyə Nərminə oğurlayıb və gəlini Reyhan yadına salmışdır ki, mənzilindən ikinci dəfə oğurluq olduğu zaman o, azyaşlı uşağını saxlamaq üçün Nərminəyə vermiş, ümumiyyətlə Reyhan bəzən Nərminənin mənzilinə gedib gəlmiş və bundan istifaə edən Nərminə mənzilinin açarlarını ələ keçirib mənzilindən oğurluq etmişdir. Bunu o öyrəndikdən sonra özü də Nərminə ilə görüşüb nəyə görə ona qarşı belə hərəkət etdiyini soruşanda Nərminə ağlayaraq ondan üzürxahlıq edib maddi ehtiyac üzündən iki dəfə onun mənzilindən oğurluq etməsini, yaxın zamanda ona vurulmuş maddi ziyanı tam olaraq ödəyəcəyini bildirmişdir. O hətta ondan xalçanın arasındakı pul və qızıl əşyalarını necə tapdığını soruşanda o, onlara gələrkən uşaqları ilə onun otağında televizora baxarkən onun otaqda olmadığından istifadə edib otaqdakı saxlanc yerlərinə baxdığını və xalçanın arasında olan pul və qızıl əşyalarını gördüyünü, lakin evdə olduğundan götürməyə əli gəlmədiyini bildirmişdir. Hal-hazıra kimi də Nərminə ona dəymiş maddi ziyanı ödəməmişdir. 27 dekabr 2020-ci il tarixdə oğurlanmış qızıl boyunbağı, sırğa, qolbağ və üzükdən ibarət komplekt cəmi çəkisi 20 qram olmaqla rus istehsallı, 585 əyyarlı, üç ədəd qızıl qolbağı hər biri 4 qram olmaqla rus istehsallı, 585 əyarlı, bir cüt qızıl uşaq sırğası 2 qram olmaqla rus istehsallı, 585 əyarlı , iki ədəd qızıl kişi nişan üzüyü hər biri rus istehsallı, 585 əyarlı olmaqla üzüklərdən biri 12, qram, digəri isə 6 qram, bir ədəd briliant qaşlı qızıl qadın nişan üzüyü isə 5 qram olmaqla rus istehsallı və 585 əyarlı olmuşdur. 27 mart 2021-ci il tarixdə oğurlanmış 38 ədəd qızıl muncuqlardan ibarət boyunbağı 30 qram, 1 cüt iri dairəvi formalı qızıl sırğalar 5 qram, bir ədəd paxlava formalı qızıl üzük 5 qram, bir ədəd qızıl qırmızı qaşlı qadın üzüyü 8 qram, bir ədəd qızıl, qaşsız nişan üzüyü 7 qram, bir ədəd açıq qırmızı rəngli 5 ədəd xırda qaşlardan ibarət qızıl üzük 8 qram olmaqla hamısı Rusiya istehsallı və 585 əyarlı olmuşdur.İş üzrə dindirilən Təqsirləndirilən şəxs vermiş olduğu ifadələrində onun mənzilindən ikinci dəfə oğurluğu 2021-ci ilin fevral ayında törətdiyini göstərdiyi halda onun mart ayının 27-də törədildiyini qeyd etməsi barədə bildirmişdir ki, ola bilər ki, hadisə Nərminənin dediyi nvaxtda olub, çünki həmin vaxtı özü yaxşı bilir. O qızıl və pulları saxladığı yerlərə artıq bir neçə ay idi ki, baxmamış və yalnız 27 mart 2021-ci il tarixdə qeyd etdiyi yerlərə baxdıqda əşya və pullarının oğurlandığını aşkar edərək DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və şikayət ərizəsində də həmin tarixi göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, bu səbəbdən də ondan şikayətçi deyildir. Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsini Məhkəmən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 26 iyul 2021-ci il tarixdə, səhər saat 09 radələrində o yaşadığı evdən çıxaraq Qaradağ rayonu “Sədərək” ticarət mərkəzinə alver-etmək üçün getmişdir. Saat 11-30 radələrində o evə qayıdaraq mənzilin qapısını açaraq içəri daxil olmuş və evin mətbəx hissəsinin və yataq otağının dağınıq vəziyyətdə olduğunu görüb gəlini Minarə ilə əlaqə saxlamış, o evdən çıxarkən evi səliqəli vəziyyətdə qoyub getdiyini bildirmişdir. Bundan sonra evin eyvan hissəsinə daxil olduqda onun pəncərəsinin dəmir barmaqlığının asma qıfılının yerində olmadığını müəyyən edib başa düşmüşdür ki, yaşadığı mənzilə oğru girib. Bu səbəbdən dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, qısa müdətdə polis əməkdaşları hadisə yerinə gəlmişlər və onlarla birlikdə mənzilə baxarkən ona məlum olmuşdur ki, mənzilinə girmiş oğru ona məxsus 4200 manat dəyərində üzərində briliant qaşları olan cəmi 20 qram çəkidə 750 əyarlı İtaliya istehsallı qızıl sep, sırğa, üzük və qolbağdan ibarət komplekt dəst, 1780 manat dəyərində üzərində briliant qaşlar olan cəmi 10 qram çəkidə 585 əyarlı qızıl qolbağ, sep və üzük dəsti, 500 manat dəyərində 1 cüt 4 qram çəkidə 585 əyarlı qızıldan sırğa, hər biri 200 manat dəyərində 4 ədəd hər biri 1,5 qram çəkidə 585 əyarlı qızıldan ibarət qadın üzükləri, 1 dəd 120 manat dəyərində 1 qram çəkidə 585 əyarlı qızıldan uşaq qolbağı, 1 ədəd 800 manat dəyərində 7 qram çəkidə, 585 əyarlı qızıldan tros-sep, 1 ədəd 220 manat dəyərində, 3 qram çəkidə 585 əyarlı qızıldan kişi qolbağı və 400 manat nəğd pulu oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 8220 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, bu səbəbdən də ondan şikayətçi deyildir. Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsini Məhkəmən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, övladı Zeyd Qasımov xəstə olduğu üçün həyat yoldaşı 20 ilə yaxındır ki, səhər atası evinə valideyinlərinin evinə getmiş, özü isə Bakı şəhərində «Həsənoğlu» adlı mebel şirkətində işləyir. Eləcə də 14.09.2020-ci il tarixdə səhər tezdən ailəsini götürüb valideyinlərinin evinə düşürtmüş, özü isə Bakı şəhərinə işə getmişdir. Həmin gün Bakı şəhərindən işdən çıxdıqdan sonra evə getmişdir. Həyətə giriş darvazasına gələrək onun içəridən bağlı olduğunu görmüş və cibində olan açarları oranı açaraq həyətə keçmişdir. Evin mətbəxə aid olan pəncərəsinin açıq olduğunu və setkasının olmadığını görüb giriş qapısına yaxınlaşıb giriş qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Evin yataq otağına aid taxta qapısının üzərində açarı gizlətmişdir. Həmin vaxt evə gələndə gizlətdiyi açar üstündə olduğunu və qapının bağlı olduğunu görüb həmin vaxt evə baxış keçirtmiş və yataq otağında olan taxta dolabda olan dəmir qutunun qapısını dartıb sındıraraq oradan 1500 ABŞ dolları məbləğində, 1700 manat pulu, 585 əyarlı 0,6 qram çəkidə sadə qırmızı qaşlı 500 manat dəyərində 01 cüt qızıl sırğanı, şəbəkə formasında olan 585 əyarlı qızıldan 0,3 qram çəkidə sadə 400 manat dəyərində 01 cüt qızıl sırğanı, burma formasında olan bir ədəd 10 qram çəkidə 585 əyarlı qızıldan boyunbağı, 02 qram çəkidə 585 əyarlı qızıldan yumru formada üzərində sadə şüşə rəngli qaşı olan 150 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş 01 cüt sırğa oğurlaması müəyyən edilmişdir. O dərhal Sumqayıt ŞPİ-nin 5-ci PB-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, bu səbəbdən də ondan şikayətçi deyildir. Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsini Məhkəmən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayının əvəllərindən övladlarının müalicəsi ilə əlaqədar həyat yoldaşı Rəfiqə və övladları yaşamaq üçün Sumqayıt şəhəri Yaşma bağları ərazisində yerləşən qaynatasına məxsus evə köçmüşdülər və o öz evində tək qalmış və hər gün saat 09 radələrində evdən çıxıb işə gedərək axşam saat 22-00 radələrində evə qayıtmışdır. 02 avqust 2021-ci il tarixdə o həmişəki kimi evdən çıxıb qapını kilidlə bağlayıb işə getmişdir. Saat 22-30 radələrində evə qayıtdıqda mənzilin qapısı örtülü olsa da qapının kilidinin açıq olduğunu aşkar edib mənzilə daxil olmuş və görmüşdür ki, yataq otağındakı paltar dolabının qapısı açıqdır, həmçinin qonaq otağına giriş qapısının şüşəsi sındırılmışdır. Başa düşmüşdür ki, mənzilinə oğru girib. Bu səbəbdən mənzildən hansı əşyaların oğurlandığını müəyyən etmək üçün həyat yoldaşı Rəfiqəyə zəng vurub evə çağırmışdır. Rəfiqə ilə evə ətraflı baxdıqdan sonra yataq otağındakı paltar dolabında, boz rəngli sandıqçada olan qızıl-zinət əşyalarının və eyni paltar dolabında qara rəngli pul qabında olan 2000 ABŞ dollarının yerində olmadığını aşkar etmişlər. Onun evindən qızıl boyunbağı, sırğa, qolbağ və üzükdən ibarət dəst(komplekt), 1 ədəd yoğun zəncir qızıl qolbağ, 2 ədəd qızıl nazik qolbağ, 2 ədəd qızıl kişi və qadın nişan üzükləri, 1 ədəd qızıl kişi üzüyü, 3 ədəd qızıl qadın üzüyü,8 ədəd qızı qadın sırğası, 1 ədəd qızıl uşaq sırğası, 3 ədəd qızıl qadın boyunbağı, 6 ədəd gümüş qadın üzüyü, 5 ədəd gümüş qadın boyunbağı, 3 ədəd gümüş qolbağ, 2 ədəd gümüş kişi qolbağı, 3 ədəd gümüş kişi üzüyü, 1 ədəd gümüş qadın saatı oğurlanmaqla qeyd olunan qızıl-zinət əşyalarının ümumi dəyəri 10.000 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs iş üzrə vermiş olduğu ifadəsində yaşadığı mənzildən 2000 ABŞ dolları deyil, 850 ABŞ dolları oğurladığını bildirməsi barədə bildirmişdir ki, onun mənzilində 2000 ABŞ dollarına yaxın pul var olmuş və hamısı oğurlanmışdır. Həbib adlı şəxs tərəfindən təqdim olunan zinət əşyalarının içərisində ona məxsus və oğurlanmış aşağıdakı əşyalar yoxdur: 1 ədəd yoğun 10 qram çəkidə zəncir qızıl qolbağ, 2 ədəd hər biri 4 qram çəkidə qızıl nazik qolbağ, 2 ədəd İtaliya istehsallı hər biri 4 qram çəkidə, üzərində xırda briliasnt qaşlar olan qızıl kişi və qadın nişan üzükləri, 1 ədəd Rusiya istehsallı, 7 qram çəkidə qızıl kişi üzüyü, 3 ədəd qızıl qadın üzüyü ( 1-ci Rusiya istehsalı olan 4 qram çəkidə, 2-cisi İtaliya istehsalı olan səbət toxunuşu şəklində 4 qram çəkidə, 3-cüsü İtaliya istehsalı olan sünbül şəklində toxunulmuş 4 qram çəkidə) 8 cüt hər biri 4 qram çəkidə qızıl qadın sırğaları, 3 ədəd hər biri 6 qram çəkidə qızıl qadın boyunbağı, 6 ədəd hər biri 20 manat dəyərində gümüş qadın üzüyü, 2 ədəd hər biri 15 manat dəyərində gümüş qadın boyunbağı, 3 ədəd hər biri 25 manat dəyərində gümüş qolbağı, 1 ədəd 30 manat dəyərində gümüş kişi qolbağı, 1 ədəd 100 manat dəyərində gümüş qadın saatı. Qeyd olunan əşyalar təqdim olunan əşyaların arasında yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, bu səbəbdən də ondan şikayətçi deyildir. Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsini Məhkəmən xahiş etmişdir. Əvvəki məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, özü “Ford Tranzit” markalı mini avtobusda Sumqayıt-Lerik marşrutu ilə sərnişin daşıyır. Nərminəni təxminən bir ildir ki, tanıyır, belə ki, o əvvəllər, onun yaşadığı Sumqayıt şəhəri Beton zavod ərazisindəki evimlə qonşuluqda yaşamış və həyat yoldaşı Sahilə ilə rəfiqə olmuşlar. O Nərminəni dindar, ibadət edən və başını hicabla bağlayan bir qadın kimi tanımış, təxminən 2021-ci ilin iyul ayının sonlarında Sahilə ona müraciət edərək Nərminənin ağır xəstəsi olduğunu və onun müalicəsi üçün özünə məxsus qızılzinət əşyalarını satmaq istədiyini bildirib həmin qızılların satılmasında ona köməklik göstərməsini xahiş etdikdə o Nərminə ilə görüşmüş və Nərminə ona da ağlaya-ağlaya yaxın qohumunun cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu, bu səbəbdən ona pul lazım olduğunu və qızıllarını satmağa məcbur olduğunu bildirib ondan xahiş etmişdir ki, qızılları satmaqda ona köməklik göstərsin. O Nərminəyə inanmış və ondan hal-hazırda sayını və əlamətlərini unutduğu xeyli sayda qızıl-zinət əşyalarını götürmüş, bundan bir neçə gün sonra o Lənkəran şəhərinə sərnişin apardıqda orada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan və ilk dəfə gördüyü Şahid8 adlı şəxsə Nərminənin ona verdiyi bütün qızılzinət əşyalarını birlikdə cəmi 2700 manata satmış və Sumqayıt şəhərinə qayıtdıqdan sonra pulun hamısını Nərminənin özünə vermişdir. Nərminə isə ona köməklik göstərməsi ilə əlaqədar öz minnətdarlığını bildirmiş, onun Nərminənin qızıl-zinət əşyalarını oğurlaması barədə heç bir məlumatı olmamışdır. Bundan əvvəl Nərminə nə ona, nə də Sahiləyə satmaq üçün hər hansı bir əşya verməmişdir. Əvvəli məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 da cinayət işi üzrə şahid və Zərərçəkmiş şəxs4 ifadəsində göstərdikləri xüsusatları qeyd edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Əvvəli məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 da cinayət işi üzrə şahid və Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları qeyd edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid8 28.03.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid8 elan edilmiş ifadəsindən görünür ki, zərgər kimi fəaliyyət göstərir və Lənkəran şəhəri ərazisində səyyar şəkildə qızıl-zinət əşyalarının alveri ilə məşğuldur. 01 avqust 2021-ci il tarixdə o Lənkəran şəhərində olarkən onun ilk dəfə görüşdüyü Vasif adlı şəxs ona müraciət edərək yaxın tanışına köməklik etmək məqsədi ilə ona məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirib, ona 1 ədəd sep, 1 ədəd qarnitur, yəni qolbaq, üzük, sep və sırğadan ibarət kompelekt, 1 ədəd üzük və 1 cüt sırğanı təqdim etmişdir. O, ona tqdim olunmuş əşyaları ölçdükdə 1 ədəd sepin 10,4 qram, qarniturun cəmi 16,4 qram, üzün 12,2 qram və sırğanın 9,1 qram olmasını, cəmi təqdim edilən qızıl-zinəy əşyalarının 48,1 qram olmasını müəyyən edərək həmin əşyaları lom şəklindəqramının 56 manatdana ala biləcəyini və ona cəmi 2700 manat pul verə biləcəyini bildirmişdir. Həmin Vasif adlı şəxs bununla razılaşmış və özünə məxsus olan şəxsiyyət vəsiqəsini ona təqim etmişdir. O sonuncuya məxsus şəsiyyət vəsiqəsinin surətini çıxardıb arxa hissəsinə qızılların çəkisini və Vasifin qızılın özünə məxsus olmasını təsdiq etməsi ilə bağlı qeydləri aparmış və sonuncuya 2700 manat pulu təqdim etmişdir. Daha sonra Vasif oradan ayrılaraq getmiş və və həmin gündən sonra o sonuncunu görməmişdir. Daha sonraa o qeyd olunan qızıl-zinət əşyalarını əritmiş, özü zərgər olduğundan başqa formada zinət əşyaları düzəldib ayrı-ayrı vətəndaşlara satmışdır. Əlavə olaraq da bildirmişdir ki, Vasif tərəfindən ona satılan qızıl-zinət əşyalarının xarici formaları yadında qalmamışdır. Cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid12 15.04.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid12 elan edilmiş ifadəsindən görünür ki, o, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində icarəyə götürdüyü qızıl-zinət əşyaları köşkünü işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla münasibəti olmamış, yalnız 19 fevral 2021-ci il tarixdə onun işlədiyi köşkə həmin Nərminə adlı qadın yaxınlaşaraq özünə məxsus 2 ədəd qızıl üzüyü satmaq istədiyini bildirdikdə o ondan şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüş və həmin qızılları tərəzidə ölçdükdə çəkisinin 5 qram olmasını müəyyən edib ona həmin qızıllara görə 270 manat pul verə biləcəyini bildirmişdir. Nərminə razılaşmış və o Nərminədən qızılları alaraq ona 270 manat pul verib şəxsiyyət vəsiqəsinin üzərinə öz xətti ilə ona iki ədəd üzüyü 270 manata satması barədə qeyd yazdırmışdır. Bundan sonra Nərminə çıxıb getmiş və o bir daha onu görməmiş, Nərminə adlı qadının ona satmış olduğu qızılların oğurluq olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid9 elan olunmuş ifadəsindən görünür ki, o da Şahid4 ifadəsində göstərdikləri xüsusatları qeyd edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o Şahid5 uzun illərdir ki, tanıyır. Təxminən 2021-ci ilin sentyabr ayının 4-də və ya 5-də Mürşüd onunla görüşərək ona üzərində briliant qaşlar olan qızıl boyunbağı, qolbağ sırğa və üzük komplektini təqdim edərək həmin komplektin həyat yoldaşının qardaşı arvadına məxsus olmasını, onlara təcili pul lazım olduğundan 3000 manata satmaq istədiklərini bildirib ondan xahiş etmişdir ki, əlaqələrinin geniş olması ilə əlaqədar həmin komplekti satmaqda ona köməklik göstərsin. O Mürşüdə yardım etmək məqsədi ilə həmin komplekti ondan götürərək müştəri tapsa satıb onun pulunu verəcəyini bildirmişdir. Həmin vaxtdan sonra qeyd olunan komplekt onda qalmış, o bir neçə nəfərə göstərsə də ondan həmin komplekti alan olmamışdır. 15 sentyabr 2021-ci il tarixdə Mürşüdün ona vermiş olduğu qızıl komplektin oğurluq olması bildirib Sumqayıt şəhri Pİ-nə getməsi lazım olduğu bildirdikdə o həmin Mürşüdün ona verdiyi komplekt dəstini də götürüb Pİ-nə gəlmiş və qızıl-zinət əşyasını təqdim etmişdir. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid13 onun həyat yoldaşıdır, onunla 2003-cü ildə ailə qurmuş və birgə nihlarından 5 övladları vardır. O və Səyyarə Allaha inanan və ibadət edən şəxslərdir. Səyyarənin Nərminə adlı Rəfiqəsi vardır, belə ki, Səyyarə xeyriyyəçilik məqsədi ilə çox uşaqlı ailələrə yemək və paltar paylayarkən Nərminə ilə tanış olmuş, Nərminə də özünün dindar olması və daima ibadət etməsini, xeyriyyəçiliklə məşğul olmasını bildirdiyindən barədə Səyyarə ona inanmış və aralarında rəfiqəlik münasibətləri yaranmışdır. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Səyyarə ona müraciət edərək Nərminənin xəstəxanada ağır xəstəsi olduğunu və təcili cərrahiyyə əməliyyatı olacağı ilə əlaqədar xərcləri qarşılamaq üçün özünə məxsus qızılzinət əşyalarını satmaq istədiyini bildirib ondan xahiş etmişdir ki, bu işdə ona köməklik göstərsin və ona üzərində briliant qaşları olan bir cüt sırğa, üzük, boyunbağı və qolbağdan ibarət komplekt dəstini təqdim etmişdir. O heç nədə şübhələnmədən həmin qızılları götürüb makler kimi tanıdığı Həbib adlı şəxsin işlədiyi Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə getmiş və Həbiblə görüşüb ona əhvalatı danışıb Nərminəyə məxsus qızıl-zinət əşyalarını təqdim edərək heç olmazsa 3000 manata satılmasına köməklik göstərməsini xahiş etmişdir. Həbib komplektə baxıb müştəri olsa satacağını bildirmişdir. Bundan bir neçə gün sonra polis əməkdaşları o və həyat yoldaşı ilə əlaqə saxladıqda başa düşmüşlər ki, Nərminənin satmaq üçün Səyyarəyə vermiş olduğu qızıl-zinət əşyaları oğurluqdur. Onun və arvadı Səyyarənin həmin qızıl-zinət əşyalarını oğurlaması barədə heç bir məlumatı olmamışdır. Bundan əvvəl Nərminə nə ona, nə də Səyyarəyə satmaq üçün hər hansı bir əşya verməmişdir. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid13 elan edilmiş ifadəsindən görünür ki o, ibtidai istintaq dövründəki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, belə ki, o da onun kimi namaz qılır, onunla uzun müddətdir ki, rəfiqəlik edir. 02 sentyabr 2021-ci il tarixdə Nərminə onunla görüşərək baldızının Tağıyev qəsəbəsində yaşayan baldızı Rəfiqə ilə görüşməli olduğunu, qəsəbəyə tək etmək istəmədiyini bildirib ondan xahiş etmişdir ki, ona yoldaşlıq etsin. O bekar olduğundan heç nədən şübhələnmədən onunla getməyə razılıq vermişdir. Bundan sonra həmin gün saat 11 radələrində o və Nərminə taksi ilə H.Tağıyev qəsəbəsinə getmişlər və Rəfiqənin yaşadığı S.Bəhlulzadə küçəsi 5 saylı binaya yaxınlaşmışlar. Nərminə ondan xahiş etmişdir ki, 5-10 dəqiqə onu binanın qarşısında gözləsin. Bundan sonra özü binanın giriş qapısından içəri daxil olmuş, o təxminən 7-8 dəqiqə ərzində onu gözlədikdən sonra Nərminə çölə çıxmış və Rəfiqə ilə söhbətini başa vurduğunu bildirmişdir. Bundan sonra onlar Sumqayıt şəhərinə qayıtmışlar. Bundan təxminən 2-3 gün sonra Nərminə ağlaya-ağlaya onun yanına gələrək xəstəxanada ağır xəstəsinin olduğunu, cərahiyyəyə təcili pul lazım olduğunu bildirib üzərində qaşları olan qızıl qolbağ, boyunbağı, üzük və bir cüt sırğadan ibarət komplekti ona təqdim edərək xahiş etdi ki, əri Mürşüd öz tanışları vasitəsi ilə həmin komplekti qiymətləndirsin və münasib qiymətə satsın. O qeyd olunan komplekt dəstini Nərminədən götürmüş və həmin axşam əri Mürşüdə verib Nərminənin ona dediklərini danışıb xahiş etmişdir ki, Allah rizası üçün Nərminəyə kömək etsin. Mürşüd həmin qızılzinət əşyalarını ondan götürmüş və sabahısı satmaq üçün hansısa tanışına verərək heç olmazsa 3000 manata satmasını xahiş etmişdir. Bundan bir neçə gün sonra isə polis onlara Nərminənin verdiyi qızıl-zinət əşyalarının oğurluq olmasını bildirib polisə dəvət etdikdə Nərminənin əslində oğru olduğunu, onlar satmaq üçün verdiyi qızıl-zinət əşyalarının da oğurluq olduğunu başa düşmüşlər. O və ya əri Mürşüd Nərminənin onlara satmaq üçün verdiyi qızıl-zinət əşyalarının oğurluq olmasını bilməmişlər. Bundan əvvəl Nərminə nə ona, nə də əri Mürşüdə satmaq üçün hər hansı bir əşya verməmişdir. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki o, ibtidai istintaq dövründəki ifadəsində göstərmişdir ki, özü ona məxsus və Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən məişət cihazları təmiri sexini işlədir. Onun sexində cihazların təmirindən başqa həmçinin qapı kilid və açarlarının təmiri və surətinin çıxarılması da həyata keçirilir. Təxminən 2021-ci ilin iyul ayında ona başı hicablı bir nəfər qadın müraciət edərək mənzilinin qapı açarının surətini çıxarmaq istədiyini bildirdikdə o adəti üzrə həmin qadından adını, familiyasını, yaşadığı ünvanı soruşmuşdur ki, hər ehtimala qarşı özüdə qeyd etsin. Həmin qadın adının Təqsirləndirilən şəxs olduğunu və Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yaşadığını bildirdikdə o onun dindar qadın olduğunu görüb heç nədən şübhələnmədən onun ona təqdim etdiyi sadə qapı kilidi açarının surətini cihaz vasitəsi ilə çıxarıb özünə təqdim etmişdir. Bundan sonra həmin Nərminə adlı qadın çıxıb getmiş, onun həmin qadının başqasına məxsus mənzilin açarının surətini çıxarması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid10 elan edilmiş ifadəsindən görünür ki o, ibtidai istintaq dövründəki ifadəsində göstərmişdir ki, onun Sumqayıt şəhəri “Cavid” ticarət mərkəzində qızıl-zinət əşyaları köşkü olsa da 2020-ci ildən etibarən pandemiya ilə əlaqədar ticarət mərkəzi bağlandığından Sumqayıt şəhəri 2-ci mikrorayon, Sülh küçəsində müvəqqəti qızıl-zinət əşyası köşkü açmışdır. 26.01.2021-ci il tarixdə, günortadan sonra onun işlədiyi köşkə Nərminə adlı başı hicablı qadın gələrək xəstəxanada xəstəsinin olduğunu, bu səbəbdən də özünə məxsus qızılları satmaq istədiyini bildirib ona bir ədəd hil şəklində qızıl boyunbağı, bir ədəd qaşsız üzük, bir cüt qızıl sırğa təqdim etdikdə o həmin əşyalara baxıb tərəzidə çəkərək qeyd olunan əşyalara 880 manat pul verə biləcəyini bildirmişdir. Həmin Nərminə adlı qadın razılaşaraq qızılları ona təqdim etmiş, o isə onun şəxsiyyət vəsiqəsinin kserosurətini götürüb müvafiq qeydiyyat apardıqdan sonra pulu ona vermiş və bundan sonra həmin qadın çıxıb getmişdir. O isə qeyd olunan qızılları müxtəlif vaxtlarda tanımadığı şəxslərə satmışdır. O Nərminə adlı qadının ona satmış olduğu qızılların oğurluq olmasından xəbərsiz olmuşdur. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid11 elan edilmiş ifadəsindən görünür ki o, ibtidai istintaq dövründəki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Xəyalın xalası qızıdır, onunla münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin fevral ayında o Nərminəgilə qonaq getmiş, onun evində olarkən Nərminədən bir mərətəbə yuxarıda yaşayan Lalənin gəlini Reyhan onun evinə gələrək azyaşlı uşağını bir neçə dəqiqəliyə saxlamaq üçün Nərminəyə verib özünün qonşu binada yaşayan qohumugilə gedəcəyini bildirmişdir. Reyhan gedərkən mənzilinin açarı yaddan çıxaraq Nərminənin evində qalmış, bundan sonra Nərminə açarı götürüb o bir neçə dəqiqəliyə Reyhangilə çıxıb gələcəyini deyərək getmiş, özü isə onun evində qalmışdır. Təxminən 7-8 dəqiqə sonra Nərminə evə qayıdaraq Reyhangilin evindən heç nə tapmadığını bildirmiş, özü isə Nərminənin nəyə görə açarı götürüb qonşusunun evinə getdiyini başa düşməmişdir. Onun Nərminənin etmiş oğurluq əməllərində heç bir iştirakı olmamış və ya xəbəri olmamışdır. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o da şahid Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları qeyd edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə prosesi zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Şahid13 ibtidai istintaq dövründə verdiyi elan olunmuş ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. 02 sentyabr 2021-ci il tarixdə Nərminə onunla görüşərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşayan baldızı Rəfiqə ilə görüşməli olduğunu, lakin ora tək getmək istəmədiyini bildirərək, ondan onunla birlikdə getməyini xahiş etmişdir. Bu zaman onun heç bir işi olmadığından o bu tkliflə razılaşmışdır. Bundan sonra həmin gün saat txəminən 11:000 radələrində o və Nərminə taksi ilə H.Z.Tağıyev qəsəbəsinə getmiş, Rəfiqənin yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 5 saylı inzibati binaya yaxınlaşmışlar. Nərminə ondan xahiş etmişdir ki, 5-10 dəqiqə onu binanın qarşısında gözləsin. Daha sonra Nərminə özü binadan içəri getmiş, o Nərminəni təxminən 7-8 dəqiqə ərazində gözləmiş, daha sonra Nərminə çölə çıxmış və baldızı Rəfiqə ilə olan söhbətini bitirdiyini bildirmişdir. Bundan sonra onlar geri qayıtmışlar. Həmin hadisədən təxminən 2-3 gün sonra Nərminə ağlaya-ağlaya onun yanına gələrək xəstəxanada ağır xəstəsi olduğunu, cərrahiyəyə təcili pul lazım olduğunu bildirib, üzərində qaşları olan qızıl qolbaq, boyunbağı, üzük və bir cüt sırğadan barət komplekti ona təqdim edərək xahiş etmişdir ki, onun həyat yoldaşı Mürşüd öz tanışları vasitəsi ilə həmin komplekti qiymətləndirsin və münasib bir qiymətə satsın. O Nərminənin ona təqdim etdiyi qızılları götürmüş və elə həmin axşam əri Mürşüdə verərək, Nərminədə köməklik göstərməsini xahiş etmişdir. Mürşüd həmin qızıl əşyalarını onan götürmüş və sabahı günü onları öz tanışına verərək, heç olmazsa 3000 manata satmasını xahiş etmişdir. Bundan bir neçə gün sonra polis onlara Nərminənin ona verdiyi qızılların oğurluq olduğunu bildirmiş və onlar nəticədə həmin qızılların oğurlandığını başa düşmüşlər. Lakin o və həyat yoldaşı Mürşüd qızılların oğurlandığını bilməmişlər. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs4 Ağasi oğlu tərəfindən Məhkəməyə ünvanlanmış 17.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Məhkəməyə ünvanlanmış 15.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Məhkəməyə ünvanlanmış 15.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən Məhkəməyə ünvanlanmış 15.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, ********* nömrəli cinayət işi 01.08.2021-ci il tarixdə Məhkəməyə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 14.10.2021ci il tarixli, 1(060)-588/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 1772.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 7(060)- 284/2021 saylı, 23.12.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-588/2021 saylı, 14.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 1772.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 01 (bir) il müddətinə azaldılmışdır İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 06.05.2022-ci il tarixli, 270808 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 06.05.2022-ci il tarixə 13 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsabət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 4 azyaşlı uşağı vardır: 05.04.2014-cü il təvəllüdlü X6, 10.04.2015ci il təvəllüdlü X3, 22.04.2012-ci il təvəllüdlü X4 və 26.12.2016-cı il təvəllüdlü X7. Cinayət işi materiallarına əlavə edilmiş “nikah haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X5 arasında bağlanmış nikah bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin iyul ayının 05 günündə 534 № ilə qeyd edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07.12.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 838,50 manat müəyyən olunub. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. -39 manat dəyərində olan 585 əyarlı 0,6 qram çəkidə sadə qırmızı qaşlı 1 (bir) cüt qırmızı sırğa; -19,50 manat dəyərində olan şəbəkə formasında olan 585 əyarlı qızıldan 0,3 qram çəkidə sadə 1 (bir) cüt qızıl sırğa; -650 manat dəyərində olan burma formasında bir ədəd 10 qram çəkidə 585 əyarlı qızıldan boyunbağı; -130 manat dəyərində olan 2 qram çəkidə 585 əyarlı qızıldan yumru formada üzərində sadə şüşə rəngli qaşı olan uşaq üçün nəzərdə tutulmuş 1 (bir) cüt sırğa. Cinayət işi materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.11.2021-ci il tarixli 6/4695-9/7594 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məlumatlardan Cədvə 1 üzrə sıra nömrələri: -1 olan 750 əyarlı qızıldan hazırlanmışdır.Qaşlar qiymətli qaşlara aiddir, brilyantdır; -3 olan 583/585 əyarlı qızıldan hazılanmışdır; -8-10,22,23 olanlar 925 əyarlı gümüşdən hazırlanmışdır; -2,5,17,21 olanlar dəmir əsaslı ərintidən hazırlıanmışdır; -12,13,15,16,19,20,25 olanlar mis əsaslı ərintidən hazırlanmışdır; -6,14,18,24 olanlar mis və dəmir əsaslı ərintidən hazırlanmışdır; -4,7,11 olanlar qiymətsiz metal ərintisindən hazırlanmışdır. Məmulatlardan digərlərinin üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi,əyarı və digər göstəriciləri (qaşlarının təbiəti,damğası,adları və s.) Cədvəl 1-də qeyd edilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla,Bakı şəhərində yerləşən ticarət şəbəkələrindən və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, bir qram “925” əyarlı qızılın məmulat kimi qiyməti 7 manat, bir qram “583” əyarlı qızılın məmulat kimi qiyməti 80 manat və bir qram “750”əyarlı qızılın məmulat kimi qiyməti 95 manat olması nəzərə alınmaqla təqdim edilən zərgərlik məmulatlarının, 2021-ci iyul ayında, respublikadaxili orta bazar pərakəndə satış qiymətlərini nəzəri hesablama yolu ilə ümumi dəyəri təxminən 7789,00 manat müəyyən edildi. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri 1 Nömrəli Cədvəldə göstərilmişdir. Təqdim olunmayan Zərərçəkmiş şəxs4 məxsus oğurlanmış -bir ədəd yoğun 10 qram çəkidə Rusiya istehsallı ,585 əyarlı zəncir qızıl qolbağ 800 manat; -2 ədəd hər biri 4 qram çəkidə Rusiya istehsalı, 585 əyarlı qızıl nazik qolbağ 640 manat; -bir ədəd Rusiya istehsallı,585 əyarlı, 7 qram çəkidə qızıl kişi üzüyü 560 manat; -bir ədəd Rusiya istehsalı olan 585 əyarlı 4 qram çəkidə 320 manat; -bir ədəd İtaliya istehsalı olan səbət toxunuşu şəklində 750 əyarlı 4 qram çəkidə 380 manat; -bir ədəd İtaliya istehsalı olan sünbül şəklində 750 əyarlı 4 qram çəkidə 380 manat; -bir ədəd 4 qram İtaliya istehsallı, 750 əyarlı ağ qızıl, üzərində tək qaş var 380 manat; -8 cüt hər biri 4 qram çəkidə Rusiya istehsallı,585 əyarlı qızıl qadın sırğaları 320 manat; -3 ədəd hər biri 6 qram çəkidə, Rusiya istehsallı, 585 əyarlı qızıl boyunbağı 1440 manat; Təqdim olunmayan Zərərçəkmiş şəxs3 məxsus oğurlanmış -bir cüt 4 qram çəkidə Rusiya istehsallı 585 əyarlı qızıldan sırğa 320 manat; -4 ədəd hər biri 1,5 qram çəkidə Rusaiya istehsallı,585 əyarlı qızıldan ibarət qadın üzükləri 480 manat; -bir ədəd 1 qram çəkidə Rusiya istehsallı ,585 əyarlı qızıldan uşaq boyunbağı 80 manat; -bir ədəd 7 qram çəkidə,Rusiya istehsallı,585 əyarlı qızıldan tros-sep 560 manat; -bir ədəd 3 qram çəkidə Rusiya istehsallı, 585 əyarlı qızıldan kişi qolbağ 240 manat. Şərti olaraq 1 kimi işarələnmiş zərdf olan əşyalar -7400 manat dəyərində 750 əyarlı qızıl 47, 47 qram çəkidə briliant, 164 əd. hər biri 0,003 kt, 98 əd. hər biri 0,010 kt, 24 əd. hər biri 0,017 kt, 16 əd. hər biri 0,068 kt, 1 əd. 0,132 kt, 1 əd. 0,114 kt, 1 əd. 0,107 kt Ümum. 4,4 ; Üzərlərində ümumilikdə 305 ədəd rəngsiz, şəffaf qaş olan (bir qaş yeri boş),qaş yerləşdirilmiş hissələri sarı rəngli 1 dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı.Dəstin elementlərinin üzərində “EFE 750 İTALY” damğası vardır. -5 manat dəyərində dəmir əsaslı ərinti 15,70 qram çəkidə, üzərində iki ədəd ağ rəngli muncuq və bir ədəd rəngsiz,şaffaf qaş olan sarı rəngli 1 ədəd üzük. -76 manat dəyərində qızıl 583.585, 0,95 qram çəkidə, kilidi iynəşəkilli, kürə formalı, sarı rəngdə 1 cüt sırğa. -6 manat dəyərində 0,85 qram çəkidə qiymətsiz metal ərintisi kilidi iynəşəkilli, ağ rəngli kürə formalı muncuqdan ibarət,1 cüt sırğa.Kilidi bərkidilən elementin üzərində “NR” və “AVON” yazıları vardır. -6 manat dəyərində 0,67 qram çəkidə dəmir əsaslı ərinti, Kilidi iynəşəkilli, üzərində yaşıl rəngli qaş olan, sarı rəngli 1 cüt sırğa. Kilidə bərkidilən elementin üzərində “USA” və “STUDEX” yazıları vardır. -2 manat dəyərində 6,62 qram çəkidə mis və dəmir əsaslı ərinti.Üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan (iki qaş yeri boş), sarı rəngli 1 ədəd kulon. Bəzi hissələrinin rəngi aşınmışdır. -1 manat dəyərində 21,01 qram çəkidə qiymətsiz metal ərintisi. Hər birinin uzunluğu boyunca rəngsiz, şəffaf qaşlar düzülmüş, müxtəlif uzunluqlu, sarı rəngli 9 ədəd məlumat hissəsi. Cəmi:7496 manat Şərti olaraq “2” kimi işarələnmiş zərfdə olan əşyalar -50 manat dəyərində 7,12 qram çəkidə gümüş,925.Üzərində narıncı rəngli, oval formalı bir ədəd qaş olan, gümüşü rəngli 1 ədəd üzük. Üzüyün halqasının üzərində “925” damğası vardır. -33 manat dəyərində 4,66 qram çəkidə gümüş 925. Üzərində qara rəngli,oval formalı bir ədəd qaş olan ,gümüşü rəngli 1 ədəd üzük.Üzüyün halqasının üzərində “925” damğası vardır. -21 manat dəyərində 2,97 qram çəkidə gümüşü 925.Üzərində rəngsiz,şəffaf qaşlar olan,gümüşü rəngli 1 ədəd üzük.Üzüyün halqasının iç tərəfində “925”damğası vardır. -3 manat dəyərində 12,08 qram çəkidə qiymətsiz metal ərintisi.Üzərində qara rəngli qaşlar olan, gümüşü rəngli 1 ədəd üzük. - 2 manat dəyərində 2,36 qram çəkidə mis əsaslı ərinti. Üzərində bir ədəd rəngsiz şəffaf qaş olan, gümüşü rəngli 1 ədəd üzük. -2 manat dəyərində 1,84 qram çəkidə mis əsaslı ərinti halqa formalı halqa boyunca rəngsiz şəffaf qaşlar düzülmüş (bir qaş yeri boş), gümüşü rəngli 01 ədəd üzük -2 manat dəyərində 0,79 qram çəkidə mis və dəmir əsaslı ərinti halqa formalı gümüşü rəngli 02 ədəd üzük; -08 manat dəyərində 13,92 qram çəkidə mis əsaslı ərinti üzərlərində dörd ədəd nisbətən böyük ölçülü, doqquz ədəd nisbətən kiçik ölçülü rəngsiz, şaffaf qaş olan gümüşü rəngli 01 cüt sırğa; -03 manat dəyərində 12,74 qram çəçidə mis əsslı ərinti üzərlərində 01 ədəd qara rəngli qaş olan, gümüşü rəngli 01 cüt sırğa; -02 manat dəyərində 2,70 qram çəkidə dəmir əsaslı ərinti üzərlərində bir ədəd rəngsiz şəffaf qaş olan gümüşü rəngli 01 cüt sırğa; -02 manat dəyərində 2,61 qram çəkidə mis və dəmir əsas ərinti üzərlərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 01 cüt sırğa; -01 manat dəyərində 7,03 qram çəkidə mis əsaslı ərinti üzərlərində rəngsiz, şəffaf qaşlar olan (iki qaş yeri boş), köməkçi hissəsi bant formalı, gümüşü rəngli 01 cüt sırğa, sırğa cütunun bir tayının bant formalı hissəsi əsasə hissədən ayrılımış, qırıq vəziyyətdədir; -03 manat dəyərində 10,35 qram çəkidə mis əsaslı ərinti narıncı rəngli qaşdan və gümüşü rəngli metal hissədən ibarət 01 ədəd kulon; -02 manat dəyərində 4,73 qram çəkidə dəmir əsaslı ərinti üzərinə müxtəlif formalı dörd ədəd elemnt birləşdirilmiş, gümüşü rəngli sancaq; -110 manat dəyərində olan 925 əyarlı 15,66 qram çəkidə gümüşü rəngli 01 ədəd qolbaq, qolbağın bəzi hissələrinin rəngi dəyişmişdir; -42 manat dəyərində 925 əyarlı 6,01 qram çəkidə kulonun üzərində göy rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 01 ədəd kulonlu boyunbağı, üzərlərində 925 damğası vardır, boyunbağının bəzi hissələrinin rəngi dəyişmişdir: -03 manat dəyərində 8,11 qarma çəkidə mis və dəmir əsaslı ərinti səthi boyunca rəngsiz, şəffaf qaşlar düzülmüş, ulduz folmalı elementi olan, gümüşü rəngli 01 ədəd boyunbağı; -04 manat dəyərində 6,56 qram çəkidə mis əsaslı ərinti açıq formalı kulonun üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan (beş qaş yeri boş), gümüşü rəngli 01 ədəd kulonlu boyunbağı, boyunbağının qulaqcığında «PV» yazısı vardır. Cəmi 293 manat, Yekun:7789 manat Cinayət işi materialalrında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.02.2021-ci il tarixli 9/119 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 6 adda qızıl-zinət əşyalarının 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 3990,00 manat, digər 6 adda qızıl- zinət əşyalarının 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4725,00 manat müəyyən edilir. 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti -1400 manat dəyərində olan cəmi çəkisi 20 qram olmaqla 585 əyarlı,rus istehsallı qızıl boyunbağı, sırğa, qolbağ və üzükdən ibarət komplekt -840 manat dəyərində olan hər biri 4 qram olmaqla rus istehsallı 585 əyarlı üç ədəd qızıl qolbağ (4qr x 3əd.) -140 manat dəyərində olan çəkisi 2 qram olmaqla rus istehsallı,585 əyarlı bir cüt qızıl uşaq sırğası -840 manat dəyərində olan rus istehsallı, 585 əyarlı olmaqla 12 qram çəkidə qızıl kişi nişan üzüyü -420 manat dəyərində olan 6 qram çəkidə qızıl kişi nişan üzüyü -350 manat dəyərində olan çəkisi 5 qram olmaqla rus istehsallı və 585 əyarlı briliant qaşlı qızıl qadın nişan üzüyü: Cəmi: 3990 manat 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti: -2250 manat dəyərində olan 30 qram çəkidə,585 əyarlı, rus istehsallı,38 ədəd qızıl muncuqlardan ibarət boyunbağı -375 manat dəyərində olan 5 qram çəkidə 585 əyarlı ,rus istehsallı,1 cüt iri dairəvi fomalı qızıl sırğalar -375 manat dəyərində olan 5qram çəkidə 585 əyyarlı ,rus istehsallı paxlava formalı qızıl üzük -600 manat dəyərində olan 8 qram çəkidə ,585 əyarlı,rus istehsallı,qızıl,qırmızı qaşlı qadın üzüyü -525 manat dəyərində olan 7 qram çəkidə, 585 əyarlı ,rus istehsallı,qızıl,qaşsız nişan üzü -600 manat dəyərində olan 8 qram çəkidə 585 əyarlı rus istehsallı açıq qırmızı rəngli 05 ədəd xırda qaşlardan ibarət qızıl üzük. Cəmi:4725 manat Cinayət işi materiallarında olan “cinayət əməlinin tövsif olunması haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs sözügedən oğurluq cinayətini təkrar törətdiyini nəzərə alaraq, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cümaddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi, onun təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid7 sarı rəngli metaldan, üszərində xırda ağ qaşlar olan, qolbağ və boyunbağının üzərində gül şəkilli və içərisində ağ qaşlar olan 1 cüt sırğa, üzük, qolbağ, boyunbağıdan ibarət dəsti, 7 ədəd, sarı rəngli metaldan, hər biri 26 sm uzunluqda, üzərində ağ qaşlar olan sepə bənzər əşyaları, 1 ədəd sarı rəngli metaldan, gül şəkilli, üzərində ağ rəngli və mirvariyə bənzər qaşlar olan üzüyü, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ və yaşıl rəngli qaşlar olan qalxanabənzər görünüşlü medalyonu,1 cüt sarı rəngli metaldan üzərində mirvariyə bənzər qaş olan uşaq ssırğasını,1 cüt sarı rəngli metaldan üzərində də yumru sarı rəngli gülə bənzər metal olan uşaq sırğasını, 1 cüt sarı rəngli metaldan, üzərində yaşıl rəngli qaş olan uşaq sırğasını, 1 cüt gümüşü rəngli metaldan üzərində xırda ağ qaşlar olan sırğanı, 1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 4 ədəd nisbətən iri həcmdə ağ rəngli qaşlar olan sırğanı 1 cüt gümüşü rəngli metaldan üzərində qara rəngli uzunsov qaş olan sırğanı,1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 1 ədəd ağ rəngli qaş olan sırğanı,1 cüt gümüşü rəngli metaldan bant şəkilli, üzərində xırda ağ rəngli qaşlar olan sırğanı, 1 ədəd üzərində xırda ağ qaşlar olan dartılar rezin şəklində üzüyü,1 ədəd gümüşü rəngli metaldan üzərində bir ədəd ağ rəngli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində xırda ağ zərrəciklər olan üzüyü 2 ədəd gümüşü rəngli metaldan nazik üzüyü,1 ədəd gümüşü rəngli metaldan üzərində qara qaşlı medalyon olan sepi, 1 ədəd gümüşü rəngli metaldan üzərində açar şəklində medalyon olan sepi, 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd ağ rəngli nisbətən iri, uclarındsa ağ rəngli nisbətən kiçik qaşlar və həmçinin üzərində xırda ağ rəngli qaşlı ulduz olan sep, 1 ədəd gümüşü rəngli metaldan üzərində qırmızı rəngli oval şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli kvadrat şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli oval şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində üçbucaq şəkilli, qırmızı rəngli qaş olan medalyonu, 1 ədəd gümüşü rəngli metaldan qolbağı, 1 ədəd sancağa bərkidilmiş iki ədəd göy rəngli dairəvi şəkilli və iki ədəd qırmızı bibər şəkilli gözmüncuğu dəstini təqdim edərək qeyd olunan əşyaları qeyd olunan əşyaları Şahid5 2021-ci ilin sentybar ayının 4-də və ya 5-də ona qızıl-zinət əşyalarını satmaq üçün verdiyini bildirmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, 09.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. Cinayət işi materiallarında olan “cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” 12 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* №-li cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarından görünür ki, ********* saylı cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Əqsər Kazımov tərəfindən 15.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 Hacıxəxil qızının müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanılaraq, icraatına qəbul edilib, istintaq aparılmışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə saat 18:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 17.09.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* №-li cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində tövsif edilmişdir. Cinayət işi materiallarında əlavə edilmiş “yenidən təqsirləndirilən şəxs qimsində cəlb etmək haqqında” 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 468/2021 saylı, 17.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə zalından dərhal azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “qətimkan tədbiri seçmək haqqında” 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması barədə” 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 21073865 nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 11 fevral 2022-ci il tarixli 21073865 №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid7 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs4 evindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış sarı rəngli metaldan, üszərində xırda ağ qaşlar olan, qolbağ və boyunbağının üzərində gül şəkilli və içərisində ağ qaşlar olan 1 cüt sırğa, üzük, qolbağ, boyunbağıdan ibarət dəsti, 7 ədəd, sarı rəngli metaldan, hər biri 26 sm uzunluqda, üzərində ağ qaşlar olan sepə bənzər əşyaları, 1 ədəd sarı rəngli metaldan, gül şəkilli, üzərində ağ rəngli və mirvariyə bənzər qaşlar olan üzüyü, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ və yaşıl rəngli qaşlar olan qalxanabənzər görünüşlü medalyonu,1 cüt sarı rəngli metaldan üzərində mirvariyə bənzər qaş olan uşaq ssırğasını,1 cüt sarı rəngli metaldan üzərində də yumru sarı rəngli gülə bənzər metal olan uşaq sırğasını, 1 cüt sarı rəngli metaldan, üzərində yaşıl rəngli qaş olan uşaq sırğasını, 1 cüt gümüşü rəngli metaldan üzərində xırda ağ qaşlar olan sırğanı, 1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 4 ədəd nisbətən iri həcmdə ağ rəngli qaşlar olan sırğanı 1 cüt gümüşü rəngli metaldan üzərində qara rəngli uzunsov qaş olan sırğanı,1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 1 ədəd ağ rəngli qaş olan sırğanı,1 cüt gümüşü rəngli metaldan bant şəkilli, üzərində xırda ağ rəngli qaşlar olan sırğanı, 1 ədəd üzərində xırda ağ qaşlar olan dartılar rezin şəklində üzüyü,1 ədəd gümüşü rəngli metaldan üzərində bir ədəd ağ rəngli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində xırda ağ zərrəciklər olan üzüyü 2 ədəd gümüşü rəngli metaldan nazik üzüyü,1 ədəd gümüşü rəngli metaldan üzərində qara qaşlı medalyon olan sepi, 1 ədəd gümüşü rəngli metaldan üzərində açar şəklində medalyon olan sepi, 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd ağ rəngli nisbətən iri, uclarındsa ağ rəngli nisbətən kiçik qaşlar və həmçinin üzərində xırda ağ rəngli qaşlı ulduz olan sep, 1 ədəd gümüşü rəngli metaldan üzərində qırmızı rəngli oval şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli kvadrat şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli oval şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində üçbucaq şəkilli, qırmızı rəngli qaş olan medalyonu, 1 ədəd gümüşü rəngli metaldan qolbağı, 1 ədəd sancağa bərkidilmiş iki ədəd göy rəngli dairəvi şəkilli və iki ədəd qırmızı bibər şəkilli gözmüncuğu dəsti saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, olara dəymiş ziyanı ödəməsini, himayəsində 4 azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama eyni əməllər, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin edərkən qeyd edir ki, X1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Bu qənaətə gələrkən məhkəmə, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini onun barəsində Sumqayıt şəhər Məhkəməsinin 1(060)-588/2021 saylı, 14.10.2021-ci il tarixli hökmü çıxana qədər törətməsini, habelə zərərçəkmiş şəxslərə ziyanın ödənilməsi və şikayətlərinin olmadığını, himayəsində dörd azyaşlı uşağının olması onun barəsində daha sərt cəza seçilməsi ilə ailə şəraitinə və uşaqların gələcək inkişafına mənfi təsir göstərəcəyini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən “cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X1 15.09.2022-ci il tarixdən 17.09.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmiş, Şahid7 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs4 evindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış sarı rəngli metaldan, üzərində xırda ağ qaşlar olan, qolbağ və boyunbağının üzərində gül şəkilli və içərisində ağ qaşlar olan 1 cüt sırğa, üzük, qolbağ, boyunbağıdan ibarət dəsti, 7 ədəd, sarı rəngli metaldan, hər biri 26 sm uzunluqda, üzərində ağ qaşlar olan sepə bənzər əşyaları, 1 ədəd sarı rəngli metaldan, gül şəkilli, üzərində ağ rəngli və mirvariyə bənzər qaşlar olan üzüyü, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ və yaşıl rəngli qaşlar olan qalxanabənzər görünüşlü medalyonu,1 cüt sarı rəngli metaldan üzərində mirvariyə bənzər qaş olan uşaq ssırğasını,1 cüt sarı rəngli metaldan üzərində də yumru sarı rəngli gülə bənzər metal olan uşaq sırğasını, 1 cüt sarı rəngli metaldan, üzərində yaşıl rəngli qaş olan uşaq sırğasını, 1 cüt gümüşü rəngli metaldan üzərində xırda ağ qaşlar olan sırğanı, 1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 4 ədəd nisbətən iri həcmdə ağ rəngli qaşlar olan sırğanı 1 cüt gümüşü rəngli metaldan üzərində qara rəngli uzunsov qaş olan sırğanı,1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 1 ədəd ağ rəngli qaş olan sırğanı,1 cüt gümüşü rəngli metaldan bant şəkilli, üzərində xırda ağ rəngli qaşlar olan sırğanı, 1 ədəd üzərində xırda ağ qaşlar olan dartılar rezin şəklində üzüyü,1 ədəd gümüşü rəngli metaldan üzərində bir ədəd ağ rəngli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində xırda ağ zərrəciklər olan üzüyü 2 ədəd gümüşü rəngli metaldan nazik üzüyü,1 ədəd gümüşü rəngli metaldan üzərində qara qaşlı medalyon olan sepi, 1 ədəd gümüşü rəngli metaldan üzərində açar şəklində medalyon olan sepi, 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd ağ rəngli nisbətən iri, uclarındsa ağ rəngli nisbətən kiçik qaşlar və həmçinin üzərində xırda ağ rəngli qaşlı ulduz olan sep, 1 ədəd gümüşü rəngli metaldan üzərində qırmızı rəngli oval şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli kvadrat şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli oval şəkilli qaş olan üzüyü, 1 ədəd gümüşü rəngli metaldan üzərində üçbucaq şəkilli, qırmızı rəngli qaş olan medalyonu, 1 ədəd gümüşü rəngli metaldan qolbağı, 1 ədəd sancağa bərkidilmiş iki ədəd göy rəngli dairəvi şəkilli və iki ədəd qırmızı bibər şəkilli gözmüncuğu dəsti zərərçəkmişə geri qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 250,00 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03.03.2022-ci il tarixli (iş № 1(060)-336/2022) qərarını icra edərək, 04.03.2022-ci il tarixli 402/2022 saylı orderə əsasən vəkil Müdafiəçi oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 14.10.2021-ci il tarixli, 1(060)-588/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 13 (on üç) gün müddəti cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay 10(on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmiş, Şahid7 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs4 evindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış sarı rəngli metaldan, üszərində xırda ağ qaşlar olan, qolbağ və boyunbağının üzərində gül şəkilli və içərisində ağ qaşlar olan 1 cüt sırğa, üzük, qolbağ, boyunbağıdan ibarət dəst, 7 ədəd, sarı rəngli metaldan, hər biri 26 sm uzunluqda, üzərində ağ qaşlar olan sepə bənzər əşyalar, 1 ədəd sarı rəngli metaldan, gül şəkilli, üzərində ağ rəngli və mirvariyə bənzər qaşlar olan üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ və yaşıl rəngli qaşlar olan qalxanabənzər görünüşlü medalyon,1 cüt sarı rəngli metaldan üzərində mirvariyə bənzər qaş olan uşaq sırğa,1 cüt sarı rəngli metaldan üzərində də yumru sarı rəngli gülə bənzər metal olan uşaq sırğa, 1 cüt sarı rəngli metaldan, üzərində yaşıl rəngli qaş olan uşaq sırğası, 1 cüt gümüşü rəngli metaldan üzərində xırda ağ qaşlar olan sırğa, 1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 4 ədəd nisbətən iri həcmdə ağ rəngli qaşlar olan sırğa, 1 cüt gümüşü rəngli metaldan üzərində qara rəngli uzunsov qaş olan sırğa,1 cüt gümüşü rəngli metaldan hər birinin üzərində 1 ədəd ağ rəngli qaş olan sırğa,1 cüt gümüşü rəngli metaldan bant şəkilli, üzərində xırda ağ rəngli qaşlar olan sırğa, 1 ədəd üzərində xırda ağ qaşlar olan dartılar rezin şəklində üzük,1 ədəd gümüşü rəngli metaldan üzərində bir ədəd ağ rəngli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan üzərində xırda ağ zərrəciklər olan üzük, 2 ədəd gümüşü rəngli metaldan nazik üzük,1 ədəd gümüşü rəngli metaldan üzərində qara qaşlı medalyon olan sepi, 1 ədəd gümüşü rəngli metaldan üzərində açar şəklində medalyon olan sep, 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd ağ rəngli nisbətən iri, uclarındsa ağ rəngli nisbətən kiçik qaşlar və həmçinin üzərində xırda ağ rəngli qaşlı ulduz olan sep, 1 ədəd gümüşü rəngli metaldan üzərində qırmızı rəngli oval şəkilli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli kvadrat şəkilli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli oval şəkilli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan üzərində üçbucaq şəkilli, qırmızı rəngli qaş olan medalyon, 1 ədəd gümüşü rəngli metaldan qolbağ, 1 ədəd sancağa bərkidilmiş iki ədəd göy rəngli dairəvi şəkilli və iki ədəd qırmızı bibər şəkilli gözmüncuğu dəsti zərərçəkmişə geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 250,00 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) olan hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar