Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-336/2023 23.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə Xüsusi ittiham qaydasında X3 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək X4 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibləri olduğunu nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsini, Gülafət Məlikovanın həmin maddələrlə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmasını, eyni zamanda sonuncunun həmin məcəllənin qeyd olunan maddələri ilə təqsirli bilməklə maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırılmışdır ki, X8 mütəmadi olaraq onlar ilə münaqişə yaradıb. Gülafət Məlikova onlara şər atmışdır. Hətta Gülafətin anası X5 onun burnunu sındırdığına görə CM-nin 127.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə tanışlardan ona xəbər gəlmişdir ki, X8 “Tiktok” internet saytında “@gulafet00__ ” adlanan səhifədə onun şəklinin üzərinə nalayiq sözlər yazıb, eyni zamanda da iyrənc ifadələr səsləndirilərək 17 saniyəlik video hazırlatdırmışdır. Həmin videoya görə o, artıq hər kəsin içində biyabır olmuş, dostun tanışın üzünə baxa bilməmişdir. Camaat içində onun şərəf və ləyaqəti alçalmışdır. O, artıq Məlikova Gülafətin yayımladığı videoya görə depresiyadadır. Belə ki, X8 qəsdən ona şər atmışdır. Onun “tiktok” intemet saytında olan “@gulafet00-” səhifəsində ona qarşı yayımladığı böhtan xarakterli məlumatlar həm onun təhqir olunmasına, həm də şərəf və ləyaqətinin ləkələnməsinə yönəlmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirdi ki, o, əvvələr Kərimova İlhamənin dayısı ilə evli olmuşdur. Lakin sonradan məhkəmə qərarı ilə rəsmi nikahlarına xitam verilmişdir. Bundan sonra Kərimova İlhamə o və ailəsi ilə münaqişələr etmiş, onlara şər-böhtan ataraq barələrində polisə və məhkəməyə əsassız şikayət etmişdir. Hal-hazırda da İlhanə Kərimova yenə ona şər-böhtan ataraq guya adına “Tik-tok” sosial şəbəkəsində profil açaraq onun şəkillərindən ibarət videorolik hazırladığını və əxlaqsız sözlər yazaraq həmin səhifədə paylaşdığını bildirmişdir. Lakin o, həmin sosial şəbəkədə qeydiyyatdan keçməmişdir. Bu, Kərimova İlhamənin onun barəsində olan növbəti yalan şikayətidir. Qeyd olunanların nəzərə alınmasını və barəsində olan xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan və xüsusi ittihamçı tərəfindən şikayətə heç bir sübut əlavə edilmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən X7 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclaslarına gəlməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının CPM-nin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Həmin məcəllənin 302.1.8-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilir. İş materiallarına əlavə olunmuş xəbərnamədən görünür ki, X7 məhkəmə hazırlıq iclasının 20 fevral 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə məhkəmə bildirişini almış, eyni zamanda iş materiallarında olan Elektron-Məhkəmə informasiya sistemindən əldə edilmiş SMS-Xəbərdarlıq bildirişlərinin məzmunundan da göründüyü kimi X6 məxsus (özü şikayət ərizəsində qeyd etmişdir) ***-***-**-** saylı telefon nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmişdir. Bundan başqa məhkəmə hazırlıq iclasının 23 fevral 2023-cü il tarixə, saat 10:15-ə təxirə salınması barədə X6 SMS-Xəbərdarlıq bildirişi göndərilmişdir. X1 rəsmi qaydada edilmiş məhkəmə çağırışlarına baxmayaraq hazırlıq iclaslarına gəlməmişdir. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.3-293.3.4-cüi maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəməyə göndərilən şikayətə əlavə edilmiş videorolikin məhz Gülafət Vəliyeva tərəfindən hazırlanaraq sosial şəbəkədə paylaşılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsinə görə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-336/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-336/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver