Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-336/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi 0,593 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 bükümdə təmiz çəkisi 0,300 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 05 mart 2025-ci il tarixdə saat 14:31-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivinin qarşısında yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 0,593 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 bükümdə təmiz çəkisi 0,300 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 05 mart 2025-ci il tarixdə 2-ci polis bölməsinin əməkdaşları tərəfindən H.Z.Tağıyev qəsəbəsində yerləşən bağında saxlanılmış, bağında saxlanılmasına baxmayaraq H.Z.Tağıyev qəsəbəsində olan qəbiristanlığın yanında çəkilişlə üzəri yoxlanılmışdır. Onu saxlayan polis əməkdaşları ilə üzərinə şəxsi axtarış zamanı videoçəkilişdə iştirak edən polis əməkdaşları fərqli şəxslər olmuşdur. Saxlanıldığı zaman onun yanında 2 nəfər kişi cinsindən olan tanışı və 1 nəfər qeyri-rəsmi münasibətdə olduğu qadın da olmuşdur. Polislər onu təhdid edərək narkotiki üzərinə götürməsə narkotik vasitəni bağına atacaqlarını, yanında olan qadının da məsuliyyətə cəlb edilə biləciyini demişlər. Çəkiliş aparılmazdan əvvəl artıq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Baş verənlərlə bağlı müdafiəçisinə və ya hər hansı hüquq mühafizə orqanlarına müraciət və ya şikayət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin qeyd etdiyi tanışları sadəcə onu görməyə gəlmiş, onlarla birlikdə narkotik vasitədən istifadə etməmişdir. Həmçinin birlikdə qeyri-rəsmi yaşadığı qadının da narkotik vasitə istifadəçisi olmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki zor və ya təzyiq edilməmiş, yalnız söz ilə ona təzyiq edilmişdir. Saxlanılan zaman yanında olan şəxslər polis bölməsinə aparılmamışdır. Bundan başqa məhkəmə iclasında şahidlər ifadə verərkən, həmin polis əməkdaşlarının onun saxlanılmasında və şəxsi axtarışın həyata keçirilməsində iştirak etdiyini, onlar tərəfindən təzyiqə məruz qalmadığını, həmçinin Şahid4 ifadəsində bildirdiklərinin doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs çıxışında məhkəmədən qərar qəbul edərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, 05 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olan zaman orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 20 manata 1 ədəd siqaretin qızılı rəngli kağız bükümündə heroin və 1 ədəd siqaretin qızılı rəngli kağız bükümündə metamfetamin almışdır. Həmin heroin və metamfetamini əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər. Belə ki, bir qədər sonra saat 14:31 radələrində Sumqayıt şəhəri,H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yaxınlığından piyada gedən zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamışlar və videoçəkilişlə özlərini təqdim edib Sumqayıt polis idarəsinin 2-ci polis bölməsinin polis işçiləri olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onun hüquq və vəzifələrini, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan şalvarının sağ yan cibindən 2 ədəd siqaretin qızılı rəngli kağız bükümünü çıxarıb polis işçilərinə təqdim etmiş və verilən suallara cavab olaraq bir bükümün içərisində metamfetamin, digərinin içərisində isə «kakos», yəni heroin olduğunu bildirmişdir. Bundan sonra üstünün yoxlanılması zamanı şalvarının sol yan cibindən aşkar olunmuş ümumi 25 manat pul və cib dəsmalı özünə qaytarılmış,başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, bükümlərin birinin çəkisi 0,78 qram, digərinin çəkisi ilə 0,38 qram olmuş, həmin bükümlər zərflərə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra 2-ci polis bölməsinə gəlmişlər, saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişdir. Bundan sonra bölmədə xidməti otaqda təhqiqatçıya təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə təhqiqatçıya təqdim edilmiş içərisində biraz əvvəl saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərflər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, bir zərfin içərisində 1 ədəd bükümdə metamfetamin, digər zərfin içərisində 1 ədəd bükümdə heroin aşkar olunmuşdur. Həmin maddələr elektron tərəfinzə çəkilmiş, metamfetamin bükümün çəkisi 0,42 qram, heroin bükümün çəkisi isə 0,76 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzərlərində qeydlər aparılmış və tərəfindən imzalanmışdır. Sonra bununla bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır.Metamfetamin və heroini aldığı şəxsi üzdən görsə tanıyıram, adını ünvanını və mobil nömrəsini bilmir. Heç kimə psixotrop və narkotik maddə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində ona fiziki təzyiq olmamış və hər hansı zorakılığa məruz qalmamışdır. Lakin, bağına narkotik vasitənin atılacağı deyildiyi üçün narkotik vasitənin ona məxsus olması ilə razılaşmış və etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Sumqayıt şəhəri, X6 qəsəbəsi, Dəmir Yolu, ev 10, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 da daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 05 mart 2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 14:31-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yaxınlığında piyada getməsini görmüşlər və aparılan videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 2 ədəd qızılı rəngli siqaret kağız bükümlərini çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq bükümlərin birində metamfetamin, digərinin içərisində heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, şalvarının sol yan cibindən cib dəsmalı və ümumilikdə 25 manat pul özünə qaytarılmış, başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, bükümlərdən birinin çəkisi 0,78 qram, digərinin isə 0,38 qram olmuş, həmin bükümlər zərflərə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmış, bölməyə gətirilmiş, bölməyə gətirildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Həmin tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini bildirmişdir. Şahid1 əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq edilməmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində əvvəllər də vətəndaşlar tərəfindən müxtəlif şikayətlər edilmişdir. Təqsirləndirilən şəxs bildirdikləri özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.31-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-12 və 109-cu vərəqəsində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş tədbirin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki. 05 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri,H.Zeynalabdin qəsəbəsi,Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasından əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirildiyi və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 2 ədəd qızılı rəngli siqaret kağız bükümlərini çıxarıb təqdim etdiyi və verilən suallara cavab olaraq bükümlərin birində metamfetamin, digərinin içərisində heroin olduğunu bildirdiyi,daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldığı, şalvarının sol yan cibindən cib dəsmalı və ümumilikdə 25 manat pul özünə qaytarıldığı, başqa heç bir əşya aşkar olunmadığı, Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr elektron tərəzidə çəkildiyi, bükümlərdən birinin çəkisi 0,78 qram, digərinin içə 0,38 qram olduğu, həmin bükümlər zərflərə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. Cinayət işinin 32-34 və 110-cu vərəqəsində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 05 mart 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqda təhqiqatçı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən Sumqayıt ŞPİnin 2-ci PB-nin əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində 1 bükümdə metamfetaminə və 1 bükümdə heroinə bənzər maddələrin olduğu qablaşdırılaraq möhürlənmiş vəziyyətdə olan və təhqiqatçıya təqdim edilmiş zərflər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirildiyi, zərflərin içərisinə baxış keçirildiyi, zərflərin içərisində olan 1 ədəd bükümdə heroinə bənzər maddə, digər 1 bükümdə metamfetaminə bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərdə olan heroin və metamfetamini özünə qəbul etmək üçün, həmin tarixdə səhər saatlarında Bakı şhəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini bildirdiyi, həmin maddələr elektron tərəzidə çəkildiyi, metamfetamin bükümün çəkisi 0,42 qram, heroin bükümün çəkisi ilə 0,76 qram olduğu, həmin maddələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, üzərlərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. Cinayət işinin 42-43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/20 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №126» möhür əksi, « Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut; 1. /imza/; Təqsirləndirilən şəxs»;
2. /imza/ Şahid1; 3. /imza/ Şahid2; 4./imza/ Şahid3; 5./imza/Şahid4» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,593 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində AR DİN «Zərflər üçün №126» möhür əksi, « Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut; 1. /imza/; Təqsirləndirilən şəxs»; 2. /imza/ Şahid1; 3. /imza/ Şahid2; 4./imza/ Şahid3; 5./imza/Şahid4» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,300 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,593 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,543 qram. Heroinin təmiz çəkisi – 0,300 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,200 qram. Cinayət işinin 41-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1385 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Sumqayıt şəhər ND-da (F 19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 81-ci vərəqələrində olan maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,593 olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,543 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,300 olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,200 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 111-115-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 83-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-228/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-228/2025 saylı xx.xx.2025-ci il tarixli hökmün göstərişində görünür ki, həmin cinayət işi üzrə hökm xx.xx.2025-ci il tarixdən qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X9 oğlu adında övladı var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə özü heç bir orqana şikayət və vəsatət verməmişdir. Həmçinin, ifadəsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor tətbiq edilmədiyini qeyd etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, mülki geyimli şəxslər videoçəkilişlə 05 mart 2025-ci il Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbiristanlığın yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasından əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirildiyi və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 2 qızılı rəngli siqaret kağız bükümlərini çıxarıb təqdim etdiyi və verilən suallara cavab olaraq bükümlərin birində metamfetamin, digərinin içərisində heroin olduğunu bildirdiyi, daha sonra Mütəllimovun üstü yoxlanıldığı, şalvarının sol yan cibindən cib dəsmalı və ümumilikdə 25 manat pul özünə qaytarıldığı, başqa heç bir əşya aşkar olunmadığı, Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr elektron tərəzidə çəkildiyi, bükümlərdən birinin çəkisi 0,78 qram, digərinin 0,38 qram olduğu, həmin bükümlər zərflərə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üstündə qeydlər aparılaraq imzalandığı müəyyən olundu. Həmçinin şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən diskə baxış keçirilərək, müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqda təhqiqatçı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs saxlanıldığı üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində 1 bükümdə metamfetaminə və 1 bükümdə heroinə bənzər maddələrin olduğu qablaşdırılaraq möhürlənmiş vəziyyətdə olan və təhqiqatçıya təqdim edilmiş zərflər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirildiyi, zərflərin içərisinə baxış keçirildiyi, zərflərin içərisində olan 1 ədəd bükümdə heroinə bənzər maddə, digər 1 bükümdə metamfetaminə bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərdə olan heroin və metamfetamini özünə qəbul etmək üçün, həmin tarixdə səhər saatlarında Bakı şhəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini, polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirdiyi, həmin maddələr elektron tərəzidə çəkildiyi, metamfetamin bükümün çəkisi 0,42 qram, heroin bükümün çəkisi ilə qram olduğu, həmin maddələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, üzərlərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. Diskə baxış keçirilmə ilə əlaqədar tərəfimdən protokol tərtib olundu, baxış keçirildikdən a disk kağız zərfə qoyulub cinayət işində saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi yetkinlik yaşına çatmayan övladının olması nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 05 mart 2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixindən 14 noyabr 2024-cü il tarixədək 02 (iki) gün, hazırki iş üzrə 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumillikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli 1(060)-228/2025 saylı saylı hökmünə əsasən xx.xx.2025-ci il tarixdən hesablanmalı, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1385 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Sumqayıt şəhər ND-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,543 qram psixotrop maddə olan metamfetamin və 0,200 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 06 saata görə 36 (otuz altı), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat, ümumilikdə 124 (yüz iyirmi dörd) manat Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə müəyyən edilmiş ibtidai istintaq zamanı 05 mart 2025ci il tarixdən 07 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Sumqayıt şəhər ND-da (F 19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,200 qram narkotik vasitə olan heroin və 0,543 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 124 (yüz iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Fərid Nəsimiyev