Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-337/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 3-cü dərəcəli əlil, işsiz, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına verilməsi” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, xx xxx 2020-cu il tarixdə saat 13:45-də Sumqayıt şəhəri, 76-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda zərli kağız bükümdə 0,205 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün təxminən son 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx xxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Ceyranbatan qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığı zərli kağıza bükülmüş toz şəklində olan heroini kibrit qutusuna qoyub sol cibində saxlayıb həmin günü, yəni xx.xx.2020-ci il tarixdə saat 13:45-də istifadə etmək üçün Sumqayıt şəhəri, 76-ci məhəllə ərazisində münasib yerdə aldığı narkotik vasitə heroindən istifadə etmək istəmiş, həmin vaxt ona üç nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra bir nəfər digər tərəfdən polis geyimində olan əməkdaşı ona yaxınlaşmış video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini deyib etirazı olub olmasını bildimişlər, o isə, etirazı olmadığını demiş, üzərində şəxsi axtarış keçirilmişdən öncə ona hüquq və vəzifələri, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil yardımından istifadə etməyi izah edilmiş, video çəkiliş zamanı şalvarının sol yan cibindən kibrit qutusunu çıxardıb onlara təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində 1 ədəd zərli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxardıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin narkotik vasitəni elektron tərəzidə çəkməmişdən əvvəl ona kofe əlavə edərək tərəzidə çəkmişlər və ekspertiza təyin edilməsi üçün həmin içərisində narkotik vasitə olan heroini 1 ədəd zərfə qoymuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nı göndərilməsi uçun qablaşdırımış və möhürlənmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə olan heroinlə bağlı aparılmış məhkəməkimyəvi ekspertiza rəyi ilə tanış olmuş və heç bir etirazı və vəsatəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün təxminən son 3 ildi ki narkotik vasitələrdən istifadə edir. xx xxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Ceyranbatan qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığı zərli kağıza bükülmüş toz şəklində olan heroini kibrit qutusuna qoyub sol cibində saxlayıb həmin günü yəni xx.xx.2020-ci il tarixdə saat 13:45-də istifadə etmək üçün Sumqayıt şəhəri, 76-ci məhəllə ərazisində münasib yerdə aldığı narkotik vasitə heroindən istifadə etmək istəyirmiş, həmin vaxt mənə üç nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra bir nəfər digər tərəfdən polis geyimində olan əməkdaşı ona yaxınlaşmış video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini deyib etirazı olub olmasını bildimişlər, o isə, etirazı olmadığını demiş, üzərində şəxsi axtarış keçirilmişdən öncə ona hüquq və vəzifələri eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil yardımından istifadə etməyi izah edilmiş, video çəkiliş zamanı şalvarının sol yan cibindən kibrit qutusunu çıxardıb onlara təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində 1 ədəd zərli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxardıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin narkotik vasitəni elektron tərəzidə çəkmişlər və ekspertiza təyin edilməsi üçün həmin içərisində narkotik vasitə olan heroini 1 ədəd zərfə qoymuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nı göndərilməsi uçun qablaşdırımış və möhürlənmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə olan heroini bağlı aparılmış məhkəmə-kimyəvi ekspertiza rəyi ilə tanış oldum və heç bir etirazım və vəsatətiləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Sumqyıt ŞPİ-nin NMB-ni baş ə/müvəkkili vəzifəsində xidmət aparmış, xx xxx 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin NMB-nə Həzrət adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsi ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, Həzrət adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanılması və qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həzrət adlı şəxs – xx xxxxxx 1994-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 13:45-də Sumqayıt şəhəri. 5-ci məhəllənin ərazisində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB—nin baş əməliyyat müvəkklilləri Şahid3, X1, Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti polis kapitanı Şahid1lə yaxınlaşaraq, onu saxlamışlar. Bundan sonra ona özlərini təqdim edərək, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını demişlər. Həmin vaxt orada saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Hüquq Məsləhətxanasının vəkili Mehdi Cəlalzadə dəvət edilmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra təhqiqatçı tərəfindən onun hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmişdir. Həmçinin onun üzərinə video kameradan istifadə edib çəkliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində zərli kağızı çıxarıb təqdim edərək, içərisində toz halında tünd rəngli kütlənin olduğunu görmüşlər. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan maddə narkotik vasitə heroin oldğunu demişdir. Həmin narkotik vasitə olan heroini həmin gün, yəni xx xxx 2020-ci il tarixdə Ceyranbatan qəsəbəsində olan zaman tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra ona birlikdə Sumqayıt ŞPİnin 5-ci PB-nə gəlməyə təklif etdikdə, o etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə elektron tərəzidə çəkilmiş, daha sonra narkotik vasitə olan heroinə oxşar maddə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş,həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, özü də protokolu imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bizim tərəfimizdən narkotik vasitəni elektron tərəzidə çəkməmişdən əvvəl ona kofe əlavə edilməsi barədə göstərdikləri həqiqətə uyğun deyil və özünü müdafiə xarakteri daşıyır. Onun üzərinə baxış və götürmə zamanı ona müdaxilə olunmamış və heç bir qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 və Şahid4 eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə–kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/887 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərində aşkar edilərək bir ədəd bükümdə təmiz çəksi 0,205 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin heroinin ümumi təmiz çəkisi- 0,205 qramdır. (Qeyd: heroinin ümümi çəkisi : 0,205 qram, təqdiqata istifadə olundu cəmi- 0,05 qram, qalıq 0,155 qram). İş materiallarında olan məhkəmə məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020-cİ il tarixli 1499 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidkərini saxlayan maddələrinin sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbuq edilməsi mümükün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş məhkəmə– kimyəvi ekspertizasının tədqiqatından sonra qalıq qalmış 0,155 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, üzərində ağ rəngli, yaddaşında isə 01 (bir) ədəd “00535” adlı xx.xx.2020-ci il tarixdə çəkilmiş, 301806 kb həcmində, 03 dəqiqə 23 saniyə davam edən, rəngli formatda, qaranlıq hava şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmayan şəxsdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs İİİ qrup əlil olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərilən hüquqi yardıma görə 72 manat məbləğində pul Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, İİİ qrup əlil olduğu üçün ona məcburi müalicə təyin edilməməli, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 0,155 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd CD disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 0,155 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxxxxxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-337/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-337/2020
05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver