Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-337/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə 26.11.2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində "xxxx" marketin yaxınlığında Viktor Viktoroviçə məxsus içərisində Azercell MMC-yə aid 05 manat dəyərində və Bakcell MMC-yə aid 05 manat dəyərində mobil nömrələri olan 01 ədəd 900 (doqquz yüz) manat dəyərində “Mİ 10T X7 8 GB” markalı mobil telefonu zəng etmək adı ilə aldıqdan sonra dərhal oradan qaçıb sonuncunun mobil telefonunu açıq talayaraq, Viktor Viktoroviçə ümumilikdə 910 (doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddət ərzində, işsiz olduğu üçün maddi vəziyyəti yaxşı olmamış, Azərbaycan Respublikasıın ərazi bütovlüyün bərpa edilməsi üçün döyüşlərdə könüllü olaraq iştirak etmiş və hazırda dövlət tərəfindən ona çoxlu sayda mükafatlar verilmişdir. Müharibədən qayıtdıqdan sonra özünə daimi iş yeri tapmaq üçün cəhd etmiş, lakin heç kəs onu işə götürməmişdir. 26.11.2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, 26-ci məhəllə ərazisində yerləşən "xxxx" marketin qarşısında tanmadığı adını sonra bildiyi Viktor Viktoroviçə yaxınlaşmış və ondan telefonu danışmaq üçün almışdır. Həmin vaxt Viktor telefonu ona verdikdən sonra o, dərhal onun yanından qaçmış və həmin vaxt Viktor onun ardı ilə qışqırarkən o, Viktorun əlil olduğunu başa düşmüşdür. O, 27.11.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən "Samsung" adlı dükana getmiş və orada həmin oğurladığı "Mİ 10T Pro" markalı telefonun özünə məxsus oldğunu demiş və həmin telefonu 360 manat müqabilində həmin dükana satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq törətdiyi cinayətdə şübhəli oldğunu demiş və onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində o törətdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş şəxs X1i nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X3 elan olunmuş ifadəsinsdən görünür ki, o, ibtidai istintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən "xxxx" marketin qarşısında avtomobillərin parkinqi ilə məşğul olmuş, İ dərəcəli əliliyi vardır. 26.11.2021-ci il tarixdə tanımadığı şəxs ona yaxınlaşaraq saatın neçə olduğunu soruşmuş və həmin vaxt o, “Mİ 10T X7 8 GB” markalı özünə məxsus ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu çıxararaq vaxtın neçə olduğunu ona göstərmiş, lakin həmin vaxt həmin şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlindən telefonu qəfilətən alaraq qaçmışdır. Bu barədə o, bacısı Larisa Kuzemnkoya məlumat vermiş, bacısı isə qohumu Aleksey Kuzemnkoya məlumat vermiş, o, da Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək baş vermiş cinayət hadisəsi barədə məlumat vermişdir. Ona dəymiş ziyanın ödənilməsini və cinayət əməlini törədən şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs telefonu onun əlindən alıb qaçarkən ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, özünə məxsus Sumqayıt şəhəri, ərazisində “Samsung” adlı telefon mağazasını işlədir. Həmin mağazada o, işlənmiş və təzə mobil telefonları alıb satır, eləcə də 27.11.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs işlədiyi mağazaya gələrək ona yaxınlaşmış, qazi olduğunu İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu ona demişdir. Həmin şəxs adının İslam olduğunu bildirərək özünə məxsus “XİOMİ Mİ 10T pro” markalı möbil telefonunu satmaq istədiyini bildirmişdir. Həmin şəxs həmin vaxt ona şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, da buna görə inanmışdır ki, həmin mobil telefon həmin şəxsin özünə məxsusdur. Daha sonra o, sözü gedən mobil telefona baxdıqdan sonra həmin telefonu almağı qərarlaşdırmış və telefona görə Təqsirləndirilən şəxs təxminən 360 manat məbləğində pul təklif etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşdıqdan sonra onun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və 360 manat məbləğində pulu ona vermiş, “XİOMİ Mİ 10T pro” markalı mobil telefonu ondan almışdır. Həmin aldığı mobil telefonu daha sonra tanımadığı şəxsə satmışdır. Bir müddət sonra polis əməkdaşları ona Təqsirləndirilən şəxs aldığı “XİOMİ Mİ 10T pro” markalı mobil telefonun oğurluq olduğunu demişlər. Həmin mobil telefonun oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslı ekspertizasının 03.02.2022-ci il tarixli 9/68 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində malların orta istisimar müddəti və orta istisimar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: -Viktor Viktoroviçə məxsus 1 ədəd “Mİ 10T X7 8 GB RAM 256 GB ROM” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla-900,00 manat. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısıdır və Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini və İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 29.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 01.12.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və eyni məhkəmənin 24.02.2022-ci il tarixli qərarı ilə barəsində həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş və həmin tarixdə ibtidai istintaq orqanının 24.02.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 29.11.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 20 (gün) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizanın dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2022-ci il tarixli (iş № 1(060)-337/2022) qərarını icra edərək, 09 mart 2022-ci il tarixli 429/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29.11.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 20 (gün) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-337/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-337/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver