Məhkəmə qərarları › İş №1(060)-337/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-337/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-337/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək XXX Elvin Paşa oğlunun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Müstəqil Teleradio Şirkətinə qarşı 27 mart 2025-ci il tarixdə Elvin Paşa tərəfindən “Tik Tok”-da paylaşılan açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan böhtan, yalan olduğunu bilə-bilə "xxxx" Müstəqil Teleradio Şirkətini işgüzar nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirən internet informasiyada yaymaqla "xxxx" Müstəqil Teleradio Şirkətinə açıqaşkar işgüzar nüfuzdan salmışdır. Belə ki, Elvin Paşa tərəfindən artıq neçənci dəfədir ki, qərəzli olaraq "xxxx" Müstəqil Teleradio Şirkətini nüfuzdan salmağa çalışmışdır. Hətta “STUND UP” verlişində Elvin Paşa tərəfindən bilə-bilə "xxxx" Müstəqil Teleradio Şirkətini nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yaydıqdan sonra ona şifahi xəbərdarlıqlar edilsə də Elvin Paşa buna məhəl qoymadan yenidən öz yalan olduğunu bilə-bilə öz hərəkətini təkrarlamaqla ləkələyici "xxxx" Müstəqil Teleradio Şirkətini nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirən internet informasiyada yaymaqla "xxxx" Müstəqil Teleradio Şirkətinə açıqaşkar işgüzar nüfuzdan salmağa davam etmişdir. Bununla əlaqədar qeyd olunan faktlar, yəni yalan böhtan olduğunu bilə-bilə işgüzar nüfuzdan salan böhtanlar disk yazılarıda var və həmin disklər ərizəyə əlavə edilib. Həmin diski sübut kimi baxılması üçün məhkəməyə təqdim edir və baxılıb araşdırılmasını istəyir. Elvin Paşa bilə-bilə yalan böhtanlarla "xxxx" Müstəqil Teleradio Şirkətini işgüzar nüfuzdan salan ittihamlar etmiş ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətinin məzmununa uyğun çıxış edərək XXX Elvin Paşa oğlunun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X2 məhkəməyə əlavə ərizə ilə müraciət edərək XXX Elvin Paşa oğlu adlı şəxsin soyadı, adı və atasının adı X7 olduğunu bildirmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, şikayət məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət vermiş şəxs ərizəsində bildirdiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərməmişdir. Ümumi şəkildə Azərbaycan Respublikasının vətəndaşı, Elvin Paşa olması qeyd edilmiş, sonuncunun şəxsiyyətini təsdiq edən zəruri məlumatlar göstərilməmişdir. X1 bildirdiyi ünvan 1 ünvanında qeydiyyatda olan X7 ilə bağlı məlumatlar elektron informasiya sistemində yoxlanılmış, lakin həmin ad və soyadlı şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar