Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-338/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilnərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1.-1-ci maddələri nəzərə alınmaqla 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silahı, yəni bir ədəd zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 16 kalibrli, “ZK” modelli hamar-yivsiz təhlükəli odlu ov tüfəngi olmaqla konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş, istifadəyə (atəşə) yararlı olan, odlu silah hesab edilən tüfəng kəsiyini və zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən istifadəyə yararlı iki ədəd patronu əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 12:50 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nİn əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, 5 saylı yataqxananın qarşısında, küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç tərəfindən ağ sellofan bağlamada həmin odlu silah, yəni bir ədəd zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 16 kalibrli, “ZK” modelli hamaryivsiz təhlükəli odlu ov tüfəngi olmaqla konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş, istifadəyə (atəşə) yararlı olan, odlu silah hesab edilən tüfəng kəsiyi və zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən istifadəyə yararlı iki ədəd patron polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o dəmir tullantıları yığaraq satıb özünü dolandırırdı.Polis bölməsində ondan aşkar olunan lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patronu da o dəmir yığarkən tapmışdır. xx.xx.2023-cü il tarixdə günorta vaxtı Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında piyada gedəndə ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Onu qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. O polislərlə birlikdə 3-cü polis bölməsinə getmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, özünə vəkil seçmişdir. Bundan sonra bölmədə xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və predmetin olub olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməyini təklif edən zaman özü əynində olan gödəkçənin iç tərəfində saxladığı içərisində lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron olan bağlamanı təqdim etmişdir. Sorğu zamanı xx.xx.2023-cü il tarixdə Yaşıldərə ərazisində yerləşən kanalın yaxınlığında zibillikdə dəmir metal yığan zaman oradan həmin tüfəng və patronu taparaq zibillikdə gizlətdiyini, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həmin yerə gedərək həmin predmetləri oradan götürüb Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində 5 saylı yataqxananın yaxınlığına gəldiyini, lakin həmin ünvanda polis əməkdaşları tərəfindən saxlanıldığını, tapmış olduğu predmetlərin üzərində heç bir dəyişiklik etmədiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş predmetlər və silah polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Həmin silahdan istifadə etməmiş, həmin silah İlə hər hansı cinayət hadisəsi törətməmiş, məqsədi həmin silahı satıb pul əldə etmək olmuş, silahın istifadəyə yararlı olmasını bilməmiş, onun silah gəzdirmək hüququ verən heç bir sənədi yoxdur. Etdiyi hərəkətin qanuna zidd olmasını bilmişdir. Təqsirləndirilən şəxs hazırda tötərdiyi əməldən peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlaması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12-13 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamasında şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 15-ci məhəllə, 5 saylı yataqxananın qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə vəkil dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç tərəfində saxladığı 1 ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bağlama açılan zaman həmin bağlamanın içərisində əlavə sellofan paketə bükülmüş üzərində yazıları, markası və nömrəsi olmayan, 1 lüləlı, lülə hissəsi boş, 1 ədəd tüfəng və 2 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs soruşulanda o xx.xx.2023-cü il tarixdə Yaşıldərə ərazisində dəmir metal yığan zaman oradan həmin tüfəng və patronu taparaq torpağın altında gizlətdiyini, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həmin yerə gedərək predmetləri satıb gəlir əldə etmək üçün götürüb Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində gəldiyini, lakin həmin ünvanda polis əməkdaşları tərəfindən saxlanıldığını, tapmış olduğu həmin predmetlərin üzərində heç bir dəyişiklik etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlər qablaşdırılaraq rəsmiləşdirilmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/11R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar. DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın 1-ci sualında qeyd olunan “əvvəllər istifadə olunub olunmadığı müəyyən edilsin” sualına cavab verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/87 saylı ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 16 kalibrli, “ZK” modellİ hamar yivsiz təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən patrondur, istifadəyə yararlıdır Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-xx.xx.2010-cu il təvəllüdlü X3 oğlu vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilnərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1-ci maddələri nəzərə alınmaqla 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş 5 saylı X4 xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-ci li tarixli 3-16-17/40-2-1917 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 30.03. 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah və iki ədəd zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronlar müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idasrəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah və iki ədəd zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronları müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-338/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-338/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver