Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-339/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 62, mənzil 26-da qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quşçuluq yaşayış massivində fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs oğıuna məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quşçuluq yaşayış massivi, 85 ünvanında yerləşən evin hasarından aşaraq həyətə daxil olub, orada yerdən götürdüyü dəmir boru parçası ilə evin plastik pəncərəsinin dəmir barmaqlığını və pəncərə şüşəsini sındırıb oradan evə qanunsuz daxil olaraq zal otağında olan 01 ədəd 40 manat dəyərində “İnterskol” markalı deşici aləti, 01 ədəd 60 manat dəyərində "Komate" markalı kəsici aləti, 01 ədəd 100 manat dəyərində olan od samovarını, 01 ədəd 40 manat dəyərində plastik boruları birləşdirən "Zubr" markalı ütünü, 01 ədəd 40 manat dəyərində "Sokol" markalı taxta kəsən aləti, 01 ədəd 70 manat dəyərində "Reka" markalı su qızdırıcını, yataq otağından 01 ədəd 120 manat dəyərində "Ander" markalı elektrik gücləndirici generatoru, qonaq otağından 01 ədəd 150 manat dəyərində 82 diaqonallı "Super Max" markalı televizoru, 01 ədəd 30 manat dəyərində "Humlnacer" markalı peyk antennasının aparatını, 01 ədəd 80 manat dəyərində "Akosonic" markalı musiqi mərkəzini, həyətdə olan 01 ədəd 40 manat dəyərində "Reka" markalı hidrofor ilə birlikdə su mühərrikini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 770 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Evindən oğurluq etdiyi Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla münasibəti həmişə yaxşı olmuş və aralarında heç bir problem olmamışdır. Hadisədən təxminən 10 gün əvvəl yaşadığı evdə tək olmuş və evdə spirtli içki qəbul etmişdir. Dəmirin evdə olmadığını müşahidə etmiş, onun evindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 23 radələrində o, Dəmirin evinin hasarından keçib həyətə düşmüş, onun həyətindən götürdüyü dəmir boru parçası ilə evin giriş qapısının sağ tərəfində yerləşən plastik pəncərənin dəmir barmaqlığını və həmin dəmir boru parçası ilə pəncərə süşəsini sındırmışdır. O, dəmir barmaqlığı pəncərənin yanında yerə qoymuş, həmin pəncərədən evə girmişdir. O, pəncərədən evə girəndə pəncərə şüşəsi sol əlini kəsmişdir. Evə daxil olub zalda döşəmədə olan 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd od samovarını, 01 ədəd plastik boruları birləşdirən ütünü, 01 ədəd (lobzik) taxta kəsən aləti, yataq otağından 01 ədəd elektrik gücləndiricini (generator), qonaq otağından 01 ədəd «Super Max» markalı televizoru, 01 ədəd peyk antenasının aparatını, 01 ədəd musiqi mərkəzini evdən götürdüyü torbaya yığıb pəncərədən çıxarmış və yaşadığı evin yanındakı hasarın yanına yığmışdır. O, dörd dəfəyə saydığı bütün əşyaları torbaya yığıb aparıb hasarın yanına qoymuşdur. O, həyətdən çıxanda 01 ədəd su gücləndirici mühərriki də özü ilə götürmüşdür. Bundan sonra o, həmin oğurladığı əşyaları hissə-hissə yaşadığı evə aparmışdır. Onun məqsədi oğurladığı əşyaları aparıb satmaq olmuşdur. Lakin Respublikada olan karantin rejimi ilə əlaqədar olaraq o, oğurladığı əşyaları heç bir yerə apara bilməmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları küçədə onu görüb qonşuda baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumatı olub olmadığını soruşmuşlar. O, isə həmin vaxt polis əməkdaşlarına oğurluq etdiyini etiraf etmişdir. Polis əməkdaşları ondan oğurlanan əşyaların yerini soruşmuşlar. O, həmin əşyaların yaşadığı evdə olduğunu və onlara təqdim edə biləcəyini bildirmiş, polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmiş və orada bütün əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onlar Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişlər. Zərərçəkmiş şəxs izahatında qeyd edilən əşyalardan başqa onun yaşadığı evdə qaz sobası da oğurlandığını göstərsə də o, Dəmir Əmiorvun yaşadığı evdən qaz sobası oğurlamamışdır.O, həmin evdən oğurluğu tək etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş, onunla barışıq əldə etmişdir. Ailəlidir, iki uşağı var, Sumqayıt və Bakı şəhərlərinin ərazisində müxtəlif yerlərdə, əsasən tikintilərdə və avtoyuma məntəqələrində fəhlə işləməklə ailəsini dolandırır, xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməllərini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən 65 nömrəli ev ona məxsusdur. Həmin evdə yaşayış olmasa da evdə istifadə etmək üçün lazım olan ev əşyaları vardır. O, mütəmadi olaraq həmin evə gedib nəzarət edir. xx.xx.2020-ci il tarixdə oğlu Elçin həqiqi hərbi xidmətdən qayıtdığı üçün bir neçə gün, yəni 26.04.202-ci il tarixədək həmin evə gedə bilməmişdir. xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində o, həmin evə baş çəkmək üçün gedərək darvazanı açıb həyətə daxil olanda görmüşdür ki, evin giriş qapısının yanındakı pəncərənin dəmir barmaqlığı yerindən çıxarılmış və həmin pəncərənin şüşəsi sındırmışdır. O, evin qapısını açıb içəri daxil olmuş və evdən oğurluq olunduğunu müəyyən etmişdir. Belə ki, evdən ona məxsus bir çox əşya oğurlanmışdır. Buna görə də o, dərhal hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və müvafiq sənədləşmə işlərini aparmışlar. Hadisədən bir neçə gün sonra o, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər və evindən oğurluq edən şəxsin qonşusı Təqsirləndirilən şəxs olduğunu bildirmişlər və evindən oğurlanmış əşyaları ona göstərmişlər. O, evindən oğurlanmış əşyaları görüb tanımışdır. Təqsirləndirilən şəxs ona məxsus evdən 01 ədəd 65 (altmış beş) manat dəyərində “İnterskol” markalı (drel) deşici aləti, 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində “Komate” markalı (laqonda) kəsici aləti, 01 ədəd 60 (altmış) manat dəyərində olan od samovarını, 01 ədəd 55 (əlli beş) manat dəyərində plastik boruları birləşdirən “Zubr” markalı ütünü, 01 ədəd 45 (qırx beş) manat dəyərində “Sokol” markalı taxta kəsən aləti, 01 ədəd 90 (doxsan) manat dəyərində “Reka” markalı suqızdırıcını, 01 ədəd 180 (yüz səksən) manat dəyərində “Ander” markalı elektrik gücləndirici generatoru, 01 ədəd 500 (beş yüz) manat dəyərində 82 dioqanallı “Super Max” markalı televizoru, 01 ədəd 30 (otuz) manat dəyərində “Humlnacer” markalı peyk antenasının aparatını, 01 ədəd 140 (yüz qırx) manat dəyərində “Akosonic” markalı musiqi mərkəzini, 01 ədəd 50 (əlli) manat dəyərində “Reka” markalı su gücləndirici mühərriki oğurlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarında olan “Əşyanın təqdim edilməsi, əşyaya baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, aşkar edilmiş məmulatlar iştirakçıların və hal şahidlərinin iştirakları ilə fotoşəkilləri çəkilərək götürülmüş və baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan əşyaları göstərərək qonşusu Zərərçəkmiş şəxs evindən oğurlayaraq öz evində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 62-63) İş materiallarında olan 20/271R saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quşçuluq yaşayış massivi, 85 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 04 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi xx.xx.1981-ci il tarixdə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, istintaqda ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmiş və bir daha təsdiq etmişdir. (i.v. 85-86) İş materiallarında olan 9/1373 saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində mağazalarda mövcud olan qiymətlərə əsasən, tədqiq edilən əvvəllər istismar olunmuş tədqiqat obyektlərinin, 2020-ci ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd "İnterskol" markalı deşici alət 40 manat; bir ədəd "Komate" markalı kəsici alət 60 manat; bir ədəd olan od samovarı 100 manat; bir ədəd plastik boruları birləşdirən "Zubr" markalı ütü 40 manat; bir ədəd "Sokol" markalı taxta kəsən alət 40 manat; bir ədəd "Reka 24L" markalı su qızdırıcısı 70 manat; bir ədəd "Ander" markalı elektrik gücləndirici generator 120 manat; bir ədəd 82 diaqonallı "Super Max" markalı televizor 150 manat; bir ədəd "Hulmnacer" markalı peyk antenasının aparatı 30 manat4 bir ədəd "Akosonic" markalı musiqi mərkəzi 80 manat4 bir ədəd "Reka" markalı hidrofor ilə birlikdə su mühərriki 40 manat (i.v. 89-90) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd od samovarı, 01 ədəd plastik boruları birləşdirən ütü, 01 ədəd (lobzik) taxta kəsən alət, 01 ədəd elektrik gücləndirici (generator), 01 ədəd «Super Max» markalı televizor, 01 ədəd peyk antenasının aparatı, 01 ədəd musiqi mərkəzi maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qətimkan tıdbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-339/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt X1 2-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, 125-4399-1220 saylı məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan Xəzri Məhəllə Komitəsi tərəfindən verilən 370 saylı xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi özündən, arvadından, xx.xx.2006-cı il və xx.xx.2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan iki uşağından ibarətdir, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlıdir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilındə müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəlıklərdən müalıcə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutulmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı iyirmi səkkiz gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd od samovarı, 01 ədəd plastik boruları birləşdirən ütü, 01 ədəd (lobzik) taxta kəsən alət, 01 ədəd elektrik gücləndirici (generator), 01 ədəd «Super Max» markalı televizor, 01 ədəd peyk antenasının aparatı, 01 ədəd musiqi mərkəzinin sahibinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı iyirmi səkkiz gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 10 (on) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quşçuluq yaşayış massivində fərdi evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) AZN Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd od samovarı, 01 ədəd plastik boruları birləşdirən ütü, 01 ədəd (lobzik) taxta kəsən alət, 01 ədəd elektrik gücləndirici (generator), 01 ədəd «Super Max» markalı televizor, 01 ədəd peyk antenasının aparatı, 01 ədəd musiqi mərkəzinin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-339/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-339/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver