Məhkəmə qərarları › İş №1(060)-339/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-339/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-339/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 06.12.2021-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “Azcomp” dükanının qarşısından vət.Zərərçəkmiş şəxs məxsus bir ədəd dəyəri 1800,0 manat olan 06.2021-ci il istehsallı “Dracon” markalı mopedi gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1800,0 (min səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır, hal hazırda Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 34 ünvanda yaşayır. AR CM-nin 126.1 maddəsi ilə beş il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 06.12.2021-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədə olarkən “nənəmin təndiri” deyilən yerin yanında olan “Azcomp” dükanının qarşısında bir qırmızı rəngli moped saxlandığını görmüşdür. Həmin mopedi götürmək qərarına gəlmiş, həmin mopedə yaxınlaşmış, açarı üstündə olmadığından ətrafa göz gəzdirmiş sakitlik olduğunu müşahidə etdikdən sonra həmin mopedi əli ilə sürə-sürə Hacı Zeynalabdin qəsəbəsinə aparmışdır. Orada mopedin kilidini sındırıb Siyəzən rayonuna aparmışdır. Mopedi bir həftə Siyəzən rayonunda idarə etmiş, sonra isə mopedi Dəvəçi rayonunda tanıdığı Turqay adlı şəxsə vermişdir və bildirmişdir ki, “qalsın gəlib götürərəm”. Mopedi Turqaya verəndə ondan 80 manat borc pul almışdır. Onun məqsədi gedib sahibini tapıb mopedi geri qaytarmaq olmuşdur. Lakin səhlənkarlıq etmiş, sahibini maraqlanıb tapmamışdır. Sonradan Sumqayıt şəhər 4-cü polis bölməsinə gətiriləndə bilmişdir ki, barəsində mopedin sahibi Zərərçəkmiş şəxs şikayət etmişdir. Həmin hadisəni tək törətmiş, mopedin sahibi Zərərçəkmiş şəxs tanımır, hadisəni törədərkən sərxoş olmuş, etdiyi əməldən səmimi peşmandır. Ailə üzvlərinə mopedin oğurluq olduğunu deməmiş, bildirmişdir ki, özü alıb, ona görə də ondan şübhələnməmişlər. Eyni zamanda mopedi Turqaya verəndə mopedin özünün olmasına inandırmışdır ki, oğurluq etdiyindən şübhələnməsin, əldə etdiyi 80 manat pulu da şəxsi tələbatına xərcləmişdir, etdiyi əmələ görə peşmandır, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələrlə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. 06.12.2021-ci il tarixdə, saat 22.05 radələrində özünə məxsus “Drocon” markalı mopedlə işlədiyi Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən “AzComp” dükanına gəlmişdir. Mopedi dükanın qarşısında saxlayıb, içəri daxil olmuş, təxminən bir saatdan sonra dükandan çıxdıqda mopedin yerində olmadığını görmüşdür. Mopedi təxminən iki ay əvvəl 2150 manata almış, moped 2021-ci il istehsalıdır, üzərində heç bir vuruğu, zədə olmamışdır, sıfırdan özü idarə etmişdir, moped onun özünə məxsusdur, hadisə nəticəsində ona 2150 manat maddi ziyan dəymişdir. Lakin təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, mopedi qaytarmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 19.04.2022-ci il tarixli ərizədən görünür ki, moped qaytarılmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xızı rayon, Giləzi kəndində qeydiyyatda olmaqla yaşayır. X2 ifadəsi ilə tanış olmuş, bildirmişdir ki, Fuad Əmrastanovu tanışı X5 vasitəsilə tanımış, Musa Fuadın bibisi oğludur. 3 ildən çoxdur ki, Təqsirləndirilən şəxs təsadüfən toy məclisində bir süfrədə oturanda tanımışdır. Onunla ətraflı tanış olmuş, yaşadığı ünvanı ona bildirmişdir. Ondan sonra bu müddət ərzində bir dəfə Samiq ilə görüşmüşdür. Daha onunla görüşü və söhbəti olmayıb. Təxminən bir ay əvvəl Təqsirləndirilən şəxs onun yaşadığı həyətə gəlmiş, görmüşdür ki, moped idarə edir. Onunla görüşmüş, söhbət əsasında bildirmişdir ki, idarə etdiyi moped özünə məxsusdur, lakin pul lazım olduğundan satır. O da ailə problemi olduğunu, ona görə maddi imkanı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, “gücün nəyə çatır pul ver, qalan hissəni də aramızda razılaşarıq”. Həmin vaxt cibində 80 manat pul var imiş, o həmin 80 manat pulu çıxarmış, Samiqə göstərmiş, demişdir ki, bundan başqa üstündə pul yoxdur. Həmin 80 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Demək olar ki, pulun qalan məbləği ilə bağlı aralarında heç bir söhbət olmamışdır. Bu bir ay müddətində Samiq bir dəfə onun ünvanına gəlmiş, həmin vaxt da evdə olmamış, xəstəxanada olmuşdur. Onun mobil telefonu olmadığından Samiq onunla telefon ilə əlaqə saxlaya bilməmişdir. Həmin mopedi onda olduğu müddətdə bir neçə dəfə istifadə etmişdir. 31.12.2021-ci il tarixdə Giləzi qəsəbəsində olarkən Musa ilə birlikdə Fuadla görüşmüşdür. Həmin vaxt özü mopedi idarə edirmiş, Fuad mopedi çox bəyənmiş, Fuad ona mopedi satmağı təklif etmiş, o razı olmamışdır. 02.01.2022-ci il tarixdə Fuad yenidən yaşadığı ünvana gəlmiş, özü ilə 350 manat pul gətirmişdir. O, Fuadla razılaşmış, Fuad ona 350 manat pul vermiş, əvəzində mopedi almışdır. O, Fuada bildirmişdir ki, Bakı şəhərinə gedir, bir müddət işləyəcək, əgər fikri dəyişsə pulu geri qaytaracaq mopedi geri götürəcək. Fuad da onunla razılaşmışdır. Sonra Fuad mopedi idarə edərək çıxıb getmişdir. Mopedi təxminən 2021-ci ilin əvvəl günlərində almış, dəqiq tarixi xatırlamır. 2022-ci ilin yanvar ayının 2-də də Fuada vermişdir. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət ediləndə bilmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı moped oğurluqdur. Təqsirləndirilən şəxs normal bir şəxs kimi tanımış, ondan şübhələnməmişdir, mopedin oğurluq olduğunu bilsəydi qəbul etməzdi. İş üzrə şahid X2 məhkəmədə tədqiq olunmuş ifadəsindən görünür ki, Xızı rayon, Sitalçay kəndində ailəsi ilə bir yerdə yaşayır. X5 bibisi oğludur. O, Giləzi qəsəbəsində yaşayır. Turqay adlı şəxs Musanın dostudur. 31.12.2021-ci il tarixdə Giləzi qəsəbəsində olarkən Musa və Turqay ilə görüşən zaman Turqayın istifadəsində mopedin olduğunu görmüş, mopedi çox bəyəndiyi üçün ondan xahiş etmişdir ki, mopedi ona satsın. Lakin mopedi satmaq istəmədiyini bildirmişdir. 02.01.2022-ci il tarixdə o yenidən Giləzi qəsəbəsinə getmiş, üzərində 350 manat pul götürmüşdür ki, həmin pulu verib mopedi Turqaydan alsın. Musa və Turqay ilə görüşmüş, Turqaydan mopedi ona satmasını yenidən xahiş etmişdir. Turqay əvvəlcə razı olmamış, sonra isə razılığa gətirmişdir. Cibində olan 350 manat pulu Turqaya vermiş, bildirmişdir ki, pul hələlik onda qalsın, sonra əlavə pul istəsə yenə Turqaya verər. Turqay ona demişdir ki, bir müddət Bakı şəhərinə gedib işləyəcək, əgər fikri dəyişsə pulu qaytarıb mopedi geri alacaq. Turqay ilə razılaşmış, mopedi sürərək yaşadığı Sitalçay qəsəbəsinə gətirmişdir. Həmin gündən moped onun istifadəsində olmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında 26.01.2022-ci il tarixli qərardan görünür ki, 26.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 58) İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 28.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 81-83) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.01.2022-ci il tarixli, 9\192 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 06.2021-ci il istehsalı olan, 49 kub “Dracon” markalı mopedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1800,0 manat müəyyən edilir.(i.v 43-45) İş materiallarına əlavə edilmiş 06.12.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis mayoru X3 tərtib etdiyi hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Dracon” markalı moped işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “Azcomp” dükanının qarşısından naməlum şəxs tərəfindən oğurlanmışdır.(i.v 09-10) İş materiallarına əlavə edilmiş 13.01.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis mayoru X3 tərtib etdiyi təqdim etmə və götürmə barədə protokoldan görünür ki, vət. Zərərçəkmiş şəxs məxsus “Dracon” markalı moped vət. X4 tərəfindən polis əməkdaşlarına təqdim edilmişdir.(i.v 30) İş üzrə ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, 06.12.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol, 13.01.2022-ci il tarixli təqdim etmə və götürmə barədə protokol, MEM-nin 18.01.2022-ci il tarixli, 9\192 saylı rəyi sübut növü kimi qiymətləndirilmişdir.(i.v 103-108) İş üzrə X2 təqdim etdiyi bir ədəd “Dracon” markalı moped maddi sübut kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır.(i.v 103-108, 124) İş materiallarında olan 12 saylı MKS-nın 28.01.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 87) İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.12.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli sərəncamı ilə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.(i.v 93-100) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışıq əldə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 10 (on) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci ildən 28 yanvar 2022-ci il tarixədək tutularaq saxlandığı iki gün müddət azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 34 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar