Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-34/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 09.04.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Suymqayıt Şəhər Məhkəməsinin 09.04.2021ci il tarixli hökmü ilə Azərbaycan Republikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3, 68.1.1-1-ci maddələri nəzərə alınmaqla CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını talamaq məqsədi ilə 12.03.2020-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Xəzər bağları massivində yerləşən quşçuluq fermasının anbarına şüşəsi olmayan pəncərədən qanunsuz daxil olaraq orada içəridən darvazanın qapısını açıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus 01 ədəd 550 manat dəyərində AST 900 markalı generatoru, 01 ədəd 1000 manat dəyərində yem üyüdən motoru, 01 ədəd 3000 manat dəyərində soyuducunun sistemini, 01 ədəd 85 manat dəyərində “Oreqo” markalı odun doğrayan mişarı, 01 ədəd 85 manat dəyərində “Zubr” markalı laqondanı, 01 ədəd 40 manat dəyərində “Makita” markalı laqondanı, 01 ədəd 45 manat dəyərində kiçik ölçülü divar deşən dreli, 01 ədəd 90 manat dəyərində prefaratoru, ümumi dəyəri 120 manat olan 6-lıq 20 metr uzunluqda mis kabeli, bundan başqa 14.03.2020-ci il tarixdə saat 01 radələrində əvvəl açdığı darvazanın qapısından quşçuluq fermasının anbarına daxil olaraq orada vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus 2000 manat dəyərində olan elektrik generatorunun 01 ədəd stabilizatorunu, 400 manat dəyərində 3 fazalı elektrik pərlərinin 3 ədəd motorlarını, 300 manat dəyərində 03 ədəd jalüzlü elektrik pərlərinin mühərriklərini, 450 manat dəyərində 03 ədəd 0 fazalı elektrik pərlərinin mühərriklərini, 600 manat dəyərində 2 ədəd elektrik pərlərini, 1 ədəd 30 manat dəyərində generator rubilnikini, 17.03.2020-ci il tarixdə saat 02 radələrində quşçuluq fermasının anbarına eyni üsulla daxil olaraq orada Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd 500 manat dəyərində vitrin soyuducularının içərisində olan izolyasiya olunmuş mis naqilləri, 700 manat dəyərində 3 fazalı 2 ədəd elektrik pəri motorlarını, 1500 manat dəyərində böyük soyuducunun nerjaveyka materiallarından olan üst örtüyünü, 2 ədəd 700 manat dəyərində elektrik pəri motorlarını, 1 ədəd 120 manat dəyərində su motorunu, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 150 manat dəyərində bıçaq itiləyən motoru, 22.03.2020-ci il tarixdə saat 01 radələrində həmin quşçuluq fermasının anbarına eyni üsulla daxil olaraq orada Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 350 manat dəyərində elektrik pərini özü ilə gətirdiyi arabaya yükləyib hissə-hissə çıxarıb gizli talayaraq zərərçəkmişlər Zərərçəkmiş şəxs2 ümumilikdə 12665 (on iki min altı yüz altmış beş) manat və Zərərçəkmiş şəxs1 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti yaxşı vəziyyətdə olmamış, bəzən Sumqayıt şəhəri, Xəzər bağları ərazisində gəzib tullantı dəmir materiallarını toplayıb satmaqla pul əldə etmiş, lakin dolana bilmədiyi üçün bu vəziyyətdən çıxmaq üçün oğurluq etmək qərarına gəlmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri Xəzər bağları massivində yerləşən Quşçuluq fermasının yaxıxnlığından keçən zaman ətrafa nəzər yetirdikdə kimsənin oranı qorumadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin fermanın Vilayət adlı şəxsə məxsus olduğunu, lakin oradakı işlərə Zərərçəkmiş şəxs1 nəzarət etdiyini bilmişdir. 12.03.2020-ci il tarixdə təxminən saat 01 radələrində fermanın ərazisinə tək getmiş, oraya gedərkən oğrulayacağı əşyaları daşımaq üçün evdən götürdüyü özünə məxsus əl arabasını da aparmışdır. Əvvəlcə ətrafı diqqətlə gəzib axtarmış, kimsənin olmadığına əmin olduqdan sonra fermanın darvazasının üstündəki şüşə pəncərədən daha rahat içəri daxil olacağını başa düşmüşdür. Fermaya bitişik hasarın üstünə çıxıb şüşəsi olmayan pənəcərə çərçivəsindən keçib içəri tullanmış, fermanın daxilində olan anbarın içərisindəki stolun üstündən 02 ədəd laqondanı, 02 ədəd dreli, 01 ədəd odun doğrayan mişarı, 1 ədəd prefaratoru, 1 ədəd yem üyüdən motoru, 1 ədəd soyuducunun sistemini, 01 ədəd generatoru, təxminən 20 metr uzunluqda mis kabeli götürüb darvazanın üzərindəki qapının üstündəki dəmir dili çəkib həmin qapını açmışdır. Oğurladığı əşyaları oradan çıxarıb əl arabasına yığmışdır. Fermanın ərazisini tərk edib səhərin açılmasını gözləmişdir. Səhər saatlarında kimə zəng edəcəyini düşünəndə, dəmir işləri ilə məğul olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yaşayan Ramil adlı şəxs yadına düşmüşdür. O, Ramilin mobil telefonuna zəng edərək özündə laqonda, drel, odun doğrayan mişar və generator olduğunu, alarsa münasib qiymətə ona satacağını bildirmişdir. Ramil onunla razılaşdığı üçün təxminən saat 09 radələrində onun yaşadığı evin qarşısına getmişdir. Orada sadaladığı bütün alətləri 180 manat qarşılığında Ramilə satmışdır. Satarkən Ramilə həmin əşyaların özünə məxsus olduğunu demişdir. Ramil də həmin malları alarkən ondan özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Əldə etdiyi qazancı maddi ehtyacları üçün xərcləmişdir. Oğurladığı digər əşyaları isə Sumqayıt şəhəri, Ticarət mərkəzinin yaxınlığında tanımadığım şəxsə 50 manata satmışdır. 14.03.2020-ci il tarixdə saat 01 radələrində o, yenidən həmin fermanın ərazisinə gəlmişdir. Əl arabasını özü ilə götürmüşdür ki, oğurladığı əşyaları ona yığsın. 12.03.2020-ci il tarixdə darvazanın üstündəki qapını açıq qoymuşdur. Əli ilə qapını açıb içəri daxil olmuş, fermanın anbarında olan generatorun 01 ədəd stabilizatorunu, 03 ədəd 0 fazalı elektrik pərlərinin mühərriklərini, 03 ədəd jalüzlü elektrik pərlərinin mühərriklərini, 2 ədəd elektrik pərlərini, 1 ədəd generator rubilnikini, 3 fazalı elektrik pərlərinin 3 ədəd motorlarını oğurlayıb çölə çıxartmışdır. Həmin əşyaları əl arabasına yükləyib, yaşadığı ünvan 2 ünvanında yerləşən evinə aparmışdır. Oğurladığı əşyaları olduğu kimi satacağı halda tutulacağını düşünüb həmin əşyaları hissələrə ayırmışdır. Ayırdığı hissələri 14.03.2020-ci il tarixdə saat 09 radələrində həyətlərdə dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli QAZ 3121 markalı avtomobildə gəzib dəmir alan 2 nəfər şəxsə ehtiyat hissələri kimi 150 manat qarşılığında satmışdır. Həmin şəxsləri tanımamış, hər ikisi təxminən 30 yaşlarında olmuşlar. Əldə etdiyi qazancı şəxsi ehtiyacları üçün xərcləmişdir. 17.03.2020-ci il tarixdə təxminən saat 02 radələrində yenidən fermanın ərazisinə getmişdir. Həmin vaxtı əl arabasını da özü ilə aparmışdır. Kimsənin olmadığına əmin olduqdan sonra həmin qapıdan yenidən içəri daxil olmuşdur. Bu dəfə içəridən 2 ədəd vitrin soyuducuların içərisində olan izolyasiya olunmuş mis naqilləri, 3 fazalı 2 ədəd elektrik pəri motorlarını, böyük soyuducunun nerjaveyka materiallarından olan üstü örtüyünü, 2 ədəd elektrik pəri motorlarını, 1 ədəd bıçaq itiləyən motoru, 1 ədəd su motorunu götürüb çölə çıxarmışdır. Həmin əşyaları əl arabasına qoyub yaşadığı evə aparmışdır. 2 gün sonra, yəni 19.03.2020-ci il tarixdə saat 09 radələrində həyətyanı sahənin yaxınlığından keçən səyyar dəmir alan 2 nəfər tanımadığım şəxslərə yem üyüdən motoru dəmir çəkisinə görə 200 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 22.03.2020-ci il tarixdə təxminən saat 02 radələrində həmin fermanın ərazisinə getmişdir. Həmin vaxtı əl arabasını da özü ilə aparmışdır. O, ətrafa baxıb heç kəsin olmadığına əmin olduqdan sonra həmin qapıdan yenidən içəri daxil olmuşdur. Bu dəfə içəridən 1 ədəd eleketrik pərini çöldəki arabaya gətirib qoymuşdur. Həmin əşyanı hissələrə bölüb ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə səhər saatarında 17 manat qarşılığında satmışdır. Həmin şəxsə həmin materialları ərazidən topladığını demişdir. Əldə etdiyi qazancı şəxsi ehtiyacları üçün xərcləmişdir. Göstərdiyi oğurluq faktlarından başqa digər qanunsuz əməl, oğurluq hadisəsi törətməmiş, oğurladığı əşyaları satdığı şəxslərə həmin əmlakların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, onlara həmin əşayların ya özünə məxsus olduğunu, ya da yaxın ərazidən tullantı kimi topladığını demiş, birinci dəfə fermaya daxil olan zaman fermadan ayrı-ayrı vaxtlarda oğurluq etmək qərarına gəlmiş, çünki belə halda ferma sahibinin oğurluqdan gec məlumatlı olacağını, hissə hissə bacardığı qədər əşya oğurlayacağını fikirləşmişdir. Ona görə fermaya müxtəlif günlərdə daxil olub az-az əşya oğurlamış, zərəçəkəmiş şəxslərin fermanın daxilindən 3 ədəd 3 fazalı elektrik pəri motorları, komplekt elektrik pərləri, jalüzlü elektrik pərlərininn 3 ədəd mühərrikləri, 01 ədəd pereferator, böyük soyuducunun üst nerjaveyka örtüyü, tir idman silahını oğurlamamış, həmin əşyaların oğurlanmasından xəbəri olmamış, 28.03.2020-ci il tarixli verdiyi izahatda 26.02.2020-ci il tarixdə Nizami Quliyevə məxsus yaşayı evdən oğurluq etdiyini göstərmiş, lakin həmin oğurluq hadisəsini törətməmişdir.Həmçinin hadisəni tək törətmiş, ona heç kim kömək etməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin bir qismini ödəməsini göstərərək, məhkəmədən qeyd olunan halın nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 göstərdi ki, Zərərçəkmiş şəxs2 tanıyır, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Xəzər bağları massivində yerləşən Quşçuluq fermasında gözətçi-nəzarətçi işləyir, quşçuluq ferması və ona aid anbar Sumqayıt şəhəri Xəzər bağları massivində yerləşir. Həmin ərazidəki quşçuluq ferması təxminən 2020-ci ilin yanvar ayından etibarən fəaliyyətini tam dayandırmış, anbarda isə müxtəlif avadanlıqların saxlanılması kimi istifadə edilmiş, anbarın giriş darvazasıböyük qıfılla içəridən isə dəmir dil ilə bağlanmış, böyük darvazanın üzərindəki dəmir qapı isə işlək vəziyyətdə olmamış, ona görə də içəri daxil olmaq zərurəti yarandıqda böyük darvazaaçılmş, anbarın böyük darvazasının qıfılının açarı 3 ədəd olmuş, həmin açarlar quşçuluq fermasının girişində sol tərəfdə divardan asılmış, fermanın yaxınlığında yaşayan Nəzakət Əhmədova təxminən 2019-cu ilin noyabr ayından etibarən həmin fermada xadiməçi kimi işləmiş, açarladan ən çox o və Nəzakətin istifadə etmiş, sonuncu dəfə 10.03.2020-ci il tarixdə anbarın ərazisində olmuşdur. 14.03.2020-ci il tarixdə ona odun doğrayan mişar lazım olmuşdur. Həmin mişarı götürmək üçün anbara getməli olmuşdur. Ona görə tanışı Şahid2la birlikdə 15.03.2020-ci il tarixdə saat 17 radələrində quşçuluq fermasına getmişlər. Odun doğrayan mişarın yerini Nəzakət bildiyi üçün idarə etdiyi Mercedes benz E220 markalı xx-xx-753 dövlət qeydiyyat nişanlı avtmobillə Nəzakətin yaşadığı evinə getmişdir. Nəzakəti də götürüb anbara qayıtmışdır. Yolda olan zaman ona məlum olmuşdur ki, açar Nəzakətin özündədir. Nəzakətin deməsinə görə o həmin gün yəni 15.03.2020-ci il tarixdə səhər saatlarında fermaya gedib açarı götürüb anbara daxil olmuş, təmizlik işlərini görüb anbardan çıxmış, lakin açar yadından çıxdığı üçün özündə qalmışdır. Açarı Nəzakətdən aldıqdan sonra darvazanın qıfılını açıb içəri daxil olmuşdur. İçəridə 2 ədəd elektrik pərlərinin çərçivələrinin yerində olduğunu, lakin mühhərikinin yerində olmadığını görüb oğurluq hadisəsinin baş verdiyindən şübhələnmişdir. Həmin vaxtı Nəzakətlə Şahin də onun yanında olmuşdur. Nələrin yerində olmadığını müəyyən etmək üçün bütün anbarı gəzmiş, məlum olmuşdur ki, anbarda dizellə işləyən, elektrik generatorunun hissəsi olan 01 ədəd stabilizator, 03 ədəd 3 fazalı elektrik pərlərinin hissəsi olan motorlar, 01 ədəd yem üyüdən motor, 01 ədəd soyuducunun sistemi, 02 ədəd komplekt elektrik pəri, jalüzli elektrik pərlərinin 03 ədəd mühərrikləri, həmin mühərriklərdən 1 ədədi işlək, digər iki ədədi isə işləməmişdir, 03 ədəd 0 fazalı elektrik pərlərinin 03 ədəd mühərrikləri, 01 ədəd odun doğrayan mişar, 2 ədəd biri böyük, digəri balaca dəmir kəsən laqondalar, 01 ədəd balaca divar deşən drel, 01 ədəd perefertaor, 6-lıq 20 metr uzunluğunda mis kabel, 01 ədəd genertor rublilnik yerində olmamışdır. Anbarın böyük darvazasının üst hissəsindəki şüşə qırılmışdır. Halbuki həmin şüşə əvvəl o vəziyyətdə olmamışdır. Həmçinin pərcənin altındakı divarda ayaq izləri olmuşdur. Bundan belə başa düşmüşdür ki, naməlum şəxslər həmin hissədən içəri daxil olmuşdur. Bundan başqa darvazanın üzərindəki kiçik qapı sındırılmış vəziyyətdə olmuşdur. Oğurluq hadisəsini törətmiş şəxlər oğurladıqları əşyaları həmin qapıdan çölə çıxartmışlar. O, bu barədə dərhal obyektin sahibi Zərərçəkmiş şəxs2 zəng etmiş, Vilayətə baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Onun məsləhəti ilə bu bardə Azərbaycan Respbulikası DİN-in 102 xidməti zəng mərkəzi ilə əlaqə saxlayıb olanları bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib müvafiq sənədləşmə işləri görmüşlər. İzahatı alınan zaman obyekt sahibi Zərərçəkmiş şəxs2 zəng etmişdir. O həmin əşyaların dəyərləri barədə məlumat vermiş, belə ki, müəyyən etmişlər ki, anbarda dizellə işləyən, elektrik generatorunun hissəsi olan 01 ədəd stabilizatorun dəyəri 2000 manat, 03 ədəd 3 fazalı elektrik pərlərinin hissəsi olan matorların ümumi dəyəri 400 manat, 01 ədəd yem üyüdən matorun dəyəri 1000 manat, 01 ədəd soyuducunun sisteminin dəyəri 3000 manat, 02 ədəd komplekt elektrik pərinin ümumi dəyəri 600 manat, jalüzli elektrik pərlərinin 03 ədəd mühərriklərinin ümumi dəyərləri 300 manat, 03 ədəd 0 fazalı elektrik pərlərinin 03 ədəd mühərriklərinin ümumi dəyərləri 450 manat, 01 ədəd odun doğrayan mişarın dəyəri 145 manat, 2 ədəd böyükünün dəyəri 130 manat, digəri balaca dəmir kəsən laqondanın dəyəri 50 manat, 01 ədəd balaca divar deşən direlin dəyəri 45 manat, 01 ədəd pereferatorun dəyəri 280 manat, 6-lıq 20 metr uzunluğunda mis kabelin ümumi dəyəri 120 manat, 01 ədəd genertor rublilnikin dəyəri 30 manat təşkil etmişdir. Ümumi olaraq dəymiş maddi ziyan 8550 manat təşkil etmişdir. Bundan başqa kiçik qapının sındırılması nəticəsində 25 manat, 1 ədəd vitrin soyucunun şüşəsi qırılmış, ikisnin isə mühərrik olan hissəsinin dəmirləri əyilmişdir. Bunun nəticəsində isə təmir xərcləri ilə birgə 150 manat dəyərində ziyan dəymişdir. 21.03.2020-ci il tarixdə təxminən saat 16 radələrində anbara nəzarət etmək üçün tək həmin əraziyə getmişdir. Giriş darvazasının qapsınının qıfılını özündə olan açarla açıb içəri daxil olanda anbarın içərisindəki 2 ədəd vitrin soyuducularının içərsində olan izolyasiya olunmuş mis naqillərin, 3 fazalı 02 ədəd elektrik pəri matorlarının və böyük soyuducunun nerjaveyka materialından olan üst örtüyünün oğurlandığını aşkar edib bu barədə DİN in 102 xidməti zəng mərkərinə məlumat vermişdir. 3 fazalı 02 ədəd elektrik pəri matorlarının ümumi dəyəri 700 manat, 2 ədəd vitrin soyuducularının içərisində olan izolyasiya olunmuş mis naqillərin və böyük soyuducunun nerjaveyka materialından olan üst örtüyünün dəyəri ümumlikdə təxminən 2000 manat olmuşdur. Həmin avadanlıqlar da Zərərçəkmiş şəxs2 aid olmuşdur. Həmin gün təxminən saat 23 radələrində yenidən nəzarət üçün anbara getmişdir. Bu dəfə anbarın daxilində 02 ədəd elektrik pəri matorları, 01 ədəd su matoru, 01 ədəd bıçaq itiləyən matorun oğurlandığını aşkar etmişdir. Sadaladığı həmin avadanlıqlardan yalnız bıçaq itiləyən mator onun özünə məxsus olmuşdur. 02 ədəd elektrik pəri matorları, 01 ədəd su matoru isə Zərərçəkmiş şəxs2 aid olmuşdur. 02 ədəd elektrik pəri matorları 700 manat, 01 ədəd 90-lıq “Markus” markalı su matoru 120 manat, 01 ədəd bıçaq itiləyən matorun dəyəri isə 150 manat təşkil etmişdir. 22.03.2020-ci il tarixdə saat 17:30 radələrində anbarın yerləşdiyi əraziyə getmişdir. Orada olan 2-ci fermaya daxil olan giriş qapısının açıq vəziyyətdə olduğunu görüb içəri daxil olmuşdur. Həmin vaxt isə fermanın daxilində Vilayətə məxsus 01 ədəd 350 manat dəyərində elektrik pəri və 01 ədəd, özümə məxsus “Kral” markalı 5.5 mm kalibirli, 500 manat dəyərində tir idman tüfənginin yerində olmadığını aşkar etmişdir. Həmin əşyalar da kənar şəxs tərəfindən oğurlanmışdır. Eləcə də o, ifadəsində 15.03.2020-ci il tarixdə aşkar etdiyi oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs2 8550 manat, 21.03.2020-ci il tarixdə saat 16 radələrində aşkar etdiyi oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs2 2700 manat, həmin gün saat 23 radələrində aşkar etdiyi oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs2 820 manat, mənə 150 manat, 22.03.2020-ci il tarixdə saat 17:30 radələrində aşkar etdiyi oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs2 350 manat, ona 500 manat maddi ziyan dəydiyini, oğurlanmış əşyaların ifadəsində göstərdiyi əlamətlərindən başqa digər xüsusiyyətlərini bilmədyini, Elşən, Ramin, Nəzakət və Şahin adlı şəxslər müxtəlif vaxtlarda qeyd olunan ərazidə yerləşən anbar və sexlərdə işlədiyi, sexlərin giriş-çıxışı və əlaqələri barədə məlumatlı olduğu üçün onlardan şübhələndiyini izahatında qeyd etdiyini, hazırda onlardan şübhələnmədiyini, qeyd olunan şəxslərin oğurluq hadisəsi ilə əlaqəsi olmadığını, Kral markalı 5.5 mm kalibirli, 500 manat dəyərində tir idman tüfənginin sənədlərinin onda olmadığını, tapacağı təqdirdə təqdim edəcəyini göstərmişdir.Zərərçəkmiş şəxs1 oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərəri ödənilmədiyi üçün Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 göstərdi ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Xəzər bağları massivində yerləşən Quşçuluq fermasıona məxsusdur. Həmin fermanı özüişlətmiş, həmin sexin nəzarətini isə Zərərçəkmiş şəxs1 həvalə etmiş, hazırda quşçuluq ferması işləməsə də oradakı tikililərdən anbar kimi isitifadə etməklə, sexin daxilinə tikintidə istifadə edə biləcəyi material, avadanlıq və alətlər yığmış, anbarın giriş darvazası böyük qıfılla, içəridən isə dəmir dil ilə bağlanmış, böyük darvazanın üzərindəki dəmir qapı isə işlək vəziyyətdə olmuş, içəri daxil olmaq zərurəti yarandığında böyük darvazanı açmışlar, anbarın böyük darvazasının qıfılının açarı 3 ədəd olmuş, həmin açarlar quşçuluq fermasının girişindən sol tərəfdə divardan asıldığını, fermanın yaxınlığında yaşayan Nəzakət Əhmədova təxminən 2019-cu ilin noyabr ayından etibarən həmin fermada xadiməçi kimi işləmiş, açarlardan ən çox Zərərçəkmiş şəxs1 və Nəzakət istifadə etmişdir. 15.03.2020-ci il tarixdə təxminən saat 20 radələrinə Zərərçəkmiş şəxs1 onun istifadəsində olan mobil nömrəyə zəng edərək 15.03.2020-ci il tarixdə saat 17 radələrində quşçuluq fermasına getdiyini, orada 2 ədəd elektrik pərlərinin çərçivələrinin yerində olduğunu, lakin mühhərikinin yerində olmadığını görüb oğurluq hadisəsinin baş verdiyindən şübhələndiyini, həmin vaxt Nəzakətlə Şahinin də onun yanında olduğunu, nələrin yerində olmadığını müəyyən etmək üçün bütün anbarı gəzdiyini və anbarda dizellə işləyən, 01 ədəd generator, elektrik generatorunun hissəsi olan 01 ədəd stabilizator, 03 ədəd 3 fazalı elektrik pərlərinin hissəsi olan matorlar, 01 ədəd yem üyüdən mator, 01 ədəd soyuducunun sistemi, 02 ədəd komplekt elektrik pəri, jalüzli elektrik pərlərinin 03 ədəd mühərrikləri, 03 ədəd 0 fazalı elektrik pərlərinin 03 ədəd mühərrikləri, 01 ədəd odun doğrayan mişar, 2 ədəd biri böyük, digəri balaca dəmir kəsən laqondalar, 01 ədəd balaca divar deşən direl, 01 ədəd perefertaor, 6-lıq 20 metr uzunluğunda mis kabel, 01 ədəd genertor rublilnikinin yerində olmadığını aşkar etdiyini, anbarın böyük darvazasının üst hissəsindəki şüşənin qırıldığını, halbuki həmin şüşənin əvvəl o vəziyyətdə olmadığını, həmçinin pərcənin altındakı divarda ayaq izləri olduğunu demişdir. Nəbiyə verdiyi göstəriş üzrə o, Azərbaycan Respbulikası DİN-in 102 xidməti zəng mərkəzi ilə əlaqə saxlayıb olanları bildirmişdir. Anbarda 01 ədəd generatorun dəyəri 1200 manat, dizellə işləyən, elektrik generatorunun hissəsi olan 01 ədəd stabilizatorun dəyəri 2000 manat, 03 ədəd 3 fazalı elektrik pərlərinin hissəsi olan matorların ümumi dəyəri 400 manat, 01 ədəd yem üyüdən matorun dəyəri 1000 manat, 01 ədəd soyuducunun sisteminin dəyəri 3000 manat, 02 ədəd komplekt elektrik pərinin ümumi dəyəri 600 manat, jalüzli elektrik pərlərinin 03 ədəd mühərriklərinin ümumi dəyərləri 300 manat, 03 ədəd 0 fazalı elektrik pərlərinin 03 ədəd mühərriklərinin ümumi dəyərləri 450 manat, 01 ədəd odun doğrayan mişarın dəyəri 145 manat, 2 ədəd böyükünün dəyəri 130 manat, digəri balaca dəmir kəsən laqondanın dəyəri 50 manat, 01 ədəd balaca divar deşən direlin dəyəri 45 manat, 01 ədəd pereferatorun dəyəri 280 manat, 6-lıq 20 metr uzunluğunda mis kabelin ümumi dəyəri 120 manat, 01 ədəd genertor rublilnikin dəyəri 30 manat təşkil etmişdir. Ümumi olaraq dəymiş maddi ziyan 8550 manat təşkil etmişdir. Bundan başqa kiçik qapının sındırılması nəticəsində 25 manat, 1 ədəd vitrin soyucunun şüşəsi qırılmış, ikisnin isə mühərrik olan hissəsinin dəmirləri əyilmişdir. Bunun nəticəsində isə təmir xərcləri ilə birgə 150 manat dəyərində ziyan dəymişdir. 21.03.2020-ci il tarixdə təxminən saat 18 radələrində Nəbi yenidən ona zəng edib, həmin gün günorta saatlarında anbara getdiyini, anbarın içərisindəki 2 ədəd vitrin soyuducularının içərsində olan izolyasiya olunmuş mis naqillərin, 3 fazalı 02 ədəd elektrik pəri matorlarının və böyük soyuducunun nerjaveyka materialından olan üst örtüyünün oğurlandığını aşkar edib bu barədə DİN-nin 102 xidməti zəng mərkərinə məlumat verdiyini demişdir. 3 fazalı 02 ədəd elektrik pəri matorlarının ümumi dəyəri 700 manat, 2 ədəd vitrin soyuducularının içərsində olan izolyasiya olunmuş mis naqillərin və böyük soyuducunun nerjaveyka materialından olan üst örtüyünün dəyəri ümumlikdə təxminən 2000 manat olmuşdur. Oğurlanmış sadaladığı həmin avadanlıqlar da ona məxsus olmuşdur. Həmin gün təxminən saat 00 radələrində yenidən Nəbi ona zəng edib, saat 23 radələrində nəzarət üçün anbara getdiyini, bu dəfə anbarın daxilində 02 ədəd elektrik pəri matorları, 01 ədəd su matoru, 01 ədəd bıçaq itiləyən matorun oğurlandığını aşkar etdiyini demişdir. Sadaladığı həmin avadanlıqlardan yalnız bıçaq itiləyən mator Nəbiyə məxsus olmuşdur. 02 ədəd elektrik pəri motorları, 01 ədəd su matoru isə ona məxsus olmuşdur. 02 ədəd elektrik pəri matorları 700 manat, 01 ədəd bıçaq itiləyən motorun dəyəri isə 150 manat təşkil etmişdir. 22.03.2020-ci il tarixdə saat 20:00 radələrində Nəbi ona zəng edib həmin gün saat 17:30 radələrində anbarın yerləşdiyi əraziyə getdiyini, 2-ci fermaya daxil olan giriş qapısının açıq vəziyyətdə olduğunu görüb içəri daxil olduğunu, həmin vaxt isə fermanın daxilində qoyduğu ona məxsus 01 ədəd 350 manat dəyərində elektrik pəri və 01 ədəd, Nəbiyə məxsus “Kral” markalı 5.5 mm kalibirli, 500 manat dəyərində tir idman tüfənginin yerində olmadığını aşkar etdiyini bildirmişdir. Eləcə də o, ifadəsində 15.03.2020-ci il tarixdə aşkar etdikləri oğurluq hadisəsi zamanı ona 10750 manat, 21.03.2020-ci il tarixdə saat 16 radələrində aşkar etdikləri oğurluq hadisəsi zamanı ona 2700 manat, həmin gün saat 23 radələrində aşkar etdikləri oğurluq hadisəsi zamanı ona 820 manat, 22.03.2020-ci il tarixdə saat 17:30 radələrində aşkar etdikləri oğurluq hadisəsi zamanı ona 350 manat maddi ziyan dəymiş, 01 ədəd Generator AST 9000 markalı, 01 ədəd direlin qırmzıı rəngli interskol markalı olmuş, 01 ədəd odun doğrayan mişar qara rəngli orego markalı olmuş, 01 ədəd laqonda boz rəngli Zubr markalı olmuş, xüsusi fərqləndirici əlamətləriolmamış, stabilizator 220 VLT-u 380 Volta çevirən yükdə olmuş, yem üyüdən motor əldə hazırlanma olmuş, oğurlanan avadanlıqları təxminən 2015-ci il tarixdən alıb istifadə etmiş, hər biri işlək, həmçinin saz vəziyyətdə olmuş, digər əşyaların marka və modeillərinin əlamətlərini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 göstərdi ki,15.03.2020-ci il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs1 xahişi ilə bağlı Sumqayıt şəhəri Xəzər bağlarında yerləşən Quşçuluq anbarına quşçuluq fermasına odun doörayan mişar götürmək üçün getmişlər. Odun doğrayan mişarın yerini Nəzakətin bildiyini dediyi üçün Nəbi ilə onun idarə etdiyi Mercedes benz E220 markalı xx-xx-753 dövlət qeydiyyat nişanlı avtmobillə Nəzakətin yaşadığı evinə getmişlər. Nəzakəti də götürüb anbara qayıtmışlar. Yolda olan zaman məlum olmuşdur ki, açar Nəzakətin özündədir. Nəzakətin deməsinə görə o həmin gün yəni 15.03.2020-ci il tarixdə səhər saatlarında fermaya gedib açarı götürüb anbara daxil olmuş, təmizlik işlərini görüb anbardan çıxmış, lakin açar yadından çıxdığı üçün özündə qalmışdır. Açarı Nəzakətdən almış Nəbi darvazanın qıfılını açıb içəri daxil olmuşdur. İçəridə 2 ədəd elektrik pərlərinin çərçivələrinin yerində olduğunu, lakin mühərrikinin yerində olmadığını görən Nəbi oğurluq hadisəsinin baş verdiyindən şübhələndiyini demişdir. Nələrin yerində olmadığını müəyyən etmək üçün Nəbi bütün anbarı gəzmiş, məlum olmuşdur ki, anbarda dizellə işləyən, elektrik generatorunun hissəsi olan 01 ədəd stabilizator, 03 ədəd 3 fazalı elektrik pərlərinin hissəsi olan motorlar, 01 ədəd yem üyüdən motor, 01 ədəd soyuducunun sistemi, 02 ədəd komplekt elektrik pəri, jalüzli elektrik pərlərinin 03 ədəd mühərrikləri, həmin mühərriklərdən 1 ədədi işlək, digər iki ədədi isə işləəmişdir, 03 ədəd 0 fazalı elektrik pərlərinin 03 ədəd mühərrikləri, 01 ədəd odun doğrayan mişar, 2 ədəd biri böyük, digəri balaca dəmir kəsən laqondalar, 01 ədəd balaca divar deşən direl, 01 ədəd perefertaor, 6lıq 20 metr uzunluğunda mis kabel, 01 ədəd genertor rublilnik yerində olmamışdır. Anbarın böyük darvazasının üst hissəsindəki şüşə qırılmışdır. Həmçinin pərcənin altındakı divarda ayaq izləri olmuşdur. Nəbi naməlum şəxslərin həmin hissədən içəri daxil olduqlarını demişdir. Bundan başqa darvazanın üzərindəki kiçik qapı sındırılmış vəziyyətdə olmuşdur. Ola bilsin ki, oğurluq hadisəni törtəmiş şəxlər oğurladıqları əşyaları həmin qapıdan çölə çıxartmışlar. Nəbi bu barədə dərhal obyektin sahibi Vilayət Məmədova zəng etmiş, daha sonra Nəbi Azərbaycan Respbulikası DİN-in 102 xidməti zəng mərkəzi ilə əlaqə saxlayıb olanları bildirmiş, sonra hadisə yerinə polis əməkdaşları gəlib müvafiq sənədləşmə işləri görmüşlər. Eləcə də o, ifadəsində baş vermiş oğurluq hadisəsi ilə qəti əlaqəsinin olmadığını, Zərərçəkmiş şəxs1 olmadan heç bir zaman həmin ferma və anbara daxil olmadığını göstərmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 12.06.2020-ci il tarixli, 9/1741saylırəyindən görünür ki,ekspertiza təyini haqqında qərarda göstərilən 9 adaa malların 2020-ci ilin mart ayına olan oarta bazar qiyəti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminnəən 1437 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 17 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar ili, texniki vəziyyəti və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd “AST 9000” markalı generator, 01 ədəd “İnterskon” markalı direl, 01 ədəd “Orego” markalı odun doğrayan mişar, 01 ədəd “Zubr” markalı laqonda və 01 ədəd “Makita” markalı laqonda Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini göstərsə də işin faktiki halları ilə qeyd edilən oğurluq hadisələrini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair göstərdikləri özünü müdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 aprel 2021-ci il tarixli 1(060)-101/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CMnin 69.3, 68.1.1-1-ci maddələri nəzərə alınmaqla CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablanmışdır. 30.04.2021-ci il tarixli Sumqayıt şəhər məhkəməsinin hakiminin göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 1(060)-101/2021 saylı 09.04.2021ci il tarilxi hökmü 30.04.2021-ci il tarixdən qanuni qüvvəyə minmiş və hökmün surəti icra edilməsi üçün aidiyyəti qruma göndərilmişdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 03 ay azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, 17.02.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 19.02.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmış və Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 1(060)-101/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3, 68.1.1-1-ci maddələri nəzərə alınmaqla CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 17 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və cəzanın başlanğıcı 17 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “AST 9000” markalı generator, 01 ədəd “İnterskon” markalı direl, 01 ədəd “Orego” markalı odun doğrayan mişar, 01 ədəd “Zubr” markalı laqonda və 01 ədəd “Makita” markalı laqonda Zərərçəkmiş şəxs2 sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərər çəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2020-ci il tarixli (iş № 1(060)- 362/2020) qərarını icra edərək,20 avqust 2020-ci il tarixli 822 saylı orderə əsasən vəkil Müdafiəçionun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “AST 9000” markalı generator, 01 ədəd “İnterskon” markalı direl, 01 ədəd “Orego” markalı odun doğrayan mişar, 01 ədəd “Zubr” markalı laqonda və 01 ədəd “Makita” markalı laqonda Zərərçəkmiş şəxs2 sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün: Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-34/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-34/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver