Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-340/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,180 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11.03.2021-ci il tarixdə saat 19:00da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 10.03.2021-ci il tarixdə, səhər saatlarında o şəxsi işi ilə əlaqədar Abşeron rayonu Novxanı qəsəbəsinə getmişdir. Orada olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, adını, soyadını bilmədiyi bir nəfər şəxslə görüşərək ondan istifadə etmək üçün 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş heroini 10 manata alıb, əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında o, Sumqayıt şəhərinə qayıtmışdır. 11.03.2021-ci il tarixdə saat 19 radələrində o, yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını, həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyini bildirib, onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla həmin bölməyə getməyə etiraz etməmişdir. Həmin bölməyə gedərkən yolda onlara üzərində narkotik vasitə olan heroinin olduğunu demişdir. O, 4-cü PB-yə gətirildikdən sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Videoçəkiliş aparılmaqla ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş heroini polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin heroini haradan əldə etdiyi soruşulduqda, o da onlara həmin narkotik vasitə olan heroini 10.03.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. Üzərindən aşkar olunan həmin heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin narkotik vasitə olan heroini özünə məxsus olan pulla almış, ondan özü istifadə edəcəkdi, almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. O hüquqlarını bilir, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PBnin CAŞ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərdi ki, 11.03.2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində iş yoldaşı Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsi həmin ərazidə görüb ona yaxınlaşaraq, özlərini təqdim etmişlər, ona da özünü təqdim etməsini dedikdə, bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Daha sonra İlqara həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə getməsini bildirmişlər. İlqar da etiraz etməyərək xidməti avtomobillərinə əyləşərək onlarla bölməyə getmişdir. Bölməyə gedərkən yolda İlqar üzərində narkotik vasitə olan heroinin olduğunu demişdir. Onlar 4-cü PB-yə getdikdən sonra xidməti otaqların birində bölmənin baş təhqiqatçısı Rafiq Quliyev özünü təqdim edərək, ona özünü təqdim etməsini demiş, o da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Rafiq Quliyev ona videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş, o da etiraz etməmişdir. X2 videoçəkiliş aparılmaqla ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş heroini onlara təqdim etmişdir. Ondan həmin heroini haradan əldə etdiyi soruşulduqda, İlqar bildirmişdir ki, həmin narkotik vasitə olan heroini 10.03.2021-ci il tarixdə səhər satlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CAŞın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişdir. İş materiallarında olan "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 11.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllə ərazisində 11.03.2021-ci il tarixdə saat 19:00-da tutulmuşdur.(i.v 14) İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" 11.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektorkriminalist rəqəmsal tipli "Panasonic" tipli rəqəmsal kameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə saat 19:33-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili Müdafiəçi1 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 1 ədə ağ rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxarkən ağ rəngli siqaret kağızının içərisində spesifik iyə malik qəhvəyi rəngli maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli maddə kütləsi "kokos"dur. Aşkar olunmuş maddəni 10.03.2021-ci il tarixdə təxminən səhər saatlarında Novxanı qəsəbəsi ərazisində 10 manata tanımadığı şəxsdən almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,32 qram olduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar olunmuş Argo markalı siqaret, 2 ədəd alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuş və videoçəkilişin müddəti saat 19:33-dən 19:37-dək davam etmişdir. (i.v 19) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1010 saylı 12.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN "Zərflər üçün nömrə 126" möhür əksi, Azərbaycan Respublikası DİN "Zərflər üçün nömrə 128" möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....." və s.yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,180 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir.(i.v 30-32) İş materiallarınd olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-99/2021 saylı 13.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna kimi, yəni 11.06.2021-ci ilədək həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal zalından azad edilmişdir.(i.v 63) İş materiallarında olan "Qətimkan tədbiri seçilməsi barədə" 13.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir(i.v 64) İş materiallarınfa olan " Maddi sübut kimi tanıma barədə" 13.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,140 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir.(i.v 66) İş materiallarında olna "Diskə baxış keçirilməsi haqqında" 16.03.2021-ci il tarixli protokodan görünür ki, həmin diskə daxil olduqda, orada "00833" rəqəmlə göstərilən papka müəyyən edildi. "00833" rəqəmləri göstərilən papkaya daxil olduqda müəyyən edilir ki, orada 04 dəqiqə 11 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, 11.03.2021-ci il tarixdə, axşam saatlarında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PBnə gətirilmiş şəxs bölməyə gələrkən üzərində narkotik vasitə olan heroin olmasını bildirdiyi üçün bölmənin xidməti otaqlarının birində bölmənin baş təhqiqatçısı Rafiq Quliyev özünü təqdim edərək, ona özünü təqdim etməsini deyir, o da özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu deyir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Həmin vaxt baş X2 tərəfindən İlqarın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüququ və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edilməsi üçün vəkil təyin edilir. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilə etiraz etmir. Bundan sonra X2 ona videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir, o da etiraz etmir. X2 videoçəkiliş aparılmaqla ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, onu təqdim etməyi təklif edir. O da əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş heroini onlara təqdim edir. Ondan həmin heroini haradan əldə etdiyi soruşulduqda İlqar bildiri ki, həmin narkotik vasitə olan heroini 10.03.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. İlqarın üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmışdır.(i.v 73-74) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən tutulan və saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitələrin heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. İş materiallarında olan Azərbayacan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 1060 nömrəli 19.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 09.2018-ci ildən "narkomaniya" diaqnozu ilə qeydiyyatdadır.(i.v 76) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 21.03.2021-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-336/2018 saylı 13.08.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 26.05.2018-ci il tarixdən 28.05.2018-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmişdir. 10.08.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur.(i.v 77-82) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikasının baş həkimi Arzu Əhmədovanın 131 nömrəli 02.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v 88) İş materiallarında olan 4 saylı MKS-nin 05.04.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunur.(i.v 93) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17.03.2021-ci il tarixli 811 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseində qeydiyyat alınması məsləhət görülür.(i.v 96-97) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 11.04.2021-ci il tarixli qərardan görünür ki, 13.03.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,140 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır.(i.v 99- 103) Beləliklə, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 13.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10.08.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2021-ci ildə, saat 19:00-da şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat rədd edilmiş, dərhal həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ona görə də, onun tutularaq saxlandığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən, təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,140 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,140 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-340/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-340/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver