Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-341/2022 06.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1966-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Sənaye İstehsalı ASC-də mühəndis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-cu il saat 17:20 radələrində yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17 saylı binanın qarşısında həyətdəki ağacları sulamasına etiraz edən X1 sayğacını qırmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir əli onun sağ qolunu tutub geriyə doğru burub digər əli ilə isə sağ əlini sıxmış, daha sonra iki əli boğaz nahiyəsindən tutub sıxaraq üz nahiyəsinə şillə ilə zərbələr vuraraq ona burun-udlaq (qırtlaq) yollarında selikli qişanın, yumşaq toxumaların travma fonunda şişkinliyi, ödemi, sağ almacıq nahiyyənin, sağ bazunun aşağı səthinin 1/3-nin iç səthinin, sağ əlin V barmağının dırnaq falanqasının arxa səthinin qançırları, boynun ön səthinin orta 1/3-də 02 (iki) ədəd sıyrıqları, sol almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi xəsarətlər yetirib, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 17:20 radələrində yaşadığı binanın həyətyanı sahəsində ağaclara su verdiyi zaman həyətə gəlmiş Zərərçəkmiş şəxs ağacları sulamamağı bildirmişdir. O və digər qonşular yaşadıqları binanın həyətində yaşıllığın inkişaf etdirilməsi və həyətin səliqəli olması üçün bir neçə ağac əkmişdirlər. Həmin ağaclara qulluq üçün qonşular ara bir vaxtalarda ağacları sulayırmışlar. Təxminən 03 il bundan öncə Qzyetər özü üçün nəqliyyat vasitəsi almışdır. Qzyetər avtomobili həyətdə saxlayıb, nəzarət üçün tez-tez eyvana çıxmışdır. Avtomobili alandan sonra Qzyetər o və digər qonşularla mübahsiə etməyə başlamışdır ki, ağaclar inkişaf etdikdə görünüş dairəsi daraldığından maşınına nəzarət edə bilmir. Bu səbəbdən ağaclara qulluq edilməməsini tələb etmişdir. xx.xx.2021-ci il tarixdə Qzyetər ona yenidən bu tələbi irəli sürəndə o, etiraz edərək ağacları sulayacağını bildirmişdir. Ağacları sulamağa davam edən zaman Qzyetər əyilib su sayğacını dartıb qoparmaq istəyəndə o, Qzyetəri kənara itələmişdir. Həmin vaxt Qzyetər əl dırnaqları ilə üzünü, yəni alın, təpə, yanaq və gözaltı nahiyələrini cırmaqlamağa başlamışdır. O, isə Qzyetəri sadəcə kənar olması üçün itələmişdir. Onların mübahisəsinə arvadı Nəzakət Fərzəliyevə gəlib Qzyetərdən qanunsuz hərəkətlərini dayandırmasını tələb edəndə Qzyetər həyat yoldaşının sol qoluna yumruqla zərbə vurmuşdur. Səsə gəlmiş qonşular - Zemfira Yadigarova, Fəxrəddin Orucov, İlham Hüseynov və fikir vermədəyi bir neçə qonşu Qzyetəri sakitləşdirmişlər. Sonradan Qzyetərin xəsarət alması ilə bağlı Sumqayıt ŞPİ-nə müraciət etməsindən məlumatı olmuşdur. Qzyetərə əlinin dəymədiyini, yalnız özündən uzaqlaşması və sayğacı qırmaması üçün onu itələdiyini, həmin vaxt isə Qızyetərin xəsarət almadığını, Qzyetərin bildirdikləri tamamilə şər və böhtan xarakterli olduğunu, həmçinin Qzyetər yaşadığı binada bütün qonşularla küsülü olduğunu, heç kimlə danışmamaqla münasibəti olmadığını, hadisə nəticəsində onun üz nahiyəsində qançır izləri yarandığını, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini göstərmişdir. Barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X5 qonşularıdır. Onlara dair onun heç bir zaman düşmənçilik və ya ədavət münasibətləri olmamış, lakin həmin şəxslərin onunla qərəzli münasibətlər ilə bağlı olaraq aralarında soyuq münasibətləri vardır. Hadisə günündən əvvəllər bir neçə dəfə onların arasında narazılıqlı söz söhbətlər də olmuşdur. O, nə vaxt ki həyətə dincəlmək və hava almaq üçün düşmüş, Təqsirləndirilən şəxs su borusunu işə salıb ağacları suluyurmuş kimi onun oturduğu yer tərəfə su çiləyirmiş. Halbuki həmin ərazidə heç ağac da olmamışdır. Bu hərəkətləri ilə bağlı olaraq o, bir neçə istirahətini yarımçıq qoyub evinə qayıtmışdır. Bütün bunlarla Təqsirləndirilən şəxs ona psixoloji təzyiq göstərib həmin yerdən köçməyi və oranı tərk etməyini istəyirmiş. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə gedib oradan lazım olan əşyaları alıb yaşadığı evin həyətinə qayıtmışdır. Aldığı əşyaları avtomobildən endirib blokun qarşısına qoyub dükana getmişdir. Həmin vaxt Məhərrəmin həyətdəki oturacaqda əyləşdiyini görmüşdür. Dükandan kontur alıb geri qayıdanda Məhərrəmin su borusunu yenidən birləşdirdiyini görmüşdür. O, geri qayıtmaq istəmişdir. Lakin əşyalar çöldə olduğu üçün məcburi olaraq blok tərəfə addımlamışdır. Məhhərrəm isə su borusunu bilərəkdən onun keçəcəyi yolun ortasına sərmişdir. O, borunun üzərindən keçən zaman boruya ilişib yerə yıxılsın deyə Məhərrəm qəsdən borunu yuxarı qaldırmışdır. Boru onun ayağına ilişsə də o, müvazinətini saxladığı üçün yıxılmamışdır. Dönüb Məhərrəmə “bu nə hərəkətdir, dəfələrlə belə şeylər etmisən” dediyi zaman, Məhərrəm ona “sənə nə edirəm ki, buraları sulayıram da” demişdir. O, Təqsirləndirilən şəxs etiraz edib “sən bilərək mən həyətə çıxanda qəsdən su borusunu işə salırsan” demişdir. Məhərrəm onun ünvanına nəlayiq ifadəli təhqir etmişdir. O, Təqsirləndirilən şəxs cavab qaytarıb söyüş söyməməsini tələb edəndə Məhərrəm onun gözləmədiyi anda üzərinə cumub bir əli onun sağ qolunu tutub geriyə doğru burub digər əli ilə isə sağ əlini sıxmışdır. Həmin vaxt onun sağ qol nahiyəsindən şaqqıltı səsi eşidilmişdir. Sağ bazu nahiyəsi və sağ əlinin V barmağı əzilmişdir. O, Məhərrəmin əlindən çıxmaq üçün nə qədər güc etsə də, Məhərrəmə gücü çatmırmışdır. Həmin vaxt qonşuluqda yaşayan Fəxrəddin adlı şəxs onlara yaxınlaşaraq Məhərrəmi tutub Məhərrəmdən onu buraxmasını tələb etmişdir. Məhərrəm isə onun qolundan buraxıb bu dəfə iki əli boğaz nahiyəsindəndə tutub sıxmışdır. Nəticədə səs tonu itmiş və hazırki müddətədək səsi tam olaraq açılmamışdır. Fəxrəddinin aralaması nəticəsində o, Məhərrəmin əlindən yenidən çıxa bilsə də, bu dəfə Məhərrəm şillə ilə onun sifətinin sağ və sol tərəfinə vurmuşdur. Məhərrəmin zərbələrindən biri onun sağ almacıq, sol almacıq, biri isə onun çənəsinin alt hissəsinə dəymişdir. Daha sonra onun saçından tutub aşağı dartmışdır. Fəxrəddin Məhərrəmi tutub saxlamışdır. Səsə qonşulardan bir neçəsi ora gəlsə də, onun halının özündə olmadığı üçün ora gələn qonşuları tam olaraq xatırlaya bilməmişdir. O, ciddi döyüldüyü üçün vaxt etibarı ilə mübahisənin nə qədər davam etməsini xatırlaya bilmədiyini, hadisəyə 2-3 qonşu ora gəldiyini, onlardan yalnız Fəxrəddin yadında olduğunu, digərlərini isə xatırlamadığını, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli ərizəsində, Şahid1 isə xx.xx.2021-ci il tarixli döyüb onlara bədən xəsarətlər yetirmək barədə ərizələrinin tamamilə şər və böhtan xarakterli olduğunu, mübahisə olan zaman Nəzakətin hadisə yerində mübahisə qurtardıqdan sonra gəldiyini və onlar arasında hər hansı bir dava dalaş olmadığını, Təqsirləndirilən şəxs də o, vurmadığını göstərmişdir. Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 17:20 radələrində qonşusu Zemfira onun istifadə etdiyi mobil nömrəyə zəng edərək həyətdə əri Məhərrəm ilə qonşusu Qzyetər arasında münaqişə baş verdiyini bildirmişdir. O, dərhal həyətə düşmüşdür. Həyətə düşəndə Qzyetərin Məhərrəm barəsində nəlayiq sözlər dediyini eşidib Qzyetərdən həmin formada danışığını dayandırmasını tələb etmişdir. Həmin vaxt Qıyetər Məhərrəmin üzərinə doğru getmişdir. O, Məhərrəmi vuracağından ehtiyyat edib arada dayanmışdır. Qzyetər ona “rədd ol, bu saat səni də vuracam, əlimdə qalacaqsan” demişdir. O, aradan çəkilməmişdir. Qzyetər Məhərrəmin üzərinə cumanda Məhərrəm onu geri itələmişdir. İkinci dəfə üzərinə cumanda isə araya o, keçmişdir. Həmin vaxt Qzyetər onun qarın nahiyəsi istiqamətində təpik atanda o, sol əlini irəli vermişdir. Bu zaman Qzyetərin təpiyi onun sol bilək nahiyəsinə dəymişdir. Daha sonra qonşuların köməkliyi ilə Qzyetər sakitləşdirilib onlardan uzaqlaşdırılmışdır. Həmin gün sol bilək nahiyəsində yaranmış şişkinliklə bağlı olaraq o, Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə izahatı alınan zaman şikayət etdiyini bildirdiyi üçün barəsində tibbi ekspertiza təyin edilmişdir. Eləcə də o, ifadəsində Qzyetərin xəsarət almağına səbəb olan təpik zərbəsi konkret olaraq ona ünvanlandığını, Qzyetər ondan aradan çıxmağını tələb edərkən o, Qzyetərin tələbini icra etmədiyi00 üçün Qzyetərin onu təpiklə vurduğunu, hadisəni əri Məhərrəm, qonşusu Zemfira, Fəxrəddin və Ofelyanın gördüyünü, mübahisənin təxminən 6-7 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs hadisə zamanı ona təpikdən başqa hər hansı bir fiziki təsir üsulu tətbiq etmədiyini, məsələn onu yumruqla vurmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şamil qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və X5 onun qonşuları olduğunu, həmin şəxslərə dair düşmənçilik və ya ədavət münasibətlərinin olmadığını bildirərək mahiyyəti üzrə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında soyuq münasibətlər vardır. Buna səbəb isə Qzyetərin əsasız olaraq yaşadığı binanın həyətyanı sahəsində yaşıllığın inkişaf etdirilməsinə qonşulara mane olması, səbəbsiz yerə o və digər qonşularla narazılıqlı münasibətdə olmasıdır. 2020-ci il tarixdə oğlu X11 həyətyanı sahəni su borusu ilə sulayərkən Qzyetərin nəqliyyat vasitəsinə su çiləndiyi üçün Qzyetər onun oğlu ilə sözlü mübahisə etmişdir. Bundan başqa Qzyetər ona azyaşlı nəvəsi həyətdə oynadığı üçün avtomobilin cızıldığı təqdirdə şikayət edəcəyini də demişdir. Bütün bunlarla bağlı olaraq hazırda o və digər qonşularla Qzyetər arasında narazılıqlı münasibət olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 17:20 radələrində o, yaşadığı evdə olmuşdur. Mənzili binanın 3-cü mərtəbəsində yerləşir. Həmin vaxt ad günü mərasiminə hazırlaşırmış, həyətdən səs küy eşidib balkona çıxanda Qzyetərin Məhərrəmlə yenidən səbəbsiz yerə mübahisə yaratdığını görmüşdür. Məhərrəm ağacları suladığı üçün Qzyetər sonuncudan sulamanı dayandırmasını tələb etmişdir. Məhərrəm isə Qzyetərə işi ilə məşğul olmasını bildirirmişdir. Qzyetər kiminləsə telefon əlaqəsi saxlayıb şikayət etmişdir. Bundan sonra Qzyetər suyu kəsmək üçün sayğaca əl atmışdır. Məhərrəm Qzyetərin sayğaca əl vurmasının qarşısını almışdır. Qzyetər Məhərrəmin üzünə əl qol atmışdır. Bu zaman o, mobil telefonu götürüb Məhərrəmin arvadı Nəzakətə zəng etmişdir. Zəng edə edə özü də həyətə düşmüşdür. X6 münaqişə yaratdığını bildirmişdir. O, həyətə düşəndə Nəzakət də ora çatmışdır. Qızyetər Məhərrəmin üzərinə cumanda Nəzakət araya girmişdir. Digər qonşularla onlar mübahisə edən şəxsləri sakitləşdirirmişlər. Mübahisədən sonra Nəzakət sol qolundakı ağrıdan şikayətlənmişdir. Həmin gün Nəzakətin sol qolu şişmişdir. Xəstəxanaya müraciətindən onlara məlum olmuşdur ki, Nəzakətin sol qolu sınmışdır. Daha sonra həm Qızyetərin, həm də Nəzakətlə Məhərrəmin polisə şikayət etmələrindən məlumatı olmuşdur. Eləcə də o, ifadəsində Nəzkətə məlumat verib həyətə düşərkən mübahisəni izləmədiyini, qalan hallarda fasiləsiz izlədiyini, Qzyetər Məhərrəmin üzərinə cumub üz nahiyəsinə əl atdığını, nəticədə dırnağı Məhərrəmin üzünə batdığından xəsarət aldığını, Qzyetərə fiziki təsir üsulu tətbiq edənin olmadığını, o, Məhərrəmin Qzyetəri itələdiyini görmədiyini, ona görə də, bu barədə nəsə deyə bilmədiyini, Şahid1 konkret olaraq hansı şəraitdə xəsarət aldığını görmədiyini, X7 araladığını, ola bilsin ki aralayan zaman Nəzakətin xəsarət aldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və X3 qonşuları olduğunu, onlara dair düşmənçilik və ya ədavət münasibətləri olmadığını bildirərək mahiyyəti üzrə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında soyuq münasibətlər vardır. Buna səbəb isə Qzyetərin əsasız olaraq yaşadığı binanın həyətyanı sahəsində yaşıllığın inkişaf etdirilməsinə qonşulara mane olması, səbəbsiz yerə o və digər qonşularla narazılıqlı münasibətdə olmasıdır xx.xx.2021-ci il tarixdə saat 17:20 radələrində o, yaşadığı evin həyətyanı sahəsində oturmuşdur. Bina 11/17-nin qarşısında Qzyetərin Məhərrəmlə mübahisə etdiyini görüb həmin şəxslərə yaxınlaşmışdır. Məhərrəm ağacları suladığı üçün Qzyetər sonuncudan sulamasını dayandırmağını tələb etmişdir. Məhərrəm isə Qzyetərə işi ilə məşğul olmasını bildirmişdir. Qızyetər suyu kəsmək üçün sayğaca doğru əl atanda Məhərrəm həmin şəxsi itələmişdir. Həmin vaxt Qzyetər və Məhərrəm arasında münaqişə yaranmışdır. O, Qızyetər və Məhərrəmi aralamaq üçün araya keçəndə Qzyetər Məhərrəmi üz nahiyəsinə əl qol atmışdır. Məhərrəm isə Qzyetəri bir neçə dəfə geriyə doğru itələmişdir. Həmin vaxt hadisə yerinə Məhərrəmin arvadı Nəzakət gəlmişdir. O da Məhərrəmlə Qzyetəri ayırmaq üçün araya girəndə necə oldusa yerə yıxılmışdır. O və hadisə yerində qarışıqlıq olduğu üçün xatırlamadığı üçün digər qonşular Məhərrəmlə Qzyetəri ayırmışdırlar. Daha sonra onların bir-birləri barəsində şikayət etmələrindən məlumatı olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs bacısıdır. Bacısı ilə bir həyətdə yaşadığını bildirdi. Həyətə düşəndə qonşular ona bacısının döyüldüyünü demişlər. O bacısının evinə getmiş, onun boğazında, əlində xəsarətlər olduğunu görmüş, lakin onun döyüldüyünü görməmişdir. Sonra aptekə gedərək bacısına ağrı kəsici dərmanlar alıb gətirmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 360 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Burun-udlaq (qırtlaq) yollarında selikli qişanın, yumşaq toxumaların travma fonunda şişkinliyi, ödemi, sağ almacıq nahiyyənin, sağ bazunun aşağı səthinin 1/3-nin iç səthinin sağ əlin V barmağının dırnaq falanqasının arxa səthinin qançırları, boynun ön səthinin orta 1/3-də 2 (iki) ədəd sıyrıqları, sol almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddət zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli T129/2021 saylı rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- Burun-udlaq (qırtlaq) yollarında selikli qişanın, yumşaq toxumaların travma fonunda şişkinliyi, ödemi, sağ almacıq nahiyyənin, sağ bazunun aşağı səthinin 1/3-nin iç səthinin sağ əlin V barmağının dırnaq falanqasının arxa səthinin qançırları, boynun ön səthinin orta 1/3-də 2 (iki) ədəd sıyrıqları, sol almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi-bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti və şəraiti qərarda göstərilənlərə, yəni xx.xx.2021-ci il tarixdə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. vətəndaş Zərərçəkmiş şəxs xəsarətlərinin xüsusiyyətləri onların yıxılma və özü-özünə yetirmə nəticəsində yaranmasını inkar edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş üzrə X4 ilə Zərərçəkmiş şəxs arasındakı mübahisənin görüntülərini özündə əks etdirən CD disk maddi sübut kimi tanınmış və sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və iş üzrə maddi sübut olan X4 ilə Zərərçəkmiş şəxs arasındakı mübahisənin görüntülərini özündə əks etdirən CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan X4 ilə Zərərçəkmiş şəxs arasındakı mübahisənin görüntülərini özündə əks etdirən CD disk cinayət işində saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-341/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-341/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver