Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-341/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2 İlqar oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Yataqxana 14, otaq 62, məhəllə 42 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək formalaşdırdığı inam və etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs3 işləmək məqsədilə Litva Respublikasına getməsini təmin edəcəyinə dair yalan vəd verib həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 08 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Bədəlbəyli küçəsində yerləşən «LUDVİQSHAFEN» parkının giriş hissəsində yerləşən kafedə Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat aldıqdan sonra həmin gün bir neçə saatdan sonra Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində yerləşən ərzaq mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 230 (iki yüz otuz) manat məbləğində pul vəsaitinin özünə məxsus 5261-6333-3378-9742 nömrəli “Rabitəbank" Açıq Səhmdar Cəmiyyətinə aid “KARTMANE DEBİT” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini də Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək formalaşdırdığı inam və etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs1 işləmək məqsədilə Litva Respublikasına getməsini təmin edəcəyinə dair yalan vəd verib həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 08 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Bədəlbəyli küçəsində yerləşən «LUDVİQSHAFEN» parkının giriş hissəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat aldıqdan sonra həmin gün bir neçə saatdan sonra Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində yerləşən ərzaq mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 230 (iki yüz otuz) manat məbləğində pul vəsaitinin özünə məxsus 5261-6333-3378-9742 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “KARTMANE DEBİT” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini də Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək formalaşdırdığı inam və etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs4 işləmək məqsədilə Litva Respublikasına getməsini təmin edəcəyinə dair sonuncunun qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə yalan vəd verib həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə 09 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 göstərişi əsasında sonuncunun yaşadığı evdən ailə üzvlərindən 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini götürərək Hacıqabul rayonu, Qubahbaloğlan kəndi ərazisində yerləşən ərzaq mağazasında quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə ona məxsus 5261-6333-3378-9742 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “KARTMANE DEBİT” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək formalaşdırdığı inam və etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs2 işləmək məqsədilə Litva Respublikasına getməsini təmin edəcəyinə dair yalan vəd verib həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 985 (doqquz yüz səksən beş) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 22 avqust 2022-ci il tarixdə 335 (üç yüz otuz beş) manat, daha sonra isə 01 sentyabr 2022-ci il tarixdə 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinin Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Ocaq” marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə özünə məxsus 5261-6333-3378- 9742 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “KARTMANE DEBİT” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitlərini Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 985 (doqquz yüz səksən beş) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs3, Səxavət və Mehman xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «LUDVİQSHAFEN» parkının giriş hissəsində yerləşən kafedə oturub çay içmişlər. Bu zaman onlar işləmək üçün başqa ölkəyə getmək istədiklərini bildirdilər və ondan bu məsələdə onlara kömək etməti xahiş etmişlər. Söhbət zamanı başqa ölkəyə getmək üçün müəyyən sənədlərin yığılmasını və onlara bu məsələ üçün müəyyən məbləğdə pul vəsaiti lazım olduğunu bildirmişdir. O, əvvəllər də Litva Respublikasına getdiyini, Emin adlı şəxsin ona qrup halında yığılıb getməyin daha tez olduğunu və bunun üçün sənədlərə 700 (yeddi yüz) manat pul lazım olacağını demişdir. O, onlara həmin sənədlərin siyahısını göstərmiş və bu sənədləri toplamaq üçün nə qədər xərc lazım olduğunu bildirmişdir. Onlar da vaxtları olmadıqlarını, onların əvəzinə sənədlərin onun toplamasını və bunun üçün nə qədər pul lazımdısa veəcəklərini bildirdilər. Bu pulun içərisinə məhkumluğun olub-olmaması barədə arayışın və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial arayışın alınması, aposter edilməsi və həmin sənədlər üçün dövlət rüsumunun ödənilməsi daxil idi. Lakin o, heç kimə onları Avropaya aparacağına söz vermədiyini bildirdi. Sənədlər yığıldıqdan sonra müraciət olundu və viza gəldi, lakin səhvliklə iş vizası deyil biznes vizası düyməsinə basdığı üçün biznes vizası gəlmişdir. O, yenidən viza uçün onlayn müraciət etmişdir. Zərərçəkmiş şəxs2 onun mobil telefonuna zəng rtmiş, ona zəng çatmayanda ondan Polis İdarəsinə şikayət etmişdir. Onu Polis İdarəsinə aparan zaman Zərərçəkmiş şəxs2 digər şəxslərə də zəng eləyərək ondan şikayət etdiyini, pulunu aldığını və onların da şikayət edib pullarını almağını bildirdi. Bölmədə o ora gətirilməyinin səbəbini soruşduqda ona şikayət edən şəxsi aldadaraq ondan 820 (səkkiz yüz iyirmi) manat pul aldığını bildirmişlər və o, həmin pulu qaytarmağa hazır olduğunu demişdir. O, həmin şəxslərin pullarını qaytarmış, lakin sonradan onun işi məhkəməyə verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 2022-ci ilin avqust ayında ortaq tanışları olan X1 vasitəsilə tanımaqla, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, davadalaş olmamışdır. 2022-ci ilin avqust ayında Emin Ağalarov ona zəng edərək Ramin adlı tanışının olduğunu, həmin şəxsin avropaya getmək istədiyini, buna görə də bununla bağlı həmin şəxslə danışıb köməklik etməsini istəmiş, o, Emindən Raminin nömrəsini alıb, sonuncuya zəng edib, əlaqə saxlamışdır. Həmin vaxt Ağsu rayonunda olduğu üçün Raminlə avropaya getmək üçün ətraflı söhbət etmək məqsədilə Şamaxı rayonunda görüşmək qərarına gəlmiş, Şamaxı şəhərinə gəlib Raminlə Şamaxı rayon İcra Hakimiyyətinin yaxınlığındakı çayxanada oturub, yuxarıda qeyd etdiyi məsələ ilə bağlı söhbət etmişlər, söhbət zamanı Ramin adlı şəxsə Litva Respublikasında fəaliyyət göstərən “Marin Group” şirkətində boru montaj işində işləmək üçün online formada müraciət etdiyini demiş, həmin vaxt Ramin də, həmin şirkətinə müraciət etmək istədiyini deyib, müraciəti necə etməyi ondan soruşmuşdur. Raminə köməklik etməyə razılıq vermiş və onlar yaxınlıqdakı internet klubuna gedib Raminin anket məlumatlarını “Marin qrup” şirkətinə göndərməsində köməklik göstərmişdir. Bundan sonra Raminlə sağollaşıb Sumqayıt şəhərinə getmişdir. Təxminən bir-iki gün keçdikdən sonra Ramin ona zəng edib, Litva Respublikasına gedib, yuxarıda göstərdiyi işdə işləmək üçün hansı sənədlərin lazım olduğunu soruşmuş, Raminə lazım olan sənələrin yığılması üçün 950 (doqquz yüz əlli) manat pul lazım olduğunu demiş, Ramin sənədləri toplamağa vaxtının olmadığını deyib, həmin sənədləri əvəzinə toplamasını xahiş etmişdir. Raminlə razılaşdıqdan sonra sonuncu ona məxsus olan 5261 6333 3378 9742 nömrəli "xxxx" hesabına ilkin olaraq 300 (üç yüz) manat pul göndərmiş, təxminən bir həftə keçdikdən sonra Ramin qalan 675 (altı yüz yetmiş beş) manat pulu həmin bank hesabına köçürtmüşdür. Ramin göstərdiyi məbləği göndərdikdən sonra təxminən 09 sentyabr 2022-ci il tarixdə birlikdə viza almaq üçün Litva Respublikasının Bakı şəhərində yerləşən səfirliyinə getmişlər, lakin səfirlikdən onlara bildirmişlər ki, növbə rejimin ləğv edildiyini, əvəzində online formada növbəyə yazılmağın mümkün olduğunu deyərək, növbəyə yazılmaq üçün sayt təqdim etmişdirlər. Həmin saytdan online növbə götürmək üçün qeydiyyatdan keçmişlər. Ona və Raminə 19 sentyabr 2022-ci il tarixdə səfirliyə yaxınlaşmağları barədə mobil nömrələrinə mesaj gəlmiş, buna görədə 19 sentyabr 2022-ci il tarixdə birlikdə səfirliyə yaxınlaşmışlar, səfirlikdən onlara bir illik iş vizası götürmək üçün deyil, doxsan günlük biznes vizası götürmək üçün növbə götürdüklərini bildirmişdirlər. Buna görə də yenidən bir illik iş vizası üçün online qeydiyyatdan keçib, növbələrini gözləmişdirlər. Növbə ilə bağlı qeydiyyatdan keçdikdən sonra müraciətin qeydə alınması ilə bağlı mail adresinə, həmçinin Raminin də, mail adresinə mesaj gəlmiş, lakin növbənin hansı tarixdə müəyyənləşdirilməsi ilə bağlı heç bir mesaj gəlməmişdir. Buna görə də, viza almaq üçün səfirliyə dəvət ediləcəkləri vaxtla bağlı gəlməli olan mesajı gözləmişlər. Növbənin vaxtı gecikdiyindən və hər hansı sənəd toplanmadığından tanışı Zərərçəkmiş şəxs2 artıq getmək istəmədiyini deyib, ona verdiyi 975 (doqquz yez yetmiş beş) manat pulu geri tələb etmişdir. Raminin verdiyi 975 (doqquz yez yetmiş beş) manat pulu xərclədiyi üçün ona möhlət verməsini xahiş etmiş, lakin Ramin möhlət verməyib pulunu tələb etmişdir. Sonuncu dəfə 05 noyabr 2022-ci il tarixdə Ramin ona zəng edib bir gün ərzində verdiyi pulu qaytarmasa barəsində polisə müraciət edəcəyini demiş, lakin maddi vəziyyəti imkan vermədiyi üçün Raminə həmin məbləği qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 ondan xahiş etmişdir ki, vaxtı olmadığı üçün Raminin sənədlərini toplayıb, Litva Respublikası səfirliyinə versin, buna görə də o razı olub 975 (doqquz yez yetmiş beş) manat pulu götürmüş, lakin viza almaq müddəti uzandığı üçün Ramin Litva Respublikasına getməkdən imtina etdiyinə görə verdiyi 975 (doqquz yez yetmiş beş) manat pulu geri istədiyindən sənədlərini toplaya bilməmişdir. Zərərçəkmiş şəxs2 975 (doqquz yez yetmiş beş) manat pulu sonuncunun Litva Respublikasına gedib işləməsi üçün lazım olan sənədləri toplamaq üçün almış, lakin pula ehtiyacı olduğu üçün Ramindən aldığı 975 (doqquz yez yetmiş beş) manat pulu özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. Hacıqabul rayon sakinləri olan Cavid, Səxavət, Mehman və Namiq adlı şəxsləri əvvəllər iş yoldaşı olan Mehman və Namiq vasitəsilə tanımış, Cavid Mehmanın əmisi oğlu, Səxavət isə Mehmanın qaynıdır. Həmin şəxslərin hər birindən 730 (yeddi yüz otuz) manat olmaqla ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat almışdır. İş vizası almaq üçün online növbə götürən zaman, növbənin hansı tarixdə olacağı ilə bağlı mesaj təxminən altı-səkkiz həftə ərzində mail adresinə gəlməsini bilirmiş, buna görə də, vaxt olduğu üçün maddi vəziyyətilə bağlı pula ehtiyacı olduğundan müxtəlif yerlərə xərcləmişdir. Düşünmüşdür ki, vizanın verilməsi ilə bağlı müraciət ediləcək gün məlum olduqdan sonra, lazımi sənədlərin toplanmasında yuxarıda adları göstərilən şəxslərin verdikləri pulların əvəzinə haradansa pul tapıb öz hesabına ödənişlər edəcək, lakin Ramin, Cavid, Səxavət və Mehman viza götürülməsi ilə bağlı növbənin götürülməsi ilə bağlı təyin ediləcək gün barədə gəlməli olan mesajı gözləməyib, barəsində müraciətlər etmişdirlər. Namiq adlı şəxs isə onun barədə hər hansı şikayət etməmişdir, əksinə viza ilə bağlı təyin ediləcək növbənin vaxtını gözləmişdir. Zərərçəkmiş şəxs2 975 (doqquz yez yetmiş beş) manat, Cavid, Səxavət, Mehman və Namiq adlı şəxslər hər biri 730 (yeddi yüz otuz) manat məbləğdə olan pulları ona məxsus olan 5261 6333 3378 9742 nömrəli "xxxx" hesabına göndərmişlər. Həmin şəxslərin hesabına göndərdikləri pulların hamısını Sumqayıt şəhərindən, fərqli ünvanlarda yerləşən müxtəlif bankların bankomatlarından çıxardıb xərcləmiş, lakin həmin şəxslərin onun bank hesabına göndərdikləri pulları hansı ərazidən və hansı tarixdə çıxartması yadından deyil, o, əvvəllər insanların müxtəlif xarici ölkələrdə işə düzəlmələri ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmamış, sadəcə Namiq, Ramin, Cavid, Səxavət və Mehman adlı şəxslərin sənədlərini düzəltməyi üzərinə götürmüş, buna görə sonunculardan yuxarıda göstərdiyi məbləğdəki pulları almışdır, lakin həmin şəxslərə verdiyi vədi yerinə yetirməyib verdikləri pulları şəxsi istifadəsi üçün xərcləmişdir, həmçinin bildirmişdir ki, tutduğu əmələ görə peşmandır. O, ***-***-**-**, ***- ***-**-**, ********** saylı mobil nömrələrindən istifadə edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında X1 vasitəsi ilə tanımaqla, həmin şəxslə aralarında hər hansı münasibət, ədavət, davadalaş olmamışdır. 2022-ci ilin avqust ayında WhatsApp sosial qrupunda Emin Ağalarov ona demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs, Litvanya ölkəsinə işdəməyə sənədləri düzəldir və səs ataraq buna tam cavabdeh olmasını əgər pulu verməsə cavabdeh olduğunu, qaytarıb pulunu verəcəyini demişdir. Bununla bağlı səs yazısıda onda olmuşdur, işsiz olduğuna görə bununla razı olmuş və həmin ayda yəni 2022-ci ilin avqust ayında “WhatsApp” sosial qrupunda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, 20 yanvar adlanan yerdə bir neçə dəfə oturub həmsöhbət olmuşlar, onunla bərabər yuxarıda qeyd etdiyi ölkəyə bir neçə şəxslər də həmin şəxs ilə razılaşmışlar, onlardan adlarını bildiyi Cavid, Səxavət, Mehman, Namiq adlı şəxslər də olmuşdur. 22 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şamaxı rayonuna onun yanına gəlmiş, pdf ilə sənədlərini həmin günü göndərib Baki şəhərinə qayıtmış, həmin günü bir neçə saat keçdikdən sonra ona zəng edərək sənədlərin düzəlməsi üçün 985 (doqquz yüz səksən beş) manat pul lazım olduğunu telefon vasitəsi ilə demişdir, razılaşdıqdan sonra o, 22 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus olan 5261 6333 3378 9742 nömrəli "xxxx" hesabına ilkin olaraq 335 (üç yüz otuz beş) manat pul göndərmiş, daha sonra o, 01 sentyabr 2022-ci il taixdə təkrar Şamaxı rayon ’’Ocaq market” də yerləşən terminaldan 650 (altı yüz əlli) manat pulu Elməddinin 5261 6333 3378 9742 "xxxx" hesabına göndərmişdir. Kartdan pul çıxan zaman əlavə faiz tutulmasın deyə Elməddinə əlavə 10 (on) manat pul göndərməklə ümumilikdə 985 (doqquz yüz səksən beş) manat pulu Elməddinə göndərmişdir. Həmin kartda Təqsirləndirilən şəxs özünün kartıdır. Həmin şəxs Təqsirləndirilən şəxs realda görmüş şəxsiyyət vəsiqəsindəki adamdır. Onu da qeyd etmişdir ki, kart hesabına atdığı ümumi 985 (doqquz yüz səksən beş) manat pulun çekini saxlamamış, itirmişdir. Onunla birlikdə Cavid, Səxavət, Mehman, Namiq adlı şəxslərdən də hər birindən 730 (yeddi yüz otuz) manat pul almışdır. Cavid, Saxavət, Mehman pularını terminal vasitəsi ilə Hacıqabul rayonundan göndərmiş, Namiq isə Baki şəhəri Nərmanov rayonunda atmışlar. Elməddin hər birini aldadıb verdiyi vədə əməl etməmiş, telefonu olan ***-***-**-** mobil nömrəsinə təxmini 20 gün zəng çatmamış, bu nömrədən əlavə ***-***-**- ** mobil nömrəsinidə uzun müdətdir işlətməmiş, ***-***-**-** mobil nömrəsi ilə təxmini 10 gün öncə danışmış, pulunu qaytaracağını demişdir, lakin həmin müddətdən sonra nömrəsinə zəng çatmamışdır. Eləcə də özünün əslən Ağsunun Bico kəndindən doğulduğunu, Sumqayıt şəhərində yaşadığını demişdir. Elməddin onu aldadıb sertifikat və digər sənədləri düzəltmədiyi, eləcə də verdiyi 985 (doqquz yüz səksən beş) manat pulu qaytarmadığı üçün barədə 08 noyabr 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə müraciət etdikdən sonra Elməddin verdiyi 985 (doqquz yüz səksən beş) manat pulu geri qaytarmış, buna görə də Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün həmin şəxs barədə heç bir şikayəti, tələbi və mülki iddiasi yoxdur. Təqsirləndirilən şəxs sənədlərini xarici ölkəyə göndərmək üçün ondan 985 (doqquz yüz səksən beş) manat pulu telefon vasitəsi ilə istəmiş, Şamaxı rayon Ocaq marketdəki terminaldan 5261 6333 3378 9742 Təqsirləndirilən şəxs adında olan hesaba atmışdır, həmin məbləği göndərən zaman yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs tələbi budur ki, həmin şəxsin ələ keçirdiyi, verdiyi 985 (doqquz yüz səksən beş) manat pulu geri qaytarması olmuşdur, həmin şəxs ona vurduğu maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məhkəmə baxış iclaslarına gəlmədiklərinə görə barələrində məcburi gətirilmə tətbiq edilmiş və qərar icra olunması üçün Hacıqabul rayon Polis Şöbəsinə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsində Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 yaşadığı ünvanlarda olunmuş, valideynləri izahat verməklə onların işləmək üçün hal-hazırda Rusiya Federasiyasının Amur Vilayətinə getmişlər. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərdi ki, həmkədliləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ilə birlikdə məsləhətləşmişlər ki, onlara kömək edən olsaydı birlikdə gedib xarici dövlətdə işləyərdilər. Təxminən 2022-ci ilin iyul ayında Mehman Emin adlı tanışı olduğunu və bu işdə tanışları olduğunu bildirmiş və Eminlə telefonla əlaqə saxlamışdır. Emin Rusiya Federasiyasının Amur şəhərinə işləmək üçün aparacağına imkan olduğunu demiş və bildirmişdi ki, görüşüb söhbət etdikdən sonra X2 istifadə etdiyi 051 ***-**-** saylı nömrəsini almışdır. Təxminən 25 iyul 2022-ci il tarixdə Eminlə əlaqə saxlamış, Eminə bir neçə sənəd hazırlayıb vermişlər, lakin Eminə pul verməmişlər. Lakin bir neçə ay sonra Emin bildirmişdir ki, Amura yığım dayandırılıb, lakin 10 gün müddətinə Litvaya yığım olacaq, istəyirlərsə oraya adlarını yazdıra bilər. Onlar aralarında məsləhətləşmiş və razılaşmışlar. Səxavət Eminə “Whatshapp” vasitəsi ilə yazaraq Litvaya getmələrinə razı olduqlarını bildirmişdir. Emin bir nəfər şəxslə onları tanış edəcəyini, həmin şəxs getmək üçün hansı sənədlər lazım olacağını deyəcəyini bildirmişdir. 08 avqust 2022-ci il tarixdə Səxavətin “Whatshapp” nömrəsinə Elməddin adlı şəxs zəng etmişdir. Danışdıqdan sonra Eminin Səxavətin nömrəsini Elməddinə verməsini bilmişdirlər. Elməddin 730 (yeddi yüz otuz) manat pul müqabilində onları Litvaya işləməyə aparacağını demiş, onlar Elməddinin dediyinə razı olmuşlar. Elməddin Səxavətə "xxxx" ASC tərəfindən verilmiş plastik kartı atmış və 730 (yeddi yüz otuz) manat pulu həmin karta göndərməyi demişdir, lakin Elməddinə işlə bağlı görüşmək istədiklərini bildirmişlər. Elməddin Sumqayıt şəhərində Alman parkında görüş təyin etmişdir. 08 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Səxavət və Bakı şəhərində tanışları olan Şahid ilə birlikdə Sumqayıt şəhərinə getmiş və Elməddinin mobil telefonuna zəng edərək Sumqayıt şəhərində Alman parkında olduqlarını bildirmişlər. Elməddin parkın axırında kafedə olduğunu demiş, bundan sonra onlar birlikdə kafeyə getmiş və Elməddinlə görüşmüşlər. Elməddin 730 (yeddi yüz otuz) manat pulu verəcəklərini, sənədlərin hamısını sonuncunun özünün toplayacağını bildirmişdir. Səxavət Eminin mobil telefonuna zəng edib Elməddini tanımadıqlarını, Elməddinin onların hər birindən 730 (yeddi yüz otuz) manat pul istədiyini, Elməddinə pulu verib-verməməmək barədə soruşmuşlar. Emin demişdir ki, “pulu Elməddinə verin mən cavabdehəm”. Kafedə Səxavətlə hərəsi 500 (beş yüz) manat olmaqla cəmisi Elməddinə 1000 (bir min) manat pul vermişlər. Mehmanın mobil telefonuna zəng edib işlə bağlı Elməddinə 1000 (bir min) manat pul verdiklərini bildirmiş, sonra Hasıqabul rayonuna qayıtmışlar. Həmin günü saat 21:00 radələrində Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yerləşən Elnurun mağazadan aparat vasitəsi ilə Elməddinin onlara göndərdiyi "xxxx" tərəfindən verilmiş plastik karta 460 (dörd yüz altmış) manat pul göndərmişlər ki, yəni Səxavətlə ikisinin puludur. 09 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində yeznəsi Mehman işdə olduğundan gedib Mehmanın evindən özünün razılığı ilə pulu götürüb yenə həmin mağazadan terminal vasitəsi ilə Elməddinin plastik kartına 730 (yeddi yüz otuz) manat Mehmanın pulunu da göndərmişlər. Elməddin 7-10 gün ərzində Litvaya gedəcəklərini bildirmişdir. Elməddin mobii telefona onları Avropa qrupuna atmış və hansı tarixdə gedəcəkləri barədə onlara məlumat verəcəyini demişdir. Bundan 10 gün keçdikdən sonra Elmədindən işlə bağlı maraqlanmışlar, səbirli olmağı, 10 gün müddətinə gedəcələrini bildirmişdir. O və Səxavət həmçinin Mehman hərdəfə zəng etdikdə Elməddin müxtəlif bəhanələr gətirmişdir. Bu vaxta qədər Elməddinlə dəfələrlə əlaqə saxladıqda müxtəlif bəhanələrlə onları aldatmışdır. Eminə də zəng edib Elməddinin onları aldatması barədə danışmışlar. Emin də, onlara səbrli olmağı məsləhət görmüşdür. Sonra Emin gedib Elməddindən şikayət etmələrini məsləhət görmüşdür. Elməddin barədə 15 noyabr 2022-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinə müraciət etdikdən sonra Elməddin verdiyi 730 (yeddi yüz otuz) manat pulu geri qaytarmışdır, buna görə də Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün həmin şəxs barədə heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Litvaya işə getmək üçün sənədlərin düzəlməsinə görə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Alman parkı adlanan kafedə özü üçün 500 (beş yüz) manat, Səxavət üçün 500 (beş yüz) manat olmaqla cəmisi 1000 (bir min) manat Elməddinə pul vermişlər. Sonra həmin tarixdə Hacıqabul rayonu Qubalıbaloğlan kəndinə gəlib mağazada olan terminal vasitəsi ilə Elməddinin onlara verdiyi "xxxx" ASC tərəfindən verilmiş plastik karta o, 230 (iki yüz otuz) manat, Səxavət də 230 (iki yüz otuz) manat olmaqla cəmisi 460 (dörd yüz altmış) manat pul göndərmişlər. xx.xx.2022-ci il tarixdə də yenə Qubalıbaloğlan kəndində həmin mağazada olan terminal vasitəsi ilə Elməddinə Mehmanın 730 (yeddi yüz otuz) manat pulunu köçürmüşlər. Beləliklə Elməddin hər birisi 730 (yeddi yüz otuz) manat olmaqla cəmi 2190 (iki min yüz doxsan) manat pullarını aldadaraq ələ keçirmişdir. Sumqayıt şəhərində Alman parkında kafedə Elməddinə pulu verdikdə yanında Səxavət və Namiq olmuşdur. Elməddin qardaşı kimi təqdim etdiyi adını bilmədiyi bir nəfər şəxs olmuşdur. Başqa heç kim olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2022-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdi ki, həmkədliləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə birlikdə onlara kömək edən olsaydı birlikdə gedib xarici dövlətdə işləmələri barədə məsləhətləşmişlər. Təxminən 2022-ci ilin iyul ayında Mehman istifadəsində olan 070 ***-**- ** saylı nömrə ilə onun istifadəsində olan 070 ***-**-** saylı nömrəsinə zəng edərək Emin adlı tanışı olduğunu, Eminin onları Rusiya Federasiyasının Amur şəhərinə işləmək üçün aparacağını demişdir. Mehmandan Eminin istifadə etdiyi 051 ***-**-** saylı nömrəsini almışdır. Təxminən 25 iyul 2022-ci il tarixdə istifadəsində olan 070 ***-**-** saylı nömrə ilə Eminin istifadəsində olan 051 ***-**-** saylı nömrəsinə zəng edərək mobil telefon nömrəsini aldığını və Rusiya Federasiyasının Amur şəhərinə işləmək üçün adam apardığını demişdir. Emin ona 1500 (bir min beş yüz) manat pul müqabilində Rusiya Federasiyasının Amur şəhərinə işləmək üçün adam apardığını bildirmişdir. Eminə işlə əlaqədar görüşmək istədiyini bildirmiş və onlar Bakı şəhərində “20 Yanvar” metro stansiyasının yaxınlığında görüş təyin etmişlər. 26 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhərinə getmiş və saat 12:00 radələrində “20 Yanvar” metro stansiyasının yaxınlığında Eminlə görüşmüş, birlikdə gedib kafedə oturmuşlar. Emin “Rezonas” şirkəti vasitəsi ilə Amur şəhərinə gedəcəklərini, orada boru “mantajı” işinə aparacağını, 01 saat işin müqabilində 4,5 ABŞ dolları alacaqlarını demişdir. Emin gedib evdə məsləhətləşmələrini, dəqiq fikriləri olduğu halda şəxsiyyət vəsiqələrinin fotoşəklini göndərmələrini bildirmişdir. Eminə hazırda pulları olmadığını, gedib işlədikdə 01 ay müddətinə 1500 (bir min beş yüz) manat pulu ödəyəcəklərini dedikdə Emin razı olmuşdur. O, Cavid ilə birlikdə Hacıqabul rayonuna qayıtmışdır. Həmin günü saat 17:30 radələrində Eminin mobil telefonuna zəng edib işə getməyə razı olduqlarını bildirmişdir. Emin ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələrinin fotoşəklini çəkib göndərməyi demişdir. Özünün və Cavidin şəxsiyyət vəsiqəsinin və pasportun şəklini çəkib Eminin mobil telefonuna “Whatshapp” vasitəsi ilə göndərmişdir. Emin yaxın günlərdə məlumat verəcəyini bildirmiş, təxminən 07 gün sonra Eminin mobil telefonuna yazaraq işdən xəbər olub-olmadığını soruşmuş, Emin səbirli olmağı, yaxın gündə xəbər olacağını demişdir. Bundan təxminən 05 gün sonra Eminlə əlaqə saxladıqda Amura yığım dayandığını, 10 gün müddətinə Litvaya yığım olacağını, istəyirlərsə oraya adınızı yazdırmasını təklif etmiş, o, Cavid və Mehmanla məsləhətləmiş və birlikdə Litvaya getməyə razılıq vermişdirlər. O, həmin günü Eminə “Whatshapp” vasitəsi ilə yazaraq Litvaya getməyə razı olduqlarını bildirmişdir. Emin bir nəfər şəxslə onları tanış edəcəyini, həmin şəxs getmək üçün hansı sənədlər lazım olacağını deyəcəyini bildirmişdir. 08 avqust 2022-ci il tarixdə saat 09:00 radələrində istifadəsində olan 070 ***-**-** saylı nömrəyə 077 ***-**-** saylı nömrədən “Whatshapp” vasitəsi ilə yazan şəxs onun nömrəsini Emin verdiyini, adının Elməddin olduğunu, 730 (yeddi yüz otuz) manat pul müqabilində onları Litvaya işləməyə aparacağını demişdir. Elməddinin dediyinə razı olmuş, sonra Elməddin ona "xxxx" tərəfindən verilmiş plastik kartı göndərmiş və 730 (yeddi yüz otuz) manat pulu həmin karta göndərməsini istəmişdir. Elməddinə işlə bağlı görüşmək istədiyini bildirmiş, Elməddin Sumqayıt şəhərində Alman parkında görüş təyin etmiş, 08 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Cavid və Şahid ilə birlikdə Sumqayıt şəhərinə getmişlər. O, Elməddinin mobil telefonuna zəng edib Sumqayıt şəhərində Alman parkında olduğunu bildirmiş, Elməddin parkın axırında kafedə olduğunu dedikdən sonra onlar birlikdə kafeyə getmiş və Elməddinlə görüşmüşdürlər. Elməddin 730 (yeddi yüz otuz) manat pul verəcəklərini və bundan sonra sənədlərin hamısını toplayacağını bildirmişdir. Eminin mobil telefonuna zəng edib Elməddini tanımadığını, Elməddinin ondan 730 (yeddi yüz otuz) manat pul İstədiyini, Elməddinə pulu verib-verməsini soruşmuşdur. Emin pulu Elməddinə verməsini, pula cavabdeh o, olduğunu bildirmişdir. Kafedə özü üçün və Cavid üçün hərəsi 500 (beş yüz) manat olmaqla cəmisi Elməddinə 1000 (bir min) manat pul vermişlər. O, Mehmanın mobil telefonuna zəng edib işlə bağlı Elməddinə 1000 (bir min) manat pul verdiyini bildirmiş, sonra Hasıqabul rayonuna qayıtmışdırlar. Həmin günü saat 21:00 radələrində Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində mağazadan aparat vasitəsi ilə Elməddinin ona göndərdiyi "xxxx" tərəfindən verilmiş plastik karta 460 (dörd yüz altmış) manat pul göndərmişdir. 09 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Cavid mobil telefonuna zəng edib Mehmanın işdə olduğunu, birlikdə gedib Mehmanın evindən pulu götürüb Elməddinə göndərməyi bildirmiş, Cavidə başqa yerdə olduğunu, pulu tək götürməsini xahiş etmişdir. Bundan 01 saat sonra Cavid zəng edib pulun onda olduğunu, haçan gələcəyini soruşmuş, Cavidə 40 dəqiqəyə gələcəyini bildirmişdir. O, gəlib Cavidlə birlikdə Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində mağazaya gedərək Elməddinin ona verdiyi plastik karta 730 (yeddi yüz otuz) manat pulu göndərmişdirlər. Elməddin 7-10 gün ərzində Litvaya gedəcəklərini bildirmişdir. Elməddin mobil telefonda “Whatshapp” sosial şəbəkəsində Avropa adlı qrupuna atmış və hansı tarixdə gedəcəkləri barədə onlara məlumat verəcəyini demişdir. Bundan 10 gün keçdikdən sonra Elmədindən işlə bağlı maraqlanmiş, sonuncu ona səbirli olmağı, 10 gün müddətinə gedəcəklərini bildirmişdir. Hər dəfə zəng etdikdə Elməddin müxtəlif bəhanələr gətirmiş, artıq Elməddinin mobil telefonuna zəng çatmadığı üçün təxminən 2022-ci ilin sentyabr ayının ortalarında Eminin mobil telefonuna zəng edib Elməddinin ona müxtəlif bəhanələr gətirdiyini, hazırda telefonuna zəng çatmadığını bildirmişdir. Emin onların pulunu alıb verəcəyini, onlardan birini qrup rəhbəri təyin edib şirkətlə danışdıracağını demişdir. Təxminən 20 sentyabr 2022-ci il tarixdə Elməddin mobil telefonuna zəng edərək 05 gün ərzində gedəcəklərini bildirmişdir. Bundan 05 gün sonra Elməddinin mobil telefonuna zəng etdikdə müxtəlif bəhanələr gətirmiş, sonra Elməddinin mobil telefonuna zəng çatmadığı üçün Eminin mobil telefonuna zəng edib pullarını qaytarmasını istəmişdir. Emin narahat olmamağı, Elməddinlə əlaqə yaradacağını, səbirli olmağı demiş, sonra Emin gedib Elməddindən şikayət etməyi məsləhət görmüşdür. Elməddin barədə 15 noyabr 2022-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinə müraciət etdikdən sonra Elməddin verdiyi 730 (yeddi yüz otuz) manat pulu geri qaytarmışdır, buna görə də Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün həmin şəxs barədə heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Litvaya işə getmək üçün sənədlərin düzəlməsinə görə o, Sumqayıt şəhərində Alman parkı adlanan kafedə özü üçün 500 (beş yüz) manat, Cavid üçün 500 (beş yüz) manat olmaqla cəmisi 1000 (bir min) manat pul vermişdir. Sonra isə Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində mağazadan ödəmə terminalı vasitəsi ilə Elməddinin ona nömrəsini verdiyi "xxxx" tərəfindən verilmiş plastik karta o, 230 (iki yüz otuz) manat, Cavid də 230 (iki yüz otuz) manat olmaqla cəmisi 460 (dörd yüz altmış) manat pul göndərmişlər. Sumqayıt şəhərində Alman parkında kafedə Elməddinə pulu verdikdə yanında Cavid və Namiq olmuşdur. Elməddin qardaşı kimi təqdim etdiyi adını bilmədiyi bir nəfər şəxs olmuşdur. Başqa heç kim olmamışdır. Kartın üzərində olan nömrələri xatırlamır. Kart üzərində Elməddini adı qeyd edilmişdir. Elməddin və Emin Sumqayıt şəhərində yaşadıqlarını demişlər, lakin həmin şəxslərin hansı ünvanda yaşamalarını dəqiq bilmir və şəxsiyyətləri barədə heç bir məlumatı yoxdur. Sumaqyıt şəhərində 10 (on) ədəd 100 (bir yüz) manatlıq pul əskinazları olmaqla cəmisi 1000 (bir min) manat pul vermişdir. Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində aparat vasitəsi ilə 100 (bir yüz) manatlıq, 50 (əlli) manatlıq və 20 (iyirmi) manatlıq pul əskinazları olmaqla cəmisi 460 (dörd yüz altmış) manat pul göndərmişdir. Səhəri günü isə Mehmanın işə düzəlmək pulunu 100 (bir yüz) manatlıq, 50 (əlli) manatlıq, 20 (iyirmi) manatlıq və 10 (on) manatlıq pul əskinazları olmaqla cəmisi 730 (yeddi yüz otuz) manat pulu Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində mağazadan aparat vasitəsi ilə Elməddini göndərdiyi karta atmışdır İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərdi ki, həmkədliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə onlara kömək edən olsaydı birlikdə gedib xarici dövlətdə işləmələri barədə məsləhətləşmişdirlər. Təxminən 2022-ci ilin iyul ayında istifadəsində olan 070 ***-**-** saylı nömrə ilə Səxavətin İstifadəsində olan 070 ***-**-** saylı nömrəyə zəng edərək Emin adlı tanışı olduğunu, Eminin onlan Rusiya Federasiyasının Amur şəhərinə işləmək üçün aparacağını demişdir. Eminin istifadə etdiyi 051 ***-**-** saylı nömrəni Səxavətə vermiş, təxminən 25 iyul 2022-ci il tarixdə istifadəsində olan 070 ***-**-** saylı nömrə ilə Eminin istifadəsində olan 051 ***- **-** saylı nömrəsinə zəng Rusiya Federasiyasının Amur şəhərinə aparmasını istəmişdir. Emin ona 1500 (bir min beş yüz) manat pul müqabilində Rusiya Federasiyasının Amur şəhərinə işləmək üçün adam apardığını bildirmişdir. Eminə işlə əlaqədar görüşmək istədiyini bildirmiş və onlar Bakı şəhərində “20 Yanvar” metro stansiyasının yaxınlığında görüş təyin etmişdir. 26 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhərinə getmiş və saat 12:00 radələrində “20 Yanvar” metro stansiyasının xanınlığında Eminlə görüşmüşlər, birlikdə gedib kafedə oturmuşlar. Emin “Rezonas” şirkəti vasitəsi ilə Amur şəhərinə gedəcəklərini, orada boru “montajı” işinə aparacağını, 01 saat işin müqabilində 4,5 ABŞ dolları alacaqlarını demişdir. Emin gedib evdə məsləhətləşmələrini, dəqiq fikirləri olduğu halda şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərməyi bildirmişdir. Eminə hazırda pullarının olmadığını, gedib işlədikdə 01 ay müddətinə 1500 (bir min beş yüz) manat pulu ödəyəcəklərini dedikdə Emin razı olmuşdur. O, Cavid ilə birlikdə Hacıqabul rayonuna qayıtmış, həmin günü saat 17:30 radələrində Eminin mobil telefonuna zəng edib işə getməyə razı olduğunu bildirmişdir. Emin ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələrinin fotoşəklini çəkib göndərməyi tapşırmış, özünün və Cavidin şəxsiyyət vəsiqəsinin və pasportun şəklini çəkib Eminin mobil telefonuna “Whatshapp” vasitəsi ilə göndərmişdir. Emin yaxın günlərdə məlumat verəcəyini bildirmiş, təxminən 07 gün sonra Eminin mobil telefonuna yazaraq işdən xəbər olub-olmadığını soruşmuş, Emin səbirli olmağı, yaxın gündə xəbər olacağını demişdir. Bundan təxminən 05 gün sonra Eminlə əlaqə saxladıqda Amura yığım dayandığını, 10 gün müddətinə Litvaya yığım olacağını, istəyirlərsə oraya adlarını yazdırmağı təklif etmiş, o, Cavid və Mehmanla məsləhətləşmiş və birlikdə Litvaya getməyə razılıq vermişdirlər. O, həmin günü Eminə “Whatshapp” vasitəsi ilə yazaraq Litvaya getmələrinə razı olduqlarını bildirmişdir. Emin bir nəfər şəxslə onları tanış edəcəyini, həmin şəxs getmək üçün hansı sənədlər lazım olacağını deyəcəyini bildirmişdir. 08 avqust 2022-ci il tarixdə saat 09:00 radələrində Səxavət mobil telefonuna zəng edərək Elməddin adlı şəxslə işlə bağlı Sumqayıt şəhərinə görüşməyə getdiyini demişdir. O, həmin vaxtı Şamaxı rayona getdiyi üçün Səxavətlə birlikdə gedə bilməmişdir. Həmin günü saat 11-12 radələrində Səxavət mobil telefonuna zəng edərək Litvaya işlə bağlı gedəcəklərini, getmək üçün sənədlərin düzəldilməsinə 730 (yeddi yüz otuz) manat pul lazım olduğunu, hər adam üçün yəni Cavidlə hərəsi 500 (beş yüz) manat olmaqla cəmisi Elməddinə 1000 (bir min) manat pul verdiklərini demişdir. 09 avqust 2022-ci il tarixdə Cavidin mobil telefonuna zəng edərək işdən çıxa bilmədiyini, gedib evdən 730 (yeddi yüz otuz) manat pulu götürüb işlə bağlı Elməddinə göndərməyi xahiş etmişdir. Bundan sonra təxminən saat 13:00 radələrində Cavid zəng edib 730 (yeddi yüz otuz) manat pulu Elməddinə göndərdiyini bildirmiş, Elməddin qrup yaratmış və həmin qrup vasitəsilə özü Elməddinin mobil telefonuna zəng edib işlə maraqlandıqda müxtəlif bəhanələr gətirmişdir. Qeyd etmişdir ki, 2021-ci ilin mart-aprel ayında Elməddinlə birlikdə Bakı şəhərində X5 boruçu işləmişlər. Elməddin barədə 15 noyabr 2022-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinə müraciət etdikdən sonra Elməddin verdiyi 730 (yeddi yüz otuz) manat pulu geri qaytarmış, buna görə də Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün həmin şəxs barədə heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Litvaya işə getmək üçün sənədlərin düzəlməsi məqsədi ilə Elməddinə 730 (yeddi yüz otuz) manat pul vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 xx.xx.2022-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs təxminən bir ildir tanımaqla, həmin şəxslə münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təxminən 2022-ci ilin avqust ayında tanışı Emin adlı şəxslə telefonda danışan zaman sonuncuya xarici ölkələrin birində işləmək istədiyini, lakin necə getmək lazım olduğunu bilmədiyini demiş, Emin ona Elməddinin də, xarici ölkələrin birinə işləmək üçün gedəcəyini deyib, lazımi sənədləri həmin şəxsdən öyrənə biləcəyini məsləhət görüb, əgər istəyirsə nömrəsini Elməddinə verə biləcəyini demiş, o, Emindən nömrəsini Elməddinə verməsini xahiş etmiş, həmin gün Elməddin ona zəng etmiş, telefonla danışdıqdan sonra 08 avqust 2022-ci il tarixdə Elməddinlə Sumqayıt şəhərində yerləşən “Alman Parkı”nın yaxınlığında görüşüb söhbət etmək qərarına gəlmişdirlər. Bu barədə iş yoldaşı olan Zərərçəkmiş şəxs4 danışmış, söhbət zamanı Mehman da, xarici ölkəyə getmək istədiyini, hətta həmkəndliləri Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs3 da, 08 avqust 2022-ci il tarixdə Elməddinlə görüşəcəklərini demişdir. Deyilən tarixdə Cavid və Səxavət ilə birlikdə deyilən parka gedib Elməddinlə görüşüb, birlikdə söhbət etmiş, söhbət zamanı Elməddin hərəsinə 730 (yeddi yüz otuz) manat pul verəcəklərini, sənədlərin hamısını Elməddin özü toplayacağını bildirmişdir. Səxavət Eminin mobil telefonuna zəng edib Elməddİni tanımadıqlarını, Elməddinİn onlardan hər birisinə 730 (yeddi yüz otuz) manat pul İstədiyini, Elməddinə pulu verib-verməmək barədə soruşmuşlar. Emin pulu Elməddinə vermələrini, cavabdeh olduğunu demişdir. X4 hərəsinə 500 (beş yüz) manat olmaqla cəmisi Elməddinə 1000 (bir min) manat pul vermişlər, hal-hazırda üzərində o qədər pul olmadığını, pul tapan kimi verəcəyini demiş, daha sonra oradan ayrılmışdırlar. 09 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 5 saylı Asan xidmətdə Elməddinə məxsus 5261 6333 3378 9742 nömrəli "xxxx" hesabına ödəmə terminalı vasitəsilə göndərmiş və Elməddinin Litva Respublikasına getmək üçün lazım olan sənədlərin düzəlməsində və viza ilə bağlı online məktub gəlmədiyi üçün verdiyi 730 (yeddi yüz otuz) manat pulu qaytarmasını istəmişdir. Bir neçə gün keçdikdən sonra Elməddin verdiyi 730 (yeddi yüz otuz) manat pulu ona geri qaytarıb, vizanın gecikməsi ilə bağlı üzr İstəmişdir. Daha sonra isə Cavid, Mehman, Səxavətin Elməddin barədə polisə müraciət etmələrindən məlumatı olmuşdur. Elməddin ona hər hansı maddi ziyan yetirməmişdir. Buna görə də həmin şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 15 noyabr 2022-cİ il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 iştirakı ilə pulu Təqsirləndirilən şəxs göndərdiyi Şamaxı şəhəri, “Ocaq” marketdə ödəmə terminalları yerləşən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pulların bir hissəsi həmin terminal vasitəsi ilə sonuncunun kartına göndərilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-dən daxil olan materiala əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakı ilə pulun göndərildiyi hadisə yerində - Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində yerləşən ərzaq mağazasındakı “E-manat” terminalının yanında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pulların bir hissəsi həmin terminal vasitəsi ilə sonuncunun kartına göndərilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-dən daxil olan materiala əlavə edilmiş 15 noyabr 2022-cİ il tarixli “könüllü təqdim edilən bir ədəd qəbzin kserosurətinin götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 Hacıqabul RPŞ-nin ТВ-nə təqdim etdiyi bir ədəd qəbzdə göstərilmişdir ki, "xxxx" MMC-nin Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində ərzaq mağazasında yerləşdirdiyi “Emanat” terminalından xx.xx.2022-ci il tarixdə saat 12:35 radələrində Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid “Kartmane+” debit kartına 730 (yeddi yüz otuz) manat pul köçürülmüşdür. İstintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən qəbzin kserosurəti götürülərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən diskdə daxil olmuş məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına ******* ****** 9742 nömrəli plastik kart və 418980 ****** 5140 nömrəli plastik kartları olması müəyyən edilmişdir. Ödənişlərin isə ******* ****** 9742 nömrəli plastik kart vasitəsi ilə həyata keçirildiyi müəyyən edilmişdir. Belə ki, iş üzrə karta pul mədaxil edilən tarix üzrə, yəni xx.xx.2022-ci il tarixdə karta 458 AZN, xx.xx.2022-ci il tarixdə karta 730 AZN, xx.xx.2022-ci il tarixdə karta 335 AZN, xx.xx.2022-ci il tarixdə karta 650 AZN dəyərində pullar mədaxil edilmiş, qeyd edilən kartdan həmin pulların Təqsirləndirilən şəxs tərəfindən çıxarıldığı müəyyən edilmiş, lakin "xxxx" ASC-nin ATM Sumqayıt N.Nərimanov küçəsinə aid görüntülər yenilənmə səbəbindən təqdim edilmədiyi üçün Təqsirləndirilən şəxs ələ keçirdiyi pulları kartdan çıxardığı vaxt çəkilmiş fotogörüntülərin protokola əlavə edilməsi mümkün olmamışdır. ATM Sumqayıt filialında isə Təqsirləndirilən şəxs qanunsuz olaraq ələ keçirdiyi pulları çıxardığı tarixlər qeydə alınmamışdır. İş materiallarında olan aparılmış istintaq zamanı əməliyyat tapşırığı verilmiş, Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubundan göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə ələ keçirdiyi pulları şəxsi istifadəsi üçün xərcləməsi müəyyən edilmişdir, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından xarici ölkələrə vizaların alınması və səfərlərin edilməsinin təşkili üzrə konkret olaraq hər hansı bir şəxsin vasitəsi ilə əlaqəsi və müraciəti müəyyən edilməmiş, həmin əməllərin törədilməsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olması, digər şəxslərin ona hər hansı bir formada köməklik etməsi müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 başqa hər hansı şəxs və ya şəxsləri də qeyd edilən yollarla aldadıb pullarını, əmlakını ələ keçirməsi, digər hansı şəxs və ya şəxsləri aldatması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən 5261 6333 3378 9742 nömrəli "xxxx" ASC-dəki hesabına pulları göndərildikdən sonra həmin pulları hansı ərazidən çıxarması, Təqsirləndirilən şəxs törətdiyi əməlin törədilməsində X1 ilə qabaqcadan əlbir olması, Emin Ağalarovun hər hansı bir formada ona köməklik etməsi və Təqsirləndirilən şəxs başqa hansı cinayət əməllərini törətməsi törətməsi müəyyən edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4809 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X6 tərəfindən verilmiş 1973 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Psixiatriya Xəstəxanasına və ərazi poliklinikasının psixiatrik kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2013-cü il təvəllüdlü Şeydayev Elman Elməddin oğlu). İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 310 və 32,4, 312-ci maddələrinin, zərərçəkmiş şəxslərin əməllərində isə Azərbaycan Respublikası CM-nin 32,4 312-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi istintaq olunmuş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən barəat verməyən əsaslarla xitam verilmişdir. O, əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun təqsiri zərərçəkmiş şəxslərin, şahid ifadəsi və işdə olan digər sübutlarla təsdiqini tapmışdır, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 193/A ünvanı tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-341/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-341/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver