Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-341/2024 19.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 5239 1517 5879 0029 nömrəli “Bir Bank” debet hesab kartına informasiya texnologiyalarından istifadə edib qanunsuz daxil olaraq hesab kartından 500 manat pul vəsaitini özünə məxsus telefonda quraşdırılmış “Bir Bank” mobil tətbiqi vasitəsilə 4169 7388 0997 5711 hesab kartına köçürərək gizli talayıb elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsində “beton zavodun” yaxınlığında olan yeməkxanada işləyən vaxt tanış olmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəllərində Ziya ona özünə məxsus “Redmi 10 markalı” mobil telefonunu 200 manata satmaq istədiyini bildirmiş, o da həmin telefonu Ziyadan aylıq 100 manat ödəmək şərti ilə almağa razı olduğunu sonuncuya bildirmişdir. Ziya ona telefonu verməmişdən əvvəl özü telefonun yaddaşını sildiyini bildirmiş, daha sonra Ziya ona təkrarən telefonda şəkil qalıbsa silməyi demişdir. O da telefonda olan şəkil, videoları silib sonra telefonu Ziyaya göstərmiş, heç nə qalmadığını bildirmişdir. Bir neçə gün sonra o, həmin telefona “Birbank” mobil tətbiq proqramı yüklədikdən sonra öz “Birkart” kartını əlavə etmişdir. Sonra o, öz şifrəni daxil etmək istəmiş, şifrə proqram tərəfindən dəstəklənməmiş, daha sonra o, “şifrəni unutmuşam” düyməsinə basmış, bundan sonra öz mobil nömrəsini daxil etmiş, öz kartının və cvc nömrəsini yazmışdır. O, proqramda qeydiyyatdan keçən kimi öz kartından əlavə 5239 1517 5879 0029 nömrəli başqa kart da gəlmişdır. Özünün kartının nömrəsi isə 4169 7388 0997 5711 nömrəli "xxxx" ASC-yə məxsus kart olmuşdur. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanının qarşısında olanda xalası oğlu X2 ona əvvəlcədən ondan borc istəmiş və o, 25 manat məbləği "xxxx" ASC-yə aid kartına, yəni 4169 7388 0997 5711 nömrəli hesaba pul göndərmişdir. Onun 25 manat kafeyə borcu olduğu üçün borcunu ödəmək məqsədi ilə “Birbank” mobil tətbiq proqramına daxil olmuşdur. Bu zaman onun 4169 7388 0997 5711 nömrəli hesabından başqa 5239 1517 5879 0029 nömrəli hesabın olduğunu görmüşdür. Həmin hesabın kənarında kiçik kart işarəsini və həmin kartın üstündə isə 1500 manat pul olduğunu görmüşdür. Əvvəlcə xalası oğlu Rüfətə zəng edərək onun bank kartına hansı məbləğdə pul köçürdüyünü soruşmuş, Rüfət də ona 25 manat pul köçürdüyünü bildirmişdir. O, həmin 5239 1517 5879 0029 saylı hesabdan 500 manat pulu hissə-hissə, yəni ilk dəfə 200 manat, ikinci dəfə 200 manat və sonuncu dəfə isə 100 manat məbləğləri öz "xxxx" ASC-yə aid 4169 7388 0997 5711 saylı hesabına göndərmişdir. Dərhal həmin hesab bağlanmış və “Birbank” proqramı bloklanmışdır. O, həmin tarixdə yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsində yerləşən “Qayalı” marketin qarşısında yerləşən "xxxx" ASC-yə aid istifadəsində olan bank kartından 4169 7388 0997 5711 saylı hesabdan 500 (beş yüz) manat nağd şəkildə pul çıxarmışdır. O, 500 manat pulu öz ehtiyaclarına xərcləmiş və borcunun bir qismini ödəmişdir. Səhəri gün o, N saylı НН-dən saat 17 radələrində çıxarkən Zərərçəkmiş şəxs onu gözlədiyini görmüşdür. Ziya ona məxsus "xxxx" ASC-yə aid “Bir Kart” ından 500 manat pulun çıxarılmasını və həmin pulu onun çıxarıb-çıxarmadığını soruşmuşdur. O isə yalandan Zərərçəkmiş şəxs onun kartından 500 manat pul çıxarmadığını bildirmişdir. Sonradan o, oradan uzaqlaşıb getmiş və Ziyaya onun kart hesabından 500 manat pulunu çıxarmağı barədə heç bir söz deməmiş və etdiyi əməli etiraf etməmişdir. Təxminən 10 gün sonra ona polis əməkdaşları zəng edərək bu hadisə barədə məlumat vermişlər. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayəti yoxdur. Göstərilən halları, həmçinin əmə nəzərə alaraq ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, sonuncuya qarşı tələb və şikayətinin olmamasını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, ifadəsində göstərmişdir ki, 26 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-dən içərisində 1500 manat olan “Bir Bank” kerdit kartını əldə etmişdir. Həmçinin özünə məxsus “Samsung” markalı mobil telefonuna “Bir Bank” mobil tətbiq proqramını yükləmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində "xxxx" ASC-dən əldə etdiyi istifadəsində olan 5239 1517 5879 0029 saylı bank kart hesabından hissə-hissə, yəni ilk dəfə 200, ikinci dəfə 200 və sonuncu dəfə isə 100 manat, ümumilikdə isə 500 (beş yüz) manat olmaqla naməlum hesaba köçürülməsini aşkar etmişdir. O, həmin tarixdə "xxxx" ASC-yə və sonra da DİN-nin 102 xidməti zəng mərkəzinə hesabından 500 manat pulun oğurlanması barədə məlumat vermişdir. O, daha sonra Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir. O, polisə müraciətdən sonra onun kart hesabından 500 manat pulu Təqsirləndirilən şəxs mobil tətbiq proqramı vasitəsi ilə öz kart hesabına köçürdüyünü bilmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanımış, onlar birlikdə Sumqayıt şəhərinə N saylı hərbi hissədə mülki işçi kimi də işləmişlər. O, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəlində özünə məxsus “Redmi 10” markalı mobil telefonu 200 manata satmış, həmin mobil telefonun içində “Birbank” mobil tətbiq proqramı yüklənmiş, təhlükəsizlik kodu telefonun yaddaşında qeydə alınmışdır. O, mobil telefonu Səid adlı şəxsə satdıqdan sonra Səid onun xəbəri olmadan həmin mobil telefonda olan “Bir Bank” tətbiqi vasitəsi ilə onun 5239 1517 5879 0029 saylı kart hesabında olan 1500 manat puldan 500 manatını öz kart hesabına köçürərək oğurluq etmişdir. O, mobil telefonunda olan “Bir Bank” proqramının mesaj bölməsinə 500 manat pulların çıxarılmasını aşkar etdikdən sonra dərhal kartı blok etmişdir. O, Təqsirləndirilən şəxs onun kartından 500 manat pulu çıxarmasından şübhələnərək xx.xx.2023-cü il tarixdə səhər saatlarında polisə şikayət etməmişdən əvvəl onun işlədiyi yerdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində görüşmüş və mobil telefonu ona satdığı üçün “Bir Bank” proqramının təhlükəsizlik şifrəsini yalnız həmin mobil telefonda olmasını bildirmiş və Səidə pulun onun tərəfindən oğurlanmasını bildirmişdir. Səid isə bu işdən xəbərsiz olduğunu və pulu oğurlamadığını bildirmişdir. Bundan sonra o, polisə rəsmi müraciət etmişdir. Ona cəmi 500 manat maddi ziyan dəymiş, həmin pulun oğurlanmasını Abşeron rayon, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində aşkar etmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 10 və 31-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 5239 1517 5879 0029 saylı kartdan xx.xx.2023-cü il tarixdə 3 dəfəyə cəmi 500 manat pul çıxarılmışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-cü maddəsinə əsasən oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-1-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-341/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-341/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver