Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-341/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Köhnə qəbiristanlıq ərazisi, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,524 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini üstündə saxlayaraq daşımış, 05 mart 2025-ci il tarixdə saat 00:23-də Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığında saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,524 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 mart 2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsində tanışı Ümidvarla rastlaşıb bir qədər söhbət etdikdən sonra bədənində ağrıları olduğundan, haradansa narkotik vasitə alıb qəbul etmək qərarına gəlmiş, Ümidvar da öz istifadəsi üçün narkotik vasitə almaq məqsədilə onunla birlikdə gəlmişdir. Yolda gedərkən tanımadığı şəxslə qarşılaşıb, həmin şəxsə 10 manat verərək, şəxsi istifadəsi üçün bir büküm “patı” kimi tanınan narkotik maddə metamfetamin almış və əynindəki cins şalvarının sağ yan kiçik cibində gizlətmişdir. Həmin vaxt Ümidvar da tanımadığı həmin şəxsdən öz istifadəsi üçün bir büküm “patı” almış və cibinə qoymuşdur. Axşama kimi vaxtlarını keçirib münasib yerdə həmin narkotik vasitədən istifadə etmək məqsədilə Sumqayıt şəhərinə yollanmışlar. 05 mart 2025-ci il tarixdə gecə saat 00:23-də Ümidvarla birlikdə piyada Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığından keçərkən, onlara mülki geyimdə 4 nəfər şəxs yaxınlaşaraq, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və onları narkotik vasitələrin qəbulunda və üzərlərində gəzdirməkdə şübhəli şəxs kimi saxladıqlarını izah edib, üzərlərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Daha sonra polis əməkdaşlarından biri Ümidvara üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuş, varsa təqdim etməsini təklif etmişdir. Ümidvar əynindəki gödəkçənin cibindən metamfetamin olan bir ədəd bükümü çıxarıb polis əməkdaşına təqdim etmiş, daha sonra isə həmin polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitənin olub-olmadığını soruşmuş və varsa, təqdim etməsini təklif etmişdir. O da əyninindəki cins şalvarının cibindən içərisində “patı” kimi tanınan narkotik maddə metamfetamin olan bir ədəd şəffaf polietilen bükümü çıxarıb polis əməkdaşına təqdim etmiş və bükümdə narkotik maddə olduğunu, hər iki bükümdəki narkotik maddəni Ümidvarla birlikdə şəxsi istifadələri üçün tanımadıqları şəxsdən Saray qəsəbəsində aldıqlarını bildirmişdir. Polis əməkdaşı onun təqdim etdiyi bükümü elektron tərəziyə qoyub çəkmiş və 0,57 qram çəkidə olduğu müəyyən olunmuş, bundan sonra bükümü zərfin içərisinə qoyub möhürləmiş, zərfin üzərində iştirakçılar imza elmişlər. O, narkotik vasitələrdən il yarımdır ki istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları Ümidvarla onu müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər və onu xidməti otaqlardan birinə aparmış, həmin otaqda təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını deyərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və hüquq və vəzifələrini izah etmiş, bu barədə ona bildiriş vermiş, hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmişdir. Bundan sonra təhqiqatçı ondan hal-hazırda üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş narkotik vasitə və ya əşyanın olub-olmadığını soruşmuş, o, əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd xarici pasportunu və 01 ədəd “Redmi” markalı mobil telefonunu çıxarıb stolun üzərinə qoymuş və telefonda ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı əşya aşkar olunmamışdır. Təhqiqatçı aşkar olunmuş 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd xarici pasportu və 01 ədəd “Redmi” markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb edə biləcəyini deyib götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsin üstünün yoxlanılması və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə şəhər polis idarəsinin rəhbərliyi tərəfindən müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. 05 mart 2025-ci il tarixdə onlar tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 00:23-də Təqsirləndirilən şəxs və Ü.Rəsulov Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış və o, hər iki şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, qəbulunda və üzərilərində gəzdirməkdə şübhəli olduqlarını izah etmiş, üzərilərinə şəxsi axtarış keçiriləcəyini bildirərək, üzərilərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə olubolmadığını soruşmuş, olarsa, təqdim etmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan kiçik cibindən içərisində ağ rəngli kristal şəklində narkotik tərkibli psixotrop maddə metamfetaminə oxşar kütlə olan bir ədəd şəffaf polietilen büküm çıxararaq ona təqdim etmiş və bükümdə narkotik maddə olduğunu, həmin maddəni Ü.Rəsulovla birlikdə şəxsi istifadələri üçün tanımadığı şəxsdən Saray qəsəbəsində aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü elektron tərəziyə qoyub çəkmiş və bükümün içərisindəki kütlə ilə birlikdə çəkisinin 0,57 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü zərfin içərisinə qoyub möhürləmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müvafiq sənədləşmə aparılması məqsədilə Təqsirləndirilən şəxs və Ü.Rəsulovu Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis idarəsində təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək, sonuncuya bu barədə bildiriş vermiş və ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmişdir. O, qablaşdırdığı zərfi təhqiqatçıya təqdim etmiş və zərfin içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf polietilen bükümdə narkotik tərkibli psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğunu bildirmişdir. Təhqiqatçı zərfi götürüb, zərfin içərisindəki bükümdə nə olduğunu Təqsirləndirilən şəxs soruşmuş, sonuncu, bükümdəki kütlənin narkotik maddə metamfetamin olduğunu, bədənində ağrıları olduğu üçün həmin maddəni şəxsi istifadəsi məqsədilə 04 mart 2025-ci il tarixdə günorta saatlarında Saray qəsəbəsində tanımadığı şəxsdən aldığını, yolda qarşılaşdığı tanışı Ümidvarın da öz istifadəsi üçün onunla birlikdə həmin şəxsdən bir büküm narkotik maddə metamfetamin aldığını, lakin sonra hər ikisinin polis əməkdaşları tərəfindən yaxalandığını bildirmişdir. Bundan sonra təhqiqatçı ondan hal-hazırda üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş narkotik vasitə, əşya və ya predmetin olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd xarici pasport və 01 ədəd “Redmi” markalı mobil telefonu çıxararaq stolun üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçı aşkar olunmuş 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd xarici pasportu və 01 ədəd “Redmi” markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb edə biləcəyini deyərək zərfin içərisinə qoyaraq qablaşdırmış və zərf Təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin CAŞnin kiçik inspektorları Şahid4, Şahid2 və Şahid3 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nə Ü.Rəsulovun və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 05 mart 2025-ci il tarixdə saat 00:23-də Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışlar. Ü.Rəsulova və Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Ü.Rəsulova və Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat tədbirinin CAŞ-nin kiçik inspektoru Şahid3 məxsus mobil telefon vasitəsi ilə qeydə alındığı izah edilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl ilk olaraq Ü.Rəsulova üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Ü.Rəsulov əynində olan açıq boz rəngli qış gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellefona bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı kütlənin nə olduğu soruşulduqda Ü.Rəsulov el arasında “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, Saray qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin kütləyə baxış zamanı içərisində ağ rəngli kristalşəkill psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və 0,64 qram olması müəyyən olunmuşdur. Üzərində başqa qanunsuz əşya və ya predmet soruşulduqda heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Aşkar olunaraq götürülmüş büküm 1 ədəd ağ rəngli zərfə qoyulmuş və ŞPİ-nin möhürü ilə möhürlənmişdir. Daha sonra saxlanılan Təqsirləndirilən şəxs üzərində deşici əşya olmadığını, öz istifadəsi üçün Saray qəsəbəsində tanımadığı şəxsdən Ü.Rəsulovla birlikdə hər bir büküm üçün 15 manat verərək əldə etdiyini, təxminən 1 il olar ki narkotik vasitədən istifadə etdiyini bildirmiş, həmin kütləyə baxış zamanı içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və 0,57 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Aşkar olunaraq götürülmüş büküm 01 ədəd ağ rəngli zərfə qoyularaq, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. (i.v.10-11) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20255-ci il tarixdə, saat 00:23 dəqiqədə “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.24) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübuti əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 31) “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2025-ci il tarixdə saat 02:17-dən 02:24-dək şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün polis əməkdaşları tərəfindən götürüldüyünü bildirmişdir. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənmiş 01 ədəd zərfi təqdim edərək Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində metamfetaminə bənzər maddə olan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0,57 qram olduğunu, daha sonra həmin 01 ədəd bükümün zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 124 saylı möhürü ilə möhürləndiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu özünə məxsus üzərində ***-***-**-** mobil nömrəsi olan 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd özünə məxsus xarici pasportu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha aşkar edilmiş 01 ədəd bükümün içərisində olan maddənin “metamfetamin” olduğunu, həmin bükümü xx.xx.2025-ci il tarixdə günorta saatlarında Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, saxlanılan zaman yanında olan Ü.Rəsulovun da üzərindən aşkar olunmuş bükümü həmin tanımadığı şəxsdən eyni vaxtda və 15 manata aldığını bildirmişdir. Daha sonra təqdim edilmiş zərf təhqiqatçı tərəfindən götürülmüş, həmçinin üzərində ***-***-**-** mobil nömrəsi olan 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd xarici pasport qablaşdırılaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. (i.v.33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci ill tarixli 20/15 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm" sözləri və imzalar olan zərfdəki 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,524 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata qəbul edildi 0,524 qram; nümunə götürüldü 0,05 qram; 0,474 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 62,50 (altmış iki manat əlli qəpik) manat müəyyən edilmişdir. (i.v.42-46) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə saat 09:30-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.55-56) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.62-65) Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X6 saat 11:40-da azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.66-67) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefona Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində 410 saylı otaqda Sumqayıt ŞPİ-nin müstəntiqi tərəfindən baxış keçirilmiş, baxış zamanı “Redmi” markalı mobil telefonun işlək vəziyyətdə olduğu, mobil telefonda ***-***-**-** mobil nömrəsindən istifadə olunduğu, iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək telefon zəngləri və Whatsapp ani mesajlaşma proqramında sübut əhəmiyyəti kəsb edən yazışmaların olmadığı müəyyən edilmişdir. (i.v. 79) xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon zədəsiz və işlək vəziyyətdə ona qaytarılmışdır. (i.v. 80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə barəsində amnistiya tətbiq edilərək cəzadan azad edilmişdir (i.v.91-92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 1347 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.110-111) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində həmin tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,524 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindən məhkəmə ekspertizası təcrübəsindən sonra qalıq qalmış 01 ədəd bükümdə 0,474 qram çəkidə psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 20/15 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1347 nömrəli rəyi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokol, şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol, “CD-R" formatlı 02 ədəd disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.114-124) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən saat 00:23dən xx.xx.2025-ci il tarixə saat 11:40-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Köhnə qəbiristanlıq ərazisində yerləşən fərdi yaşayış evini tərk etməmək, Sumqayıt şəhərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1347 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1347 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,474 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 62 (altmış iki) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmə iclaslarında iştirakı və işlə tanış olduğu 14 saata görə 154 (bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən saat 00:23-dən xx.xx.2025-ci il tarixə saat 11:40-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Köhnə qəbiristanlıq ərazisində yerləşən fərdi yaşayış evini tərk etməmək, Sumqayıt şəhəri, Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,474 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 62 (altmış iki) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-341/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-341/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver