Məhkəmə qərarları › İş №1(060)-342/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-342/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-342/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03.02.2021-ci il tarixdə Bakı şəhərində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.631 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0.724 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 04.02.2021-ci il tarixdə saat 12:33-də Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ və 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sol iç cibində saxladığı, üzərində “1905” sözləri yazılmış 01 ədəd pul kisəsindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə və içərisində 05 ədəd qırmızı rəngli kağız büküm olan 01 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.261 qram, 0.250 qram, 0.028 qram, 0.022 qram, 0.023 qram, 0.047 qram ümumi xalis çəkisi 0.631 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində 07 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.128 qram, 0.071 qram, 0.174 qram, 0.104 qram, 0.097 qram, 0.078 qram, 0.072 qram ümumi təmiz çəkisi 0.724 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03.02.2021-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhərində 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manat qarşılığında 6 bükümdə psixotrop maddə olan metamfetamin və 7 bükümdə narkotik vasitə olan heroin almışdır. 6 bükümdən 5 ədədi siqaret kağızına 1 ədədi sellofan materiala bükülmüşdür. 7 bükümdəki heroin kütləsinin hər biri sellofona bükülmüşdür. Həmin bükümləri özünə məxsus olan pul kisəsinin içərisinə qoymuşdur. Həmin gün 1 ədəd kağız bükümdəki psixotrop maddə olan metamfetamini qəbul etmişdir. Buna baxmayaraq kağızı qaytarıb sellofan bükümün içərisinə qoymuşdur. 05.02.2021-ci il tarixdə saat 12:33-də Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində piyada yaşadığım evə gedən zaman mülki geyimdə olan 4 nəfər şəxslər yaxınlaşıb məni saxlamışdırlar. Həmin vaxt ona tərəf birinin əlində videokamera olan polis geyimində olan iki nəfər şəxslər yaxınlaşmışdırlar. Onlardan biri özünü Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Röyal Rəcəbli olduğunu bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişdir. O, bildirişlə tanış olduqdan sonra onu saxlamış polis əməkdaşları bir-bir özlərini təqdim etmişdirlər. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi və sənədləşdirmə işləri davam etdirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-nə dəvət etmişdirlər. O, təkliflə razılaşmışdır. Videoçəkiliş davam etməklə onu xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışdırlar. Orada xidməti otaqlardan birində ona hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi1 təqdim edilərək hüquqlarının həmin müdafiəçi tərəfindən qorunmasına ertirazının olubolmamasını soruşmuşdurlar. O, heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqatçı ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. O, əynindəki boz rəngli gödəkçənin sol iç cibində saxladığı qara rəngli üzərində “1905” sözləri yazılmış pul kisəmi polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin pul kisəsi yoxlanılan zaman əvvəlcədən içərəsinə qoyub saxladığı 3 ədəd şəffaf rəngli sellofan aşkarlanmışdır. Həmin sellofanlardan birində 7 bükümdə sellefon maateriala bükülmüş narkotik vasitə heroin, birində isə 5 bükümdə, biri boş olmaqla, dördündə kağıza bükülmüş psixtrop maddə olan metamfetamin olmuşdur. Bundan başqa ayrıca olaraq 1 ədəd sellofan bükümdə də psixotrop maddə olan metamfetamin olmuşdur. Polis əməkdaşları həmin bükümləri haradan kimdən və nə məqsədlə əldə etdiyini soruşanda onlara həqiqətdə olduğu kimi yəni 03.02.2021-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhərində 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manat qarşılığında aldığını demişdir. Aşkarlanmış kütlələr bükümündə istifadə olunan materiallarla birgə elektron tərəzi vasitəsilə çəkilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, onun üzərindəki içərisində narkotik vasitə heroin olan 3 bükümün hər birinin çəkisi 0,42 qram, 2 bükümün hər birinin çəkisi 0,43 qram, 1 bükümün çəkisi 0,45 qram, digər 1 bükümün çəkisi 0,22 qramdır. Üzərindəki içərəsində psixotrop maddə metamfetamin olan sellofan bükümdəki 1 bükümün çəkisi 0,60 qram, qırmızı rəngli kağıza bükülmüş 3 bükümün hər birinin çəkisi 0,07 qram, 1 bükümün çəkisi 0,09 qram, digər 1 bükümün çəkisi 0,06 qramdır. Həmin bükümlərdən hansısa biri boş olmuşdur. Ola bilər ki yalnız kağızın çəkisi tərəzidə görsənmişdir. Videoçəkiliş sonlandırılıqdan sonra sənədləşmə işləri aparılıb şəxsi axtarışa dair protokol tərtib edilmişdir. Həmin protokol tərəfindən imzalanmışdır. Saxlanılarkən və ya polis bölməsinə üzərimə şəxsi axtarış keçirilərkən həmçininin sonradan polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki psixi zorakılıq tətbiq edilməmişdir. Heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. 7 bükümdə heroin kütləsi və 6 bükümdə metamfetamin kütləsini üzərinizdə saxlamaqla daşımaqda məqsədi yalnız özünün istifadəsi olmuşdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04.02.2021-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən ona Sumqayıt şəhəri 20-ci məhəllə ev 100-də qeydiyyatda olan və yaşayan Samir adlı şəxsin üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə etdikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib Sumqayıt ŞPİ-nin CAŞ və 4-cü PB-nin əməkdaşlarından ibarət tərkibdə qrup yaradılmışdır. Qrup üzləri ilə birgə xidməti avtomobillə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsinə getmişlər. Saat 12:33-də əynində boz rəngli gödəkçə şəxs videoçəkilişin aparıldığı yer istiqamətində adi yerişlə addımladığını görmüşlər. Həmin şəxsin əlamətləri Samir adlı şəxsin əlamətləri ilə üst-üstə düşürmüş. Onlar mülki geyimdə yaxınlaşıb Samiri saxlamışlar. Daha sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Röyal Rəcəbli saxlanlan şəxəs yaxınlaşıb özünü təqdim etmişdir. Röyalın ardınca onlar bir-bir özlərini təqdim etmişdirlər. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs Təqsirləndirilən şəxs oduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirdiyi üçün şübhəli şəxs qismində saxlanıldığını bildirib ona hüquq və vəzifələri üzərində əks olunmuş A4 vərəqəni təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə tanış olmuşdur. R.Rəcəbli çəkiliş dayanmadan bölmənin inzibati binasına getməli olacaqlarını, orada şəxsi axtarış istintaq hərəkətinin keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Təqsirləndirilən şəxs polis xidməti avtomobilinə əyləşdirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasının həyətinə çatmışdırlar. Xidməti otaqlardan birinə keçmişdirlər. Şəxsi axtarış istintaq hərəkətində vəkil X3 iştirak edəcəkmiş. Lakin İlkinin səhhətində narahatçılıq olduğu üçün növbədə olan digər vəkil Müdafiəçi1 gəlmişdir. Təhqiqatçı saxlanılan şəxs vəkil Müdafiəçi1 Mirəhməd oğlunu təqdim etmişdir. X7 Musayevdən hüquqlarının Müdafiəçi1 tərəfindən müdafiə olunmasına etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gökçənin sol iç cibindən üzərində “1905” yazısı olan qara rənglli pul kisəsini, sənədləri, 42 manat pulu və siqaret qutusunu stolun üzərinə qoymuşdur. Təhqiqatçı üzərində “1905” yazısı olan pul kisəsinin iç cibinin zəncirbəndini açmışdır. Pul kisəsinin içərəsindən 2 ədəd ağız hissəsi açıq olan şəffaf rəngli sellofan və 1 ədəd də ayrıca olan şəffaf rəngli sellofan materiallı büküm müşahidə edilmişdir. 1-ci sellofanın içərəsindən 5 ədəd qızılı rəngli kağız bükümləri görünmüşdür. Hər bir büküm təhiqatçı tərəfindən açılmış və 5 bükümün hər birinin daxilində ağ rəngli kristallardan ibarət maddə müşahid edilmişdir. 2-ci sellofanın içərəsindən 7 ədəd şəffaf rəngli sellofan bükmülər görsənmiş, hər bir büküm təhqiqatçı tərəfindən açılmış və 7 bükümün hər birinin daxilində qəhvəyi rəngli maddə müşahidə edilmişdir. Təqsirləndirilən şəxs qızılı rəngli 5 bükümün daxilindəki kütlənin “şüşə” yəni psixotrop maddə olan metamfetamin olduğunu, şəffaf rəngli 7 bükümün daxilindəki kütlənin kakos yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Narkotik vasitə olan heroinə bənzər bükümlər bir-bir elektron tərəzinin üzərinə qoyularaq çəkilmişdir. Sonda 1 ədəd ölçülərinə görə digər bükümlərdən nisbətən böyük görsənən şəffaf rəngli büküm tərəzinin üzərinə qoyulmuş və çəkilmişdir. Təhqiqatçının verdiyi suallara müvafiq olaraq Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə və psixotrop maddəni 03.02.2021-ci il tarixdə Bakı şəhəri ərazisinə tanımadığı şəxsdən 40 manat qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr bükümündə istifadə edilən materiallarla birgə qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarışa dair protokol tərtib edilmiş və protokol onun eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə ona məlumat daxil olmamışdır. Bu istiqamətdə o, müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirmiş, lakin hər hansı bir müsbət nəticə əldə etməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05.02.2021-cu il tarixli 6/506 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.261 qram, 0.250 qram, 0.028 qram, 0.022 qram, 0.023 qram, 0.047 qram, ümumi təmiz çəkisi 0.631 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 7 bükümdə bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.128 qram, 0.071 qram, 0.174 qram, 0.104 qram, 0.097 qram, 0.078 qram, 0.072 qram ümumi təmiz çəkisi 0.724 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,724 qram, tədqiqata sərf edildi cəmi – 0,28 qram, qalıq 0,444 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 0,631 qram, tədqiqata sərf edildi cəmi – 0,24 qram, qalıq – 0,391 qram. İş materiallarında olan Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X1 11.03.2021-ci il tarixli 755 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müaəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,391 qram olan psixotrop maddə metamfetamin və tədqiqatdan sonra qalıq qalmış 0,444 qram olan narkotik vasitə heroin sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 06.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04.02.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il tarixdən “Narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 28.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 04 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 04 il 02 ay müddətinə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.04.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli qərarı dəyişdirilərək cəzası 03 il 11 ay müddətinə endirilmişdir. Təqsirləndirilən şəxs 01.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 04.02.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkiləri 0,391 qram olan psixotrop maddə metamfetamin və 0,444 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04.02.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkiləri 0,391 qram olan psixotrop maddə metamfetamin və 0,444 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar