Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-344/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və X3 iştirakları ilə xx.xx.1997-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Nuravud kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi bağları, fərdi həyət evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə, saat 19:23 radələrində AE065438 seriyalı“BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan“Opel astra” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Koroğlu küçəsi iləüzü Sumqayıt şəhəri, 17-ci mikrorayon “Daş bazarı” deyilən yer istiqamətində hərəkətdə olarkən “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud surətdə pozaraq yəni, hərəkət üçün təhkükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan təbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş həmin ərazidə yerləşən “Qayalı” marketləüzbəüz avtomobil yolunun sol tərəfindən sağ tərəfinə keçərək yolun hərəkət hissəsinə daxil olmuş piyada 27.08.1984-cü il təvəllüdlüZərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub Zərərçəkmiş şəxs ölümünə səbəb olan döş qəfəsinin küt travması,sol 1,2,3,4,5, 6-cı qabırğalarının qapalı yerdəyişən, sağ körpücük sümüyünün, sağ baldırın yuxarı 1/3-nin, sağ bazunun orta 1/3-nin, sol budun aşağı 1/3-nün, sol baldırın yuxarı 1/3-nin yerdəyişən qapalı sınıqları, sol ağ ciyərin yuxarı payının yaraları, daxili qanaxma, sağ baldırın yuxarı 1/3-nin, sağ bazunun orta 1/3-nün, sol budun aşağı 1/3-nin, sol baldırın yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, bel nahiyyəsinin sol hissəsinin, sağ diz oynağının ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin iki ədəd, sağ ağız bucağının çoxsaylı sıyrıqları, alt dodağın orta hissəsinin yarası kimi insan həyatıüçün təhlükəli olan xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək “Opel astra” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyini, həmin avtomobili idarə etmək üçün «BC» kateqoriyalı sürücülük vəsiqəsi olduğunu, 25 yanvar 2021-ci il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi iləüzü Sumqayıt şəhəri, “Daş bazarı” deyilən yer istiqamətində etibarnamə ilə idarə etdiyi “Opel astra” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 60-70 km/saat sürətlə hərəkət etdiyini, həmin vaxt Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yeləşən “Qayalı” marketin qarşısındakı yolun sol tərəfindən sağ tərəfinə keçən piyadanı 5-10 metr aralı məsafədən gördüyünü, yolun sağ istiqaməti ilə hərəkət edərkən həmin piyadanı vurmamaq üçün əyləci sıxaraq avtomobili sola çəkən zaman yolun ortasına çatmağına az qalmış həmin piyadanın geriyə dönüb qayıtmaq istəyəndə sol tərəfindən avtomobilin sol qabaq hissəsi ilə vurduğunu, həmin vaxt piyadanın avtomobilin ön şüşəsinə dəydiyini, avtomobili saxladığını, piyadanı vurduğu yerdən neçə metr aralı məsafəyə düşməsini dəqiq bilmədiyini, vurduğu piyadaya yaxınlaşıb köməklik etmək istəyərkən piyadanın nəbzinin döyünməsini gördüyünü, oraya toplaşan şəxslərdən birinin köməkliyi ilə TTY maşınının gəldiyini, YPX-əməkdaşlarının da hadisə yerinə gəldiklərini, bundan sonra həmin piyadanın Sumqayıt TTYX-na gətirildiyini, 1 saat sonra həmin piyadanın xəstəxanada öldüyünü bildiyini, hadisədən əvvəl spirtli içki və digər güclü təsir edən, bihuşedici maddə qəbul etmədiyini, hadisə vaxtı idarə etdiyi avtomobildə sərnişin və yük olmadığını, avtomobilin hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncuya 15000 manat pul kompensasiyasını ödədiyini bildirərək ona daha yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində mərhum Zərərçəkmiş şəxs anası olduğunu, Mikayılın 2012-ci ildə rəsmi olaraq Xəyalə ilə ailə həyatı qurduğunu, həmin vaxtdan 2018-ci il tarixədək onunla eyni ünvanda yaşadıqlarını, birgə nigahdan 2013-cü il təvəllüdlü Tunar və 2015-ci il təvəllüdlü Ayan adlıövladlarının olduğunu, 2019-cu il tarixdə Mikayılın həyat yoldaşı Xəyalədən rəsmi olaraq ayrıldığını,bu səbəbdən rəhmətlik oğlu Mikayıla İsmayıllı rayon məhkəməsinin qərarı ilə ayda hər bir uşağa 100 manat pul aliment kəsildiyini, həmin məbləği aylıq olaraq vaxtında ödədiyini, Mikayılın səhhətində problemləri olduğu üçün 3-cü qrup əlil olduğunu, gündəlik olaraq plasmas vəşüşə materialdan olan tullantıları yığıb onun satışı ilə məşğul olduğunu, 25 yanvar 2021-ci il tarixdə, saat 19:00 radələrində Mikayılın ona qaz, işıq kartlarını götürüb pul yükləmək vəözünə məxsus pensiya kartını pensiyanın gəlibgəlmədiyini yoxlamaq üçün götürüb getdiyini dediyini, təxminən 40 dəqiqə sonra oğlu Elvinə qonşuların zəng edib məlumat verərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qayalı” marketin qarşısındakı yolda Mikayılı ağ rəngli “Opel” markalı avtomobilin vurduğunu dediklərini, bundan sonra oğlu Elvinin evə gələrək bu barədə ona məlumat verdiyini, onu da götürüb Sumqayıt şəhər TTYX-na apardığını, xəstəxanaya yaxınlaşdıqda Mikayılın reanimasiya şöbəsində və ağzında süni nəfəs aparatının olduğunu gördüklərini, təxminən 10 dəqiqə sonra Mikayılın keçindiyi barədə onlara dediklərini, meyidi təhvil aldıqlarını və oğlu Mikayılı İsmayıllı rayonunda dəfn etdiklərini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən 15000 manat pul kompensasiyasının ödəndiyini, ondan şikayətçi olmadığını, ona qarşı şikayəti və tələbinin olmadığını gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işlədiyini, 25.01.2021-ci il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhər ərazisində ekipaj yoldaşı Şahid2 ilə xidmətdə olan zaman Sumqayıt ŞPİ-nin NH-dən məsul növbətçinin zəng edib məlumat verərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qayalı” marketin qarşısında yol nəqliyyat hadisəsi olduğunu bildirdiyini, dərhal hadisə yerinə getdiklərini, “Qayalı” marketin qarşısındakı avtomobil yolunda yerdə uzanmış vəziyyətdə piyada kişi gördüklərini, xidməti avtomobildən düşüb ora yaxınlaşarkən onlara Təqsirləndirilən şəxs etibarnaməəsasında idarə etdiyi “Opel astra” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi istiqamətində hərəkətdə olan zaman ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə avtomobil yolunu keçən piyada 1984-cü il təvəllüdülü Zərərçəkmiş şəxs vurduğunu, hadisə yerinə TTY avtomobili gəldiyini, tibb işçilərinin piyadanın ölmədiyini bildirib avtomobilə yerləşdirərək TTYX-a apardıqlarını, daha sonra hadisə yerinə müstəntiqin gəldiyini, sürücünün hadisənin baş verdiyi yeri əyani şəkildə göstərdiyini, bununla bağlı və izahatının alınması üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə dəvət edildiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 da YPX-nin inspektoru Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 23.02.2021-ci tarixli 11 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1984-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir.
1. Döş qəfəsinin küt travması, sol 1, 2, 3, 4, 5 və 6-cı qabırğalarının qapalı yerdəyişən, sağ körpücük sümüyünün, sağ baldırın yuxarı 1/3-nin, sağ bazunun orta 1/3nin, sol budun aşağı 1/3-nün, sol baldırın yuxarı 1/3-nin yerdəyişən qapalı sınıqları, sol ağ ciyərin yuxarı payının yaraları, daxili qanaxma, sağ baldırın yuxarı 1/3-nin, sağ bazunun orta 1/3-nün, sol budun aşağı 1/3-nin, sol baldırın yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, bel nahiyyəsinin sol hissəsinin, sağ diz oynağının ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthinin, sol budun aşağı 1/3nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin iki ədəd, sağ ağız bucağının çoxsaylı sıyrıqları, alt dodağın orta hissəsinin yarası
2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti onun ölümündən 2-4 saat əvvəl olmaqla 25.01.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər.
3. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmə olmuşdur.
4. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir.
5. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmiş xəsarətləri alarkən şaquli vəziyyətdə olmuş, bədənin ön hissəsi hərəkətdə olan nəqliyyat vasitəsinin hissələrinə tərəf yönəlmiş və ilkin zərbə hər iki baldır nahiyyəsindən almışdır. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 fevral 2021-ci il tarixli 8/292 saylı rəyinəəsasən müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel astra” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüTəqsirləndirilən şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km/saat sürətdən yüksək 70 km/saat surətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan şahidin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş vermiş ərazidə yol nəqliyyat hadisəsinin necə baş verməsini yerində göstərmişdir. Cinayət işinin materiallarında olan 25.01.2021-ci il tarixli 466 saylı sərxoşluğun müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxdur. Cinayət işi materiallarından görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qayalı” marketin müşahidə kameralarında yol nəqliyyat hadisəsi ilə bağlı qeydə alınmış və diskə yazılaraq götürülmüş 8478 KB həcmində faylın olduğu, faylın yaddaşında 41 saniyə davam edən video görüntü olan disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 05.02.2021-ci il tarixli 302-644-1221 saylı məktubda, Təqsirləndirilən şəxs adına 27.10.2020-ci il tarixdə AE065438 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsinin olduğu bildirilmişdir. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. Cinayət işinin materiallarında olan iş üzrə Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 25 yanvar 2021-ci il tarixli, 466 saylı aktda Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmadığı bildirilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lerik rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 19.02.2021-ci il tarixli 26 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs Lerik rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə müraiət etməmiş və dispanser qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan X10 üzrə 1 saylı Məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır.Ondan şikayətçi deyildir və gələcəkdə də şikayəti və tələbi olmaycaqadır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki,o özünü təqsirli bilir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır və sonuncuya müvafiq pul kompensassiyası ödəmişdir.Odur ki, bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci və 59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və onun ödənilməsi ilə nəticələnmiş digər hərəkətin edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar törətdiyi əməldən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlıqdan məhrumetmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhrum edilməsi təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən təyin olunacaq cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli (iş № 1(060)344/2021) qərarını icra edərək, 30 aprel 2021-ci il tarixli 452/2021 saylı orderə əsasən vəkil X5 onun vəkili təyin etmişdir. Müdafiəçi X5 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Pərviz Hacıyev