Məhkəmə qərarları › İş №1(060)-344/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-344/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-344/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şabran rayonu, Taxtalar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18.02.2022-ci il tarixdə, saat 21:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs boyun nahiyyəsinin qançırları və sağ alın-təpə nahiyyənin dərialtı hematoması xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, 18.02.2022-ci il tarixdə, saat 19:00 radələrində atası Şahid2 ona zəng edərək dostu Akif ilə Sumqayıt şəhəri, Simurq şadlıq sarayının yaxınlığında yerləşən kafedə oturaraq yeyib-içdiklərini, buna görə də onları aparmaq lazım olduğunu bildirmişdir. O, “Mercedes C120” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sözügedən ünvana getmişdir. Oraya çatan zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğunu və qaytardığını görmüşdür. Bundan sonra isə atasının köməkliyi ilə Zərərçəkmiş şəxs onun maşınına əyləşmiş, sonra isə atası da avtomobilə əyləşmiş və o, avtomobili idarə etməyə başlamışdır. Həmin gün, saat 21:00 radələrində avtomobili ilə Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Su İdarəsinin qarşısından keçən zaman Zərərçəkmiş şəxs atasına qarşı söyüş işlətmişdir. Onlar atasıyla söyüş söyməsini Zərərçəkmiş şəxs irad tutmuşlar. Bundan sonra isə o, avtomobildən aşağı enmişdir. Akif də avtomobildən aşağı enmişdir. O avtomobildən enən kimi onların arasındakı münaqişə dərinləşmiş və X3 ilə yaxalaşmışdır. O hadisə zamanı Akifi əli ilə baş nahiyəsindən vuraraq itələmişdir. Bundan sonra isə hadisə yerinə Zərərçəkmiş şəxs qaynı olan Zahid adlı şəxs gələrək onları aralamışdır. Atası Şahid2 isə X2 döyməmişdir. Bundan sonra o atasıyla birgə avtomobil ilə çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs, atası İlqar vasitəsilə tanımışdır. Belə ki, İlqar ilə uzun müddətdir ki, aralarında dostluq münasibətləri olmuş, indiyə kimi heç bir düşmənçilik və ədavətləri olmamışdır. 18.02.2022ci il tarixdə, saat 19:00 radələrində İlqar ilə Sumqayıt şəhəri ərazisində görüşüb kafelərin birində yemək yemişlər və həmin vaxt bir qədər spirtli içki qəbul etmişlər. Daha sonra onlar kafedən çıxan zaman İlqar oğlu Vüqara zəng edərək onları gəlib aparmasını xahiş etmişdir. İlqar da özünə məxsus avtomobil ilə onların ardınca gəlmişdir. O, Vüqarın idarə etdiyi avtomobildə ön oturacaqda, İlqar isə arxa oturacaqda əyləşmişdir. Onlar yolda hərəkətdə olan zaman Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən Su İdarəsinin qarşısında Vüqar idarə etdiyi avtomobili saxlamış və avtomobildən enmişdir. Vüqar avtomobildən enən kimi onun, boğazından tutmuş və baş nahiyəsinə yumruq zərbələri ilə vurmuşdur. O, həmin vaxt avtomobildən enmiş, həmin vaxt Vüqar yenə də onu yumruqla vurmağa davam etmişdir. Bu zaman həyat yoldaşı Şahid1 oraya gəlmişdir. Xuraman dərhal onların söhbətlərinə müdaxilə etmişdir. Həmin vaxt Şahid2 həyat yoldaşına sillə ilə vuraraq onu kənara itələmişdir. Bundan sonra onlar qaynı Zahidin avtomobilinə əyləşərək hadisə yerindən çıxıb getmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsnın məhkəməyə təqdim edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan 19.02.2022-ci il tarixli, 246 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:boyun nahiyyənin qançırları və sağ alın-təpə nahiyyənin dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvl olmaqla qərarda göstərilən 18.02.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasın səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir.(i.v 36-38) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 20.02.2022-ci il tarixli, 618 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 48) İş materiallarında olan Sumqayıt Şəhər 3 nömrəli xəstəxananın 20.02.2022-ci il tarixli, 93 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə dispanser və ambulator müşahidədə yoxdur.(i.v 49) İş materiallarında olan 20.02.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 54) İş materiallarında olan 20.02.2022-ci il tarixli DİN-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 55) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar