Məhkəmə qərarları › İş №1(060)-344/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-344/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-344/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 67-ci maddələrinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, Qobustan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli ilə qərarı ilə cəzasının çəkilməmiş 01 il 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,234 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,023 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 17:15-də Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Mübariz İbrahimov küçəsində yerləşən “Bağlar” marketin qarşısında Sumqayıt ŞPİ-nin 1 -ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,234 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,023 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroin və metamfetamin qəbul edir, narkomandır. 1 gün əvvəl Bakı şəhərindən 20 yanvar metrosunun yanından tanımadığı şəxsdən 10 manata 1 ədəd selefon bükümündə olan narkotik vasitə olan heroin və 10 manata 1 ədəd sarı rəngli siqaret kağızı bükümündə psixotrop maddə olan metamfetamin alaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, M.İbrahimov küçəsində, “Bağlar” marketin yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib üzərində narkotik saxlamada şübhəli olduğunu bildirib ona onlarla bir yerdə Sumqayıt ŞPİ-nin 1 -ci PB-yə getməli olduğunu demişlər. O, polis əməkdaşları ilə razılaşıb birlikdə 1-ci PB-yə getmişdir. Həmin bölmənin inzibati binasında bir otaqda ona vəkilin siyahısı təqdim olunaraq həmin siyahıda olan vəkillərdən birini hüquqlarını müdafiə etməyi üçün seçməyini demişlər. O, vəkillərin siyahısından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Həmin vəkil PB-yə gəldikdən sonra vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və bununla bağlı tərtib olunan bildiriş ona verilmişdir. Sonra təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də hər hansı qanunsuz əşya olub-olmaması, vardırsa təqdim etməyi bildirilmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd sellefan bükümdə olan narkotik vasitə olan heroin və 1 ədəd sarı rəngli siqaret kağızı bükümündə psixotrop maddə olan melamfetamini təqdim etmişdir. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkildikdə heroinin sellofanla birlikdə çəkisi 0,27 qram, metamfetaminin çəkisinin isə kağızla birlikdə 0,07 qram olması məlum olmuşdur. Sonra həmin kütlələr 1 ədəd zərfdə qablaşdırılıb üzəri möhürlənmiş, zərfin üzəri polis əməkdaşı tərəfindən yazılmış, o da zərfin üzərinə imza etmişdir. Sorğu zamanı üzərindən aşkar olunan heroin və metamfetamini hər birini 10 manata olmaqla cəmi 20 manata bir gün demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş, şəxsi axtarış zamanı ona qarşı hər hansı zor tətbiq olunmamış, qanunsuz hərəkətlər edilməmişdir. Bundan sonra protokol tərtb olunmuş, ucadan oxunmuş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, saxlanılarkən, 1-ci PB-yə aparılarkən və PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Həmin heroin və metamfetamini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 17:15-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Mübariz İbrahimov küçəsində yerləşən “Bağlar” marketin qarşısında o və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitə saxlaması və üzərində gəzdirməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla birlikdə 1-ci PB-yə getmişdir. 1-ci PB-yə getdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etməsi üçün vəkil X1. Müdafiəçi Könül Qədimalıyeva 1-ci PB-yə gəldikdən sonra xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmişdir. Sonra o, Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt regional vəkil bürosunun vəkili X5 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə varsa təqdim etməsi bildirildikdə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədədi sellofan bükümdə, bir ədədi isə kağız bükümdə olmaqla 2 ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan bükümə baxış zamanı içərisində qəhvəyi rəngli, narkotik vasitə-heroinə bənzər maddənin olduğunu görmüşdür. Kağız büküm açıldıqda içərisindən ağ rəngli, psixotrop maddə-metamfetaminə bənzər maddə aşkar edilmişdir. Elektron tərəzidə çəkildikdə sellofan bükümün çəkisinin 0,27 qram, kağız bükümün çəkisinin isə 0,07 qram olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən digər əşya, predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş 2 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümləri 1 gün əvvəl axşam saatlarında 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən hərəsini 10 manata aldığını, narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən təzyiq və işgəncəyə məruz qalmadığını bildirmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 də Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 09 noyabr 2022-ci il tarixdə, saat 17:15 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 16); 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 57-58) 11 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilmiş və həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 77-80) İstintaq zamanı xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verildiyindən iş üzrə dayandırılmış icraat təzələnməklə istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci ıl tarixdə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsindən ötrü Sumqayıt şəhər məhkəməsinə təqdimat verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. ( i.v. 109-110, 118-133). İş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanılmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində qanunsuz əşya, narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli selefon büküm və 1 ədəd sarı rəngli siqaret kağızı bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərdən selefon bükümün içərisindən narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütlə, siqaret kağızı bükümünün içərisindən isə psixotrop maddə olan metamfetamə bənzər ağ rəngli kristal şəkilli kütlə aşkar olunmuşdur. Həmin vaxt Abbash Həsənəli İsmayıl oğlunun üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan kütlə selefonla birlikdə çəkildikdə çəkisi 0,27 qram, 1 ədəd siqaret kağızı bükümdə olan kütlə isə kağızla birlikdə çəkildikdə çəkisi 0,07 qram olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş hər iki kütləni bir gün əvvəl Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığından tanımadığı şəxsdən hər biri 10 manat olmaqla cəmi 20 manata almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. (i.v 25-26) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6476 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №125”-li dairəvi möhür əksi, “saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr” yazısı və imzalar olan zərfdə, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0.234 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,023 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psıxotrop maddə metamfetamindir. Heroin və metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir..(i.v 33-36) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 7866 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 145-146) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.234 qram olan narkotik vasitə-heroin tədqiqatdan sonra qalıq qalmış 0.184 qram heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.023 qram olan psixotrop maddəmetamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0.003 qram metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə iclasında diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır.(i.v 90-91) İş materiallarında olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 148) “sübutların qiymətləndirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/6476 nömrəli xx.xx.2022-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7866 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.234 qram olan narkotik vasitəheroin tədqiqatdan sonra qalıq qalmış 0.184 qram heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.023 qram olan psixotrop maddə-metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0.003 qram metamfetamin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 150-156); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.3, 70-ci maddələrinə əsasən 02 il 08 ay 17 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il 06 ay şərti sınaq müddəti təyin edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 67-ci maddələrinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qobustan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 01 il 18 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ancaq Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət keçməmiş, yəni cəzanın çəkilməmiş hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Ona görə də, onun barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Cinayət Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda bu zaman cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0.184 qram çəkidə narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalmış 0.003 qram metamfetamin məhv edilməli, əməliyyataxtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Qobustan rayon Məhkəməsinin 7(026)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş cəza Binəqədi Rayon Məhkəməsinin 1(001)-585/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 18 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən, 14 dekabr 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0.184 qram narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.003 qram olan psixotrop maddəmetamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar