Məhkəmə qərarları › İş №1(060)-345/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-345/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-345/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Türkmənistan Respublikası, Krasnovdsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09.02.2021-ci il tarixdə Masallı şəhərində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan özü istifadə etmək üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.724 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0.230 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 10.02.2021-ci il tarixdə saat 23:35-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsidə yerləşən “TES 1” adlanan ərazisində Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı, 01 ədəd pul kisəsindən içərisində 06 ədədi ağ rəngli, 04 ədədi qızılı rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0.058 qram, 0.0278 qram, 0.075 qram, 0.077 qram, 0.076 qram, 0.087 qram, 0.058 qram, 0.075 qram, 0.070 qram, 0.070 qram ümumi xalis çəkisi 0.724 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədədi gümüşü rəngli kağıza bükülmüş 0.230 qram qəhvəyi rəngli maddə kütləsi, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, narkotik vasitənin istifadəsində, yəni CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09.02.2021-ci il tarixdə təxminən saat 20 radələrində Masallı şəhərində Mərkəzi Bazarın yaxınlığında olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manat qarşılığında 10 bükümdə psixotrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə olan heroin almışdır. 10 bükümdən 6 ədədi ağ rəngli siqaret kağızına, 4 ədədi isə qızılı rəngli siqaret kağızına bükülmüşdür. 1 ədəd gümüşü rəngli bükümdəki kütlə isə narkotik vasitə olan heroin olmuşdur. Həmin bükümləri 1 ədəd sellofana yerləşdirib özünə məxsus olan pul kisəsinin içərisinə qoymuşdur ki, Sumqayıt şəhərində bir müddət özü üçün istifadə edər və hər dəfə narkotik almağa vaxt sərf etməz. 10.02.2021-ci il tarixdə saat 23:35-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən TES 1 deyilən yerdən piyada yaşadığı evə gedən zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək kimliyi barədə maraqlanmışlar. O, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat verdikdən sonra polis əməkdaşları ona ölkə ərazisində karantin rejim qaydalarını pozub tibbi maskadan istifadə etmədiyi üçün protokol tərtib ediləcəyini, bunun üçün də Sumqayıt ŞPİnin 2-ci PB-nə getməli olacağını bildirmişdirlər. Üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün əvvəlcə etiraz etmək istəmişdir. Lakin fikrləşmişdir ki, etiraz edərsə ondan şübhələnərlər. Odur ki, könüllü olaraq polis bölməsinə getməli olmuşdur. Xidməti avtomobillə 2-ci PB-nə gedən zaman bir neçə dəfə polis əməkdaşlarından onu buraxmalarını xahiş etsə də, xahişinin nəzərə alınmadığını görüb üzərində narkotik vasitə və psixotrop maddə olduğunu əgər onu aparıb təhvil verərlərsə tutulacağını deyib bir daha buraxılmasını xahiş etmişdir. Polislər ona narahat olmamağını bildirmişdirlər. Lakin bölmənin həyətinə çatan kimi orada videoçəkilişin müşaiyyəti ilə 1 nəfər polis geyimində olan şəxs yaxınlaşıb özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhiqatçısı olduğunu və etdiyi etirafla bağlı şübhəli şəxs qismində saxlanıldığını, üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O etiraz etməmişdir. Xidməti otaqlardan birinə keçmişdirlər. Ona hüquqlarının müdafiəsi üçün vəkil Tahir Abbasov təqdim edilərək hüquqlarının həmin müdafiəçi tərəfindən qorunmasına ertirazının olub-olmamasını soruşmuşdurlar. O, heç bir etirazımın olmadığını bildimişdir. Ardınca ona hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmişdir. Tanış olduqdan sonra təhqiqatçı ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. O, əynindəki qara rəngli gödəkçənin sol iç cibində saxladığı qara rəngli pul kisəsini polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin pul kisəsi yoxlanılan zaman əvvəlcədən içərəsinə qoyub saxladığı 1 ədəd şəffaf rəngli sellofandakı içərəsində psixotrop maddə metamfetamin kütləsi olan 10 ədəd büküm və içərəsində narkotik vasitə heroin kütləsi olan 1 ədəd büküm aşkarlanmışdır. Polis əməkdaşları həmin bükümləri haradan kimdən və nə məqsədlə əldə etdiyibi soruşanda onlara həqiqətdə olduğu kimi yəni, 09.02.2021-ci il tarixdə təxminən saat 20 radələrində Masallı şəhərində tanımadığı şəxsdən şəxsi istafdəsi üçün 50 manat qarşılığında aldığını bildirmişdir. Aşkarlanmış kütlələr bükümündə istifadə olunan materiallarla birgə elektron tərəzi vasitəsilə çəkilmişidr. Nəticədə müəyyən olunmuşdur ki, onun üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə olan heroinin çəkisi 0.34 qramdır. Üzərindən aşkarlanaraq götürülmüş 6 ədəd ağ rəngli kağızdakı psixotrop maddə olan metamfetaminin 2 bükümü 0.12 qram, 1 bükümü 0.15 qram, 1 bükümü 0.10 qram, 2 bükümü 0.13 qram, 4 ədəd qızılı rəngli kağızdakı psixotrop maddə olan metamfetaminin 2 bükümü 0.13 qram, 2 bükümü isə 0.14 qram çəkidədir. Bükümlər qablaşdırılaraq möhürlənmişdir. Videoçəkiliş qurtardıqdan sonra sənədləşmə işləri aparılıb şəxsi axtarışa dair protokol tərtib edilmişdir. Həmin protokol tərəfindən imzanlanmışdır. Saxlanılarkən və ya polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən həmçininin sonradan polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki psixi zorakılıq tətbiq edilməmişdir. Heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Həmin narkotik vasitə və psixoturob maddələri öz şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyinə görə peşiman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 10.02.2021-ci il tarixdə saat 23:35-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən TES-1 ərazisində Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri Elnur Sayılov və tağım komandiri Şahid2la birgə xidmətdə olan zaman bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ona saxlamanın səbəbini izah edib tibbi maskadan niyə istifadə etmədiyini soruşmuşdurlar. Həmin şəxs tibbi maskanı unutduğunu bildirmişdir. Ondan kimliyi barədə maraqlananda məlum olmuşdur ki, saxladıqları şəxs Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsindəki fərdi evdə yaşayan, Masallı rayonu Qarğalıq kəndində isə qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib ediləcəyini, bu səbəbdən də onlarla birgə Sumqayıt ŞPİ-nin 2–ci PB-nə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu idarə etdikləri xidməti avtomobilə əyləşdirmişlər. Xidməti avtomobillə 2-ci PB-nə gedən zaman Təqsirləndirilən şəxs bir neçə dəfə onlardan onu buraxmağı xahiş etsə də onlar Ramiqə qanuni tələblərinə tabe olmalarını və onlarla birgə bölməyə getməyi bildirmişdirlər. 2-ci PB-nə çatmaqlarına 2-3 dəqiqə qalmış Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu əgər bölməyə təhvil verilərsə tutulacağını və buraxılmayacağını deyib, bir daha onu buraxmağı xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs bildirdiyi xahişin mümkün olmayacağını demişdirlər. Bölmənin həyətinə çatan kimi o, avtomobildən enib NH-nə daxil olub orada Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirməsi barədə raport yazmışlar. Raportu üzrə araşdırılma Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı Şamil Məmmədova həvalə edilmişdir. Şamil Məmmədovun göstərişi ilə polis kapitanı Orxan Aslanov videomüşahidəni işə salıb avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs avtomobildən endirmişlər. Orada videoçəkilişin müşaiyyəti ilə təhqiqatçı Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhiqatçısı olduğunu və onun şübhəli şəxs qismində saxlanıldığını, üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Ramiq etiraz etməmişdir. Xidməti otaqlardan birinə keçmişlər. Ramiqə hüquqlarının müdafiəsi üçün vəkil Tahir Abbasov təqdim edilərək ondan hüquqlarının həmin müdafiəçi tərəfindən qorunmasına ertirazının olub-olmamasını soruşmuşlar. Ramiq etirazının olmadığını bildirmiş, ardınca Ramiqə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmişdir. Tanış olduqdan sonra təhqiqatçı Ramiqdən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Ramiq əynindəki qara rəngli gödəkçənin sol iç cibində saxladığı qara rəngli pul kisəsini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd qara rəngli mobil telefon və 01 ədəd qara rəngli pul kisəsini çıxarıb stolun üzərinə qoymuşdur. Təhqiqtçının göstərişi ilə Təqsirləndirilən şəxs pul kisəsinin zəncirbəndini açıb içərəsindəki sellofanı çıxartmışdır. Növbəti göstəriş üzrə Təqsirləndirilən şəxs həmin sellofanı açmışdır. Sellofanın daxilindən 11 ədəd büküm çıxmışdır. Bükümlərdən 6 ədədi ağ, 4 ədədi qızılı, 1 ədədi isə gümüşü rəngli siqaret kağızı materialı idi. Təhqiqatçı bükümlərin nə olduğunu və necə əldə etdiyini saxlanılan şəxsdən soruşmuş, Təqsirləndirilən şəxs “şüşədir, kakosdur, narkotik vasitədir” bildirib, özünün istifadəsi üçün Masallı rayonunda tanımadığı şəxsdən aldığını demişdir. Şamil Məmmədov Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişi təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuşdur. Təhqiqatçı öncə 6 ədədi ağ və 4 ədədi qızılı rəngli kağız bükümləri bir-bir açmaqla elektron tərəzinin üzərinə qoymuşdur. Hər bir bükümün daxilində ağ rəngli kristal maddələrdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlələr müşahidə edilmişdir. Elektron tərəzidə müvafiq ardıcıllıqla çəkilərinin 0,12 qram, 0, 15 qram, 0,10 qram, 0,13 qram, 0, 13 qram, 0,12 qram, 0,13 qram, 0,13 qram, 0,14 qram, 0,14 qram olduğu müəyyən edilmişdir. Sonda gümüşü rəngli büküm açılmışdır. İçərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müşahidə edilmişdir. Həmin büküm tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. Təhiqatçı aşkarlamış kütlələrin qablaşdırılıb məhkəmə-kimyəvi ekspertizasına təqdim ediləcəyini bildirmişdir. Təhqiqatçı çəkilişin dayandırmasını demiş, şəxsi axtarış istintaq hərəkəti yekunlaşmışdır. Şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə dair tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid X7 Şahid3 ifadəsinə uyğun ifadə verdi. Şahid4 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1993-cü il tarixdən ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs və onun ailə üzvləri onun yaşadığı evdən təxminən 1-2 kilometr aralıda TES-1 adlanan ərazidə yaşayırlar. O, mütəmadi olaraq TES- 1 ərazisindən keçəndə Təqsirləndirilən şəxs özü kimi bir neçə şəxslə dayanacağın yaxınlığında toplaşıb ucadan danışdığını görürmüş. Onun hərkətlərindən nakrotik vasitə istifadəçisi olması açıq aydın hiss olunurmuş. Belə olan halda həmin şəxsin ətrafdakı qonşulara xüsusən də gənclərə neqativ təsir göstərə biləcəyini düşünmüşdür. Bu barədə Sumqayıt ŞPİ-nə ərizə yazmaq istəmişdir. Lakin qorxmuşdur ki, Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə qarşı düşmənçilik münasibəti güdər. 12.02.2021-ci il tarixdə qonşular arasında gəzən söz söhbətlərdən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur və onun barəsində araşdırılma aparılır. O, araşdırılmanın daha keyfiyyətli aparılması üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs dair heç bir düçmənçilik və ya ədavət münasibəti olmamışdır. Ramiqi narkotik vasitə və ya psixotrop maddə satan yerdə görməmişdir. Amma davranışlarından narkoman olması açıq aşkar hiss olunduğundan ətrafdakı şəxslərə təhlükə mənbəyi hesab etdiyi üçün ərizə yazmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 10.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid3 və X4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.02.2021-ci il tarixli 6/624 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və.s qeydləri olan zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 0.230 qram qəhvəyi rəngli maddə kütləsi, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. Həmin zərfdəki 10 ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0.058 qr, 0.078 qr, 0.075 qr, 0.077 qr, 0.076 qr, 0.087 qr, 0.058 qr, 0.075 qr, 0.070 qr, 0.070 qram ümumi təmiz çəkisi 0.724 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr isə eyni tərkibli psixotrop maddə metamfetamindir (heroinin təmiz çəkisi-0,230 qram, tədqiqata sərf edildi0,050 qram, qalıq-1,180 qram, metamfetaminin ümumi təmiz çəkisi-0,724 qram, tədqiqata sərf edildi-ümumi 0,1 qram, ümumi qalıq-0,624 qram). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 18.03.2021-ci il tarixli 840 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinesiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı qismən etirafından və narkotik vasitənin cəmi 11 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni və psixoturop maddəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün qismən etirafına və narkotik vasitənin və psixotrop maddənin 11 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini və psixotrop maddəni əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təkzib etməklə yanaşı, həmin narkotik vasitəni və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün elə olduğu vəziyyətdə, yəni 11 ədəd bükümlərdə əldə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 11 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması onun tərəfindən ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istifadəsi üçün almasına dair özünün məhkəmədə göstərdiyi xüsusatı daha da, möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-24.06.2018-ci il təvəllüdlü X3 və 11.01.2020-ci il təvəllüdlü X2 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 4 (060)-59/2021 saylı qərarı ilə isə barəsində həbsdə saxlama müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 06.05.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,624 qram çəkidə psixotrop maddə metamfetamin və 0,180 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 108 (bir yüz səkkiz) manat, 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli (iş № 1(060)-345/2021) qərarını icra edərək, 30 aprel 2021-ci il tarixli 439 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,624 qram çəkidə psixotrop maddə metamfetamin və 0,180 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 108 (bir yüz səkkiz) manat, 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar