Məhkəmə qərarları › İş №1(060)-345/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-345/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-345/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs-mülki iddiaçı - Zərərçəkmiş şəxs1 və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan, Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək 4000 manat müqabilində 2020-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində sonuncunun Qarabağ müharibəsi veteranı olan əri Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında hər 5 ildən bir tibbi Sosial Ekspert Komissiyasından keçməli olduğu 2-ci qrup əlilliyi ilə bağlı aldığı təqaüdünü ömürlük elətdirəcəyini, eyni zamanda Qarabağ müharibəsi veteranı olduğu üçün təqaüdünə əlavə müavinat yazdıracağını yalan vəd verib aldadaraq 2020-ci ilin noyabr ayının sonlarında təxminən saat 10-11 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 3700 (üç min yeddi yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək qısa müddət ərzində 5000 manat müqabilində sonuncunun tanışı Azərbaycan Vətən Müharibəsi veteranı Şahid3 2-ci qrup əlilliklə təqaüdə çıxaracağını yalan vəd verib aldadaraq 2020-ci ilin dekabr ayının ortalarında təxminən saat 10-11 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 5000 (beş min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək 1 ay ərzində 3500 manat müqabilində sonuncunun tanışı X1 dayandırılmış 2-ci qrup əlilliyi ilə bağlı aldığı təqaüdünü bərpa elətdirəcəyini yalan vəd verib aldadaraq 2020-ci ilin dekabr ayının sonlarında təxminən saat 11-12 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”nın qarşısında 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək 1 ay ərzində 5000 manat müqabilində sonuncunun tanışı Şahid4 2-ci qrup əlillklə təqaüdə çıxardacağını yalan vəd verib aldadaraq 2021-ci ilin yanvar ayının əvvəllərində təxminən saat 11-12 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 5000 (beş min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək maksimum 2 ay ərzində bir avtomobili 5000 manat müqabilində Qarabağ müharibəsi veteranları olan X16 və X17 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədən kənar avtomobil verdirəcəyini yalan vəd verib aldadaraq 16 yanvar 2021-ci il tarixdə təxminən saat 15-16 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 10000 (on min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 10000 (on min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək 1 ay ərzində 4600 manat müqabilində sonuncunun Qarabağ müharibəsi veteranı olan tanışı X19 dayandırılmış 2-ci qrup əlilliyi ilə bağlı aldığı təqaüdünü bərpa elətdirəcəyini yalan vəd verib aldadaraq 24 yanvar 2021-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 4600 (dörd min altı yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək 2021-ci ilin yanvar ayının sonunadək olan müddət ərzində 4000 manat müqabilində sonuncunun anası X2 dayandırılmış 2-ci qrup əlilliyi ilə bağlı aldığı təqaüdünü bərpa elətdirəcəyini, eyni zamanda 6000 manat müqabilində atası X10 Qarabağ müharibəsi iştirakçısı olduğu üçün müharibə veteranı kimi təqaüdə çıxartdıracağını yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2020-ci ilin dekabr ayının əvvəllərində təxminən saat 18-19 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 4000 (dörd min) manat, 2021-ci ilin yanvar ayının əvvəllərində təxminən saat 12-13 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 4800 (dörd min səkkiz yüz) manat və 01 fevral 2021-ci il tarixdə saat 14-15 radələrində həmin yerdə 1200 (bir min iki yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 (on min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rauf adlı şəxsi və onun bacsı Zərərçəkmiş şəxs1 tanıyır, onlarla əvvəllər münasibəti normal olmuş, aralarında heç bir ədavət düşməçiliyi olmamışdır. Şahid1 Zərərçəkmiş şəxs1 həyat yoldaşıdır, o, Qarabağ müharibəsi veteranıdır. Şahid1 2-ci qrup əlilliyi ilə bağlı təqaüd alırdı. O, hər 5 ildən bir tibbi Sosial Ekspert komissiyasında keçirdi və müvafiq rəy əsasında növbəti 5 illik əlillik təqaüdü alırdı. Raufla da onun arasında pul məsələsi olmuşdur. O bilmişdir ki, onlar Şahid1 təqaüdü üçün həkim komissiyasından keçmək istəyirlər. Aynurə bu bu barədə telefonla onunla bir neçə dəfə danışmışmışdır. O da yalandan onlara bildirmişdir ki, onun həyat yoldaşının təqaüdünü ömürlük elətdirə biləcək, eyni zamanda Qarabağ müharibəsi veteranı olduğu üçün təqaüdünə əlavə müavinat da yazdıra biləcək. Bundan başqa da o onların inam və etibarını qazanmaq üçün yalandan demişdir ki, guya o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında imtiyazlı avtomobil növbəsində dayanan şəxslərə iş üzrə şöbəsində işləyir, həmin işin kuratorudur, Aynurə də həyat yoldaşına növbədən kənar avtomobil də verdirə biləcəyini demişdir. Aynurə bunları onunla telefon əlaqə saxlayıb danışmışdır. 2020-ci ilin noyabr ayının sonlarında təxminən saat 10 radələrində Aynurə onunla Sumqayıt şəhəri Təhsil Şöbəsinin qarşısında görüşmüşdür. Aynurə həmin vaxt onunla görüşə tək gəlmş, o da tək olmuşdur. O onları inandırması üçün Aynurəyə yalandan həyat yoldaşının sənədlərini gətirməyi demiş, Aynurə də həyat yoldaşının əlillyi ilə bağlı olan sənədləri gətirib ona vermişdir. O da həmin sənədləri götürüb çıxıb getmişdir. Həmin gün təxminən saat 12 radələrində o Aynurəyə zəng edib yalandan demişdir ki, sənədləri hərbi həkim komissiyasına göstərmiş, həyat yoldaşının təqaüdü ömürlük ola biləcək və Qarabağ müharibəsi veteranı olduğu üçün əlavə müavinət də ala biləcək, bunun əvəzində 5000 manat pul lazım olmuş, lakin Raufla münasibəti olduğu üçün bu işi 4000 manata həll edə biləcəyini də demiş, Raufla onun arasında 700 manat borc məsələsi olduğu üçün, o Aynurəyə demişdir ki, həmin 700 manatla birlikdə 3000 manat versin. Onun Raufa verməli olduğu 700 manat pulu Aynurə qardaşına verdiyi üçün o onunla belə razılaşmışdır. Həmin gün saat 14 radələrində o yenə Aynurənin yanına getmiş, onlar yenə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında görüşmüşlər. O Aynurəyə yalandan həyat yoldaşının işini tam həll edə biləcəyini, narahat olmamasını demiş, Aynurə ona həmin vaxt həyat yoldaşı Azərə məxsus şəxsiyyət vəsiqəsinin surətini, əlillik vəsiqəsinin surətini, xəstəlik epikrizinin surətini, bundan başqa əlavə tibi sənədlərin surətlərini verib çıxıb getmişdir. Sabahısı gün saat 10-11 radələrində o Aynurə ilə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında görüşmüş və Aynurə ona 3000 manat pul vermiş, eyni zamanda razılaşdıqları kimi Raufa verməli olduğu 700 manat pulu da o ona keçmişdir. Ümumilikdə Aynurə ona 3700 manat pul vermiş, Aynurə ona pul verəndə tək olmuş, eyni zamanda Aynurə də tək olmuşdur. O pulu götürüb bu məsələnin maksimum 2020-ci ilin dekabr ayının sonunadək həll olunacağını ona yalandan demişdir. Aynurə ona pul verəndə ona sənəd vermiş və bu sənədi həyat yoldaşı tərəfindən imzalanmalı olduğunu demişdir. Sonra Aynurə gedib həmin sənədi həyat yoldaşına imzaladıb ona gətirib vermişdir. Həmin sənədi sonra cırıb tullamışdır. O Aynurədən sağollasıb gedəndə ona yalandan demişdir ki, qohum tanışı olsa, təqaüd işlərində köməklik edə bilər, növbədən kənar avtomobil verdirə bilər, yuxarı vəzifələrdə qohumu olduğunu, onun arxasında dayandıqlarını, onu lazım olan yerlərə tapşırdıqlarını, ona görə də o bu işləri həll edə bildiryini demişdir. Aynurə də ona inanmışdır. O Aynurədən aldığı 3000 manat pulu özünə sərf etmiş, həmin puldan da heç kimə verməmiş, işlərini də həll etməmişdir. Bu səbəbdən də Aynurə dəfələrlə onunla ərinin işi ilə bağlı soruşmuş, o da ona müxtəlif bəhanələr gətirib işini yubatmışdır. Bundan başqa, 2020-ci ilin dekabr ayının əvvəllərində Aynurə ona zəng edərək tanışı Güləmbər Adıgözəlovanın təqaüdünün bərpa olunmasında və onun əri Orucun Qarabağ müharibəsi veteranı kimi təqaüdə çıxmasında kömək edib edə bilməyəcəyini soruşmuş, o da yalandan ona demişdir ki, bu məsələni də həll edə bilər. Həmin günün sabahısı təxminən saat 14 radələrində o Sumqayıt şəhərinə gəlmiş və Aynurə Güləmbər xalanın oğlu Zərərçəkmiş şəxs2la birlikdə Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən Rabitəbankın yanında onunla görüşmüşdür. Coşqun anasının və atasının sənədlərini ona göstərmiş və o sənədlərə baxıb yalandan bu məsələni həll edə biləcəyini demişdir. Həmin vaxtı pul söhbəti olmamışdır. Coşqun ona demişdir ki, ailə üzvləri ilə də məsləhətləşib bir xəbər edəcək. Təxminən 2 gün sonra Aynurə ona zəng edib Güləmbər xala ilə Oruc əminin işini həll etmək lazım olduğunu demişdir. O da ona yalandan demişdir ki, bu məsələni hansı məbləğə həll edə biləcəyini soruşub sonra ona deyəcək. Təxminən 1 saat sonra o yenidən Aynurəyə zəng edib yalandan demişdir ki, Coşqunun atasıOrucun məsələsinə görə 7000 manat pul lazımdır, ona görə 6000 manata bu məsələni həll edər, anası Güləmbərin məsələsinə görə isə 5000 manat pul istəyirlər, bu işi isə ona görə 4000 manata həll edər. Məqsədi isə onların pulunu ələ keirtmək olmuş, Aynurə də onun dediklərini Coşquna demiş, Coşqun da onunla razılaşmışdır. Coşqun özü də onunla mobil telefonda danışmışdır. Təxminən 3 gün sonra təxminən saat 18-19 radələrində Coşqun Aynurə ilə birlikdə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında onunla görüşmüşlər. Həmin vaxt Coşqun ona işlərin görülməsi üçün əvvəlcə 4000 manat, 2021-ci ilin yanvar ayının əvvəllərində saat 12-13 radələrində yenədə həmin yerdə 4800 manat pul vermişdir. O Coşqunun anası və atasını da həkim müayinəsindən keçirtdirmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə o, Güləmbər xalanı həkim müayinəsindən keçirib və həmin vaxt Coşquna yalandan demişdir ki, təcili olaraq qalan pulu verilməlidir ki, xx.xx.2021-ci il tarixədək onun anası və atasının təqaüd məsələləri düzəltsin. Coşqun da həmin gün axşam saatlarında onunla Sumqayıt şəhər Təhsil Şöbəsinin yaxınlığında onunla görüşərək qalan 1200 manat pulu vermişdir. Ümumilikdə o, Coşqundan anası Güləmbər və atası Orucun təqaüd məsələlərinə görə ümumilikdə 10000 manat pul almışdır. Onların da işlərini həll etməyərək 10000 manat pullarını ələ keçirib özünə sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bundan başqa, Aynurə 2020-ci ilin dekabr ayının ortalarında ona zəng edib Cavid adlı şəxsi tanışının Qarabağ müharibəsi işrtirakçısı olduğunu, müharibə vaxtı kontuziya aldığını, psixi durumu yerində olmadığını, ona köməklik edib təqaüd almasını bildirmişdir. O da yalandan ona demişdir ki, həmin məsələni də həll edə bilər və həmin məsələyə görə 7000 manat pul lazımdır. Daha sonra Aynurə ona zəng edib Cavidgildə olduğunu ona kömək edə bilib-bilməyəcəyini soruşmuş, o da yalandan ona arxayın olmasını, Cavidə kömək etmək mümkün olduğunu demişdir. Aynurə də həmin vaxt ona demişdir ki, Cavidgil 5000 manat pul düzəldə bilirlər, ondan həmin pulu götürüb götürməməyi soruşmuş, o da ona demişdir ki, pulu götürsün, eyni zamanda Cavidin şəxsiyyət vəsiqəsinin əslini və digər tibbi sənədlərini istəmişdir. Bundan sonra sabahısı gün təxminən saat 10-11 radələrində Aynurə onunla Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında görüşüb ona 5000 manat pul vermiş, onların da işlərini həll etməyərək 5000 manat pullarını ələ keçirib özünə sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bundan başqa 2020-ci ilin dekabr ayının sonlarında Aynurə ona zəng edərək tanışı X1 2-ci qrup əliliyi ilə bağlı dayandırılmış təqaüdünün bərpa edilməsinə köməklik göstərməsini xahiş etmişdir. O da yalandan ona danışıb xəbər edəcəyimi demiş, bir neçə saat sonra isə Aynurəyə zəng edib məsələni həll edə biləcəyini bildirmiş və bunun əvəzində 4000 manat pul istəmişdir. Aynurə də bunu Rəfiqə xalaya demiş, Rəfiqə xala da 3500 manat pul verə biləcəyini demişdir. Aynurə də zəng edib bunu ona demişdir. O da ona köməklik edə biləcəyini, narahat olmamasını pulu və Rəfiqə xalanın şəxsiyyət vəsiqəsini, tibbi və digər sənədlərini götürüb ona verməsini xahiş etmişdir. Sabahısıgün saat 11-12 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”nın qarşısında o Aynurə ilə görüşmüş və sonuncu ona 3500 manat pulu və sənədləri verib çıxıb getmişdir. O ona yalandan bu məsələnin maksimum 1 aya həll olunacağını demiş, onun da işlərini həll etməyərək 3500 manat pulu ələ keçirib özünə sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bundan başqa, Aynurə ona Şahid4 xəstəliklə təqaüdəçıxarmaqla bağlı müraciət etmişdir. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Aynurə ona zəng edib bildirmişdir ki, tanışı Validə xəstəliklə bağlı təqaüdəçıxmaq istəyir. O da yalandan ona xəbər edəcəyini demişdir. Bir neçə saat sonra Aynurəyə zəng edib məsələni həll edə biləcəyini bildirmiş və Validəni 2-ci qrup əlillklə təqaüdə çıxarmaq üçün bunun əvəzində 5000 manat pul və Validənin şəxsiyyət vəsiqəsini istəmişdir. Aynurə Validənin vəsiqəsinin şəklini çəkib onun mobil nömrəsinə göndərmişdir. Sabahısı gün isə təxminən saat saat 11- 12 radələrində Aynurə yenə Sumqayıt şəhəri Təhsil şöbəsinin yanında onunla görüşmüş və ona 5000 manat pul vermişdir. O yalandan Validənin də işinin 1 aya həll edəcəyini demiş,lakin o onun da işini həll etməyərək 5000 manat pulunu ələ keçirib özünə sərf etmiş, həmin puldan heç kimə verməmişdir.Bundan başqa, 2021-ci ilin yanvar ayının ortalarında Aynurə ona zəng edib demişdir ki, Həsən adlı tanışının 2 nəfər dostu var, Qarabağ müharibəsi veteranıdır, onlar növbədən kənar avtomobil almaq istəyirlər, 1 nəfər də dostu var, onun təqaüdü dayanıb, təqaüdünü bərpa elətdirmək istəyir. O da ona demişdir ki, danışıb xəbər edəcək. Bir neçə saat sonra o Aynurəyə zəng edib yalandan demişdir ki, avtomobillərin verilməsi yerində bir nəfərlə danışılıb, növbədənkənar avtomobil almaq üçün 5000 manat pul lazımdır. Bunu da onu inandırmaq üçün yalandan demişdir. Eyni zamanda o ona yalandan demişdir ki, dayandırılmış təqaüdü bərpa etmək üçün də 5000 manat pul lazımdır. Aynurə də bunları Həsənə demişdir. Həsən təxminən 2 gün sonra Aynurə ona zəng edib 2 nəfər şəxs maşın növbəsinə yazılıb avtomobil almaq istədiyini demiş, o da narahat olmamasını, pulları götürməsini demişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 15-16 radələrində Aynurə Sumqayıt şəhəri Təhsil şöbəsinin yanına gəlib onunla görüşüb ona 10000 manat pul və sənəd surətlərini vermiş, o pulları götürüb yalandan ona demişdir ki, maksimum 1-2 aya atomobilləri təhvil verəcək. Bundan təxminən 1 həftə Aynurə ona zəng edib demişdir ki, Həsən digər dostunun da təqaüd məsələsini həll etmək istədiyini deyir və dostunun 4600 manat pul düzəltdiyini bildirir. O da razılaşmış xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri Təhsil şöbəsinin yanında Aynurə ilə görüşmüş, o X19 şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərin surətini, eyni zamanda 4600 manat pulu ona vermişdir. O yalandan bu məsələnin uzağı 1 aya həll edəcəyini bildirmişdir. Bundan sonra Aynurə dəfələrlə onunla əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşmuş, eyni zamanda ondan tələb etmişdir ki, gəlib Həsənlə görüşüb ona işin gedişatı barədə izah etsin. O da ona yalandan demişdir ki, Elburus və Təvəkgülü növbədən kənar avtomobil növbəsi siyahısına salmış, 2021-ci ilin yanvar ayının son günlərinə təxminən saat 18 radələrində o, Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən “Dejurnıy kruq” adlanan yerə getmiş, Aynurə də Həsənlə birlikdə onun yanına gəlmiş onlar görüşmüşlər. O onlara yalandan özü düzəltdiyi siyahı təqdim edib, Elburusla Təvəkgülü avtomobil növbəsi siyahısına köhnə tarixə saldırdıqlarını demişdir. Lakin Həsən həmin siyahıya baxıb demişlər ki, bu siyahı saxtadır, siyahı belə formada olmur. Həsən belə dedikdə o da ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına girib baxsın, həmin yerdə bu siyahı var. Lakin onlar həmin siyahını internetdə göstərməsini desələr də, o göstərə bilməmişdir. Həsən də ona pullarını geri verməsini tələb etmiş, o da demişdir ki, bu saxta siyahı deyil, ola bilsin ki, hələ sayta qoyulmayıb. Aynurə ilə Həsən ondan həmin siyahını götürüb özlərində saxlamışlar. O, də artıq onların onun yalanının üstünü açdıqlarını düşünmüşdür. Aynurəgil ondan sonra öz pullarını istəmişlər, o isə onlardan aldığı pulları ələ keçirib özünə sərf etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, o, öz düzəltdiyi siyahını internetde sayta baxıb özü kompyuterdə düzəltmiş ki, Aynurə ilə Həsən qeyd olunan şəxslərin adlarını avtomobil siyahısına saldırdığına inansınlar və onu buna görə narahat etməsinlər. Həmin siyahıda heç bir möhür və ya dövlət qurumunun əlamətləri olmamış, o, həmin siyahının əvvəlinə “Əmək əv Əhalinin Sosial Müdafiə Nazirliyi yanında imtiyazlı avtomobil növbəsində dayanan şəxslər reyestrindən (Qarabağ müharibəsi əlilləri) çıxarış” sözləri yazmış və siyahıya X16 ilə X11 adlarını yazmışdır ki, onlar ona inansınlar və onu narahat etməsinlər. Lakin həmin vərəqdə heç bir qerb, möhür olmamışdır. O, heç kəslə əlbir olmadığını, aldığı pullardan heç kəsə pul vermədiyini, alığı pulları özünə xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxs X12 dəymiş ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödədiyini, himayəsində azyaşlı uşaqlar olduğunu bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianı qismən qəbul edərək ona dəymiş zərərdən 2000 manatı ödədiyi üçün 10000 manat borcu qaldığını, həmin borcun da yaxın qohumları tərəfindən zərərçəkmiş şəxsə ödəniləcəyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Raufun vasitəsi ilə tanımış, onunla əvvəllər münasibəti normal olmuş, araların heç bir ədavət düşməçiliyi olmamışdır. Şahid1 onun həyat yoldaşıdır, o, Qarabağ müharibəsi veteranıdır. Yoldaşı Şahid1 2-ci qrup əlilliyi ilə bağlı təqaüd alırdı. O, hər 5 ildən bir tibbi Sosial Ekspert komissiyasında keçirdi və müvafiq rəy əsasında növbəti 5 illik əlillik təqaüdü alırdı. O qardaşı Raufun vasitəsi ilə 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxsla tanış olmuş, qardaşı Raufla onun arasında pul məsələsi olmuş və o, qardaşının etibarını qazanmışdır. Təqsirləndirilən şəxs bilmişdir ki, onlar həyat yoldaşı Şahid1 təqaüdü üçün həkim komissiyasından keçmək istəyirlər. O Mövlanverdi ilə bu barədə telefonla bir neçə dəfə danışmış, sonuncu da onlara bildirmişdir ki, o, həyat yoldaşının təqaüdünü ömürlük elətdirə biləcək, eyni zamanda Qarabağ müharibəsi veteranı olduğu üçün təqaüdündən əlavə müavinat də yazdıra biləcək. Bundan başqa da Mövlanverdi onlara demişdir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında imtiyazlı avtomobil növbəsində dayanan şəxslərə iş üzrə şöbəsində işləyir, həmin işin kuratorudur, o, həyat yoldaşına növbədən kənar avtomobil də verdirə biləcəyini demişdir. O bunları onunla telefon əlaqə saxlayıb danışmış, ona inandığı üçün, həmdə qardaşının tanışı olduğu üçün, 2020-ci ilin noyabr ayının sonlarında təxminən saat 10 radələrində o Mövlanverdi ilə Sumqayıt şəhəri Təhsil Şöbəsinin qarşısında görüşmüşlər. O həmin vaxt onunla görüşə tək getmişdi, Mövlanverdi ona həyat yoldaşının sənədlərini gətirməyi demiş, o da həyat yoldaşının əlillyi ilə bağlı olan sənədləri gətirib ona vermişdir. Mövlanverdi də həmin sənədləri götürüb çıxıb getmişdir. Həmin gün təxminən saat 12 radələrində Mövlanverdi ona zəng edib sənədləri hərbi həkim komissiyasına göstərdiyini, həyat yoldaşının təqaüdünün ömürlük ola biləcəyini və Qarabağ müharibəsi vetranı olduğu üçün əlavə müavinat ala biləcəyini demişdir. Lakin sənədləri orada kimə göstərdiyini deməmişdir. Bunun əvəzində Mövlanverdi 5000 manat pul lazım olduğunu demiş, lakin o, onun qardaşı ilə münasibəti olduğu üçün bu işi 4000 manata həll edə biləcəyini demişdir. Qardaşı ilə Mövlanverdininin arasında 700 manat borc məsələsi olduğu üçün, Mövlanverdi ona demişdir ki, həmin 700 manatla birlikdə 3000 manat verər. Mövlanverdinin qardaşı Raufa verməli olduğu 700 manat pulu o qardaşına verdiyi üçün o, onunla belə razılaşmışdır. O, onda ona tam inam olmadığını görüb, Mövlanverdi həmin gün saat 14 radələrində yenə onun yanına gəlmiş, o onunla yenə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında görüşmüşdür. O ona həyat yoldaşının işini tam həll edə biləcəyini, narahat olmamasını demişdir. O da ona inanmış və onunla razılaşmışdır. O Mövlanverdiyə həmin vaxt həyat yoldaşı Azərə məxsus şəxsiyyət vəsiqəsinin surətini, əlillik vəsiqəsinin surətini, xəstəlik epikrizinin surətini, bundan başqa əlavə tibi sənədlərin surətlərini verib çıxıb getmişdir. Sabahısı gün saat 10-11 radələrində Mövlanverdi ilə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında görüşmüşlər və o ona 3000 manat pul vermiş, eyni zamanda razılaşdıqları kimi qardaşına verməli olduğu 700 manat pulu ona keçmişdir. Ümumilikdə o ona 3700 manat pul vermiş olmuş, o ona pul verəndə tək olmuş, eyni zamanda Mölanverdi də olmuşdur. Mövlanverdi pulu götürmüş və bu məsələnin maksimum 2020-ci ilin dekabr ayının sonunadək həll olunacağını demişdir. O ona pul verəndə Mövlanverdi ona sənəd vermiş və bu sənədi həyat yoldaşı tərəfindən imzalanmalı olduğunu demişdir. O da evə gedib həmin sənədi həyat yoldaşına imzaladıb Mövlanverdinin yanına gəlmiş və həmin sənədi də ona vermişdir. Mövlanverdi sağollasıb gedəndə ona demişdir ki, qohum tanışı olsa, təqaüd işlərində köməklik edə bilər, növbədən kənar avtomobil verdirə bilər, o da ona inanmışdır. Bundan sonra o dəfələrlə Mövanverdi ilə ərinin işi ilə bağlı soruşmuş və o müxtəlif bəhanələr gətirib onun işini yubatmışdır. Hal hazıradək də o onun nə işini həll edib, nə də ki, pulunu qaytarmışdır. O sonradan əvvəllər ona inandığıüçün bir neçə nəfər tanışının da işlərinə kömək etmək üçün ona demiş, o da həmin şəxslərdən də müxtəlif məbləğlərdə pul alıb, lakin onların nə işlərini həll edib, nə ki, pullarını qaytarmışdır. O sonradan başa düşmüşdür ki, Mövlanverdi dələduzluqla məşğul olur, bu səbəbdən şikayət etmək qərarına gəlmişdir.Bundan başqa o 2020-ci ilin dekabr ayının əvvəllərində Mövlanverdi barəsində tanışı Güləmbər Adıgözəlovaya danışmış, Güləmbər Adıgözəlovanın xəstəliyi ilə bağlı 2-ci qrup əlilliklə təqaüd aldığını, lakin sonra təqaüdünün kəsildiyini bildirmişdir. Eyni zamanda onun əri X32 müharibəsi veteranı olduğu üçün onu da müharibə iştirakçısı kimi təqaüdə çıxartmaq istədiyini demişdir. Bu səbəbdən Güləmbər ona demişdir ki, o Mövlanverdidən ona təqaüdünün bərpa olunmasında və ərini qarabağ müharibəsi veteranı kimi təqaüdə çıxmasında kömək edib edə bilməyəcəyini soruşsun, o da Mövlanverdiyə zəng edib Güləmbər xala və Oruc dayının məsələsi barədə Mövlanverdiyə danışmış, Mövlanverdi də bu məsələni həll edə biləcəyini demiş və həmin günün sabahısı təxminən saat 14 radələrində Mövlanverdi Sumqayıt şəhərinə gəlmiş və o Güləmbər xalanın oğlu Zərərçəkmiş şəxs2la birlikdə Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən Rabitəbankın yanından onunla görüşmüş, Coşqun anasının və atasının sənədlərini Mövlanverdiyə göstərmiş və o sənədlərə baxıb bu məsələni həll edə biləcəyini demişdir. Həmin vaxtı onlar onunla pul söhbəti etməmişlər. Coşqun ona demişdir ki, ailə üzvləri ilə də məsləhətləşib bir xəbər edəcək. Təxminən 2 gün sonra Coşqun onunla əlaqə saxlayıb demişdir ki, evdə hamıyla məsləhətləşmiş, Mövlanverdi ilə danışsınlar onlara kömək eləsin. O da Mövlanverdiyə zəng edib Güləmbər xala ilə Oruc əminin işini həll etmək lazım olduğunu demiş, Mövlanverdi də ona demişdir ki, bu məsələni hansı məbləğə həll edə biləcəyini soruşub sonra ona deyəcək. Təxminən 1 saat sonra Mövlanverdi ona yenidən zəng edib demişdir ki, Coşqunun atası Orucun məsələsinə görə 7000 manat pul lazımdır, ona görə 6000 manata bu məsələni həll edər, anası Güləmbərin məsələsinə görə isə 5000 manat pul istəyirlər, bu işi isə ona görə 4000 manata edər. O da Mövlanverdinin dediklərini Coşquna demiş, Coşqun da Mövlanverdi ilə razılaşıb özü də Mövlanverdi ilə mobil telefonda danışmışdır. Təxminən 3 gün sonra təxminən saat 18-19 radələrində Coşqun onunla birlikdə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında Mövlanverdi ilə görüşmüşlər. Həmin vaxt Coşqun Mövlanverdiyə işlərin görülməsi üçün xatırlamır ya 4000 ya da 5000 manat pul vermişdir. Mövlanverdi də pulu götürüb Coşqunun anası və atasının işini maksimum 1 ay yarıma həll edəcəyini deyib çıxıb getmişdir. Bildiyinə görə sonra Coşqun özü atası və anasının işinə görə ümumilkdə ayrı ayrı vaxtlarda Mövlanverdiyə 10000 manat pul vermişdir. Mölanverdi Coşqunun anası və atasını da həkim müayinəsindən də keçirtdirmişdir. Sonuncu dəfə bildiyinə görə xx.xx.2021-ci il tarixdə Mövlanverdi Güləmbər xalanı həkim müayinəsindən keçirib və həmin vaxt o Coşquna demişdir ki, təcili olaraq qalan pul verilməlidir ki, xx.xx.2021-ci il tarixədək onun anası və atasının təqaüd məsələləri düzəltsin. Coşqun da həmin gün axşam saatlarında Mövlanverdi ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin yaxınlığında onunla görüşərək səhv etmirəmsə qalan 1200 manat pulu vermişdir. X3 anası Güləmbər və atası Orucun təqaüd məsələlərinə görə ondan ayrı ayrı vaxtlarda 10000 manat pul almış, Mövlanverdi Coşqunun ona verdiyi pullardan 1500 manatını qaytarmışdır. Bundan başqa, o Zərərçəkmiş şəxs2 oğlnun vasitəsi ilə Cavid adlı şəxsi tanımış, Coşqun anası ilə atasının təqaüd məsələsini Mövlanverdi vasitəsilə düzəltmək istəyən ərəfədə Coşqun ona demişdir ki, onun Cavid adlı tanışı var, o, sonuncu Qarabağ müharibəsi işrtirakçısıdır, müharibə vaxtı kontuziya alıb, psixi durumu yerində deyil, ona köməklik edək təqaüd alsın. O bu barədə Mövlanverdi ilə təxminən 2020-ci ilin dekabr ayının ortalarında zəng edib danışmış, sonuncu da ona məsələni həll edə biləcəyini və bu məsələyə görə 7000 manat pul lazım olduğunu demişdir. O da Coşquna onun dediyini demişdir. Sonra Cavid onunla əlaqə saxlamış və onun anası ona onlara gəlməyisini xahiş etdiyi üçün o Cavidgilə getmiş, Cavidin anası ilə atası onunla söhbət etmişlər, o da onlara olduğu kimi hər şeyi demiş, Mövlanverdi onun öz işi və Coşqunun işini də həll edəcəyini, onların da ona pul verdiyini demişdir. O onlarda olarkən özü Mövlanverdiyə zəng edib telefonu mikrofona qoymuş və ondan Cavidə kömək edib edə bilməyəcəyini soruşmuş, o da ona arxayın olmalarını, Cavidə kömək etmək mümkün olduğunu demişdir. Özü də ona həmin vaxt demişdir ki, Cavidgil 5000 manat pul düzəldə biliblər, ondan həmin pulu götürüb götürməməyi soruşmuş,. Mövlanverdi də demişdir ki, pulu götürsün, eyni zamanda Cavidin şəxsiyyət vəsiqəsinin əslini və digət tibbi sənədlərini istəmişdir. Bütün bu danışıqları Cavid, onun atası ilə anası da eşitmişdir. Bundan sonra Cavid 5000 manat pulu evlərində olanda gətirib ona vermişdir. Bundan sonra o həmin pulu sabahısı gün təxminən saat 10-11 radələrində Mövlanverdi ilə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında görüşmüş və ona 5000 manat pul vermişdir. Bundan sonra o dəfələrlə Mövlanverdi ilə əlaqə saxlayıb Cavidin işini soruşmuş, Mövlanverdi isə Cavidin dəlixanada adının getdiyini, o demədən çölə çıxmamasını demişdir. O da onun dediklərini Cavidə demişdir. Daha sonra o dəfələrlə Mövlanverdidən Cavidin işi ilə bağlı soruşmuş, o isə hər dəfə bəhanə etmişdir. Mövlanverdi Cavidin işini də həll etməmiş,həmçinin həmin pulu da qaytarmamışdır. Sonra Cavid işinin həll olunmadığını görüb ondan öz pulunu tələb etmiş, o da özündə olan ona məxsus 5000 manat pulu evdən götürüb Cavidə geri qaytarmışdır. Bundan başqa, o Mövlanverdiyə tanışı X1 da dayandırılmış təqaüdə ilə bağlı müraciət etmiş, təxminən 2020-ci ilin dekabr ayının sonlarında Rəfiqənin qohumu Şahid2 ona bildirmiş ki, qohumu Rəfiqə Mustafayevanın xəstəliyi ilə əlaqədar 2-ci qrup əlillik təqaüdü dayandırılıb. O, da Anara bir nəfər tanışı olduğunu demiş, o, yenə Mölanverdiyə zəng edib olan məsələni demiş, Mövlanverdi də danışıb xəbər edəcəyini demişdir. Bir neçə saat sonra ona zəng edib məsələni həll edə biləcəyini bildirmiş və bunun əvəzində 4000 manat pul istəmişdir. O, da bunu Rəfiqə xalanın qohumu Şahid2 zəng edib demiş, Anar da ona həmin iş üçün 3500 manat pul verə biləcəyini demişdir. O, da Mövlanverdiyə zəng edib Rəfiqə xalanın işi ilə bağlı 3500 manat pul düzəldiyini, həmin pulu götürüb götürməməyini soruşmuş, Mövlanverdinin köməklik edə biləcəyini, narahat olmamasını pulu və Rəfiqə xalanın şəxsiyyət vəsiqəsini, tibbi və digər sənədlərini götürüb ona verməyini demişdir. O, da sabahısı gün saat 11 radələrində Rəfiqə xalanın qohumu Anarla Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”nın qarşısında görüşmüş, Anar ona lazım olan sənədləri və 3500 manat pulu vermişdir. O, pulu Anardan götürdükdən sonra Mövlanverdiyə zəng etmiş, gəlib pulu götürməyini demiş, Mövlanverdi də ona 30 dəqiqəyə gələcəyini demiş və həmin gün saat 11-12 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”nın qarşısında Mövlanverdi ilə görüşmüş, 3500 manat pulu və sənədləri ona vermiş, Mövlanverdi də çıxıb getmişdir. Mövlanverdi bu məsələnin maksimum 1 aya həll olunacağını deyirmiş. Lakin Mövanverdi bu işi də yubadırmış, heç bir iş görməmiş, müxtəlif bəhanələr gətirirmiş. Rəfiqə xala ilə Anar da işin həll olunmadığını görüb ondan pulunu tələb eləmişdir. O, da dəfələrlə Mövlanverdidən pulu tələb etmiş, uzun mübahisələrdən sonra Mövlanverdi 3500 manat puldan 2000 manatı qaytarmış, lakin 1500 manat pulu hələ də qaytarmamışdır. Mövlanverdi öz xətti ilə Anara əlyazma öhdəlik yazıb vermiş ki, o, Anara 1500 manat pul borcludur, həmin pulu pensiya üçün götürüb. Anar sonra ondan pulun qalığını da tələb etdiyi üçün o, özündə olan 1500 manat pulu evdən götürüb Anara vermişdir. Bundan başqa, o Mövlanverdiyə tanışı Şahid4 xəstəliklə təqaüdə çıxarmaqla bağlı müraciət etmiş, təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Validə ona bildirmişdir ki, o, xəstəliklə bağlı təqaüdə çıxmaq istəyir. O da ona bir nəfər tanışı olduğunu demişdir. O yenə Mövlanverdiyə zəng edib olan məsələni demiş, Mövlanverdi də ona xəbər edəcəyini demişdir. Bir neçə saat sonra ona zəng edib məsələni həll edə biləcəyini bildirmiş və Validəni 2-ci qrup əlillklə təqaüdəçıxarmaq üçün bunun əvəzində 5000 manat pul istəmişdir. O da bunu Validəyə demiş, Mövlanverdi ilə Validənin yanında danışmış, Validə də danışıqları özü eşitmişdir. Validə Mövlanverdinin dediyi ilə razılaşmış. Validə öz evlərində ona 5000 manat pul vermiş, o da pulu götürüb Mövlanverdiyə zəng etmiş, Mövlanverdi ondan Validənin şəxsiyyət vəsiqəsini istəmiş, o da onun vəsiqəsinin şəklini çəkib onun mobil nömrəsinə göndərmişdir. Sabahısı gün isə təxminən saat saat 11-12 radələrində Mövlaverdi yenə Sumqayıt şəhəri Təhsil şöbəsinin yanına getmiş və o ona 5000 manat pul vermiş, sonuncu ona Validənin də işinin 1 aya həll edəcəyini desə də, lakin Validənin də işini həll etməyib, həmçinin pulunu qaytarmadığından, Validə pulu ondan tələb etməyə başlamış, o da həmin 5000 manat pulu məcbur olub özü Validəyə qaytarmış və özü həmin pulu Mövlanverdidən tələb etməyə başlamışdır. Bundan başqa o tanışı Qarabağ müharibəsi veteranı Şahid5 ilə görüşəndə sonuncu ona demişdir ki, bir nəfər tanışı var, təqaüd işlərində köməklik edə bilir və Qarabağ müharibəsi veteranlarına növbədən kənar avtomobil verdirə bilir. Həsən də təxminən 2021-ci ilin yanvar ayının 10-dan sonra ona demişdir ki, 2 nəfər dostu var, Qarabağ müharibəsi veteranıdır, onlar növbədən kənar avtomobil almaq istəyirlər, 1 nəfər də dostu var, onun təqaüdü dayanıb, təqaüdünü bərpa elətdirmək isətyir. O da Həsənin dedikləri barədə Mövlanverdiyə zəng edib demiş, sonuncu da ona demişdir ki, danışıb xəbər edəcək. Bir neçə saat sonra Mövlanverdi ona zəng edib demişdir ki, avtomobillərin verilməsi yerində bir nəfərlə danışılıb, növbədənkənar avtomobil almaq üçün 5000 manat pul lazımdır, lakin kiminlə danışdığını ona deməmiş, o da soruşmamışdır. Eyni zamanda dayandırılmış təqaüdü bərpa etmək üçün də 5000 manat pul lazımdır. O da bunları Həsənə demiş, Həsən təxminən 2 gün sonra ona zəng edib demişdir ki, həmin 2 nəfər şəxs avtomobil almaq istəyirlər. Həmin şəxslərin adı X16 vəX26dur, o yenə Mövlanverdi ilə danışıb konkret olaraq 2 nəfər şəxsin maşın növbəsinə yazılıb avtomobil almaq istədiyini demiş, Mövlanverdi də narahat olmamasını, pulları götürməyini demişdir. O da xx.xx.2021ci il tarixdə təxminən saat 12 radələrində Sumqayıt şəhəri 30 məhəlləərazisində yerləşən 25 saylı uşaq bağçanın qarşısında Həsənlə görüşmüş, ondan X16 və X13 şəxsiyyət vəsiqələrinin surətlərini və göndərdikləri 10000 manat pulu Həsəndən götürmüş, o da pulu və sənədlərin surətini götürüb Mövlanverdiəyə zəng edib demiş, Mölanverdi də həmin gün saat 15-16 radələrində Sumqayıt şəhəri Təhsil şöbəsinin yanına gəlib onunla görüşüb 10000 manat pul və sənəd surətlərini ondan götürmüşdür. O, pulları götürüb demişdir ki, maksimum 1-2 aya atomobilləri təhvil verəcək. Bundan təxminən 1 həftə sonra Həsən yenə ona zəng edib digər dostunun da təqaüd məsələsini həll eləmək istədiyini deyib dostunun 4600 manat pul düzəltdiyini bildirmişdir. O bu barədə Mövlanverdiyə zəng edib demiş, Mövlanverdi ona demişdir ki, danışıb xəbər edəcək. Təxminən 1 saat ərzində Mövlanverdi ona zəng edib məsələni həll edə biləcəklərini demiş, o da bu barədə Həsənə demiş, Həsən xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində onunla Sumqayıt şəhəri 30 məhəlləərazisində yerləşən 25 saylı uşaq bağçasının qarşısında görüşmüş, ondan dostu X19 şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərin surətini, eyni zamanda göndərdiyi 4600 manat pulu Həsəndən almış, o ondan pulu alandan sonra Mövlanverdiyə zəng edib pulu götürdüyünü demiş, Mövlanverdi də həmin gün saat 17 radələrində Sumqayıt şəhəri Təhsil şöbəsinin yanına gəlib onunla görüşmüş, o da X19 şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərin surətini, eyni zamanda göndərdiyi 4600 manat pulu ona vermişdir. Sonuncu bu məsələnin uzağı 1 aya həll edəcəyini bildirmişdir. Bundan sonra o dəfələrlə Mövlanverdi ilə əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşmuş, eyni zamanda o ondan tələb etmişdir ki, gəlib Həsənlə görüşüb ona işin gedişatı barədə izah etsin. O da ona demişdir ki, Elburus və Təvəkgülü növbədənkənar avtomobil növbəsi siyahısına salıb. O ondan tələb etdiyi təxminən 2021-ci ilin yanvar ayının son günlərinə təxminən saat 18 radələrində Mövlanverdi Sumqayıt şəhəri 5-ci məhəlləərazisində yerləşən “Dejurnıy kruq” adlanan yerə gəlmiş, o da Həsənlə birlkdə onunla görüşmüş, Mövlanverdi ona siyahı təqdim edib, Elburusla Təvəkgülü avtomobil növbəsi siyahısına köhnə tarixə saldırdıqlarını demiş, lakin Həsən həmin siyahıya baxıb demişdir ki, bu siyahı saxtadır, siyahı belə formada olmur. Həsən belə dedikdə Mövlanverdi demişdir ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına girsin baxsın, həmin yerdə bu siyahı var. Lakin onlar onun həmin siyahını internetdə göstərməsini desələr də, o göstərə bilməmişdir. Həsən də ona pullarını geri verməsini tələb etmiş, lakin Mövlanverdi demişdir ki, bu saxta siyahı deyil, ola bilsin ki, hələ sayta qoyulmayıb. O dirənib onları inandırmışdır ki, həmin siyahı düz siyahıdır. O hər ehtimal üçün həmin siyahını özü ilə götürmüşdür. Lakin bir ay keçdikdən sonra Mövlanverdi öz vədlərinə əməl etməmiş, nə növbədən kənar avtomobilləri vermiş, nə də ki, Rahidin təqaüdünü bərpa etmişdir. Bir müddət keçəndən sonra isə Mölanverdi ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Həsən ondan pulları tələb etdiyi üçün öz qızıllarını Turanbanka girov qoyub pul götürüb özündə olan pulu üstünə qoymaqla cəmi 14600 manat pulu Həsənə geri qaytarmış və həmin pulları özü Mövlanverdidəb tələb etməyə başlamışdır. Eyni zamanda onun tərəfindən verilmiş mülki iddianı müdafiə etdiyini, borcdan 2000 manat ödənildiyi üçün qalan 10000 manat pulun ödənilməsini tələb etdiyini və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Aynurə 2020-ci ilin dekabr ayının əvvəllərində Mövlanverdi barəsində X24ya danışmışdır. Aynurə demişdir ki, onun Mövlanverdi adlı tanışı var, Mövlanverdi Əmək vəƏhalinin Sossial müdaiəsi naziriliyində məsul vəzifədə işləyir, o təqaüdəçıxmağa, dayandırılmış təqaüdlərin bərpa olunmasına köməklik edə bilir. X24 xəstəliyi ilə bağlı 2-ci qrup əlilliklə təqaüd alırdı, lakin onun təqaüdünü kəsmişdilər. Eyni zamanda atası X32 müharibəsi veteranı olduğu üçün onu da müharibə iştirakçısı kimi təqaüdəçıxartmaq istəyirdilər. Bu səbəbdən onlar Aynurəyə demişlər ki, o, Mövlanverdidən anasına təqaüdünün bərpa olunmasında və atasının Qarabağ müharibəsi veteranı kimi təqaüdəçıxmasında kömək edib edə bilməyəcəyini soruşsun, Aynurə də Mövlanverdiyə zəng edib anası və atasının məsələsi barədə Mövlanverdiyə danışmışdır. Mövlanverdi də bu məsələni həll edə biləcəyini demiş və həmin günün sabahısı təxminən saat 14 radələrində Mövlanverdi Sumqayıt şəhərinə gəlmişdir. O Aynurə ilə birlikdə Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən Rabitəbankın yanından onunla görüşmüşlər,o anasının və atasının sənədlərini Mövlanverdiyə göstərmiş, o da sənədlərə baxıb bu məsələni həll edə biləcəyini demişdir. Həmin vaxtıonlar onunla pul söhbəti etməmişlər. O ona demişdir ki, ailəüzvləri ilə də məsləhətləşib bir xəbər edəcək. O ailəüzvləri ilə məsləhətləşmiş və anası ilə atasının təqaüdü məsələsini həll etmək qərarına gəlmişdir. Təxminən 2 gün sonra o Aynurə iləəlaqə saxlayıb demişdir ki, evdə hamıyla məsləhətləşmiş, Mövlanverdi ilə danışsınlar onlara kömək eləsin. Aynurə də Mövlanverdiyə zəng edib deyəcəyini demiş və təxminən 1 saat sonra Aynurəona yenidən zəng edib demişdir ki, Mövlanverdi ilə danışıb sonuncu atası Orucun məsələsinə görə 7000 manat pul istəyir, ona görə 6000 manata bu məsələni həll edər, anası Güləmbərin məsələsinə görə isə 5000 manat pul istəyir, bu işi ona görə 4000 manata edər. O da evdə məsləhətləşmiş və Mövlanverdinin dediyi məbləğlə razılaşmışdır. Təxminən 3 gün sonra saat 18-19 radələrindəo Aynurə ilə birlikdə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında Mövlanverdi ilə görüşmüşlər. Həmin vaxt o Mövlanverdiyə işlərin görülməsi üçün 4000 manat pul vermiş, Mövlanverdi pulu tam istəyirdi, o isə işi həll etdikcə pulunu verəcəyini demişdir. Mövlanverdi də pulu götürüb anası və atasının işini maksimum 1 ay yarıma həll edəcəyini deyib çıxıb getmişdir. Bundan təxminən 2 gün sonra Mövlanverdi bizə zəng edib anası Güləmbərlə atası Orucu Bakışəhərinə xəstəxanaya həkim müayinəsindən keçməyəçağırmış, o da anası ilə atasını Bakışəhərinə yola salmış, Mövlanverdi də atası ilə anasını Bakışəhəri 20 Yanvar metrostansiyasını yaxınlığında qarşılayıb xəstəxanaya aparmışdır. Birinci dəfə Mövlanverdi atası Orucu xx.xx.2020-ci il tarixdə Bakışəhərinə həkim müayinəsindən keçirmişdir, daha sonra isə anası da təxminən bir neçə gün sonra dekabr ayının sonlarında həkim müayinəsindən keçirmişdir. O, hər dəfə demişdiri ki, anası ilə atasının işi həll olunur, qalan pul lazımdır. O da 2021-ci ilin təxminən yanvar ayının əvvəllərindəo Mövlanverdi ilə Aynurə ilə birlikdə Sumqayıt şəhəri Təhsil şöbəsinin qarşısında görüşmüş və ona anası ilə atasının işinin həll olunmasına görə 4800 mana pul vermiş, o da pulu götrüb işin artıq həll olunduğunu, qısa zamanda təqaüdlərini alacağını demişdir. O yanvar ayının sonlarında Mövlanverdiylə əlaqə saxlayıb işin nə səbəbə həll olunmadığını soruşmuş, o da işin həll olunduğunu demişdir. Mövlanverdi xx.xx.2021-ci il tarixdəona demişdir ki, anasını təcili Bakıya həkim müayinəsinə göndərsin və qalan 1200 manat pulu da versin. O da anası Bakışəhərinə göndərmişdir,Mövlanverdi yenə anası Bakışəhəri 20 Yanvar metrostansiyasını yaxınlığında qarşılayıb xəstəxanaya aparıb həkim müayinəsindən keçirtmişdir. Daha sonra həmin gün axşam saatlarında o onunla Sumqayıt şəhəri Təhsil şöbəsinin yaxınlığında görüşmüş və 1200 manat pulu əlbə-əl ona təklikdə vermişdir. Ümumilikdə Mövlanverdi ondan anası Güləmbər və atası Orucun təqaüd məsələlərinə görə ayrı ayrı vaxtlarda 10000 manat pul almışdır. Osonra dəfələrlə Mövlanveriyə işin nə yerdə qaldığını demiş, o isə hər dəfəona müxtəlif bəhanə gətirmişdir. Sonra o onun işi həll etmədiyini görüb pulunu tələb etmiş, lakin o onun zənglərinə cavab verməməyə başlamışdır. O ondan şikayət edəcəyini dedikdən sonra Mövlanverdi bir dəfəona 2021-ci ilin aprel ayında 1500 manat pul qaytarmış, o nəonun valideynlərinin təqaüd işlərini həll edib, nə də ki, ondan aldığı 8500 manat pulu geri qaytarmışdır. Məhkəmə gedişatı zamanı zərərçəkmiş şəxs X20 ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət düşmənçilikləri olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs1 əvvəllər tanımırmış, Aynurəni bir nəfər tanışının vasitəsi ilə tanımışdır. X4 onun dayısı arvadı olduğunu və 2-ci qrup əlilliklə bağlı təqaüd aldığını qeyd etmişdir. Dayısı arvadının təqaüdü kəsildiyi üçün o, onun təqaüdünü bərpa elətdirmək istəyirmiş. Bu səbəbdən o, Aynurə ilə 2020-ci ilin dekabr ayının sonlarında görüşmüş, Aynurə ona demiş ki, onun Mövlanverdi adlı tanışı var, təqaüdə çıxmaq işlərində köməklik edə bilir. O, da dayısı arvadı X1 da dayandırılmış təqaüdü ilə bağlı danışmış, Aynurə də Mölanverdiyə zəng edib olan məsələni demiş, Mövlanverdi də danışıb xəbər edəcəyini bildirmişdir. Bir neçə saat sonra Mövlanverdi Aynurəyə zəng edib məsələni həll edə biləcəyini demiş və bunun əvəzində 4000 manat pul istəmişdir. Aynurə ona bu barədə demiş, o, da Aynurəyə 3500 manat pul verə biləcəyini demişdir. Dayısı arvadı Rəfiqənin ona təqaüdünü düzəltdirməyindən xəbəri olmamışdır. O, 3500 manat pulu özündən düzəldib verirmiş. Sabahısı gün saat 11 radələrində o, Aynurə ilə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”nın qarşısında görüşmüş, o, Aynurəyə Rəfiqə xalanın şəxsiyyət vəsiqəsini, tibbi və digər sənədlərini lazım olan sənədləri və 3500 manat pulu vermiş, o, pulu Aynurəyə verdikdən sonra Aynurə Mövlanverdiyə zəng edib, gəlib pulu götürməyini demiş, Aynurə də həmin gün saat 11-12 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Sumqayıt Plaza”nın qarşısında Mövlanverdi ilə görüşüb 3500 manat pulu və sənədlər ona vermişdir. Mövlanverdi bu məsələnin maksimum 1 aya həll olunacağını deyirmiş. Lakin Mövanverdi işi də yubadırmış, heç bir iş görmürmüş, müxtəlif bəhanələr gətirirmiş. O, da işin həll olunmadığını görüb Aynurədən pullunu tələb eləmiş. Aynurə də onu Mövlanverdi ilə tanış eləmiş, o, Mövlanverdi ilə görüşmüş, Mövlanverdinin onun işini görməyəcəyini anlayıb ondan pulunu tələb etmiş. Mövlanverdi də özünə verildiyi 3500 manat puldan 2000 manat pulumu geri qaytarmış, 1500 manat pulun isə qaytaracağı barədə, pulu pensiya işinə görə alması barədə öhdəlik yazıb vermişdir. Həmin sənədin surətini istintaqa təqdim edəcəyini də bildirmişdir. Mövlanverdi onun pulunu qaytarmadığı üçün o, pulunu Aynurədən tələb etmiş, Aynurə də Mövlanverdinin ona verməili olduğu 1500 manat pulu özü geri qaytarmışdır. Onun Mövlanverdiyə verdiyi 3500 manat puldan 2000 manatını Mövlanverdi ona qaytarmış, qalan 1500 manat pulu isə Aynurə ona qaytarmışdır. Baş vermiş məsələdən dayısı arvadının heç bir məlumatı olmamış, dayısı arvadı Rəfiqənin nə Mövlanverdini nə də ki, Aynurəni tanımadığını, onları ümumiyyətlə görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlildir, təqaüdçüdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış, onunla demək olar ki, heç bir münasibətim olmamış, onu cəmi bir dəfə görmüş, Zərərçəkmiş şəxs1 onun tanışıdır, onunla münasibəti yaxşı olmuş araların heç bir ədavət düşməçiliyi olmamışdır. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Aynirə ilə söhbət əsnasında o, ona demişdir ki, onun bir nəfər tanışı var, o, təqaüd işlərində köməklik edə bilir və Qarabağ müharibəsi veteranlarına növbədən kənar avtomobil verdirə bilir. O da bu barədəöz dostları Qarabağ müharfibəsi veteranları X16, X26 və X27 demişdir. X16 iləX26 ona növbədən kənar avtomobil almaq istədiklərini demişlər, X30 isə dayandırılmış təqaüdünün bərpa olunmasına köməklik edilməsini xahiş etmişdir. O da bu barədə Aynurə xanıma zəng edib demişdir. Aynurdə də onun dedikləri barədə Mövlanverdiyə zəng edib demişdir. Mövlanverdi də ona demişdir ki, danışıb xəbər edəcək. Bir neçə saat sonra Aynurə zəng edib ona demişdir ki, Mövlanverdi ilə həmin məsələni danışıbdır sonuncu növbədənkənar avtomobil almaq üçün 5000 manat, eyni zamanda dayandırılmış təqaüdü bərpa etmək üçün də 5000 manat pul lazım olduğunu ona deyibdir. Təxminən 2 gün sonra o Aynurəyə zəng edib demişdir ki, həmin 2 nəfər şəxs avtomobil almaq istəyirlər. Həmin şəxslərin adı X16 vəX26 olduğunu demişdir. Aynurə də yenə Mövlanverdi ilə danışıb konkret olaraq 2 nəfər şəxs maşın növbəsinə yazılıb avtomobil almaq istədiyini demiş, Mövlanverdi də narahat olmamasını, pulları götürməsini demişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində Sumqayıt şəhəri 30 məhəlləərazisində yerləşən 25 saylı uşaq bağçanın qarşısında o Aynurə ilə görüşmüş, o ona X16 vəX13 şəxsiyyət vəsiqələrinin surətlərini və hər ikisinin mənə verdiyi ümumilikdə 10000 manat pulu ona təklikdə verib o da pulu və sənədlərin surətini götürüb Mövlanverdiyə zəng edib demişdir. Sonra Aynurədən ona məlum olmuşdur ki, o həmin gün saat 15-16 radələrində Sumqayıt şəhəri Təhsil şöbəsinin yanında Mövlanverdi ilə görüşüb 10000 manat pul və sənəd surətlərini ona vermişdir. Mövlanverdi pulları götürüb maksimum 1-2 aya atomobilləri təhvil verəcəyini demişdir. Bundan təxminən 1 həftə sonra o yenə Aynurəyə zəng edib digər dostunun da təqaüd məsələsini həll eləmək istədiyimi demiş və dostunun 4600 manat pul düzəltdiyini bildirmişdir. Aynurə bu barədə Mövlanverdiyə zəng edib demiş, sonuncu da danışıb xəbər edəcəyini demişdir. Təxminən 1 saat sonra Aynurə ona zəng edib demişdir ki, Mövlanverdi məsələni həll edə biləcəyini ona bildiribdir. O xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində Aynurə ilə Sumqayıt şəhəri 30 məhəlləərazisində yerləşən 25 saylı uşaq bağçasının qarşısında görüşmüş, dostu X19 şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərin surətini, eyni zamanda göndərdiyi 4600 manat pulu ona vermişdir. Aynurə ondan pulu alandan sonra Mövlanverdiyə zəng edib pulu götürdüyünü demişdir. Sonradan Aynurədən ona məlum olmuşdur ki, o həmin gün saat 17 radələrində Sumqayıt şəhəri Təhsil şöbəsinin yanında Mövlanverdi ilə görüşüb X19 şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərin surətini, eyni zamanda 4600 manat pulu ona vermişdir. Mövlanverdi də Aynurəyə bu məsələnin uzağı 1 aya həll edəcəyini bildirmişdir. Bundan sonra dəfələrlə Mövlanverdi iləəlaqə saxlayıb işlərin nə yerdəolduğunu soruşmuşlar, Mövlanverdi də Elburus və Təvəkgülü növbədənkənar avtomobil növbəsi siyahısına saldığını demişdir. Təxminən 2021-ci ilin yanvar ayının son günlərinə saat 18 radələrində Mövlanverdi Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən “Dejurnıy kruq” adlanan yerə gəlmiş, o da Aynurə ilə birlkdə onunla görüşmüş, Mövlanverdi onlara siyahı təqdim edib, Elburusla Təvəkgülü avtomobil növbəsi siyahısına köhnə tarixə saldırdıqlarını demişdir. Lakin həmin siyahıya baxıb demişdir ki, bu siyahı saxtadır, siyahı belə formada olmur. O belə dedikdə Mövlanverdi demişdir ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına girib baxın, həmin yerdə bu siyahı var. Lakin onlar onun həmin siyahını internetdəonlara göstərməsini desələr də, o göstərə bilməmişdi. Lakin bir ay keçdikdən sonra Mövlanverdi öz vədlərinəəməl etməmiş, nə növbədən kənar avtomobilləri verdi, nə də ki, Rahidin təqaüdünü bərpa etmişdir. Bir müddət keçəndən sonra isə Mövlanverdi ümumiyyətləonların zənglərinə cavab verməmiş, o pulu Aynurədən tələb etdiyi üçün, sonuncu onun verdiyi ümumilikdə 14600 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanımır, onu ümumiyyətlə görməmiş, Zərərçəkmiş şəxs1onun rəfiqəsidir, onunla münasibəti yaxşıdır, aralarında heç bir ədavət düşməçiliyi yoxdur. O 2018-ci ildə yol nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən çox ayaq üstündə dayana bilmir, normal işləyə bilmirdi. Bu səbəbdən o təqaüdəçıxmaq istəyirdi. O bu barədə rəfiqə Aynurəyə demiş, Aynurə də ona demişdir ki, onun Mövlanverdi adlı tanışı var, o təqaüdəçıxmaq işlərində köməklik edə bilir və Qarabağ müharibəsi veteranlarına növbədən kənar avtomobil verdirə bilir. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində o Aynurəyə demişdir ki, xəstəliklə bağlı təqaüdəçıxmaq istəyir. Aynurə də Mövlanverdiyə zəng edib olan məsələni demiş, Mölanverdi də onlara xəbər edəcəyini demişdir. Bir neçə saat sonra Mövlanverdi Aynurəyə zəng edib məsələni həll edə biləcəyini bildirmiş və onu 2-ci qrup əlillklə təqaüdəçıxarmaq üçün bunun əvəzində 5000 manat pul istəmiş, Aynurə də bunlarıona demişdir. Aynurə Mövlanverdi iləonun yanında danışmış, o da danışıqlarınıözü eşitmişdir. O Mövlanverdinin dediyi ilə razılaşmış, öz yaşadığı evdə 5000 manat pulu Aynurəyə vermiş, Aynurə də pulu götürüb Mövlanverdiyə zəng etmiş, Mövlanverdi Aynurədən onunşəxsiyyət vəsiqəsini də istəmiş,Aynurə dəonun şəxsiyyət vəsiqəsininşəklini çəkib Mövlanverdinin mobil nömrəsinə göndərmişdir. Sabahısı gün isə Aynurənin deməsinə görə təxminən saat 11-12 radələrində Mövlanverdi o Sumqayıt şəhəri Təhsil şöbəsinin yanında görüşmüş və 5000 manat pulu ona vermişdir. Mövlanverdi onun işini 1 aya həll edəcəyini demişdir. Lakin Mövlanverdi onun işini həll edə bilməmiş, o da pulunu Aynurədən tələb etməyə başlamış, Aynurə də onun 5000 manat pulunu geri qaytarmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İsayev X8 Aynurə Ramiz qızının nümayəndəsi qismində təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq orqanına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardab görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 127- 17107-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan və “axtarışda olan çəxsin tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:00-da Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilməsindən ötrü Sumqayıt şəhər Prokurorluğuna müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə olunmaından imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar istintaqda iştirakı müvəqqəti mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X14 adlı övladları vardır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3095 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, 25 saylı evdə daimi pasport qeydiyyatındadır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ali Məhkəmənin Hərbi Kollegiyasının xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 214-cü maddəsinin 3-cü hissəsi, 23-1-ci maddələri ilə təqsirli bilinərək 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Bundan başqa Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzası dövlət nəfinə 20 faiz tutulmaqla 06 ay islah işləri cəzası ilə əvəz edilmişdir. xx.xx.2010-cu cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Binəqədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Binəqədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilərək cəza 11 ay 28 günə endirilmişdir. Bundan başqa Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış xx.xx.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-232/2021 saylı, xx.xx.2021-ci il tarxli qərarından görünür ki, «8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası MM-in xx.xx.2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqın aparılması davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32,312-ci maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığından həmin maddə ilə barəsində cinayət təqibinin başlanmasının rədd olunması, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid4, X21, X5, X13 və X19 əməllərində Azərbaycan Respublikası CM-in 29, 132-ci maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanmasının rədd olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 310 və 320.1-ci maddələrinin tərkibi olmadığından, həmin xüsusatlar üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-345/2022 saylı, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 123-15880-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirləndirilərək ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Səbail RPİ tərəfindən xx.xx.2022-ci il tarixdə 20199 nömrəli axtarış işi açılmışdır. Odur ki, “DİO-da axtarış işinin təşkili və həyata keçirilməsi haqqında” Təlimata əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş 1(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli axtarış qərarı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 03:00-da Bakı şəhər ərazisində tutularaq Sumqayıt ŞPİnin 4-cü PB-nə gətirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 127- 8724-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx/xx-2234 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın çox hissəsi ödənilmiş, dəymiş ziyandan cəmi 10000 (on min) manat ödənilməmiş qalmışdır. Odur ki, cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər ödənilmişdir. Şikayəti və etirazı yoxdur. Nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13 maddələrinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxs X12 dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəməsini, 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Binəqədi rayon üzrə Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasında inzibati ərazi hüdudlarında kənara çıxmama kimi qoyulan məhdudiyyətlərdə onun peşəsi, himayəsində azyaşlı uşağının olması və ailənin dolanmasına təsir edəcək amillər nəzərə alınmalı, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, xx.xx.2021-ci il tarixdə ona həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X15rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 345/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 491 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ona 12000 manat borcu vardır. İş üzrə yekun qərar qəbul edilənədək təqsirləndirilən şəxsdən 12000 manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 12000 manat borcu qalması təsdiq edilmişdir. Lakin məhkəmə gedişatı zamanı Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın 2000 manatı ödənilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət bir gün azadlıqdan məhrum etmə cəzasının iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının əvvəli Bakı şəhər Binəqədi rayon Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri, Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi, ev 25 üvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrası Bakı şəhər Binəqədi rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 10000 (on min) manat maddi ziyan və ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar